Gün: Oktyabr 31, 2017

Bakıda həbsdən qaçmış zek, kazinoda tanışlıq və…

Ağstafa rayon Polis İdarəsinin əməkdaşları oktyabrın 23-də həbsxana tipli vaqondan qaçmış, kriminal aləmdə “Qoca” ləqəbi ilə məşhur olan 1980-ci il təvəllüdlü “qanuni oğru”, Hacıqabul rayon sakini Məmmədov Etibar Ələkbər oğlunu saxlaya bilməyib. Bunu Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Hadisə üç gün bundan əvvəl Kür çayı üzərindən keçən körpüdə, Poylu stansiyası […]

Ərdoğan Əliyevlə fotosunu paylaşdı – “Pencəksiz diplomatiya” – FOTO

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə əlaqədar Azərbaycanda səfərdə olub. Turkustan.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan Türkiyəyə qayıtdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə çəkilən fotosunu “Twitter”də paylaşaraq səmimi qonaqpərvərliyə görə İ. Əliyevə təşəkkür edib. Türkiyə KİV-i prezidentlərin bu görüşünü  “Ceketsiz diplomasi” (“Pencəksiz […]

Roza Tağıyeva: “Rafiq Hüseynovun yoxluğu hamımız üçün ağır itkidir” Böyüt

“Rafiq Hüseynovun yoxluğu bizim hamımız üçün ağır itkidir. Onun Azərbaycan televiziyasının inkişafındakı əməyi və zəhməti misilsizdir”. Bunu APA-ya açıqlamasında xalq artisti, məşhur diktor Roza Tağıyeva deyib. O bildirib ki, Rafiq Hüseynov çox gözəl iş yoldaşı, çox gözəl insan olub: “Düzdür, bir az ciddi idi. Qayda-qanun pozuntusu olanda gözünə heç nə görünmürdü. […]

“930-a yaxın vəkil onminlərlə məhkəmə prosesinin qarşısında dayana bilməz” – Qənirə Paşayeva (VİDEO)

Milli Məclisin bugünkü iclasında Mülki Prosessual və İnzibati Prosessual məcəllələrin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər müzakirəsi zamanı millət vəkili Q.Paşayeva çıxış edərək bu dəyişikliklərlə bərabər vəkillik institunun güclənməsi və saylarınını dəfələrlə artırılması qqısa zamanda baş verməzsə ciddi problemlərin yaranacağını və insanların narazılığının artacağını bildirib. Qeyd edək ki layihə […]

Ermənistan Bakı-Tiflis-Qars dəmir yoluna göz dikib: Biz də qoşulacağıq…

Ermənistanda ötən gün işə düşən Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə bağlı əməlli-başlı pərtlik müşahidə olunur. Rəsmi İrəvan hökumət və ya XİN səviyyəsində hələlik bu tarixi hadisəyə münasibət bildirməyib. Bununla belə erməni ekspert çevrələrində bu, əsas müzakirə mövzusudur. Ermənistan siyasətçiləri və ekspertləri bildirirlər ki, Azərbaycan bu layihəyə 700 milyon dolları ancaq […]

Sensasiya: “Qarabağ” “Atletiko”ya qalib gəldi

İspaniyanın “Metropolitano” stadionunda “Atletiko” “və Qarabağ”ın əsas komandaları arasında keçiriləcək görüşdən bir neçə saat əvvəl Azərbaycan U-19 Liqasının qalibi olan “Qarabağ” UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. Virtualaz.org-un məlumatına görə, ilk üç turda xal qazana bilməyən futbolçularımız səfərdə “Atletiko” klubuna minimal hesabla qalib gəliblər. Qeyd edək ki, “Qarabağ” indiyədək “Çelsi”yə […]

“Bəxt üzüyü” filminin DAVAMI ÇƏKİLDİ: “Planet Parni iz Baku” komandası İŞ BAŞINDA – FOTO+VİDEO

Azərbaycan kinematoqrafiyasının ən gözəl komediya filmlərindən biri olan “Bəxt üzüyü”nün davamı çəkilib. Turkustan.info-nun Publika.az-a istinadən əldə etdiyi məlumata görə, filmin adı “Bəxt üzüyü 2” olacaq. Ekran işinin çəkilişlərini isə “Planet Parni iz Baku” komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir. Birinci filmin davamı olan yeni versiyada Moşu […]

