Gün: Oktyabr 24, 2017

Otuz saniyəyə baş ağrısından qurtulun

Bu sadə üsulu istifadə edərək yalnız 30 saniyədə baş ağrınızdan və ya stressinizdən xilas ola bilərsiniz   Son zamanlar insanların ən çox şikayət etdiyi problemlər içərisində baş ağrısı və stress mühüm yer tutur. Bir çox dərman vasitələrindən istifadə etməklə bu problemlərdən qurtulmaq mümkündür. Lakin bu üsulun mənfi cəhətləri də ola […]

Bərzaniyə tək dəstək Netanyahudan: “Dünya səssiz qalmamalıdır”

İsrailin baş naziri Benyamin Netanyahu “Dünya kürdlərə gələcəkləri ilə bağlı dəstək verməlidir” deyib. Turkustan.info xəbər verir ki, Netanyahu bu gün qatıldığı bir mərasimdə İraqın şimalındakı kürd muxtariyyətində keçirilən referendumdan sonra yaranmış durumu dəyərləndirib. O, kürdlərin müstəqillik istəklərinə böyük sayğı duyduğunu və dəstəklədiyini bildirib. Baş nazir bildirib ki, dünya kürdlərə gələcəkləri […]

ABŞ Türkiyənin nümayəndə heyətinə viza vermədi

ABŞ hökuməti Türkiyənin Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməyib. Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN Turk məlumat yayıb. Qeyd olunur ki, türkiyəli məmurlar Vaşinqtona iki ölkə arasında yaranmış viza gərginliyinin aradan qaldırılması üçün danışıqlar aparmaq məqsədi ilə gedirdilər. Xatırladaq ki, rəsmi Vaşinqton və Ankara arasında viza qalmaqalı oktyabrın 8-də ABŞ-ın […]

“Lotu Quli” kriminal avtoritetin məzarını ziyarət etdi – FOTO

Xəbər verdiyimiz kimi, uzun müddətdir həbsdə yatan kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifov azadlığa buraxılıb. Turkustan.info xəbər verir ki, o, həbsdən çıxandan sonra ötən ay Gürcüstanda qətlə yetirilən kriminal avtoritet Elşən Məmmədovun məzarını ziyarət edib. Bundan başqa “qanuni oğru” mərhum atası Nəriman Səlifovun da məzarına baş çəkib. Qeyd edək […]

15 yaşlı Eren Bülbülün PKK-lı qatili yaxalandı – FOTO

Türkiyədə Dərəli rayonunda jandarma dəstələri Kulakkaya Yaylasında terror təşkilatı PKK-ya qarşı əməliyyat keçirib. Əməliyyatda “Aram” kod adlı PKK-lı terrorçu Mustafa Tolucan yaxalanıb. Turkustan.info xəbər verir ki, aparılan təhqiqatda PKK-lı terrorçu Mustafa Tolucanın, bu il 11 avqustda Trabzonun Maçka rayonunda terrorçuların ərzaq oğurladığını xəbər verən və girdikləri evi göstərən Eren Bülbülü […]

İki məhbus xüsusi təyinatlı vaqondan necə qaçıb? – ŞOK PLANIN DETALLARI – VİDEO

Ötən gün Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan 2 məhbusun qaçması ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, artıq hadisə ilə bağlı 3 nəfər də saxlanılaraq istintaqa cəlb edilib.Xüsusi vaqonun pəncərəsini açan məhbuslar qatar dayanan kimi ordan çıxaraq qaçıblar. Turkustan.info xezerxeber.az-a istinadən bildirir ki, Əli Ağami […]

İlk qatar yola salındı

Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ilk yük qatarı Qazaxıstandan yola salınıb. Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Express” məlumat verib. 82 konteynerdən ibarət qatar Qazaxıstanın Kostanay stansiyasından yola düşüb. Qatarın son məntəqəsi Türkiyənin Mersin şəhəri olacaq. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı […]

