Gün: Oktyabr 26, 2017

Amerika Rusiyaya GİRƏRSƏ… – Dünyanı qorxudan PROQNOZ

Rusiyanın Latviyanın, Litvanın, Estoniyanın ərazisinə müdaxilə edəcəyinə bəzi dairələr qeyri-ciddi yanaşır. Hətta Amerikanın hərbi araşdırmalar üzrə ixtisaslaşmış, Moskvaya münasibətdə davakar mövqedə olan nüfuzlu “RAND Corporation” şirkəti də belə hesab edir ki, Rusiyanın NATO üzvü olan ölkələrə hücum etmək ehtimalı çox aşağıdır.   “Bizim analizimiz göstərdi ki, Rusiyanın adi silah tətbiqinə […]

Azərbaycan Ermənistanla sərhəddə yeni silah sınaqdan keçirdi?

Ötən gün axşam Ermənistanın sərhədyanı Tavuş kəndinin sakinləri Azərbaycandan ərazisindən eşidilmiş güclü partlayış səslərindən qorxuya düşüb. Virtualaz.org yn.am erməni saytına istinadən xəbər verir ki, şübhəli partlayışlar haqda kənd administrasiyasının rəhbəri Levon Qriqoryan bildirib. (https://yn.am/?index&p=81892&l=am) “Dünən axşam təxminən yarım saat ərzində 4-5 dəfə güclü partlayışlar eşidildi, lakin kəndə heç bir təhlükə yoxdur. […]

Tovuzlu qızı Bakıda kirayə qaldığı mənzildə zorladılar

Oktyabrın 25-də Nəsimi rayon Polis İdarəsinə 24 yaşlı qız zorlanma faktı ilə bağlı müraciət edib. Turkustan.info-nun Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 1993-cü il təvəllüdlü Tovuz rayon sakini Rəna Məhərrəmova (ad etik məsələlərə və istintaq maraqlarına görə dəyişdirilib — red.) bildirib ki, çərşənbə günü səhər […]

“Qanuni oğrular” “Lotu Quli” ilə görüşdə

İki gün öncə azadlığa çıxaraq Türkiyəyə yerləşən “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) yaxın dostlarının əhatəsində olduğu bildirilir. Turkustan.info azfakt.com-a istinadən xəbər verir ki, İstanbula yerləşən kriminal avtoritetə ona yaxınlığı ilə seçilən “qanuni oğru”lar baş çəkiblər. Məlumatda qeyd edilir ki, Nadir Səlifovla görüşə gələn “qanuni oğru”lardan biri Türkiyədə məskunlaşan həmyerlimiz Rafət […]

Lotu Quli niyə bu qədər sevilir?

Maraqlıdır… yox, əslində, acınacaqlıdır. Bir neçə gündür sosial şəbəkələr, saytlar dolub-boşalır, yeni yazılar, şərhlər yazılır. Oğru dünyasının tanınan simalarından Lotu Quli (Nadir Səlifov) azadlığa çıxıb. Onun həbsxanadakı son şəkli, hazırda harada olması və nə etməsi gündəmi tutmaqdadır. Maraqlıdır… həm də maraqlı olduğu qədər acınacaqlıdır. Bilirikmi, kriminal həyata olan bu marağın […]

Azərbaycanda məhkum qadınların sayı kəskin artıb

Eldar Zeynalov: “Deputatların parlamentdəki və ya mətbuatdakı hər bir çıxışı ölkədə məhbusların sayının artmasına gətirib çıxarır” Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan Azərbaycanda məhkum qadınların sayı kəskin artıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Hüquq Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov məlumat verib. Onun sözlərinə görə, qadın koloniyasında sıxlıq müşahidə olunur. Əvvəllər məhkum qadınların […]

