Gün: Oktyabr 27, 2017

Azərbaycanda yeni partiya: Qurultay gələn aya ertələndi

REAL qərar verdi: Noyabr-dekabr aylarında partiyanın təsis qurultayı olacaq Respublikaçı Alternativ Partiyasının oktyabrın 29-na təyin olunan 1-ci təsis qurultayı təxirə salınıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu REAL rəhbərliyi bu gün keçirilən mətbuat konfransında bəyan edib. Qurultayın təxirə salınmasına səbəb Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin yer ayırmaqdan imtina […]

Məhkumlarla bağlı humanist addım – Ömürlük cəza 10 ilədək…

Bəzi ömürlük məhkumların cəzası 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz ediləcək.   Cəzasının ən azı 25 ilini çəkmiş ömürlük məhkumun cəzası 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. Bununla bağlı Cinayət Məcəlləsinin 57-ci maddəsinə (Ömürlük azadlıqdan məhrum etmə) dəyişiklik edilib. Turkustan.info-nun məlumatına görə, təklif olunan […]

Ərdoğan Azərbaycan səfirini ailəsi ilə birlikdə qəbul etdi – FOTOLAR

Azərbaycanın Türkiyədəki yeni səfiri Xəzər İbrahim etimadnaməsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. Anadolu agentliyi xəbər verir ki, X.İbrahim Prezident sarayında keçirilən görüşdə həyat yoldaşını, övladlarını və səfirliyin əməkdaşlarını da təqdim edib. Görüşdən fotoları təqdim edirik: Qafqazinfo

Barama Mərkəzinin “Media ilə Elm” müsabiqəsinə sən də qoşul

Azercell  və PAŞA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası Barama Media Mərkəzi gənclik üçün möhtəşəm şans  olan “Science via Media” layihəsinə  start verir! “Science via Media” layihəsi yarış formatında baş tutacaq və layihə elmi  izahların media dilində topluma çatdırılmasıyla  gənclərin elmə, təhsil, özünü inkişafa olan maraqlarını artırmağı hədəfləyir. 30 Sentyabrdan etibarən […]

DTX keçirdiyi antiterror əməliyyatının görüntülərini yaydı – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasında terrora hazırlıq və cinayətkar birlikdə iştirak etmə faktları üzrə aparılan cinayət işi ilə bağlı istintaq sirri ilə məhdudlaşmayan hissədə video-audio materialları yayıb.   Turkustan.info-nun Modern.az-a istinadən xəbərinə görə, kadrlarda Milli Şuranın 28 oktyabr tarixində keçirəcəyi mitinqdə terror aktı törətməyə hazırlaşan şəxslərin görüntüləri və səs yazıları […]

Elşad Xose saxlanıldı – Oksananı döyüb

Bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Turkustan.info “qafqazinfo”-ya istinadən xəbər verir ki, buna səbəb onun keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın polisə şikayəti olub. Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib. Qeyd edək ki, Elşad Xose il Oksana Rəsulova 5 il […]

Bakıda barda başlayan sevgi qətllə bitdi- QADINLARIN LEZBİYAN OLDUĞU DEYİLİR

Barda tanış olduğu qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahid ifadə verib.  Turkustan.info musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sergey Vorobyovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Viktor Çikonov dindirilib. Viktor Çikonov bildirib ki, sevgilisi Yulya ilə birlikdə qətlə […]

“Azərbaycan üçün bundan qorxulu gedişat ola bilməz” — Politoloq

“Sergey Lavrov həmişəkindən fərqli olaraq Azərbaycanı bu dəfə müsbət mənada bir neçə dəfə xatırlayıb”. Politoloq Elxan Şahinoğlu öz facebook hesabında Rusiya xarici işlər nazirinin oktyabrın 27-də XİN yanında Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasındakı çıxışı barədə fikir bildirərkən bu sözləri qeyd edib. Politoloq bildirib ki, S.Lavrovun çıxışında 3 fikir diqqətini çəkib: […]

Lotu Qulinin qayıdışı: Kriminal aləmi nələr gözləyir?