Qarabağ üçün Kataloniya presedenti

Azərbaycan xalqların öz müqəddəratını təyinetmə prinsipi və referenduma dair razılaşmadan imtina edə bilər  İspaniya hökumətinin Kataloniya əyalətinin muxtariyyətini ləğv etməsi dünyada separatizmə qarşı mübarizədə yeni siyasi presedent yarada bilər.Rəsmi Madrid əyalətə münasibətdə ölkə Konstitusiyasının 155-ci maddəsini işə salıb.Bu maddəyə əsasən, Kataloniyanın idarəçiliyi birbaşa İspaniya hökumətinə keçib.Baş nazir Mariano Raxoy bildirib […]

Hər il 500 min qadının öldüyü xəstəliyi SAÇ BOYASI YARADIRMIŞ

Saçlarını mütəmadi olaraq boyayan qadınlar, saç rəngindən istifadə etməyənlərə nisbətən daha çox süd vəzi xərçənginə yoluxurlar. Turkustan.info  xəbər verir ki, bu, Finlandiyada aparılan araşdırma nəticəsində məlum olub. Araşdırmanın rəhbəri Kefah Mokbel kosmetika firmalarının “ən az 4-6 həftədən bir saçlarınızı boyayın” kimi tövsiyələrinin yersiz və məntiqsiz olduğunu vurğulayıb. Professorun sözlərinə görə, kimyəvi […]

“Lotu Quli” hansı şərtlə “azadlığa çıxdı”? – İlginc təfərrüat

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Səlifov Nadir Nəriman oğlunun azadlığa buraxılması ilə bağlı xəbər əsl şok effekti yaradıb. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, “qanuni oğru”nun birdən-birə azadlığa çıxması və ya çıxarılması müəyyən suallar da yaradır. Məsələ burasındadır ki, onun cəzasının müddəti 2020-ci ildə, fevralın 3-də başa çatacaqdı. […]

Ermənilər Medvedevi “özəlləşdirdilər” – FOTO

Erməni mətbuatı Dmitri Medvedevi Ermənistanın baş naziri kimi təqdim edib. Turkustan.info Oxu.Az-a istinadən məlumatına görə, belə bir başlıqla xəbər Ermənistanın tanınmış News.am saytında yerləşdirilib. “Armenia’s Medvedev arrives in Armenia” adlı xəbərdə Rusiyanın baş naziri Dmitri Medvedevin Ermənistana səfərindən danışılır. Sosial şəbəkələrdə kəskin tənqidlərdən sonra xəbərin sərlövhəsi redaktə olunub. Qeyd edək […]

“Lotu Quli”nin azad olunarkən həbsxanada çəkilən fotosu yayıldı – FOTO

Kriminal avtoritet Nadir Səlifovun ( “Lotu Quli”) həbsxanadakı son fotosu yayılıb. İddialara görə, foto onun azadlığa buraxılmasından əvvəl çəkilib. Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki, foto sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb. Qeyd edək ki, “Lotu Quli” 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub və […]

Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı AÇIQLANDI

Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib. “APA-Economics” xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. Bununla yanaşı, 2018-ci il üçün yaşayış […]

Penitensiar Xidmətdən “Lotu Quli” ilə bağlı rəsmi AÇIQLAMA

Bir qədər öncə “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun azadlığa buraxılmağı barədə xəbər yayılıb. Xəbər qısa müddətdə əksər informasiya saytlarında tirajlanıb. Modern.az saytı xəbərə rəsmi münasibət öyrənmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov əməkdaşımıza deyib ki, məhkumun özü, yerini dəyişməsi yaxud azadlığa buraxılması ilə […]

