Gün: Oktyabr 30, 2017

Bakı Atatürk Liseyində Türkiyə Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Türkiyə Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqanın, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlunun, liseyin müdiri Hüseyn Dəmirəlin və digər qonaqların iştirak etdiyi bayram tədbirinə Ulu öndərlər Heydər […]

Dünyanın 6 məşhur tablosunda GİZLƏDİLMİŞ ŞİFRƏLƏR – VİDEO

Dünyada ən çox araşdırma aparılan sahələrdən biri də tarixi tablolarla bu günümüzə qədər gəlib çıxan gizli şifrələrdir. Mono Lizanın gözlərindəki şifrənin Leonardo da Vincinin şifrəsi olduğu iddia edilsə də, hələ də bunun nə olduğu müəyyən edilməyib. Sənət əsərlərinin üzərində, arxasında və ya mövzusunda gizlədilən gizli şüuraltı mesajların hansı mənaları ifadə […]

Tacir Şahmalıoğlu keçmiş sevgilisi Fədayənin həbsindən danışdı: “Ziyarətinə gedərəmmi…”

Azərbaycanın tanınmış müğənnisi Fədayə Laçın həbs edilib. Onun həbs edilməsi ilə əlaqədar olaraq sənətçinin həmkarı, keçmiş sevgilisi ilə əlaqə saxladıq. Bu barədə BiG.AZ-a danışan Tacir Şahmalıoğlu artıq Fədayənin onun üçün maraqsız olduğunu bildirdi: “Fədayə xanımın bu cür hərəkətindən xəbərsizəm. Biz tərəf müqabili olan zamanlar belə hadisələr baş verməyib. 14 il bundan […]

MTN zabitlərinin 3 milyonluq əmlakı müsadirə olundu

“Vosmoy” bazarı dövlət nəfinə müsadirə edilib  Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun […]

Azərbaycanda nağd alış-verişə son qoyula bilər

Nağdsız hesablaşmalar sisteminin inkişafı üçün POS-terminallarda bank kartları ilə ödəmə zamanı ƏDV-yə diferensiallaşmış verginin tətbiqi nəzərdə tutulur Azərbaycanda nağdsız hesablaşmalar sisteminin inkişafı üçün POS-terminallarda bank kartları ilə ödəmə zamanı ƏDV-yə (ƏDV 18% təşkil edir) diferensiallaşmış verginin tətbiqi istisna olunmur. Bu barədə Sputnik Azərbaycan-a hökumətdəki məlumatlı mənbə məlumat verib. Hazırda Milli […]

“Fənərbaxça”nın oyununda Qarabağ plakatı – FOTO

Türkiyəli futbol azarkeşləri Azərbaycana dəstək nümayiş etdiriblər. Turkustan.info xəbər verir ki, bu gün keçirilən “Fənərbaxça” – “Kayserispor” oyununda fanatlar üzərində “Qarabağ ürəyimizdəsən” yazılmış plakat açıblar. Bununla türk azarkeşlər Qarabağ məsələsində Azərbaycanın yanında olduqlarını göstəriblər.   /Unikal.org/  

Əflatun Amaşov BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb: FOTOLAR

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovun Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü keçirilib. Turkustan.info bildirir ki, dekan Vüqar Əliyev Mətbuat Şurası ilə əməkdaşlıq məsələləri, o cümlədən birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə edib. Əflatun Amaşov təmsil etdiyi qurum ilə Jurnalistika fakültəsi arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edərək […]

Ərini öp mən əvəzdən! – Facebook LƏTİFƏLƏRİ

Turkustan.info Kulis.az-a istinadən Facebook lətifələrini təqdim edir.   Oğlan: – Aşqım, dünən səni dürtdüm, niyə cavab vermədin? Qız: – Ehhh!!! Feysdə nənəm də dürtər! *** Uzun çat söhbətinin nəticəsi: – Siz gül kimi gözəlsiz! – Mən ki şəklimi qoymamışam, nədən bildiniz?! – Tikanlarınızdan! *** Gənc oğlanın sevgi mesajı: “Xanım, artıq mən […]