Quli İstanbuldadır. İçəridə olarkən ona biət edən, müttəfiqi olanlar da artıq yanına axışır. Turkustan.info Lent.az-a istinadla xəbər verir ki, bu sırada ən azı Rafət Əlibayramlinski və hazırda Avstriyada yaşayan Saşa Kuşneri göstərmək olar. Telefonla təbrik zəngləri isə ara vermir. Keçmiş SSRİ-nin hər yerindən, Avropadan, ABŞ-dan gələn zənglərdə 45 yaşlı qanuni oğruya təbriklər […]

Pambıqçıları daşıyan avtobus çaya aşdı, 20-dək şəxs yaralandı

Goranboyda pambıqçıları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Turkustan.info-nun apa-ya istinadən verdiyi məlumata görə, “İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb. Qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Xəsarət alanlara Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Bakıda 50 min sakinin evi sökülür – VİDEO

Nəsimi rayonunda pilot layihə çərçivəsində geniş ərazidə söküntü işlərinə başlanılıb. Turkustan.info xəbər verir ki, rayonun “Papanin” və “Kubinka” adlanan ərazilərində bütün köhnə tikililər söküləcək. Evləri sökülən 50 minə qədər sakin isə yeni binalar tikiləndən sonra müasir mənzillərə sahib olacaq.  

“Kriminal dünyası”nın ilk qadın “oğru”su: Yaponçikin sevgilisi, “qanuni oğru”nun anası: Milyonlara sahib oldu və qəfildən…

Kriminal aləmdə “qanuni oğru”lardan danışanda söhbətin ancaq kişilərdən getidiyini düşünmək səhv olardı. “Oğru dünyası”nda adından söz etdirən qadınlar da olub. Bunlardan birincisi nüfuzu ilə kişilərdən heç də geri qalmayan Kalina Nikifirovadır.  Cebhe.info xəbər verir ki, onun barəsində əfsanələr gəzir. Məşhur “Yaponçik”in sevgilisi, “qanuni oğru”nun anası. O demək olar ki, ilk qadın […]

TƏHLÜKƏ: İŞİD Qafqaza da gəlir?

Bakının Qaradağ rayonunda terror aktları planlaşdıran şəxslər zərərsizləşdirilib. “Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətininin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, qabaqcadan əlbir olan bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan ərazisində terror aktları planlaşdırdıqları barədə DTX-ya daxil olmuş məlumat […]

DTX-dən növbəti əməliyyat – 4 nəfər tutuldu

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə intensiv antiterror tədbirləri davam edir. DTX-nin İctimai əlaqələr şöbəsindən BakuPost.az-a verilən məlumata görə, 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraqdövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən […]

ATV-nin yeni rəhbərliyi arasında böyük qalmaqal

Hazırda Fuad Cabbarov və Lamiyə Ələkbərovanın vəzifələrini Azər Xəlilovun gətirdiyi iki ayrı şəxs icra edir.  Bu yaxınlarda “Azad Azərbaycan” müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezidenti təyin olunan Fuad Cabbarov vəzifəsindən imtina edib. Turkustan.info olke.az-a istinadən xəbər verir ki, buna səbəb Fuad Cabbarovla ATV-nin yeni prezidenti Azər Xəlilov arasında yaranan fikir ayrılığıdır. “Fuad Cabbarov […]

Bakıda su qıtlığı olacaq

Səbail və Yasamal rayonlarının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq Magistral xətlərdə təmir-bərpa işləri ilə əlaqədar 27 oktyabrda gün ərzində Səbail rayonunun bir hissəsinə və Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə İstiPress-ə “Azərsu” ASC-dən məlumat verilib. Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən […]

Avtomobildə jalüz və pərdələrə icazə başa çatır – DYP-dən XƏBƏRDARLIQ

Avtomobildə jalüz və pərdələrə icazə noyabr ayının 15-dən etibarən başa çatır. Turkustan.info xəbər verir ki, bunu Fins.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, isti hava şəraitini nəzərə alaraq may ayının 1-dən noyabr ayının 15-dək istismar edilən […]

“Rəis müavini məni zorlayıb… 50 min verəcəkdi…” – ŞOK İFADƏLƏR

İsmayıllı rayon polis şöbəsinin rəis müavini Pərviz İsmayılov və digər vəzifəli şəxsləri şantaj etməkdə təqsirləndirilən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə davam edir. Lent.az xəbər verir ki,  ittiham aktında qeyd edilib ki, Vəfa Dadaşova tanışı, İsmayıllı Rayon Polis Şöbəsinin rəis müavini Pərviz İsmayılovun dostu Pərviz Hüseynovla birlikdə 2010-cu ilin aprel-may aylarında […]