Araxış sovməsi – Laçının əsir abidələri – FOTOLAR

Araxış kəndi Kiçik Qafqaz sıra dağlarında, Murovdağın cənubunda, ortadağlıq yamaclarda, təxminən Respublikanın paytaxtı Bakı şəhərindən şose yolla 508 km qərbdə, rayon mərkəzindən şose yolla 58 km şimal-qərbdə, Qarabağ yaylasının cənub-qərb yamacında yerləşən kənd Xankəndi dəmir yolu stansiyası ilə şose yolla ara məsafəsi 130 km, Kürdhacı kəndindən 5 km şimalda, Ərikli […]

Sabirabadda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib

“Bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi vaxtında qəbul edilmiş və zamanın çağırışlarına cavab verən addımdır.” Bu fikirlər bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən regional konfransda […]

SON DƏQİQƏ: “Lotu Quli” azadlığa buraxıldı – Türkiyəyə gedəcəyi bildirilir

Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov (“Lotu Quli”) azadlığa buraxılıb. Turkustan.info bildirir ki, bu barədə Musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib. Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub. Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın […]

“Üzərində Ermənistan bayrağı olan avtomobil rəsmi avtosalondan alınmayıb” – “Avtokapital-Azərbaycan”

Bakının mərkəzi küçələrində üzərində Ermənistan bayrağının rəngləri olan “Mercedes-Benz” markalı avtomobillə bağlı “Mercedes-Benz”in Azərbaycandakı rəsmi distribütoru “Avtokapital-Azərbaycan” şirkəti açıqlama verib. Şirkətin Marketinq və ictimai əlaqələr şöbəsinin rəisi Sevinc Abbasova Turkustan.info-ya bildirib ki, sözgedən avtomobil “Mercedes-Benz”in rəsmi salonlarından alınmayıb: “İlk növbədə, avtomobil köhnədir. 2008-2009-cu il istehsalıdır. “GL 550” modeli isə ancaq Amerika bazarı üçün istehsal […]

KİVDF jurnalistlər üçün müsabiqə elan etdi – ŞƏRTLƏR

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlik barədə məlumat verib: 1. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi. […]

“Qadın ac balasına namus yedirə bilməz” – Azərbaycanlı aktrisadan ŞOK AÇIQLAMA

Aktrisa Könül Yusifqızı qadınları əxlaqsızlıqda günahlandıranlarla savaşa qalxdı.  Hər zaman etdiyi açıqlamalarla gündəmi zəbt etməyi bacaran aktrisa yenidən diqqət mərkəzinə düşüb. Könülün sözügedən açıqlamasını təqdim edirik: “Kişi elə etməlidir ki, qadının xəyanət ağlından keçməsin. Tək qadın özü bilər nə edər. O sovetlər vaxtında idi namuslu qadın məfhumu, çünki sovetlər qadınının namuslu qalmasına dəstək olurdu. Pulsuz lagerlər, […]

Qaçan məhbuslara görə tutulan rəis GENERALIN BACISI OĞLUDUR

Bakıda məhbusların qaçması faktı ilə bağlı istintaqa cəlb edilən şəxslərdən biri – qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur. Turkustan.info xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından bildirilib. Xatırladaq ki, istintaqa cəlb edilən digər şəxslər qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur. Hər üç şəxsin […]

Qazaxda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib

Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib. Seminar-treninqdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Dövlət Komitəsinin əməkdaşı Tərxan […]

Şəhid Elnur Əliyevə həsr olunan sənədli-bədii filmin təqdimatı keçirilib – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Prezident Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə şəhid Elnur Əliyevin həyatından bəhs edən “Şəhidlik Zirvəsi” qısametrajlı sənədli-bədii filmin təqdimatına həsr olunmuş tədbir keçirilib. Turkustan.info xəbər verir ki, tədbirdə Sumqayıt Dövlət Rəsm Qalereyası tərəfindən Aprel doyuşlərində şəhid […]