Dərsdə bozqurd işarəsi tutan müəllim… İŞDƏN ÇIXARILDI! – FOTO

Dərs zamanı əli ilə bozqurd işarəsi tutaraq şəkil çəkdirən və bunu sosial şəbəkədə paylaşan müəllim gözləmədiyi durumla üzləşib. Milliyyətçi müəllim işindən uzaqlaşdırılıb. Turkustan.info xəbər verir ki, Türkiyədə Diyarbakırın Bismil rayonundakı bir məktəbdə ağıllı taxta qarşısında bozqurd işarəsi tutaraq şəkil çəkdirən çüəllim haqqında araşdırma başlanıb. Belə ki, fotoşəkil sosial mediada reaksiyalara […]

“Lotu Quli”dən düşmənlərə mesaj – Əlinə silah aldı – YENİ FOTO

İki gün öncə azadlığa çıxan kriminal avtoritet Nadir Səlifovun Türkiyəyə yerləşdiyini xəbər vermişdik. Turkustan.info-nun məlumatına görə, “qanuni oğru” qardaşı Namiq Səlifovla birlikdə İstanbuldadır. Bu dəfə təqdim etdiyimiz fotoda isə Lotu Quli azadlığa çıxar-çıxmaz qardaşı ilə birlikdə əlinə silah alıb. Bu isə onun kriminal aləmindəki düşmənlərinə subliminal mesaj ola bilər.  /Yenicag.az/ 

Bilik Fondunda “Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İmzalı görüş” layihəsi çərçivəsində Strateji Araşdırmalar Mərkəzi Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun “Müsəlman ermənilər” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Fondun “Gənc Jurnalistlər” Klubunun, “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri, Asan Könüllüləri, Azərbaycan Pedaqoji Universiteti nəzdində Pedaqoji Kollecin tələbələri iştirak […]

Azərbaycan dilinə əlavə olunmuş yeni sözlər – Ən maraqlı paylaşımlar

Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısı açıqlanıb: “Zaryadka” – “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” – “qadağa”, “evakuasiya” – “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” – “bəyənmə”, “mesaj” – “ismarıc” kimi təsdiqlənib”. A24.az yeni sözlər haqqında ən maraqlı paylaşımları təqdim edir.

İlkin Misgərliyə maşın hədiyyə edən vəzifəli şəxs Vasif Talıbovun oğlu imiş – FOTO

Aktyor İlkin Misgərliyə hədiyyə olunan avtomobilin fotosu əldə edilib. Turkustan.info baku.ws-ə istinadən verdiyi məlumata görə, “Maşın” şouda iştirak etmiş aktyor yarışı tərk etdikdən sonra ona avtomobil hədiyyə olunub. Əldə etdiyimiz məlumata görə, İlkinə “Kia Rio” markalı avtomobil bağışlanıb. Aktyora avtomobiliNaxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu, Rza Talıbov […]

Şəmkirdə dəhşətli hadisə – Qardaşı sevgilisini öldürdü, qız da özünü asdı

Şəmkirdə faciəli hadisə olub.  Turkustan.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə Şəmkirin Zəyəm qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Ayşən Azər qızı Xəlilova yaşadığı evdə özünü asıb. A.Xəlilova intihar etməzdən əvvəl məktub yazıb. Məktubda o, ölümündə heç kimin günahkar olmadığını qeyd edib. O, qardaşı tərəfindən sevdiyi oğlanın qətlə yetirilməsinə […]

Referendumu dəstəkləyən laçınlı məmurla bağlı – Son xəbər

Muxtariyyətində keçirilən müstəqillik referendumuna açıq dəstək nümayiş etdirən Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev vəzifəsinin icrasına davam edir. Turkustan.info bildirir ki, bu barədə Axar.az-a Laçın rayon icra başçının birinci müavini Tofiq Mirzəyev açıqlama verib. Başçının birinci müavini hüquq şöbəsinin müdiri F.Tanirverdiyevin hər hansı cəza alıb-almadığı barədə danışmayıb. […]

“İrəli” 70 rayonunun gəncləri üçün intellektual yarışlara başlayır

“Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual […]

Türklərdən açıqlama: “Qarabağdan çəkilməsən, ortalıqda Ermənistan da qalmaz, İrəvan da…” – VİDEO

