ABŞ Türkiyənin nümayəndə heyətinə viza vermədi

ABŞ hökuməti Türkiyənin Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN Turk məlumat yayıb.

Qeyd olunur ki, türkiyəli məmurlar Vaşinqtona iki ölkə arasında yaranmış viza gərginliyinin aradan qaldırılması üçün danışıqlar aparmaq məqsədi ilə gedirdilər.

Xatırladaq ki, rəsmi Vaşinqton və Ankara arasında viza qalmaqalı oktyabrın 8-də ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırdıqdan sonra başlayıb.