Gün: Noyabr 1, 2017

Fədayə Laçının “Qoca” ilə daha bir videosu üzə çıxdı – VİDEO

Müğənni Fədayə Laçınla sevgilisi “Qoca” ləqəbli Etibar Məmmədovla görüntüləri əks olunan daha bir videosu yayılıb. Qeyd edək ki, müğənni Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərək barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Turkustan.info PrimeTime.az-a istinadən həmin videomaterialı təqdim edir:  

Şəhriyar Məmmədyarov dünyanın ikinci şahmatçısı oldu – TARİXDƏ İLK

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE-nin cari reytinqində ikinci yerə yüksəlib. Turkustan.info xəbərinə görə, o, belə uğura imza atan ilk azərbaycanlı şahmatçı olub. Bu gün Avropa çempionatında çexiyalı David Navara üzərindəki qələbədən sonra Ş.Məmmədyarov xallarının sayını 2801,5 çatdırıb. Bununla da, o, erməni Levon Aronyan (2799,9) və amerikalı Fabiano Karuananı (2799). qabaqlayıb […]

Millət vəkili Mavritaniya prezidenti ilə görüşdü – FOTO

Millət vəkili Qənirə Paşayeva Mavritaniya prezidenti Ameenah Gurib ilə görüşüb. Turkustan.info xəbər verir ki, millət vəkili görüşdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla, Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan söz açıb. Millət vəkili həmçinin köçkün azərbaycanlı qadınlar haqda məlumat verib: “1 milyon azərbaycanlı, yüz minlərlə azərbaycanlı qadın Ermənistanın işğalı nəticəsində öz […]

Yadplanetlilərlə bağlı FANTASTİKA – Əslində onlar əhatəmizdədirlər

Böyük Britaniyanın Oksford Universitetindəki elm adamları yadplanetlilərin xarici görünüşü ilə bağlı analoqu olmayan bir araşdırma aparıb. Publika.az xəbər verir ki, alimlər təkamül nəzəriyyəsini yadplanetlilərin davranışlarını təxmin etmək üçün istifadə edib və onların nəyə bənzədiyi ehtimallarına aydınlıq gətiriblər. Onlar bu günə qədər “əcnəbi, heyvani” kimi xarakterizə edilən xarici görünüşdə təsəvvür edilən yadplanetlilərin […]

“Bu qadağa 8 min insanı işsiz qoyacaq” – Millət vəkili etiraz etdi

Milli Məclisin oktyabrın 31-də keçirilən plenar iclasında Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişiklər çox ciddi, gərgin müzakirələr şəraitində keçdi. Müzakirələr zamanı çıxış edən əksər millət vəkilləri adıçəkilən qanunlarda nümayəndəlik institutunun ləğvinə etiraz ediblər. Etiraz edən deputatlar Azərbaycanda vəkillərin sayının az olmasından nümayəndəlik […]

Prezidentlərin növbəti Zirvə görüşünün yeri və vaxtı açıqlandı

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli Zirvə görüşü keçiriləcək. Turkustan.info xəbər verir ki, sözügedən dövlət başçılarının növbəti görüşü 2018-ci ildə Rusiyada baş tutacaq. Bu barədə İran prezidenti Həsən Ruhani məlumat verib. O bildirib ki, Rusiya prezidenti Vladimir Putin növbəti üçtərəfli Zirvə görüşünün Rusiyada keçirilməsini təklif edib. Onun bu təklifi Həsən […]

Direktor tərəfindən təcavüz olunan 12 yaşlı qızın anası danışdı – VİDEO

Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbində direktorun 6-cı sinif şagirdinə qarşı seksual hərəkətləri ilə əlaqədar həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri aksiya keçirib. Xatırladaq ki, məktəb direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov yeniyetmə şagirdə qarşı seksual hərəkətlər etməkdə günahlandırılır. Vəzifəsindən kənarlaşdırılan G.Alxasov prokurorluğa çağırılıb və ondan izahat alınıb. Faktla […]

Azərbaycanlı alim: Əgər maaş azdırsa, balalamayın

Azərbaycan dinşünası, fəlsəfə tarixçisi, ədəbi-fəlsəfi esselər müəllifi Aydın Əlizadənin fikirləri diqqət çəkib. BAKU.WS-in məlumatına görə, o, insanların maaşı az olması və işsizliyə münasibət bildirib: “Hamı deyir maaş azdır, ya da iş yoxdur. Biri də demir ki, bəsdir, evlənib-balaladıq. Maaş azdırsa, ya da iş yoxdursa, onda evlənmə, balalama. Ol subay, kef […]