Türkiyədə yayımlanan “Tartışma Akşamı”nda siyasətçinin Ermənistan və Qarabağla bağlı söylədikləri yeni fikir formalaşdırıb. “A24.az” bildirir ki, verilişdə Böyük Birlik partiyasının sədri Mustafa Destici qonaq olub. Siyasətçi Kərkükdə yaşananlarla bağlı aparıcının suallarını cavablandıran zaman Azərbaycandan misal çəkib: “Məsələn, hazırda Ermənistan Qarabağı işğal edib və geri çəkilmir. Mənsə deyirəm ki, “Ermənistan ağlını başına […]

Qaçan məhbuslardan biri tutuldu

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxta gətirilərkən qaçan məhbuslardan biri tutulub. Turkustan.info bildirir ki, bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az–a verilən məlumatda bildirilib. Rəsmi məlumata görə, oktyabrın 26-da Penitensiar Xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-dəBakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi […]

NATO-dan Türkiyəyə S-400 təhdidi

“Bunun nəticələri ola bilər” NATO Rusiyadan S-400 zenit-raket kompleksi alan Türkiyəni yenidən hədələyib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, alyansın hərbi komitəsinin rəhbəri Petr Pavel Rusiya ilə razılaşmanın mümkün nəticələrinin ola biləcəyini deyib. Onun sözlərinə görə, bu alış-veriş Ankaranın alyansın raketdən müdafiə birləşmiş sisteminə daxil olmasını istisna edə bilər. “Əlbətdə ki, […]

Avtobuslarda gediş haqqı artacaq? – RƏSMİ CAVAB

Bakı Nəqliyyat Agentliyi son dövrlər müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı yayılan məlumatlara cavab verib. BNA-da Publika.az-a verilən məlumatda bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır. Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin […]

Peşmərgə İraq ordusuna hücuma keçdi – QANLI TOQQUŞMA

İraq ordusunun 16 oktyabrda başlatdığı əməliyyatdla Kərkükdən çıxarılan peşmərgə gücləri Kərkükün Altınkörpü qəsəbəsinə hücuma keçib. Publika.az xəbər verir ki, peşmərgə İraq ordusunun qəsəbədəki mövqelərinə raket atəşləri atır. Səhər saatlarında başlayan hücumdan sonra yüzlərlə mülki şəxs qəsəbəni tərk edib. Hədəf Kərkük-Ərbil yolunda yerləşən Altınkörpünü almaq və Ərbilə olan təhlükəni sovuşdurmaqdır. Son məlumatlara […]

YAP Nəsimi rayon təşkilatının X konfransı keçirildi – FOTOLAR

Oktyabrın 26-da Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının X konfransı keçirilib.  Turkustan.info xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov konfransda iştirak edib. Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi […]

Azərbaycanda terror təhlükəsi – Deputatdan mühüm mesaj: “İŞİD-çilər ölkəmizə üz tutub…”

Dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Milli Şuranın mitinqində terror planlaşdıran dəstə üzvlərinin məhv edildiyi ilə bağlı məlumat yayıb. Kifayət qədər ciddi bir hadisə baş versə də, müxalifət düşərgə sosial şəbəkələrdə bunun siyasi oyun kimi təqdim etdilər. Lakin bu, Azərbaycanda planlaşdırılan ilk terror faktı deyil. Bu il ərzində bir neçə dəfə […]

Ancaq qadınlara maşın saxlayan kişilər baxsın – VIDEO

Bəzən yol kənarında dayanmış piyada üçün avtomobil saxlayır, yolumuzun üstündədirsə onu da mənzil başına çatdırırırq. Amma burada da müəyyən fərqlər olur. Məsələn, bəziləri gecə vaxtı heç kimə avtomobil saxlamır. Yaxud, piyadanın qadın və ya kişi olmasına fərq qoyulur. Elə təqdim edəcəyimiz videoda da analoji hal yaşanır. Yol kənarında dayanan oğlan […]