Məhbusların QAÇIŞ PLANININ DETALLARI – Günay Atakişiyeva bir neçə dəfə “Qoca”nı…

Müğənni Fədayə Laçının “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun və onunla birgə cəza çəkən Əli Ağaminin həbsdən qaçmasına necə yardım etdiyi ilə bağlı yeni detallar üzə çıxıb. Avtoritetlərin xüsusi tipli vaqondan qaçmasının təşkilatçısı əslində birbaşa Fədayə Laçın deyil. Bu işdə əsas iştirakçı dəstənin digər xanım üzvü Günay Atakişiyeva olub. Bildirilir ki, […]

Yük maşını təyyarə ilə toqquşdu: DƏHŞƏTLİ qəzanın anbaan görüntüləri – VİDEO

Ukraynanın Borispol aeroportunda yük maşını təyyarənin qanadının altında qalıb. A24.Az xəbər verir ki, bu haqda Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, qəza “Kiyev-Xarkov” reysinin uçuşu zamanı baş verib. Hadisə isə təyyarənin uçuş zolağına çıxdığı vaxt, yük maşınına toxunub. Bu da qəzaya səbəb olub. Qəza ilə bağlı reysin uçuşu təxirə salınıb. Bu, […]

Türk general ABŞ, İngiltərə və İsrailin “Böyük Ermənistan” planından danışdı – VİDEO

“Afrini almasaq Hatay bölgəsi də əldə gedəcək”. Bu sözləri Türkiyənin təqaüdə çıxmış generalı İhsan Başbozkurt  Türkiyə Silahlı Qüvvələrinin Orta Şərqdəki yol xəritəsi ilə bağlı fikirlərini paylaşarkən deyib. Uzun illərdir cənub-şərq sərhədlərində xidmət göstərən general bölgədə yaşanan problemlərə, coğrafiyanın zənginliklərinə sahib olmaq istəyən İngiltərə, ABŞ və İsrailin 100 illik planlarının nəticəsi […]

Avropa Məhkəməsi Azərbaycandan olan 120-dən çox şikayətin araşdırılmasına başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanda 120-dən çox mülkiyyət hüququnun pozulması ilə bağlı şikayəti araşdırmağa başlayıb. Bu barədə AİHM-in saytı xəbər verib. İddia olunan pozuntular eynilik təşkil etdiyi üçün məhkəmə 120-dən artıq şikayəti 5 icraatda birləşdirib. Bu şəxslər paytaxtda, regionlarda mənzilə, ticarət obyektlərinə sahib olublar, amma həmin mülkiyyətlər dövlət ehtiyacları […]

Bərzani missiyasını bitirdi: SIRADA KİMDİR?

Neçirvan Bərzaninin noyabrın 1-də Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri seçiləcəyi gözlənilir.Hazırda baş nazir vəzifəsini tutan Neçirvan Bərzani Şimali İraq Regional hakimiyyətinin lideri Məsud Bərzaninin yerinə ən real namizəd sayılır.Xatırladaq ki, Məsud Bərzani bir neçə gün öncə istefa verib və növbəti seçkilərə qatılmaq istəmədiyini bəyan edib. Məsud Bərzaninin səlahiyyət müddəti əslində […]

“Fərəc Quliyev bizi söyür”

Avronest Parlament Assambleyasının “Siyasi məsələlər, insan hüquqları və demokratiya” komitəsinin Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Fərəc Quliyevin çıxışından sonra Ermənistan nümayəndə heyətinin rəhbəri fasilə zamanı deputat Rövşən Rzayevə, “Fərəc Quliyev bizi söyür”- deyə şikayət etdi. Fərəc Quliyevin həmin çıxışın Azərbaycan dilinə tərcümə olunmuş mətnini diqqətinizə […]

MEK-də sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə 2017-ci il sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib. Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-in ənənə formasını almış təqdimatlarından, kitabxananın strateji hədəfi olan Milli Rəqəmsal Yaddaş layihəsi və Vahid İdarəetmə Sistemi proqramından, fondda mühafizə olunan sənədlərin mümkün qədər operativ və sistemli şəkildə akademik icmanın […]