Prezidentlərin Tehran sammiti İrəvana böyük zərbə vurdu – Ermənistanın başını tumarlayanlar arzusunu gözündə qoydu

“Rusiya və İranın əlində kifayət qədər imkanlar olduğu halda, Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirmirlər. Buna baxmayaraq, bu gün Tehranda baş tutan prezidentlərin üçtərəfli görüşünü müsbət qiymətləndirirəm”. A24.Az xəbər verir ki, bunu bu gün Tehranda baş tutmuş Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib. “Rusiyanın […]

Gözəl Bayramlı ilə Əfqan Muxtarlının cinayət işləri üzrə istintaq yekunlaşdı

Həbsdə olan jurnalist Əfqan Muxtarlı və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, Ə. Muxtarlı ilə bağlı cinayət işinin materialları “Meydan TV”-nin əməkdaşları ilə bağlı başlanmış cinayət […]

“O, mənim nəvəm yaşındadır” – Məktəbliyə əxlaqsızlıq etdiyi deyilən direktor

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Arzu kəndində direktoru 62 yaşlı Gülfəz Alxasov 12 yaşlı şagirdə qarşı seksual xarakterli hərəkətlərə yol verib. Məsələ ilə bağlı Xaçmaz rayon təhsil şöbəsinin rəis müavini Ağamirzə Əzimov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma gedir və bu barədə ictimaiyyətə geniş məlumat […]

MTN-in tutduğu məktəb direktoru həbsdə öldü

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb. APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan Böyükxan Nağıyev xəstəlikdən ölüb. B. Nağıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2013-cü ildə keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Cəlilabadda uzun müddət məktəb direktoru və ədəbiyyat müəllimi işləyən B. Nağıyev İrandan […]

Qaçan məhbuslara görə nazirlikdə iclas – İşdən çıxarılan və həbs edilənlərin sayı açıqlandı

Bu gün Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib. Turkustan.info nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, kollegiyada oktyabrın 23-də müşayiət zamanı vaqondan iki təqsirləndirilən şəxsin qaçması ilə bağlı məlumat dinlənilib, baş vermiş fövqəladə hadisə ilə əlaqədar aparılmış xidməti yoxlamanın ilkin nəticələri müzakirə edilib. Qeyd olunub ki, bununla bağlı Penitensiar xidmətin 21 rəhbər […]

Sayt rəhbərinə xəbərdarlıq edilib

Baş Prokurorluq Teref.info saytının baş redaktoruna xəbərdarlıq edib. Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış araşdırmalarla “Teref.info” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələbləri pozulmaqla dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya […]

Günün matçları: Hansı oyun, hansı kanalda? TV AFİŞA

Bu gün dünyanın müxtəlif ölkələrində oyunlar keçiriləcək. Sportal.az sizi canlı yayımlanacaq qarşılaşmaların siyahısı ilə tanış edir: UEFA Gənclər Liqası 17:00 Sevilya – Spartak – Match! TV, Match! Futbol 2 18:00 Portu – Leyptsiq – Tivibu Spor 2   Çempionlar Liqası 21:00 Beşiktaş – Monako – İdman Azərbaycan TV, Match! TV, Match! […]

59325 nəfərə Prezident təqaüdü verilir

Ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 450,9 min nəfər sosial müavinət, 97,2 min ailənin 400,4 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 59325 nəfər şəxs isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunur. Turkustan.info bildirir […]

Partiyalar büdcə pullarını hara xərcləyirlər… Siyasi qurumlar CAVAB VERDİLƏR

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, digər bir sıra partiyalarının deputatları da təmsil olunur. Bu partiyalara dövlət büdcəsindən nə qədər vəsait ayrılır? Bu vəsait hansı istiqamətlərdə sərf edilir?   Modern.az saytı parlamentdə təmsil olunan partiyaların funksionerlərilə əlaqə saxlayıb   Deputat Tahir Kərimli dövlət büdcəsindən Vəhdət Partiyasına 98214,29 manat pul ayrıldığını […]

Azərbaycanın nüvə silahı

Akademik Adil Qəribov bəzi gerçəkləri açıqladı Azərbaycanın nüvə tədqiqatları sahəsində mütəxəssislərə ehtiyacı var. Turkustan.info-nun məlumatına görə, bu barədə Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribovun “Qafqazinfo”ya müsahibəsi zamanı bildirib. “Bizim daxili mütəxəssis bazamız çox aşağıdır. Ona görə də beynəlxalq qurumlara müraciət edirik. Biz bu dəqiqə Atom Enerjisi üzrə Beynəlxalq […]