Əflatun Amaşov seçiciləri növbəti görüşünü keçirib – FOTOLAR

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Saatlı rayonunda seçicilərin bir qrupunu qəbul edib. Turkustan.info xəbər verir ki, qəbulda vətəndaşların qaldırdıqları məsələlərin həlli imkanları nəzərdən keçirilib, müzakirələr aparılıb. Vətəndaşlar əsasən şəxsi xarakterli problemləri qabardıblar. Bunlarla əlaqədar müvafiq göstərişlər verilib, aidiyyatı qurumların təmsilçiləri ilə təmaslar yaradılıb, […]

“Müasir İnkişaf” İctimai Birliyi ermənilərin törətdiyi soyqırımlarla bağlı BDU-da tədbir keçirib

“Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı törətdikləri soyqırımı faktlarının yerli və beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində ilk tədbirini Bakı Dövlət Universitetinin Tarix fakültəsində keçirib. Tədbiri giriş sözüylə açan BDU-nun Tarix fakültəsinin dekanı Azad Rzayev […]

Bakı Şəhəri Təhsil İdarəsi işçi axtarır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqə elan edib. İdarədən verilən məlumata görə, müsabiqədə pedaqoji və ya idarəetmə üzrə ali təhsilli, 5 il pedaqoji iş təcrübəsi olan (elmi dərəcəsi olduqda 3 il), təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq […]

Avtoritetlər xüsusi təyinatlı vaqondan belə qaçdı – Şok planın detalları

Dünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan 2 kriminal aləm üzvünün qaçması ilə bağlı bəzi məqamlar üzə çıxıb. Turkustan.info lent.az-a istinadən xəbər verir ki, kriminal aləmə yaxınlığı ilə tanınan Əli Ağami və “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun daha öncə 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb gətirildiyi məlum olub. Bildirilir […]

Piyadanı keçiddə vuran məmur oğlunun yüzminlik maşın kolleksiyası – FOTOLAR

Bakıda “Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadanı vuran Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşovun avtomobillərinin görüntüləri yayılıb. Turkustan.info GoldNews.Az-a istinadən xəbər verir ki, sabiq məmur oğlunun bir deyil, bir neçə avtomobili var. Belə ki, onun avtomobilinin dövlət nömrə nişanı olan 90 AA 707 […]

151 milyon zərərə düşmüş “Baku Bus”ın gediş haqqı artacaq? – AÇIQLAMA

“”Baku Bus” 5 qəpik ziyanla işləyirsə, ehtimal var ki, gediş haqqının qiyməti 10 qəpik artsın”.  Turkustan.info bildirir ki, bu sözləri A24.az-a “Baku Bus”ın yığılmış zərərinin 151,57 mln manata çatmasını şərh edən iqtisadçı Natiq Cəfərli deyib. Ekspertin sözlərinə görə, kreditlər üzrə faiz xərclərinin sərnişinlərə yüklənməsi doğru deyil. “Bu artıq ilkin siqnal ola bilər. Çox güman ki, bu […]

Müəllimlərin pensiyaya çıxmaq yaş həddi ləğv olunur – Qanuna dəyişiklik

Məcəllənin 4-cü maddəsinə ( bu Məcəllənin tətbiq edildiyi iş yerləri ) maddəsinə edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. Həmçinin, 65-ci maddəyə (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) edilən dəyişikliyə görə, […]

Qənirə Paşayeva “Türk Dünyasının gələcəyində gənclərin rolu” adlı konfrans verib – VİDO+FOTO

Millət vəkili Qənirə Paşayevanın Türkiyənin ən böyük universitetlərindən biri olan Erciyes Unversitetində verdiyi “Türk Dünyasının Gələcəyində Gənclərin Rolu” adlı konfransda gənclərlə bərabər çox sayda ziyalılar, müəllimlər də iştirak edib. Şəhidlərimizi rəhmətlə anırıq deyə sözə başlayan millət vəkili Q.Paşayeva Türk dünyasının dünəni, bu günü barədə geniş çıxış edib. Türk dünyasının güclənməsini […]