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb. Unikal.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidməti məlumat yayıb. Açıqlanan proqrama əsasən, dövlət başçısı  oktyabrın 30-da Bakıya səfər edəcək. Səfər çərçivəsində Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında ikitərəfli görüş baş tutacaq. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda […]

Gənclər təşkilatı Cəlilabadda erkən nikahlar əleyhinə maarifləndirmə işi aparıb

“İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi “Region gəncləri erkən nikahlara qarşı” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Cəlilabad şəhərində baş tutub. Tədbirdə rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri, bələdiyyə üzvləri, QHT fəalları və gənclər iştirak ediblər. Azərbaycan Dövlət Pedaqoji […]

Sumqayıt kitabxanalarında silsilə tədbirlər keçirilib – FOTOLAR

Sumqayıt şəhər Mərkəzi kitabxanasında görkəmli ədib Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Turkustan.info-ya verilən məlumata görə, “1 yazıçı-1kitab” layihəsi çərçivəsində keçirilən tədbirdə ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Daha sonra C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi əsasında çəkilmiş qısametrajlı film nümayiş […]

General MTN-nin şərlədiyi vətəndaşın bəraət almasından danışdı – MÖVLAM ŞIXƏLİYEVDƏN EKSKLÜZİV AÇIQLAMA

“Mətləb Mustafayevin bəraət almasından xəbərim var. Amma onu deyə bilərəm ki, onun həbsinə və istintaqına görə mən məsuliyyət daşımıram. Qanunverciliyə diqqət etsəniz görərsiniz ki, istintaqa nəzarət edən orqan var”. Bu sözləri ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev Gununsesi.info-nun bununla bağlı sualını cavablandırarkən söyləyib. […]

İraq hökuməti və Bərzani atəşkəs elan etdi – Son dəqiqə

İraq ordusu və peşmərgə arasında atəş barəsində razılığa gəlinib. Turkustan.info xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb. Qeyd edək ki, İraq Kürd Muxtariyyətində keçirilən referendumdan bir qədər sonra tərəflər arasında şiddətli döyüşlər olub. İraq ordusu bir neçə strateji bölgəni peşmərgədən azad edib.  /Axar.az/

Sizi 15 günə qarın piylərindən 4 kq xilas edəcək – RESEPT

Bir çox yeməklərimizdə istifadə etdiyimiz cəfəri faydalı bir bitki olmaqla yanaşı, arıqladıcı təsirə də malikdir. Turkustan.info xəbər verir ki, diyetoloqlar cəfəri suyu ilə 15 günə 4 kilo arıqlamağın mümkün olduğunu bildirirlər. Bu resept qaraciyər piylənməsini əridir, qaraciyərdən üzə düşmüş ləkələri təmizləyir. Həmin pəhrizi diqqətinizə çatdırırıq: 15 saplaq doğranmış cəfərini, 2 […]

Bu silahlar Türk komandosuna paylandı – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli istehsal olan silahların istifadəsinə dair qərarından  sonra  Türk Silahlı Qüvvələri, yerli istehsal olan MPT-76-nın satışına təkan verib. Turkustan.info xəbər verir ki, yerli istehsal milli piyada sihahı MPT-76 öncə terrorla mübarizə aparan komandolara – desant birliklərinə paylanıb. Silah bir çox üstün funksiyalara malikdir.  

Bakıda məktəb direktorundan müəlliməyə əxlaqsız təklif – Rədd cavabı aldı, işdən çıxardı – (VİDEO)

Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifinə “yox” cavabı verdiyi üçün işdən çıxarıldığını iddia edir. G.Əliyeva işə bərpa və buraxılmış iş günlərinin əməkhaqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Virtualaz.org […]