Fədayə Laçının daha bir videosu yayıldı: Xəyanət edənin başını kəsərəm! – VİDEO

Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən Fədayə Laçının daha bir videosu yayılıb. “Qoca” ləqəbli avtoritetlə eşq yaşayan və onun qaçmasına köməklik edən ifaçı xəyanətdən danışıb. AzNews.az-ın məlumatına görə, müğənni bildirib ki, xəyanət edən kişini bağışlamaz: “Mən kişi olsam, mənə xəyanət edənin başını kəsərəm. Çünki qadın namus, qeyrətdir. Amma mən […]

Fədayənin yeni sevgilisi tapıldı: ÖLÜRDÜ MƏNDƏN ÖTRÜ… – FOTO

Fədayənin başına gələnləri eşitdim, çox üzüldüm. Görəsən, bilirmi ki, üzgünəm? Fədayə, həqiqətən, məni çox sevir. Turkustan.info bildirir ki, bu sözləri güneyli şair Məhəmməd Çalğın müğənni Fədayə Laçının son günlər yaşadığı olaylar və onunla münasibəti haqda Kult.az-a danışarkən deyib. O, Fədayə Laçınla yaxın münasibətdə olduğunu iddia edib: “Kitablarımın təqdimatına gələndə mənə söz […]

ADAU-nun mühəndislik fakültəsinin daha bir qrup tələbəsinə sürücülük vəsiqəsi veriləcək

Xəbər vediyimiz kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühəndislik” fakültəsinin nəzdində “T”, “TK”, “TT”, “H” kateqoriyaları üzrə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük kursları təşkil edilib. Bu kursu müvəffəqiyyətlə bitirən tələbələrə isə iyun ayında  test üsulu ilə imtahan verib və sürücülük […]

Abşeronda vəhabilər yas mərasiminə hücum etdi – VİDEO

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qəribə hadisə baş verib. Ötən gün qəsəbədə yas mərasimində dava düşüb. Davanın səbəbkarı bir dəstə “Vəhabi” adlanan dindarlar olub. Onlar yas yerinə gələrək, mərhumun ünvanına təhqirəmiz ifarədələr işlədiblər və sonra mağarı sökməyə cəhd ediblər. Onlar bunun səbəbinin qurulan mağarın yolu bağlaması və gediş-gəlişə mane yaratması […]

Bakı-Qars qatarında bilet neçəyə olacaq? – Açıqlama

Oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin təntənəli açılış mərasimi baş tutub. Sözügedən dəmir yolu vasitəsi ilə ildə 1 milyon 500 min sərnişinin daşınacağı deyilir. İctimaiyyəti maraqlandıran suallardan biri də qatarların hansı üstünlüklərə malik olması və qiymətidir. Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib ki, Bakı-Tiflis-Qars dəmir […]

Fədayə Laçının bacısı susqunluğunu pozdu – “Hər şeyi danışacam, amma…”

Həbs ediləm müğənni Fədayə Laçınla bağlı qalmaqal səngimir. Turkustan.info Metbuat.az-a istinadən baş verənlərlə bağlı onun bacısı İlahə Fədai ilə əlaqə saxlayıb. O bildirib kii, hazırda istintaq getdiyi üçün danışmaq istəmir: “İstintaq aparıldığı üçün heç bir məlumat verə bilmərəm. İstintaq bitsin, bacımın günahsız olduğu bilinsin, ondan sonra hamıya sözümü deyəcəm. Və […]

Azərbaycanda məktəbdə şok – direktor şagirdi kabinetinə çağırdı və…

62 yaşlı kişinin seksual hərəkətini icazə üçün otağına gedən qadın görüb Xaçmaz rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova Arzu kənd məktəbində baş verən biabırçı hadisə ilə bağlı açıqlama verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, o direktor Gülfəz Alxasovu tərbiyəli şəxs kimi tanıdığını və belə hadisənin olmasına inanmadığını deyib. “Amma hər […]

“Heyf… Nə oldu ona? Fədayə yaxşı oxuyandır” – Zeynəb Xanlarova

Turkustan.info modern.az-a istinadən Milli Məclisin deputatı, Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovadan müsahibə alıb. Onunla söhbəti təqdim edirik: – Zeynəb xanım, bir müddət Milli Məclisdə sizi görə bilmədik… Bəziləri səhhətinizdə problemlər olduğunu deyirdilər… – Xarici ölkədən təzə gəlmişəm. Mən olmayanda haqqımda çox söz danışırlar. Axı mənim də başım, dişim ağrıya bilər. […]