Fədayə Laçınla bağlı məhkəmə QƏRARI

Müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) mütəşəkkil dəstənin üzvü kimi “Qoca” ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunur. Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirirlib. Müğənni barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə […]

“Sabah bu insanlar necə pensiya alacaqlar?” – Qənirə Paşayeva MM-də çağırış etdi

Millət vəkili Qənirə Paşayeva MM-də çıxış edərək “Əmək müqavilələri olmadan çalışan və ya əmək müqaviləsində əmək haqları az göstərilən işçilərin pozulan hüquqlarının müdafiəsi istiqamətində ciddi işlər görülməlidir” deyib. Turkustan.info xəbər verir ki, bu gün Milli Məclisdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklərin edilməsi barədə qanun layihəsinin […]

ABŞ Azərbaycan səhiyyəsini tənqid etdi

“ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına verdiyi tövsiyənin Azərbaycan səhiyyəsinə heç bir aidiyyəti yoxdur”. Turkustan.info xəbər verir ki, bu barədə Report-a Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ABŞ hökumətinin Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamaq və apteklərdən dərman almamaq barədə tövsiyəsini şərh edərkən bildirib. O qeyd edib ki, ABŞ bir çox dövlətlərə dair […]

İlham Əliyev: “Türkiyədən hərbi məhsullar alırıq və alacağıq”

“Hərbi əməkdaşlıq Türkiyə və Azərbaycan arasında gündəlikdə duran məsələdir”. Bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bu il 3 dəfə birgə hərbi təlimlər keçildiyini xatırladıb. “Təlimlərdən ikisi Bakıda, biri Naxçıvanda keçirilib. Bu da bizim hərbi sahədə əməkdaşlığımız […]

Azərbaycanda işsizlərin çox olduğu rayonlar – SİYAHI

Son iki ildə Azərbaycan iqtisadiyyatında baş verən ciddi dəyişikliklərə, o cümlədən iqtisadi problemlərə, bəzi müəssisələrin öz fəaliyyətini dayandırmasına və əksinə, yeni müəssisələrin fəaliyyətə başlamasına baxmayaraq, Azərbaycanda işsizlərin sayı ilə bağlı rəsmi göstəricilər, demək olar ki, dəyişməz qalıb. FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, oktabrın 1-nə ölkədə 36,7 […]

Deputatların etiraz etdiyi dəyişiklik təsdiqləndi

Milli Məclisin bugünkü iclasında Mülki Prosessual və İnzibati Prosessual məcəllələrin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Turkustan.info xəbər verir ki, layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlıdır. Layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Bununla bağlı Mülki Prosessual Məcəlləyə əvvəlki dəyişiklikdə əlavə […]

Bağdad kürdləri Türkiyə sərhədindən çıxardı

Türkiyə və İraq əsgərləri birgə əməliyyat həyata keçirib İraq-Türkiyə sərhədində yerləşən İraq Kürd Regional Hökumətinin nəzarəti altında olan Xəlil İbrahim sərhəd keçid məntəqəsi İraq mərkəzi hökumətinin nəzarətinə verilib. İstiPress-in məlumatına görə, bu barədə «Reuters» agentliyi xəbər verib.  Məlumata görə, İraq əsgərləri Türkiyən və İraq arasında olan Habur sərhəd keçid məntəqəsini […]

Fədayənin “Qoca”sı: ölkənin axtardığı avtoritet – Həyatı

Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakıya gətirilən zaman Biləcəri dəmiryol stansiyasından qaçmağı bacaran dustaqların qaçışından 8 gün vaxt ötür. Dustaqlardan 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami qaçdıqdan 3 gün sonra Şirvan şəhərində tutuldu. Lakin əvvəllər məhkum edilmiş, hazırda CM-nin müxtəlif […]

Prezident Administrasiyasında yüksək postlar ləğv olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik olunub. Turkustan.info “Report”a istinadən xəbər verir ki, hazırki təsinaftda Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan […]

Milli Məclis sahibkarların xeyrinə olan dəyişikliyə “HƏ” dedi

Milli Məclisin bu gün keçirilən iclasında “sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Turkustan.info Modern.az-a istinadən məlumatına görə, sahibkarlıq obyektlərində yoxlamaların iki il müddətinə dayandırılması bu ilin noyabr ayında başa çatır. Dəyişiklikdə isə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulub. Xatırladaq […]