Paytaxtda evlər sökülür

2020-ci ilədək Yasamalda daha 7 qəzalı bina sökülüb yenidən tikiləcək 2020-ci ilədək Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan daha 7 yaşayış binası mərhələli şəkildə sökülüb yenidən tikiləcək. Yasamal rayon İcra Hakimiyyətindən İstiPress-ə verilən məlumata görə, artıq 11 belə binanın – Abbas Mirzə Şərifzadə, 33, 86, 122, Akim Abbasov, 3, İsfəndiyar […]

Gəncəli “Malış krıtnıy” belə həbs edildi – Gürcü polisi əməiyyatın videosunu yaydı – VİDEO

Tbilisi ətrafında keçirilən xüsusi əməliyyat zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları hədə-qorxu ilə tələbetmə maddəsi ilə ittiham edilən Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə “Report” Gürcüstan DİN-in mətbuat xidmətinə istinadən xəbər verir. İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər 1986-cı il təvəllüdlü B.M.-ni ölümlə hədələyərək ondan 2 min ABŞ dolları tələb edib. Hüquq-mühafizə […]

Talıb Talenin evi təəccübləndirdi – VİDEO

“Maşın” realiti-şousunun yaradıcı heyəti müğənni Talıb Talenin evində çəkiliş edib. Turkustan.info-nun Axşam.az-a istinadən məlumatına görə, oyunda finala qalan sənətçinin atasının yaşadığı Göygöldəki mənzil hər kəsi təəccübləndirib. Talıbım uçuq-sökük daxması sosial şəbəkələrdə də müzakirə olunub. Sənətçinin atası Ələsgər Ələsgərov oğlu ilə bağlı fikirlərini bölüşüb: “Talıb Aşıq Ələsgərin kötücəsidir. Universitetdə oxuyandan sonra […]

Ağacları gecə əkib, səhər çıxartdılar – “JEK” rəisi əlacı telefonu söndürməkdə gördü

Bakı şəhəri, Xətai rayonu, Tusi 19 ünvanında yenicə əkilən ağaclar yerindən çıxarılıb. Neapol 19 ünvanında yaşayan sakinlər bu haqda Cebhe.info-ya məlumat veriblər. Onların sözlərinə görə ərazidə daşla hörülmüş zibil poliqonunun yeri dəyişdirilərək, yaşayış binası və uşaq meydançasına yaxınlaşdırılıb. Şikayətçilər bildirib ki, buna səbəb zibil poliqonunun öncəki ərazisinin qaraj tikmək üçün […]

“Türk dünyasının Şekspiri” və onun mürşidi

Sərxan Çarçı       İnsanların, millətlərin, hər dövlətin, hər kəndin hətta futbol komandasının və s.-in xarakteri olduğu kimi sən demə qovluqlar da müəyyən mənada xarakter ifadə edə bilirmiş. Allah qismət etdi, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində araşdırma apardım və incələmək istədiyim qovluqların demək olar ki, hamısını əldə etdim. Bu qovluqlardan biri […]

Müharibə başlayır? – “Qiyamət təyyarəsi” hazır vəziyyətə gətirildi

Soyuq müharaibədən sonra ilk dəfə “B52” bombardımanlarına nüvə raketləri yükləndi Şimali Koreya ilə münasibətləri gərginliyin son həddinə çatan ABŞ qiyamətə hazırlaşır. İstiPress-in məlumatına görə, soyuq savaşdan bu yana ilk dəfə olaraq ABŞ “B-52” bombardıman təyyarələrini yenidən üzə çıxarır. Qiyamət təyyarəsi adlanan “E-4B Nightwatch”da hazır vəziyyətə gətirilib. Soyuq savaşdan bu yana ilk dəfə olaraq […]

Bərzani TƏSLİM OLUR – “Hər şeyə hazıram”