Aqil Abbas HİDDƏTLƏNDİ: ““Qarabağ” oyunu almışdı” deyənlərin qanında erməni qanı var”

“Qarabağ” klubu növbəti tarixi uğuru ilə futbol ictimayyətini, bütün Azərbaycan xalqını sevindirdi. Futbolçularımız Madridin “Atiletiko” komandası ilə cavab görüşündə yüksək səviyyəli oyun nümayiş etdirərək, son 35 dəqiqəsini azlıqda qalmalarına baxmayaraq, əzmkarlıqla qələbəyə bərabər heç-heçəyə nail oldular. Hamının “Qarabağ”ın qələbəyə bərabər heç-heçəsindən danışdığı bir vaxtda,nə yazıq ki, bu uğura kölgə salmağa […]

Şimali Koreya Avropa paytaxtlarını külə çevirəcək – TƏHLÜKƏ

“Şimali Koreya Avropa ölkələrini belə hədəfə alacaq qitələrarası ballistik raketlərə sahibdir”.   Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, Yaponiya baş naziri Sintzo Abe bu barədə NATO-nun Baş katibi Yens Stoltenberqlə Tokioda görüş zamanı bunu deyib. Yaponiyalı baş nazir bunu bəşəriyyət üçün ən böyük təhlükələrdən biri kimi dəyərləndirib. “Bu doğurdan da belədir. […]

Ölkədə ən çox narazılıq yaradan universitet bəlli oldu – ANALİZ

Universitetlərimizdə yeyinti və korrupsiya halları davam edir…  Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin oktyabr ayı üzrə analiz işini yekunlaşdırıb. A24.az bildirir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik […]

Supergüclərdən nüvə təhdidi: Dünyanı məhv edəcək güc

ABŞ strateji nüvə qüvvələrinin “Qlobal İldırım” (“Global Thunder”) təlimlərinə start verib.“Cümhuriyət” qəzeti xəbər verir ki, “Strateji Silahların Azaldılması haqqında sazişə əsasən, Rusiya və ABŞ böyük nüvə təlimləri haqqında bir-birlərini xəbərdar etməlidir.Buna görə də Rusiya əvvəlcədən təlimlər haqqında məlumatlandırılıb. Qeyd edək ki, “Qlobal İldırım” təlimləri hər il keçirilir. Özümüzü nüvə silahlarıyla qoruyuruq […]

Kamil Zaynallını dönüşdə “Qarabağ”ın təyyarəsinə qoymadılar – VİDEO

İdmançı Kamil Zeynallı “Qarabağ”ın təyyarəsində söyüş söydüyünə görə gündəmə gəlmişdi. K.Zeynallı Çempionlar Liqasının qrup mərhələsində dünən qarşılaşan “Atletiko Madrid” və “Qarabağ” matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşmüşdü. K.Zeynallı təyyarədə olarkən “Instaqram” vasitəsi ilə canlı yayıma qoşulmuş, “Məhəmməd Maqa” adlı “Instaqram” istifadəçisinin ona qarşı xoşagəlməz şərhinə […]

Taksi sürücüsü DANIŞDI: “Qoca”nı maşının baqajında gizlədib

Məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən taksi sürücüsü Məhəmməd Hacıyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, məhkum Etibar Məmmədovu bir neçə istiqamətdə Azərbaycan sərhədindən keçirməyə cəhd etdiyini deyib. Onun sözlərinə görə, məhbus polis postuna çatanda avtomobilin baqajında gizlənib: “Sonuncu dəfə Gürcüstana keçmək istəyəndə bizi saxladılar. Bu vaxt o, baqajdan düşərək […]

Qadınların yumurtalıq hüceyrələrinin də kütləvi alveri başlandı – RƏZALƏT…

Hansı yolla olursa-olsun pul qazanmaq düşüncəsinin cəmiyyətdə kök salması çox qorxuludur… Sosial şəbəkələrdə qazax qadınların yumurtalıq hüceyrələrinin alışı ilə bağlı reklam elanları yerləşdirilməyə başlanıb. Moderator.az bu haqda  Rusiya mediasına istinadla xəbər verir. Həmin elanlardan məlum olur ki, dünyada sağlam genli qadınların toxumları uğrunda əsl ov gedir. Qazax xanımlara gediş haqqının, bütün […]