Daha bir qadın həbs olundu – Qaçan məhbuslara görə

Ağstafa rayonu ərazisində “Qoca” ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib. Nəsimi Rayon Məhkəməsi G.Atakişiyevanın barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. G.Atakişiyeva və onunla birgə saxlanılan taksi sürücüsü (adı hələ məlum deyil) Bakı İstintaq Təcridxanasına […]

Bakının mərkəzində çılpaq gəzən adam – VİDEO

Dünən Bakının mərkəzində daş dövründən gələn bir insan peyda olub. Turkustan.info xəbər verir ki, “Tarqovı” deyilən ərazidə müasir insanlar arasında çaş-baş dolaşan bu şəxs əvvəl bulvarda müşahidə olunub. Deyilənə görə, o, bulvar istiqamətində dənizdən çıxıb, “Tarqovı” ya qədər gəlib çıxaraq, insanların böyük marağına səbəb olub. İnsanlar içərisində bu şəxsdən qorxan, […]

Bəzi elmi müəssisələrin özəlləşdirilməsi qadağan edildi – DƏYİŞİKLİK

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişikliklə bağlı layihə bu gün Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiqlənib. Turkustan.info xəbər verir ki, dəyişiklik “Elm haqqında” qanuna uyğunlaşdırma xarakterlidir. Dəyişikliyə əsasən, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri də özəlləşdirilməsi qadağan edilən dövlət mülkiyyətində saxlanılan əmlak növlərinin siyahısına əlavə olunub. […]

Siyavuş Novruzov deputatları tənqid etdi

“Azərbaycan bu il iki mühüm hadisənin şahidi oldu. Birinci “Əsrin müqaviləsi”nin müddətinin uzadılması, o biri də Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı. Bunlar Azərbaycanın tarixi addımlarındadır. Ulu öndərin qarşıya qoyduğu ideyalar addım-addım, əziyyətlər hesabına həyata keçiirlir. Burada ölkə başçınınn böyük əziyyəti, qətiyyəti, iradəsi öz əksini tapır. Bu müqavilələrin hər biri xalqımızın gələcəyi […]

Deputat etiraz etdi: “Qiymətləri çox yuxarı qoyurlar”

Milli Məclisin bugünkü iclasında “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 6.2-ci (Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan bəzi əmlak növlərinin özəlləşdirilməsi qadağandır) maddəsinin “Elm haqqında” qanuna uyğunlaşdırılması müzakirəyə çıxarılıb. Modern.az-ın məlumatına görə, deputat Qüdrət Həsənquliyev qanuna yeni bəndin əlavə edilməsinə etiraz edib. “Mən dəfələrlə demişəm. Biz universitetləri özəlləşdirə bilərik və bu lazımdır. […]

Əmək Məcəlləsi dəyişdirildi

Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Turkustan.info-nun məlumatına görə, qanunun 4-cü maddəsinə ( Bu Məcəllənin tətbiq edildiyi işyerləri ) maddəsinə təklif olunan dəyişiklikdə göstərilib ki, Azərbaycan qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. Həmçinin […]

Baş bankir: “Manat bahalaşa bilər”

Buna tədiyə balansının vəziyyətinin yaxşılaşması, neftin bahalaşması kimi faktorlar təsir edib  “Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq.  Bundan sonra da, bu rejim fəaliyyət göstərəcək”. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərin  görə, üzən məzənnə rejimin […]

Qadınlar avtoritetləri qatardan necə qaçırıb? – Fədayə Laçınla bağlı yeni məlumatlar

Müğənni Fədayə Laçının “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun və onunla birgə cəza çəkən Əli Ağaminin həbsdən qaçmasına necə yardım etdiyi ilə bağlı yeni detallar üzə çıxıb. Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, avtoritetlərin xüsusi tipli vaqondan qaçmasının təşkilatçısı əslində birbaşa Fədayə Laçın deyil. Bu işdə əsas iştirakçı dəstənin digər xanım üzvü […]

SON DƏQİQƏ: Bərzanı sərhədin “açarını” təhvil verdi

Şırnak bölgəsində Türkiyə və İraq birliklərinin iştirakı ilə təlim keçirildiyi bir zamanda iki ölkə əsgərləri sərhəd qapısına doğru hərəkət edir. Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, sərhəd qapısının qarşısındakı, peşmərgənin nəzarətində olan Xəlil İbrahim sərhəd qapısı Istefaya gedən Bərzani tərəfindən İraq məkəzi hökumətinə təslim edilir. Təhvil-təslim mərasimində İraq Baş Qərargah rəisi […]