Tağı Əhmədovun 3 milyon manatlıq iddiası təmin edilmədi

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət […]

“O səs Türkiyə”də azərbaycanlı qız üstündə dava – VİDEO

Gənc azərbaycanlı ifaçı Ayla Şiriyeva “O səs Türkiyə” vokal şousunun iştirakçısı olub. A24.Az-ın məlumatına görə, Ayla şouda Cessi Ceyin “Mamma Knows Best” kompozisiyasını səsləndirib. Səsini və performansını bəyənən münsiflər heyətinin dörd üzvünün hamısı – Yıldız Tilbə, Hadisə, Gökhan və Murad Boz ona sarı dönərək Aylanı öz komandasında görməyi arzuladığını bildirib. […]

Aprel şəhidlərini tanıdan layihə yekunlaşdı

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Aprel şəhidlərinin təbliğinə dair təşəbbüslərin dəstəklənməsi” layihəsini yekunlaşdırıb. Layihənin yekunu olaraq Abşeron rayonu Masazır qəsəbəsindəki Kəlbəcər köçkün məktəbində tədbir keçirilib. Tədbirdə Aprel şəhidlərinin ailə üzvləri, müəllim və şagirdlər, valideynlər, QHT nümayəndələri və media mənsubları iştirak ediblıər. Layihənin rəhbəri […]

Ermənistanda uşaq bağçasına silahlı hücum – Uşaq və işçilər girov götürüldü

Ermənistanın Armavir şəhərində uşaq bağçasına silahlı hücum olub. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, hadisənin bağçanın direktorunun keçmiş kürəkəni tərəfindən törədildiyi ehtimal edilib. İlkin məlumata əsasən həmin şəxs uzun müddət keçmiş həyat yoldaşı ilə görüşməyə çalışıb. Buna nail olmadığını görüb soyuq silahla bağçaya hücum edib. O, bağçanın işçilərini və bir uşağı […]

Fədayə Laçın avtoritet “Qoca” ilə fotosu yayıldı – FOTO

Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərən Müğənni Fədayə Laçın avtoritetlə fotosu yayılıb. Turkustan.info-nun məlumatına görə,  müğənni “Qoca” ləqəbli Etibar Məmmədovla birgə çəkilmiş səmimi görüntüsünü təzadlar.az saytı yayıb. Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F. Laçın həmin iş […]

Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət […]

Fədayə Laçın 304.2.1 maddəsi ilə təqsirləndirilir

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) saxlanılıb. Turkustan.info bildirir ki, hüquq-mühafizə orqanlarından Modern.az-a daxil məlumata görə, Fədayə Laçın Bakı İstintaq Təcridxanasına köçürülüb. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət […]

Mübariz Qurbanlı ərəbistanlı nazirlə görüşdə erməni vandalizmdən danışıb – FOTOLAR

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biridir. Turkustan.info xəbər veriur ki, bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Səudiyyə Ərəbistanının İslam məsələləri, çağırış və irşad naziri şeyx Saleh bin Əbdüləziz Al Əl-Şeyxlə görüşündə səslənib. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz […]

Nizami Gəncəvini erməniləşdirən Azərbaycan müəllimi

Fars və erməni şovinistlərinin birgə fəaliyyət planı Azərbaycanda dərsliklərin qeyri-peşəkar hazırlanması böyüməkdə olan nəslin psixikasına təsir göstərir.  İstiPress-ə bu barədə psixoloq Vəfa Əkbər bildirib. Onun sözlərinə görə, qeyri-peşəkarlar tərəfindən hazırlanan dərsliklərdə verilən yanlış məlumatlar uşaqlarda inamsızlıq yaradır: “Əslində, ilk dərslik kitablarında, məsələn, “Ana dili” dərsliyində çəkilən misallar, ədəbiyyat nümunələri və […]

Fədayə Laçın həbs edildi – Bakı qatarından qaçan məhbuslara…

Azərbaycanda tanınmış xanım müğənni həbs edilib. APA-nın məlumatına görə, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F. Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, oktyabrın 23-də Bakı- […]

Sərkisyan yenidən Moskvaya gedir

Ermənistan Prezidenti Serj Sərkisyan noyabrın 15-də Rusiyaya səfər edəcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan söyləyib. Sərkisyan Moskvada Ermənistan mədəniyyət günlərinin açılışında iştirak edəcək. Sərkisyanla bərabər Moskvaya parlament sədri, müdafiə naziri və deputatların gəlişi gözlənilir.

İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur” – CANLI YAYIM

“Özbəkistan Şərq-Qərb nəqliyyat dəhlizinə xüsusi önəm verir, bu sahəyə investisiyalar qoyur”. Bunu tədbirdə Özbəkistan baş naziri Abdulla Aripov bildirib. O qeyd edib ki, əlverişli nəqliyyat dəhlizi ölkələrin iqtisadi inteqrasiyasında böyük rol oynayacaq: “Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm elementidir. Özbəkistan yüklərinin bu nəqliyyat dəhlizi ilə daşınmasında maraqlıdır. Bu, ölkələrimizin […]

Ali Baş Komandana yeni səlahiyyətlər verilir

Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Respublikasının Prezidenti) yeni səlahiyyətlər verilir. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı “Müdafiə haqqında” Qanunun 5-ci maddəsinin 6-cı bəndinə əlavələr edilir. Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan Respublikasının Prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və […]

Bakıda yaşlı kişidən aptekdə inanılmaz fırıldaqçılıq

Bakıda yeni dələduz peydə olub. Turkustan.info xəbər verir ki, baku.ws-in redaksiyasına göndərilən videodan aydın olduğu kimi adı məlum olmayan şəxsin dələduzluğu lentə alınıb. Belə ki, akademik Həsən Əliyev küçəsində yerləşən “Zeytun” aptekə daxil olan yaşlı kişi əczaçını aldadıb. O, aptekdə 100 AZN xırdalayaraq iki 50 AZN-lik edir. Daha sonra fırıldaqçı 50 […]

Piyadaları vuran sürücülərlə bağlı qanunda yenilik

Azərbaycanda avtomobil qəzaları zamanı şəxsə az ağır və ağır dərəcəli bədən xəsarəti yetirənlər cinayət məsuliyyətindən azad oluna biləcəklər. Turkustan.info xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov APA-ya bildirib ki, Milli Məclis son plenar iclasında Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinə dəyişiklik edib və bu […]

Azercell-dən bir daha 100 %-lik nəticə

Hər zaman müştəri məmnuniyyətini üstün tutan  Azercell Telekom sosial şəbəkələrdə də müştərilərinə yüksək səviyyədə xidmət göstərməyə davam edir. Təsadüfi deyil ki, məhz sosial şəbəkələrdə göstərdiyi yüksək aktiv fəaliyyətə görə şirkət dəfələrlə “Socially devoted” sertifikatına layiq görülüb. Bu ilin üçüncü rübündə də Azercell təmsilçiləri rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni […]

Ərdoğan xanımı ilə Azərbaycana gəldi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.   Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.   Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub […]

ŞOK İDDİA: Sabah Hz. İsa dünyaya gələcək və dünyanın sonunu gətirəcək – VİDEO

ui-qəsd nəzəriyyəçiləri sabah qiyamətin qopacağını iddia edirlər. Onlar 31 oktyabr 2017-ci il tarixində Hz. İsanın dünyaya gələcəyini və gəlişi ilə dünyanın sonunu gətirəcəyini bildirirlər. Bu tarixdə qütblərin yerini dəyişəcəyi də iddialar arasındadır. Xatırladaq ki, sui-qəsd nəzəriyyəçiləri keçən ay göy üzündə “Nibiru” adlı sirrli planetin ortaya çıxacağını və dünyanı yox edəcəyi […]