“Qarabağ”ın zəfəri Türkiyə kanalında – Video

Türkiyənin “Tivibu Spor” kanalında “Qarabağ” klubunun “Atletiko Madrid”lə oyunda tarixi uğura imza atmasından bəhs edilib. Turkustan.info xəbər verir ki, “Çempionların ekranı” proqramında “Qarabağ”ın zəfərindən danışan keçmiş türk futbolçu Oğuz Çətin “Qarabağ”ın mərhələ-mərhələ bu günlərə gəlib çıxdığını bildirib. O, “Qarabağ”ın güclü rəqibi qarşısında azlıqda qalmasına baxmayaraq, möhtəşəm oyun nümayiş etdirdiyini deyib: […]

Kamil Zeynallı bayrağa bükülüb ağladı: “Qarabağ”… – VİDEO

“Qarabağ”ın Madrid nəhəngi “Atletiko”dan xal 1 xal qopararaq səfərdən qayıtması çoxlarını duyğulandırıb. A24.Az xəbər verir ki, qürurumuz “Qarabağ”ın bu zəfərini məşqçi Kamil Zeynallı göz yaşları ilə izləyib. “Qarabağ” qol vurarkən Kamil göz yaşlarını tuta bilməyib və Azərbaycan bayrağına sarılaraq ağlamağa başlayıb. Həmin anlar kameraya belə yansıyıb:  

Azərbaycan prezidenti İranda

Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri başlayıb. Turkustan.info APA-ya istinadən xəbər verir ki, Tehranda prezident İ. Əliyevi İranın iqtisadiyyat və maliyyə naziri, iki ölkənin iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının həmsədri Məsud Kərbasian qarşılayıb. Azərbaycan, Rusiya və İran prezidentlərinin sammiti bu gün Tehranda bir neçə saatdan sonra keçiriləcək. Prezident İ. […]

Qənirə Paşayeva Misirdə XXIX “BPW” Beynəlxalq Konqresində Qarabağdan danışdı

Millət vəkili Q.Paşayeva Misirdə XXIX “BPW” Beynəlxalq Konqresində Qarabağdan danışıb. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Misirin paytaxtı Qahirədə keçirilən Biznes və Peşəkar Qadınların Beynəlxalq Federasiyasının təşkil etdiyi XXIX “BPW” Beynəlxalq Konqresində iştirak edib, müzakirələr zamanı təkliflərlə çıxış edib. Dünyanın 40-dan artıq ölkəsindən yüzlərlə fəal qadınların […]

Azərbaycanlı məşhurların “avtoritet” sevgililəri – FOTO

Fədayə Laçının həbsinin ardından kriminal dünyanın “ulduzları” ilə sevgi yaşamış sənət adamları gündəmə gəlib. Turkustan.info a24.az-a istinadən indiyə qədər “avtoritet”lərlə, adı kriminal hadisələrdə hallanan şəxlərlə eşq yaşamış məşhurlardan bir neçəsi haqqında məlumat təqdim edir: Xatirənin “Spartak”ı Əvvəlcə müğənni Xatirə İslamdan başlayaq. Heç kəsə sir deyil ki, ifaçı “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri […]

Azərbaycan, Rusiya və İran prezidentləri bu gün görüşəcək

Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Turkustan.info-nun xəbərinə görə, görüş çərçivəsində dövlət başçıları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, energetika sahəsində əməkdaşlıq Rusiya-Azərbaycan və Rusiya-İran, eləcə də üçtərəfli formatda keçiriləcək görüşlərdə müzakirə mövzularından biri olacaq. Qeyd […]

Uzaq sahillərdə “Qarabağ” fırtınası!

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə Madrid “Atletiko”sunun qonağı olub. Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi Madriddə də tarix yazmağı bacarıb. İspaniyada da rəqibi […]

“Rejissura ilə nəfəs alıram…” – Məhərrəm Bədirzadə ilə MÜSAHİBƏ

Züleyxa Nadir    Məncə, teatr qarderobdan deyil, rejissorun ssenari yazılmış vərəqləri əlinə almasından başlayır və tamaşaçı ilə ünsiyyətdə bitir.Teatr rejissoru tamaşaçının bu ünsiyyətdən doğan həyəcanını, hiss və duyğularını  canlı olaraq qəlbinin süzgəcindən keçirib gözlərinə hopdurur. Bir də var televiziya rejissoru. Bu mənada onun işi daha fərqlidi, hətta deyərdim ki, daha […]