Gələn aydan müəllimlərin maaşları artırılacaq

Azərbaycanda universitet müəllimlərinin əməkhaqları artırılacaq Azərbaycan Texniki Universitetində (AzTU) noyabr ayının 1-dən etibarən əmək haqları artırılacaq. AzTU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Universitetin Elmi Şurasında qəbul olunan qərara əsasən, rəhbər, inzibati idarəetmə və professor-müəllim heyətinin əmək haqları 100 AZN məbləğində artacaq. Tədris-köməkçi və xidmətedici heyətinin əməkhaqları isə 50 AZN […]

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında ÖZƏL QONAQ – Bakıya gələcək

“Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana gələcək“. Turkustan.info xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib. B. İsabayev bildirib ki, səfər oktyabrın 30-na planlaşdırılır: “Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edəcək”.  

Ovucun ortasındakı “X” işarəsinin mənası nədir? – İNANILMAZ FAKT

Məlum olduğu kimi, ovucun içindəki xətlərə baxıb insanın gələcəyini oxumaq olar. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın STI Universiteti ovucun içinin oxunması ilə bağlı yeni araşdırma aparıb. Araşdırmada bəzi insanların əllərinə baxılaraq onların həyatı və gələcəyi haqqında məlumatlar əldə ediblər. ”X Palm Mystery and Spirit Science Formula” adı […]

Adnan Oktardan “kedicik”lərinə sürpriz – Süfrədə qızıl qab-qaşıqlar… – FOTOLAR + VİDEO

Adnan Oktar “kedicik”lərinə dəbdəbəli ziyafət verib. Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin A9 televiziya kanalında “kedicik”ləri ilə efirə çıxan Adnan Oktar bu dəfə də onlar üçün qızıldan süfrə açıb. “Kedicik”lər “instagram” hesablarından dəbdəbəli ziyafətin bütün detallarını paylaşıblar. Süfrədəki qızıl qab-qaşıqlar xüsusilə diqqət çəkib. Bircə quş südünün əskik olduğu ziyafətdə […]

Gəncədəki atışma ilə bağlı DİN-nən açıqlama

Gəncədə kriminal aləmə yaxın şəxslərin atışması ilə bağlı rəsmi açıqlama verilib. DİN xəbər verir ki, oktyabrın 25-də saat 22 radələrində Gəncə şəhərindəki çay evlərindən birində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qurban Qurbanov və Tural Əliyevlə həmyerliləri, əvvəllər məhkum olunmuşlar Edqar Nəsirov və Namiq Kərimov arasında mübahisə baş verib. Bu zaman […]

“Maşın şou” ətrafında İLGİNC İDDİA

“Maşın” realiti şousunun “Xanımlar və Cənablar” devizi altında keçirilən sayca 15-ci buraxılışı da beləcə başa çatdı. Cebhe.info-nun məlumatına əsasən, “Nissan Altima” markalı avtomobili müğənni Talıb Tale qazandı. Lakin şou başlayan gündən ətrafında müxtəlif söz-söhbətlər dolaşmaqdadır. İddiaya görə, şounun rəhbəri və aparıcısı Murad Dadaşov öncədən ssenari qururur. İştirakçılar da ssenari əsasında […]

Talıb Taleh qazandığı maşınla öz evində – VİDEO

ATV telekanalında yayımlanan “Maşın” realiti şousunun qalibi olan müğənni Talıb Taleh öz evində olub.  Müğənni Talıb da maşını qazandıqdan sonra ilk iş kimi atasının evinə yollanacağını bildirib.   Qeyd edək ki, Talıbın atası Ələsgər Ələsgərovdur. Talıb Taleh Aşıq Ələsgərin kötükcəsidir.  O, Qərbi Azərbaycandan qaçqın düşdükdən sonra uşaqlığı Göygöldəki evdə keçib.   BAKU.WS