İlk 30 dəqiqədə 10 milyon insan öləcək – Baş strateqdən DƏHŞƏTLİ XƏBƏRDARLIQ

ABŞ prezidenti Donald Trampın keçmiş baş strateqi Stefan Bannon Türkiyə və Qətərlə bağlı xəbərdarlıq edib. Bannon Londonda çıxan “Şarku’l Avsat” qəzetinə verdiyi müsahibədə Türkiyənin İrandan daha təhlükəli olduğunu bildirib. “ABŞ üçün ən böyük təhlükə Türkiyədir. Türkiyə qonşusu İran qədər təhlükəli deyil, ondan daha təhlükəlidir. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyindəki Türkiyədə gerçəkdə […]

“Bakı-Tiflis-Qars dəmir yolunun açılması Ermənistanın siyasi çöküşünü sürətləndirəcək” – Elməddin Behbud

“Bu gün mühüm tarixi hadisəyə, Bakı-Tiflis-Ceyhan əsas əsas ixrac neft boru kəmərindən sonra regionun ikinci böyük iqtisadi-siyasi layihəsinin – Bakı-Tiflis-Qars dəmir yolunun açılışına şahidlik edəcəyik. Bu tranzit nəqliyyat layihəsi Azərbaycanın öncüllüyü ilə Cənubi Qafqazı uzaq Asiya və Avropa ilə bağlamaqla bir sıra strateji dəyişikliklərə səbəb olacaq gücdədir”. Turkustan.info-nun xəbərinə görə, […]

QHT rəhbərləri Türkiyə Səfirliyində görüşdə olublar

Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə layihəni davam etdirir. Bu barədə məlumat verən Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyinin sədri Şəbnəm Rəfaelqızı qeyd edib ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla və Türkiyənin Azərbaycandakı […]

Ərdoğan: “Can Azərbaycanla əlaqələrimizin strateji müttəfiqlik səviyyəsində olması qürur mənbəyimizdir” – MÜSAHİBƏ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın TREND, AZƏRTAC və APA informasiya agentliklərinə müsahibə verib.   Turkustan.info müsahibəni təqdim edir. – Cənab Prezident, Türkiyə-Azərbaycan əlaqələri və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qarşıdakı iclasının əhəmiyyəti haqqında nə deyə bilərsiniz?   – Azərbaycanla diplomatik əlaqələrimizin yenidən qurulmasının 25-ci ildönümünü bu ilin yanvar ayında qeyd etdik. […]

Bakı-Tbilisi-Qars xəbəri dünya mediasının manşetində

Bu möhtəşəm layihə dünya mətbuatının diqqətindən yayınmayıb.  Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşür. Sputnik Azərbaycan xəbər verir ki, paytaxtdakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola düşmə mərasimində, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Özbəkistan baş […]

Ermənilər təlaşda: Ərdoğan Qarabağı qaytarır

Türkiyə liderinin Bakı səfəri İrəvanda ciddi qorxu doğurub Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Bakı – Tiflis – Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılış mərasimi ilə bağlı Azərbaycan paytaxtına bu günə nəzərdə tutulmuş səfəri Ermənistanda ciddi narahatlıq doğrub. İstiPress-in məlumatına görə, müxtəlif düşərgələri təmsil edən erməni şərhçiləri və ya ermənipərəst […]

Rafiq Hüseynov Almaniyada vəfat etdi – SON DƏQİQƏ

Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib. Turkustan.info xəbər verir ki, bu barədə APA-ya açıqlamsında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. O bildirib ki, R. Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib: “Həkimlər əllərini gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından […]

İran sərhədində sıxlıq: Ziyarətə gedənlər havasızlıqdan boğulurlar – FOTO

İranla sərhəddə yenə problem yaranıb. Turkustan.infoBakuPost.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Astara Sərhəd Keçid Məntəqəsində izdiham yaşanır. İnsanlar keçid məntəqəsində növbə gözləyir. İrana keçmək istəyən vətəndaşlar deyib ki, səhər saatlarından növbədə dayansalar da, hələ də sərhədi keçə bilməyiblər: “İrana və İraqa zəvvar axını olduğundan, keçid məntəqəsində adam çoxdur. Lakin […]

