TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
“Mədət Quliyevin DTX rəhbərliyinə gətirilməsi uğuru şərtləndirən əsas amillərdən biridir”
28 Oktyabr 2017 17:48
    baş manşet
“Mədət Quliyevin DTX rəhbərliyinə gətirilməsi uğuru şərtləndirən əsas amillərdən biridir”













Əliməmməd Nuriyev: “Artıq milli təhlükəsizliyin təmini ilə peşəkarlar məşğul olur”

Son aylar DTX-nın radikal dini dairələr, terror qrupları və digər cinayətkar ünsürlərlə bağlı bir-birinin ardınca həyata keçirdiyi uğurlu əməliyyatlar, xalqın və dövlətin təhlükəsizliyinə təhdid təşkil edən halların qətiyyətlə aradan qaldırılması cəmiyyət tərəfindən də təqdirlə qarşılanmaqdadır.

DTX-nın məlum əməliyyatları MTN dönəmindən sonra milli təhlükəsizlik qurumunda, onun rəhbərliyində həyata keçirilən yeniliklərin həqiqətən də zəruri və son dərəcə effektiv olmasının isbatı sayıla bilərmi?

Moderator.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev bu yeniliklərin gerçəkdən də faydalı olduğunu vurğuladı:

“Doğrudan da MTN dönəmində milli təhlükəsizlik qurumunda xeyli sayda qeyri-peşəkarlar toplaşmışdı. Bir sıra hallarda işə götürmə hallarında korrupsiya sövdələşmələri mövcud idi. Bu qurumda daha çox qeyri-peşəkarlar toplaşmışdı. Peşəkarların çoxu oradan uzaqlaşmışdı. Onların bir qismi öz ərizələri ilə işdən çıxmışdı. Çünki peşəkarlara qeyri-peşəkarlar rəhbərlik edəndə hər zaman belə ziddiyyətlər yaranır. Bunun nəticəsində də cənab prezident tərəfindən MTN ləğv edildi, onun rəhbərliyi isə işdən azad edildi. Bir çoxları cinayət məsuliyyətinə cəlb edildi. Bəziləri haqqında isə artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmləri var.

MTN-nin ləğvindən sonra DTX yaradıldı və bu qurumun rəhbərliyinə olduqca peşəkar olan Mədət Quliyev gətirildi. Vaxtiylə milli təhlükəsizlik qurumundan uzaqlaşdırılan peşkarların yenindən xidmətə dəvət edilməsi prosesi başladı. Bu və digər addımlar DTX-nın həm əməliyyat-axtarış bacarıqlarını yüksəltdi. Son əməliyyatlar da bunu bir daha təsdiq edir.

Əvvəllər MTN-də ayrı-ayrı şəxsləri məsuliyyətə pul və əmlak tələbi qarşılığında cəlb edirdilərsə, sahibkarları müəyyən obyetərdən uzaqlaşdırıb ora öz nümayəndələrini yerləşdirirdilərsə, yaxud guya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı uğurlu əməliyyat keçirildiyini iddia edərək bəzi şəxsləri həbsə atırdılarsa, indi hər şey fərqlidir. Artıq təhlükəsizlik xidməti öz ənənəvi funksiyasına qayıdıb. Bu funksiyanı artıq peşəkarlar həyata keçirir.

Hesab edirəm ki, M.Quliyevin bu qurumun rəhbərliyinə təyin edilməsi DTX-nın həyata keçirdiyi uğurlu əməliyyatları şərtləndirən başlıca amillərdən biridir. Bu əməlyyatlar DTX-nın ölkə başçısı tərəfindən onların qarşısına qoyduğu tapşırıqları uğurlar yerinə yetirdiyini göstərir”.

Yuxarı Geri Başlağıc