Rəşad Dağlı “Lotu Quli”nin ziyafətində – VİDEO

Xəbər verdiyimiz kimi, uzun müddətdir həbsdə yatan kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifov azadlığa buraxılıb. Unikal.org xəbər verir ki, artıq bir neçə gündür Nadir Səlifovun həbsdən çıxması böyük coşqu ilə qeyd edilir. Onun şəninə hətta ziyafət də təşkil edilib. Həmin ziyafətlərin birində məşhur meyxanaçılar Rəşad Dağlı, Orxan Lökbatanlı, Vasif […]

“Kitab üzərindən açılan dünya“ lahiyəsinə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “SAF Həyat Naminə“ Gənclər İctimai Birliyinin həyata keçirdiyi “Kitab üzərindən açılan dünya “ adlı  lahiyəyə artıq start verilib. Birlikdən verilən məlumata görə hazırda lahiyənin icrasıyla bağlı hazırlıq işləri davam edir. Layihənin əsas məqsədi gənclər arasında kitaba münasibətin araşdırılması, onlara kitabın ərsəyə […]

77 yaşlı anasını zorlayan şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını zorlamaqda və oğurluq etməkdə təqsirəndirilən 1971-ci il təvəllüdlü Telman Yusubovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. “Qafqazinfo” xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə T.Yusubov 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Biləcəri […]

Aqil Acalov doğum gününü uşaqlarla birlikdə qeyd edib

İqtisadiyyat üzrə fəlsəfə doktoru Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov doğum gününü uşaqlarla birlikdə qeyd edib. Turkustan.info xəbər verir ki, Aqil Acalov Azərbaycan Alpaqut Federasiyasının prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara diqqət yetirir. Aqil müəllim öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan köməklik göstərdiyi uşaqların yanında […]

Yol polisindən vəzifəli şəxslərə xəbərdarlıq: “Day-day” dövrü bitdi

Artıq bir müddətdir ki, mediada bəzi yüksək vəzifəli şəxslərin, məmurların xidmətində olan avtomobillərin yol hərəkəti qaydalarının əməl etməmələri, yol polisi tərəfindən yazılmış cərimələri ödəməmələri barədə məlumatlar yer alır. Məsələ ilə bağlı milli.az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin […]

Lotu Qulinin qardaşı ilə Türkiyədən ilk FOTOSU

ki gün öncə azadlığa çıxan kriminal avtoritet Nadir Səlifov Türkiyəyə yerləşib. O, İstanbul şəhərindədir. “Lotu Quli” yayılan fotoda tanınmış avtoritet olan qardaşı Namiq Səlifovla birlikdədir. Qeyd edək ki, Nadir Səlifov azadlığa çıxdıqdan sonra ilk olaraq Gürcüstana, doğulduğu Dmanisi rayonuna yollanıb. Lakin, qonşu ölkə höküməti “Quli”dən Gürcüstanı tərk etməyi tələb edib.  […]

Ermənistana tökülən rus desantı

Serj Sarkisyan və Edvard Nalbandyan cəzalandırıla bilər. Rusiya baş naziri Dmitri Medvedevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri bu Cənubi Qafqaz ölkəsinin həyatında son aylar müəmma olan bir çox məsələləri aydınlaşdırıb. İstiPress-in məlumatına görə, erməni KİV-ləri üçün aydın olan ilk məsələ Ermənistanın Avropa Birliyi ilə tərəfdaşlıq sazişi bağlamayacağı olub. Populyar “ArmenianReport” portalında […]

“Adapter” və “zaryadka”nın Azərbaycan dilində qarşılığı müəyyənləşdi

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib. Turkustan.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb:   “Zaryadka” – “Yükləmə”,   “Adapter” – “Yükləyici”,   “Embarqo” […]

Çarın intim səhnələri rusları ayağa qaldırdı – VİDEO

Rusiyanın paytaxtı Moskvada premyerası baş tutan “Matilda” filmi etirazlara səbəb olub. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, film rus çarı II Nikolayın ballerina ilə eşq macərasından bəhs edir. Film 7 pravoslav vətəndaş tərəfindən etiraza səbəb olub. Küçələrə axışıb, filmin çəkilməsinə etiraz edən nümayişçilər,  polis tərəfindən saxlanılıb. Etirazlara, təhdidlərə  baxmayaraq film kinoteatrlarda […]