Rusiya “nüvə üçlüyü”nü dünyaya göstərdi – VİDEO

Rusiya Müdafiə Nazirliyi 4 qitələrarası balistik raketin buraxılmasının görüntülərini yayıb. Turkustan.info xəbər verir ki, çarx cəmi 97 dəqiqə davam edir və onda “Topol” raketinin buraxılışını, eləcə də strateji bombardmançıların görüntüləri yer alıb. “Raket birləşmələrinin sınağı dünən keçirilib və sınaq zamanı qarşıya qoyulan məqsədə nail olunub”,– deyə nazirliyin açıqlamasında bildirilir. “Nüvə üçlüyü” […]

“Türkiyədə bəzi şəxsləri ələ alaraq Azərbaycan əleyhinə təbliğata cəlb edirlər” – Qənirə Paşayevadan xəbərdarlıq

Millət vəkili Q. Paşayeva Türkiyənin İstanbul, Bolu, Kayseri və Manisa  vilayətlərində qardaş Türkiyənin QHT, KİV  və aydınları ilə görüşüb.  Millət vəkili eyni zamanda bir sıra türk xalqlarının Türkiyədə fəaliyyət göstərən QHT-ləri ilə də görüşüb. Görüşlər zamanı Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın,Türkiyənin və acılar içərisində olan bəzi türk […]

Dövlət Dram Teatrının ilk direktorunun faciəli həyatı

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) keçirdiyi Vikipediya təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Azərbaycan Dövlət Dram Teatrının ilk baş rejissoru və direktoru, dramaturq Bilal Əhməd haqqında məqalə yaradılıb. Məqalə ilə daha ətraflı buradan tanış ola bilərsiz: https://az.wikipedia.org/wiki/Bilal_%C6%8Fhm%C9%99d  

İraq ordusu ilə peşmərgə arasında döyüşlər şiddətləndi – SON DƏQİQƏ

İraq ordusu ilə peşmərgə gücləri arasında toqquşma şiddətlənib. Turkustan.info xəbər verir ki, İraq ordusu Ərbil-Dahok sərhədi arasındakı Ninovaya üç hərbi birlik və döyüş helikopterləri göndərib. Dünın Mahmur, Zammer və Rabia qəsəbələrində baş verən toqquşmada İraq ordusu 60 itki verib. İraq ordusunun hazırki hədəfi Dahok ilə Türkiyə arasındakı Fişhabur sərhəd qapısını ələ […]

“Lotu Quli”nin gələcək PLANLARI: O, “oğru dünyası”nın yeni başçısı olacaq?

“Oğru aləmi” Nadir Səlifovun (“Lotu Quli”) 22 illik həbsdən sonra gözlənilmədən azad olunmasının şokunu yaşayır. 45 yaşlı Nadir Səlifov hazırda Türkiyənin İstanbul şəhərində öz ailəsi ilə birlikdədir və təbrikləri yalnız telefon vasitəsilə qəbul edir.   Turkustan.info-nun məlumatına görə, Rusiyanın kriminal və oğru aləmin ilə bağlı xəbərlərində ixtisaslaşan xəbər saytları “Lotu […]

Türkiyədə kimi dəstəkləyək? – AKP, CHP, MHP, “İyi Parti”

Fazil Mustafa, Milli Məclisin üzvü Türkiyəmizin içində, çölündə olub-bitənlər bizi ya sevindirir, ya da rahatsız edir. Özümüzə aid duyğuları bir çoxlarımız səmimi şəkildə Türkiyə üçün də yaşayırıq. Bu səmimi yaşantımız da böyük ehtimalla Türkiyənin Azərbaycan üçün önəmini, mahiyyətini anlamaqdan irəli gəlir. Bir məsələdə isə Türkiyəyə həssas yanaşanlardan xeyli fərqli düşüncədə […]

Bərzanini qurbana çevirənlər: Kürd lider kimin güdazına getdi?