İraq Kürd Muxtariyyətinin baş naziri Nəçirvan Bərzani Ərbil ilə Bağdad şəhərləri arasındakı problemlərin həlli üçün yeni bir səhifə açmağa hazır olduqlarını bildirib. Publika.az xəbər verir ki, baş nazir sadəcə davam edən hərbi əməliyyatların bu addımın önündə əngəl olduğunu deyib. Məsud Bərzani isə iştirak etdiyi bir toplantıda jurnalistlərin suallarını cavablandırıb və Bağdad […]

Mehriban Əliyevanın ev verdiyi Könül Xasıyeva: “Çox sevincliyəm”

Xalq artisti Könül Xasıyevaya ev hədiyyə edilib. Turkustan.info-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xalq artistinə ev verilib. Könül Xasıyeva Publika.az-a açıqlama verərək ilk təəssüratlarını dilə gətirib: “Hazırda təqdimetmə mərasimindəyəm. Çox sevincliyəm. Mehriban xanıma təşəkkür edirəm ki, məni belə bir hədiyyəyə layiq […]

Erməni analitik: İrəvandakı “İsgəndər”lər bizim deyil

“İsgəndər”lər Ermənistanın təhlükəsizliyini gücləndirmir. Turkustan.info xəbər verir ki, bu sözlər erməni analitik Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb. “İsgəndər” raketləri Ermənistan ordusu üzərində Rusiyanın nəzarətini gücləndirir. Azərbaycanın “təkrarlanan aqressiyası” (Artsruninin öz fikridir – red.) fonunda Serj Sərkisyan dəfələrlə “İsgəndər”ləri işə salacağını bildirib. Sərkisyanın əminliyinin real əsasları yoxdur və […]

Rusiyadan Qarabağ savaşına “yaşıl işıq”: Ermənilər…

Cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşıdurmanın miqyası isə getdikcə genişlənir. Bu sözləri Axar.az-a açıqlamasında təmas xəttindəki son vəziyyət barədə danışarkən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Sərkisyan Cenevrədə qeyri-ciddiliyi ilə Dağlıq Qarabağ probleminin taleyinin birbaşa üçüncü super dövlətin səlahiyyətində olduğunu təsdiqlədi: “Həm danışıqlar prosesində, həm də real […]

Professordan AÇIQLAMA: Kişilər yay tətilindən cinsi xəstəliklə qayıdır

“Əksər hallarda yaydan sonrakı aylarda cinsi yolla yayılan xəstəliklərə yoluxanların sayında artım müşahidə edilir”.   Turkustan.info xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcov deyib. Z.Fərəcov payız aylarında belə xəstələrin sayının artmasının səbəbini yay aylarında istirahətə gedən […]

“Maşın” şou Xatunun evində – Ailəsi ona belə dəstək oldu – VİDEO

Final həyacanına yaxınlaşan “Maşın” şouda maraqlı anlar yaşanıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, “Maşın” şouda iştirakçılar haqqında qısa videosüjet hazırlanıb. Süjetdə Xatunun ailəsi ona dəstək olaraq axıra qədər güclü qalmasını azru ediblər. Qardaşı stilist Balaş da əkiz qızları ilə bacısına dəstək olub və ona müraciət edərək bildirib ki, maşını […]

Məhbusların qaçmasına görə tutulan vəzifəli şəxslərin ADLARI

Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətin saxlanılan üç əməkdaşının adı məlum olub. “Report”un əldə etdiyi məlumata görə, bunlar qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur. Onlar hadisədən sonra saxlanılaraq istintaqa cəlb ediliblər. Hər üç şəxs hazırda Nərimanov Rayon Polis […]

Cəbhədə gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 103 dəfə pozub. Turkustan.info xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində […]

Şəmkirdə polislər qəzaya düşdü: ölən və yaralılar var

Şəmkirin Kür qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Report-un məlumatına görə, qəsəbə ilə hərəkət edən VAZ-21021 markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, 4 nəfər ağır yaralanıb. Yaralılar – Mirzəyev Fərman Kənan oğlu, Qasımov Orxan İntiqam oğlu, Yusibov Telman və Quliyev Rauf xəstəxanaya yerləşdirilib. […]