Fədayı Laçının məhkəmədəki ifadəsi: “Qaçmaq niyyətində olduqlarını…”

Müğənni Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməklə bağlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. APA  xəbər verir ki, o, məhkəmədə verdiyi ifadəsində məhbuslara kömək etmədiyini deyib. “Mənim etibarımdan sui-istifadə ediblər. Onların qaçmaq niyyəti olduğunu bilməmişəm. Bunların heç birindən xəbərim yoxdur”, – deyə müğənni bildirib. Qeyd edək ki, F. Laçın təqsirləndirilən […]

Daha problemli kredit olmayacaq – SƏBƏBİ İSƏ…

Fuad İbrahimov: “Kredit verilmir və heç bir halda artım da ola bilməz” Hökumət gələn ildən vaxtı keçmiş kreditlərin həcminin azaldılmasına ümidlidir. Ötən gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev də açıqlamasında ölkədə vaxtı keçmiş kreditlərin gələn ildən azalmağa başlayacağını deyib: “İlin əvvəlindən problemli kreditlərdə artım olub. Bu, gözlənilən idi. Gələn […]

Tbilisidə “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın I Qurultayı keçirilib

Ötən gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”-nın I Qurultayı keçirilib.   Turkustan.info-nun məlumatına görə, qurultayda “Ermənistan-Azərbaycan Sülh Platforması”nın əsasında “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın yaradılması və onun Nizamnaməsinin təsdiq olunması haqqında qərar qəbul olunub.   Nizamnaməyə uyğun olaraq “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platfroması”nın İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyası […]

AMİP beynəlxalq konfrans keçirdi – FOTO

Oktyabrın 28-30 – da Azərbaycan Milli İstiqlal Partiyasi ilə İsveçin Moderat Partiyasının Jarl Hjalmarson Fondunun birgə təşkilatçılığı ilə “Avropa dəyərləri- onları Azərbaycanda necə təşkil etməli” mövzusunda beynəlxalq konfrans keçirilib. 4 sesiyadan ibarət olan konfransı AMİP-in Beynəlxalq əlaqələr katibi Elşən Mustafayev ve Moderat Partiyasının rəsmi numayəndəsi Riçard Tornqvist af Strom açıq […]

Dəhşətli cinayət: Əlaqə təklifini rədd edən qadınları doğrayıb…itlərə yem edib

Rusiyada dəhşətli cinayətin üstü açılıb. Cebhe.info yerli mətbuata istinadən bildirir ki, Aleksandr Maslennikov adlı şəxs onunla qrup əlaqəsinə girməkdən imtina edən qadınları öldürərək  itlərə yedirdib. Daha əvvəl təcavüz və soyğun ittihamları ilə cəza çəkən Maslennikov həbsdən çıxdıqdan sonra gecə klubunda tanış olduğu 2 qızı evinə dəvət edib. 29 yaşlı Darya və […]

Araz Aslanlı beynəlxalq tədbirlərdə çıxış edib – FOTOLAR

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Araz Aslanlı iki beynəlxalq elmi tədbirdə məruzə ilə çıxış etmişdir. Turkustan.info xəbər verir ki, Araz Aslanlı əvvəlcə 23-24 oktyabr 2017-ci il tarixlərdə Türkiyə Respublikasının Bursa şəhərindəki Uludağ Universiteti tərəfindən təşkil olunan “Dünya Siyasətində Böhranlar və Dəyişikliklər” […]

Tanınmış jurnalistdən MÜRACİƏT: – “Oğlum xəstədir, kömək edin” – BANK HESABI

“Yeni Azərbaycan” qəzetinin parlament müxbiri Nardar Bayramlının 5 yaşlı oğlu Tunar autizm xəstəliyindən əziyyət çəkir. Turkustan.info-nun məlumatına görə, övladının 2 ildir bu xəstəlikdən əziyyət çəkdiyini bildirən jurnalist onun müalicəsinə kömək edilməsi üçün bank hesabı açıldığını bildirib: “Oğlum autizm xəstəsidir. Autizm sindromunun nə qədər böyük bəla olduğunu, yəqin, hamınız bilirsiniz. Bu […]