Məğlubiyyət sindromu: Şimali İraqda vətəndaş qarşıdurması başladı

Referendumdan sonra Şimali İraqda vətəndaş müharibəsi başlayacağı ehtimalı barədə dəfələrlə yazmışıq. Bir müddət əvvəl kürd muxtariyyətinin Nazirlər Kabinetinin yaydığı yazılı mətbuat açıqlaması artıq bu müharibənin başladığının rəsmi etirafıdır. Turkustan.info-nun bildirdiyinə görə açıqlamada deyilir: “Ortaya çıxan təcavüz və şiddət vətəndaşlarımız arasında kədər və narahatlıq yaradıb. Polis və hüquq-mühafizə orqanlarının vəziyyəti nəzarət […]

Yazar Nigar İsmailkızı Karabağ dramını kitaplaştırdı

Azerbaycan Yazarlar Birliği üyesi Nigar İsmailkızı, kardeş ülke Azerbaycan ile Ermenistan arasındaki savaşta şehit düşen Abdulmecid Ahundov’un hayatını “Savaşçı” isimli bir eserle kitaplaştırdı. Bundan 25 yıl önce Azerbaycan’nın Dağlık Karabağ bölgesindeki Hocalı kasabasında Ermeni kuvvetleri yüzlerce Türkü katletti. HAFIZALARDAN SİLİNMEYEN HOCALI KATLİAMI 336.Sovyet Mekanize Alayının da desteği ile Hocalı kasabasına […]

Messidən Azərbaycana qarşı GÖZLƏNİLMƏZ ADDIM

Argentina milli komandasının Azərbaycan və Ukrayna yığmaları ilə keçirmək istədiyi yoldaşlıq görüşünün baş tutmamasının səbəbkarı müəyyənləşib. “Report”un “Vanguard” nəşrinə istinadən verdiyi məlumata görə, bu komandalarla oyunun keçirilməsini Cənubi Amerikadan olan kollektivin, Lionel Messi başda olmaqla, aparıcı oyunçuları istəməyiblər. Xəbərdə bildirilir ki, Argentina Futbol Assosiasiyası (AFA) gələn il Nigeriya ilə nəzərdə […]

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşür

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşür. Turkustan.info “APA-Economics”ə istinadən xəbər verir ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirakı nəzərdə tutulub. Layihənin icrasına 2007-ci ildə başlanılıb. Həmin ilin fevralın […]

Siqareti tərgitməyin 10 asan üsulu

İmmunitet.az bildirir ki, xərçəng başda olmaqla siqaretin yol aça biləcəyi xəstəliklərin siyahısını tutun. 1) Siqaretdən heç istifadə etməmək üçün bir gün seçin və səbəb hər nə olursa olsun siqaret çəkməyin. Sizdən əvvəl siqareti tərgitmiş insanlarla danışın, praktikanızı bölüşün. Ailənizdən, dostlarınızdan, iş yerinizdən dəstək alın. 2) Sağlamlıq üçün risk faktorlarını nəzərinizdə saxlayın. […]

Ərdoğan və Nazarbayev bu gün Bakıya gəlir – Gözlər Azərbaycanda

Tikintisinə 2007-ci ildə başlanılmış və “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilir.   Turkustan.info BakuPost.az-a istinadən məlumatına görə, bu münasibətlə Azərbaycan paytaxtında keçiriləcək açılış mərasimində Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, eləcə də […]

NASA-dan xəbərdarlıq: naməlum cisim sürətlə planetimizə yaxınlaşır – Meteorit, yoxsa…

NASA Günəş sistemindən kənardan kosmosa bir meteorit və ya kometin yaxınlaşdığını bəyan edib. Metbuat.az bildirir ki, A/2017 U1 adlandırılan cismin diametrinin 400 metrə yaxın olduğu və çox sürətli hərəkət etdiyi deyilir. Mütəxəssislər illərdir bu anı gözlədiklərini, ulduzlararası hərəkət edən və Günəş sisteminə daxil olan bir cismin ilk dəfə müşahidə ediləcəyini qeyd […]