Gədəbəydə silah səsləri

Düşmən müxtəlif istiqamətlərdə mövqelərimizi atəşə tutub. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu […]

Xırdalanda atışma olub? – Hüquq-mühafizə orqanları AYDINLIQ GƏTİRDİ

Oktyabrın 25-də Abşeron rayonun Xırdalan şəhərində atışma olduğuna dair məlumat yayılıb. Bildirilib ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib. Hətta onların hər ikisinin zərərsizləşdirildiyi bildirilib, bəzi KİV-lər isə daha da irəli gedərək, öldürülənlərin qaçan məhbuslar olduğunu iddia edib. Turkustan.info bildirir ki, hüquq […]

SON DƏQİQƏ: Gəncədə kriminal avtoritetlər arasında qanlı toqquşma – Yaralanan var

Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub. Hadisə Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verib. Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” […]

Türk ordusu Simon qalasını ələ keçirdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərinin sərhədində yerləşən Simon qalasına yerləşib. Turkustan.info xəbər verir ki, bu barədə “Xəbərtürk” məlumat yayıb. Bununla da türk ordusunun İdlib ilə Afrin arasındakı sərhəd xəttinə nəzarəti ələ keçirdiyi bildirilir. Həmçinin, Afrin əməliyyatı üçün İdlibə hərbçi və zirehli texnikaların daşındığı vurğulanıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb […]

“Maşın”da yayımlanan kadrlar hamını ağlatdı – FOTO+VİDEO

Ölkənin qalmaqallı verilişlərindən olan “Maşın Şou”da təsirli anlar yaşanıb.Milli.az xəbər verir ki, şounun ötəngünkü final buraxılışında indiyə qədər keçirilən 15 oyun zamanı ən çox yadda qalan kadrlar nümayiş etdirilib və qaliblərə mükafat verilib. Yadda qalan kadrlar arasında Hüseyn Dəryanın görüntüləri də yayımlanıb. Kadrlar monitorda göstərilən zaman zalda kövrək anlar yaşanıb. […]

Bərzani bu gün istefaya göndəriləcək

Bu gün İraq Kürd Muxtariyyətinin parlamenti Məsud Bərzani və onun müavininin vəzifə səlahiyyətlərinin dayandırılması ilə bağlı iclas keçirəcək. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA-ya Kürd Muxtariyyəti parlamentinin Maliyyə və İqtisadiyyat məsələləri komitəsinin sədri İzzət Sabir danışıb. “Məsud Bərzaninin (İraq Kürdüstanın rəhbəri) səlahiyyət müddəti 1 noyabrda başa çatacaq. Siyasi […]

Murad Dadaşov onun yalanını üzə çıxaran mediaya “savaş açdı” – Jurnalistləri qovdu

ATV-də yayımlanan “Maşın şou”nun təşkilatçıları jurnalistlərə hörmətsizlik edib. Turkustan.info azxeber.com-a istinadən xəbər verir ki, buna səbəb xəbər saytlarının şou haqda yazdığı xəbərlər olub. Belə ki, şounun qalibi 2 gün öncə məlum olsa da, Murad Dadaşov və onun komandası qalibi tamaşaçılardan gizlətmək qərarına gəlib. Verilişin sponsorları ilə bağlanan müqaviləyə görə şou 17 […]

Ermənilərin Türkiyədə qurduqları məktəblər…

Bir neçə gündür ermənilərin dünyadakı fəaliyyətinin Türkiyədəki hissəsi barədə yazırıq. Modern.az–ın əməkdaşı bu hissədə Türkiyədə olan erməni təhsil ocaqları ilə bağlı araşdırma aparıb. Ermənilər diaspor, media və təhsillə bağlı planlarını çox səlist həyata keçirirlər. Türkiyədə ermənilərin təxminən 18 təhsil ocağı var. Onların adlarını təqdim edirik: 1. Getronaöan erməni liseyi 2. Esayan erməni […]