Dünyanın ən çox qazanan ölüsü

Məşhurların ölümündən illər keçsə də onlar ailələrinə pul qazandırırlar. “Forbes” jurnalı dünyanın ən şox qazanan ölülərinin adlarını açıqlayıb. İstiPress-in məlumatına görə, siyahının ilk pilləsində pop kral hesab edilən Maykl Ceksonun adı var. Ənənəvi reytinqdə ölümündən sonra da mədəni irsi gəlir gətirməkdə davam edən şəxslərin adı yer alır. Məlumata görə, 8 il […]

Canavarların kəndlərə hücumlarının əsl səbəbi – Bu, aclıq deyilmiş

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son zamanlar canavarların yaşayış məntəqələrinə hücum etməsi, belə halların çoxalması barədə səslənən fikirlərə münasibət bildirib.   Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Trend-ə bu hadisələrin baş verməsinin əsas səbəbini açıqlayıb.   Mütəxəssis deyib ki, çox zaman canavarların ac olması səbəbindən yaşayış məntəqələrinə […]

Lalə Məmmədova Fədayə Laçının həbs olunmasından danışdı: “Son iki ildə…” – FOTO

Müğənni Lalə Məmmədova həmkarı Fədaya Laçının həbs olunmasına münasibət bildirib. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, L.Məmmədova bu barədə “Instagram” səhifəsində yazıb. O, Fədayə ilə dost olduqlarını və onun öz sevgisinə qurban getdiyini bildirib. “Təmiz qəlbli, saf Fədayəm mənim! Bir bilsən, necə pisəm! Fədayə ilə 2 ildir dostam. Onun saflığına, dürüstlüyünə […]

Kamil Zeynallıdan “Qarabağ”ın təyyarəsində qulaq tıxayan söyüşlər – VİDEO 18+

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin növbəti matçında “Atletiko Madrid” ilə qarşılaşacaq. A24.Az xəbər verir ki, “Qarabağ”ın heyəti artıq Madriddədir. Heyət təyyarədə olduğu zaman idmançı Kamil Zeynallı canlı yayım edim. O, canlı yayım zamanı izləyicini söyüb. Daha sonra o,  “Qarabağ”ın legioneri Donald Gerryeyə  “qara” deyərək irqçilik edib. Kamil Zeynallının da “Qarabağ” heyəti […]

Ziya Məmmədova belə zərbə vurulmamışdı: 4,5 milyonluq əmlakını əlindən aldılar – FOTOFAKT

Onun nazir olarkən Göyçayda ələ keçirdiyi 20 hektardan artıq bağ sahəsi və orada inşa etdirdiyi villa “AZNAR”-ın balansına keçdi; mülk 4,5 milyon manata qiymətləndirilib, amma həmin məbləğ Məmmədovlara yox, dövlətə ödənilib; oliqarxı bitirirlər… Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədə olarkən korrupsiya vəsaitləri hesabına oliqarxa çevrilmişdi. O, sərbəst şəkildə heç ayda […]

Bu gün Milli Məclisdə 38 məsələ müzakirə olunacaq

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. Turkustan.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, iclasın gündəliyinə Əmək Məcəlləsinə, “Diplomatik xidmət haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Təhsil haqqında” və digər bir sıra qanunlara dəyişiklil olmaqla 38 məsələ daxildir. İclasda həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda […]

Tbilisidə Türkiyənin Cümhuriyyət günü qeyd olunub

Tbilisidə Türkiyə Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyənin Gürcüstandakı səfirliyi tərəfindən rəsmi qəbul keçirilib. APA-nın yerli bürosunun məlumatına əsasən, tədbirdə Gürcüstan və Türkiyənin dövlət himnləri səsləndirilib. Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbriki oxuyub. […]

Qatardan qaçan dustaq 3 yerdə kameraya düşdü

“Qoca”nın Rusiyada gizlənəcəyi ehtimalı var Şirvandan Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan dustaq “Qoca” ləqəbli Etibar Məmmədovun axtarışları davam edir. O və digər məhkum 1989-cu il təvəllüdlü Əli Ağami Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmağa müvəffəq olsalar da, az sonra Şirvan […]