Şimali İraq Kürd Muxtariyyatının rəhbəri Məsud Bərzani müstəqillik kursundan imtina edib.İraq mərkəzi hökumətinə atəşi dayandırmağı və dialoqa başlamağı təklif edən Bərzani 25 sentyabr referendumunun nəticələrini dondurmağa hazır olduğunu bəyan edib.Bərzani hakimiyyətinin belə bir addım atmasına səbəb gözlədiyi dəstəyi ala bilməməsidir.“Cümhuriyət” qəzetinə açıqlamasında siyasi şərhçi Natiq Miri deyib ki, artıq Bərzani […]

Gəncədə kriminal avtoritetlərin “razborka”sının şok görüntüləri- VİDEO

Xəbər verdiyimiz kimi, oktyabrın 25-də saat 22 radələrində Gəncə şəhərindəki çay evlərindən birində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qurban Qurbanov və Tural Əliyevlə həmyerliləri, əvvəllər məhkum olunmuşlar Edqar Nəsirov və Namiq Kərimov arasında mübahisə baş verib. Turkustan.info Gununsesi.info-ya istinadən bildirir ki, bu zaman E.Nəsirov tapançadan Q.Qurbanova atəş açmaq istədiyindən sonuncu […]

Azərbaycanda övladlarını vəhşicəsinə döyən ananın görüntüləri yayıldı – VİDEO

Telejurnalist Xoşqədəm Baxşəliyevanın təqdimatında “Xəzər” televiziyasında nümayiş olunan “Səni axtarıram” verilişində övladlarını vəhşicəsinə döyən ananın görüntüləri yayımlanıb. Turkustan.info xəbər verir ki, həmin qadının atası canlı efirə qoşularaq, qızını müdafiə edib. Daha sonra uşaqlarını döyən ana ilə telefon bağlantısı yaradılıb. O, açıqlamasında “Ərim məni çox döyürdü. Məni bu cür hərəkətlər etməyə […]

Diqqət! Bazar günü saatlar geri çəkiləcək

Bu həftənin bazar günü, oktyabrın 29-da dünyanın təxminən 70 ölkəsində yay vaxtından qış vaxtına keçid edilməsi üçün saatların əqrəbləri bir saat geri çəkiləcək. Turkustan.info report-a istinadən xəbər verir ki, dünyanın 130-dək ölkəsində, o cümlədən Azərbaycanda saatların əqrəbləri geri çəkilməyəcək. Belə ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi […]

Azərbaycanlı qız “Yetenek Sizsiniz”də biabır oldu: Geyimi sürüşdü – VİDEO

Ötən gün Türkiyənin məşhur yarışı “Yetenek Sizsiniz”in ilk turu keçirilib. Dünyaca məşhur “Yetenek Sizsiniz”ə azərbaycanlı iştirakçı da qatılıb. Adının Firuzə İdrisbəyli olduğunu deyən qız səhnəyə təxminən 2 metr uzunluğunda piton ilanı ilə çıxıb, oriental rəqs nümayiş etdirib. Lakin Firuzənin rəqsi münsiflər tərəfindən II tura keçməsi üçün yetərli hesab edilməyib. Firuzənin performansı zamanı geyiminin düşdüyü […]

Şeyxin kürəkəninin cinayət işində YENİLİK

Sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi məhkəməyə göndərilib. Turkustan.info APA-ya istinadla xəbər verir ki, tərəflər işlə tanış olublar və baxılmaq üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş üzrə məhkəmə iclası yaxın günlərdə başlayacaq. Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı […]

Dedi, xristian təqvimini unut, Babazadə nədir? – Mühacirət – Foto

“20 yaşında gənc idim. İstiqlal mücadilələri içində böyümüşdüm. 1918-ci ilin mart qətliamı günlərində saysız-hesabsız qurbanlar vermişdik. Vücudum 15 sentyabr zəfər mücadiləsi ilə yoğrulmuşdu. 28 May səadəti ilə dalğalanan müqəddəs üç rəngli bayrağımızın altında kölgələnmək səadətini dadmışdım. Hürriyyətin nə olduğunu öyrənmişdim”. (Əjdər Qurtulan, “Azərbaycan” dərgisi, 1962-ci il) Onun adına ilk dəfə […]

“Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 3 il ötür

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 3 il ötür. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən üç il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş […]

Daha bir türk dövləti latin qrafikasına keçir

Nursultan Nazarbayev qazax dilinin latin əlifbasına keçidi haqqında fərman imzalayıb  Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb. Sputnik Qazaxıstan-ın verdiyi xəbərə görə, fərmana əsasən  Qazaxıstan əlifbasının latın qrafikasına keçid prosesini təmin etmək üçün milli komissiyanın yaradılması barədə göstəriş verilib. Fərman Qazaxıstanın 2025-ci ildə […]

ATV-də yeni təyinatlar: Ceyhun Əli efirə qayıtdı, qovulanlar bərpa edildi – Vitse-prezidentlər isə…

ATV kanalından yeni xəbər var. Bir müddət öncə ATV-dən qovulan Vüqar Qaradağlının yerinə CBC (“Caspian International Broadcasting Company”) telekanalının baş direktoru Azər Xəlilov təyin olunmuşdu. O,  kanalın idarəçiliyi müvəqqəti olaraq həyata keçirirdi. A24.Az-ın əldə etdiyi məlumata görə, iki gün əvvəl yeni rəhbər təyinatlara başlayıb. Belə ki, əvvəlcə Qaradağlının işdən qovduğu üç sürücü […]

Azərbaycan ordusunun təlimləri Ermənistanı silkələdi

Tavuş vilayətinin İcevan rayonun Ayqehovit kənd sakinləri oktyabrın 25-də gün ərzində beş-altı dəfə güclü partlayış səsləri eşitdikləri barədə həyəcanlı məlumat veriblər. ordu.az xəbər verir ki, partlayışların səsi Berd rayonu və vilayətin sərhədyanı digər kəndlərində də eşidilib. Kəndlərə ziyan dəymədiyini deyən ermənilər hər şeyin Azərbaycanın ərazisində baş verdiyini bildiriblər. Sərhədyanı yaşayış məntəqələrinin […]

Bakı metrosunda problem: Qatarlar gecikir, sıxlıq yaranıb – VİDEO

Bu gün səhər saatlarından “Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunur. Mənzil başına vaxtında çata bilməyən sərnişinlər bundan şikayətlənirlər. BakuPost.az xəbər verir ki, məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, yaranmış problemlər əlaqədar depodan qatarların ötürülməsində fasilələr yaranıb. Bu səbəbdən qatarların qrafikində ləngimələr olub […]

İnsan bədənində 8 SİRLİ ORQAN – FOTOLAR

21-ci əsrdə insan bədənində elmin belə izah etməkdə aciz qaldığı orqanlar var. Tam olaraq heç bir funksiyanı yerinə yetirməyən bu orqanların adlarını belə çoxunuz bilmirsiniz. Elə isə məqaləni diqqətlə oxuyun. Publika.az bu yazıda sizi tam olaraq nə işə yaradığı bəlli olmayan orqanlarla tanış edir: 1. Quyruq sümüyü dediyimiz orqan Tarixi araşdırmalara […]

İraq ordusundan həmlə: Bərzaniyə 4 istiqamətdən hücum

Mosulun şimal-qərbində İraq ordusu ilə peşmərgə qüvvələri arasında şiddətli döyüşlərin başlandığı bildirilib. Turkustan.info xəbər verir ki, bu barədə İraq Kürd Administrasiyasının Təhlükəsizlik Agentliyi məlumat yayıb. Haşdi Şabinin də dəstək verdiyi ordu qüvvələrinin 4 istiqamətdən hücuma keçdiyi deyilib. Belə ki, müttəfiq ordular Bardiye və Hamad Ağa kəndindən Ayn Uveysə, Muşrefdən Sufaya kəndinə, […]

Azərbaycanı silkələyən həbsxana QAÇIŞLARI: “Bu cinayətlərdə polislərin əli olur”

Şirvana etap ötürülən məhbusların qatardan qaçması böyük müzakirələrə səbəb olub. Xatırlatmaq üçün qeyd edək ki, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar- 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir. Əli Ağami kriminal aləmdə “Krutoy Elvin” kimi tanınan 1983-cü il təvəllüdlü Elvin Nəziyevin qətlində ittiham […]

Öz xalqı, vətəni ilə tanınan ziyalı – Ramiz Abutalıbovun 80 illiyinə

Nəsib Nəbioğlu   Oktyabr ayının 27-də   körkəmli ziyalımız, diplomat, ictimai xadim, Ramiz Abutalıbovun 80 yaşı tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Fransada qalan, tarixin amansız dönəmində haqsızlıqla üzləşən, məcburən mühacir həyatı yaşamağa məhkum olan  soydaşlarımızın arxivlərinin Azərbaycana gətirilməsində, həmin dövrün bizə düzgün və aydın çatırılmasında, tariximizin qaranlıq, toz basmış […]