Əmircanda 44 yaşlı kişinin qulağını kəsdilər

Bakının Suraxanı rayonunda orta yaşlı kişinin qulağı kəsilib. Turkustan.info-nun “Report”a istinadən xəbərinə görə, hadisə Əmircan qəsəbəsində olub. 1973-cü il təvəllüdlü Məhərrəmov Vaqif Qərib oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı onun sol qulağı iti alətlə kəsilib. O, daha sonra döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib. V. Məhərrəmov qulaq seyvanının yerinə tikilməsi üçün […]

Zaur canlı efirdə Şəbnəm Tovuzlunun makiyajını sildirdi – Pərviz Bülbülə müğənnini ələ saldı – VİDEO

Aparıcı Zaur canlı efirdə Şəbnəm Tovuzlunun makiyajını sildi. A24.Az xəbər verir ki, “5/5” verilişinin dünənki qonaqları Şəbnəm Tovuzlu və Pərviz Bülbülə olub. Canlı efirdə aparıcı Zaur müğənni Şəbnəm Tovuzludan makyajını silməsini istəyib. Zaur “makyajını siləndə nə qədər çirk, sarı ləkələr çıxacaq” – deyib. Müğənni canlı efirdə ona verilən nəm salfetlərlə makyajını […]

İstiqlal savaşçısının izi ilə – Türk ordusunun azərbaycanlı generalı Cahangir Bərkər – FOTOLAR

Azərbaycan Cümhuriyyətinin yüz illiyi çərçivəsində, Cümhuriyyət ordusunun Türkiyəyə mühacirət edərək qurtuluş savaşına qatılan zabitləri seriyasından, bu dəfə sizlərə Türkiyə Silahlı Qüvvələrinin generalı olmuş, istiqlal savaşçısı, Cahangir bəy Bərkərdən (Novruzov) söhbət açacam. İstiqlal savaşçısının izi ilə… Onun haqqında ilk dəfə iki il öncə, araşdırmaçı jurnalist Qoşqar Salmanlının qələmə aldığı, “Atatürkün təkidi […]

“Bu gün tanıdığım millət ayrı bir millətə çevrilir” – Sabir Rüstəmxanlı ilə MÜSAHİBƏ

 Xalq şairi Sabir Rüstəmxanlı: “Biz 80-ci illərdə yenidən müstəqillik qazandıqsa, bu millətin böyüklüyünün göstəricisidir”.               Müsahibimiz Xalq şairi Sabir Rüstəmxanlıdır.  Turkustan.info müsahibəni təqdim edir.             – Sabir müəllim, öncə ədəbiyyata gəlişinizdən danışardız. Ədəbiyyata gəlməklə nə qazandız? Azərbaycan ədəbiyyatına hansı töhfəniz oldu? Ədəbiyyata gələn zaman kimlərlə görüşdüz?             – Gərək bunları […]

Xırdalanda atışma – İki nəfər məhv edildi

Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib. Report  xəbər verir ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib. Nəticədə onların hər ikisi zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib. Faktla bağlı araşdırma aparılır.  

Dağbəyi İsmayılova ağır itki üz verib

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktorunun müavini, tanınmış jurnalist Dağbəyi İsmayılova ağır itki üz verib. Onun həyat yoldaşı Leyli xanım vəfat edib. Qeyd edək ki, Leyli xanım şəhid anasi idi. Oğlu Elgün 1994-cü ildə Qarabağ müharibəsində şəhid olub. Məhrumun 3 və 7 mərasimləri oktyabrın 29-da “Heydər” məscidində olacaq. Allah […]

DTX Milli Şuranın mitinqində terrora hazırlaşanları məhv etdi – ŞOK ƏMƏLİYYAT

Bakıda terror aktlarının qarşısı alınıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Abdullah” ləqəbli Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu […]