Gün: Noyabr 2, 2017

Umud Rəhimoğlu Qətərdə Qarabağdan danışıb – FOTOLAR

BAMF prezidenti Umud Mirzəyev Əl Cəzirə Media Şəbəkəsinin  xüsusi dəvəti ilə Qətərdə səfərdədir. Ötən gün Əl Cəzirə Media Şəbəkəsinin 21-ci ildönümü mərasimində iştirak edən Umud Mirzəyev “Jurnalistlərə qarşı cinayətlərdə cəzasızlığa son, 2 Noyabr Beynəlxalq Gün” münasibəti ilə UNESCO-nun dəstəyi ilə Əl Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları İdarəsi tərəfindən keçirilən […]

Bin Ladenin oğlunun toyundan görüntülər yayıldı – VİDEO

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi “Əl-Kaida” beynəlxalq terror təşkilatının öldürülmüş lideri Üsamə bin Ladenin oğlunun toyundan görüntülər yayıb. Oxu.Az-ın xəbərinə görə, video BBC nəşrinin saytında dərc edilib. Videoda bin Ladenin oğlu milli geyimdə qonaqlarla söhbət edir. Nəşr qeyd edir ki, atasının ölümündən sonra “Əl-Kaida”nın liderlərindən biri olan gəncin görüntüləri bundan əvvəl […]

Kasıblar üçün “iPhone X” yaradıldı – QİYMƏT

ABŞ-ın “Apple” şirkəti Çində ucuz “iPhone X” smartfonu tərtib edib. Şirkət 1000 dollara bu cihazı almağa imkanı olmayanlar üçün “iPhone X” smartfonunun iki qənaətcil variantını yaradıb. Bu tərtibatlar xüsusi olaraq Çindən olan alıcılar üçün edilib. “Lisbon” və “Hangzhou” adlanan yeniliklərin təqdimatı yaz aylarında baş tutacaq. Şirkətdə hesablayıblar ki, rəsmi olaraq […]

Ermənilərə ikiqat zərbə: Kürdüstan, Kataloniya…Qarabağ

Şimali İraq Kürd Muxtariyyəti və Kataloniyanın müstəqillik cəhdi uğursuzluqla nəticələndi.Kürd lideri Məsud Bərzani uğursuz referendumdan sonra rəhbərlikdən getmək qərarı aldı.İspaniya Konstitusiya Məhkəməsi isə Kataloniya parlamentinin müstəqilliklə bağlı qərarını ləğv edib.Kataloniyada referenduma rəhbərlik edənlər isə ölkədən qaçıblar.Qeyd edək ki, İspaniya hökuməti həmin şəxslərə cinayət işi açıb.Separatçıların müstəqillik dirənişinin boşa çıxması işğalçı […]

Meyitdən orqan köçürmək üçün müvafiq klinikalar yaradılacaq

“Azərbaycanda meyitdən orqan köçürülməsi ölkədə icbari tibbi sığortanın geniş tətbiqindən sonra daha sürətlə baş verə bilər”. Turkustan.info xəbər verir ki, bunu “Trend”ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.   M.Quliyev bildirib ki, meyitdən orqan köçürülməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır: “O qərar olandan sonra isə bu işləri […]

Azərbaycanda 12 yaşlı şagirdə əxlaqsızlıq edən direktor həbs olundu

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində həbs qəti imkan tədbiri seçilib. Turkustan.info xəbər verir ki, Gülməz Alxasov Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət […]

Bakıda xeyriyyəçiliklə məşğul olan qız itkin düşüb – FOTO

Paytaxtın Nəsimi rayonunda 27 yaşlı Nigar Bayramlı itkin düşüb. Turkustan.info-nun 1news.az-a istinadən məlumatına görə, onu sonuncu dəfə “28 may” metrostansiyası yaxınlığında, Səməd Vurğun bağında görüblər. N.Bayramlı “Azərbaycan Uşaqlar Birliyi”ndə işləyir və xeyriyyəçiliklə məşğul olur. Evdən çıxarkən, o, anası və qardaşına vida məktubu qoyub. Bundan əlavə Nigar iki mobil telefonu və […]

Manat “qara zolaq”dan çıxdı? – PROQNOZ

“Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq.Bundan sonra da, bu rejim fəaliyyət göstərəcək”. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərin  görə, üzən məzənnə rejimin tətbiqini mövcud iqtisadi reallıqlar və beynəlxalq təcrübə tələb edir: “Bu gün bir çox ölkələr bu keçidə hazırlaşır. Azərbaycanın effektli inkişafı, […]

PKK ilə şiddətli atışma – Türkiyə 8 şəhid verdi, 39 terrorçu öldürüldü

Bu gün dumanlı hava şəraitindən istifadə edərək Şimali İraqdan Türkiyə ərazisinə daxil olmağa cəhd edən PKK terrorçuları ilə Türkiyə ordusu güclü arasında atışma olub. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tunceli və Hakkari bölgəsində baş verən atışma zamanı 6 əsgər və 2 qarovul şəhid olub, 2 əsgər isə yaralanıb. […]

Azərbaycanda bu universitet statusunu itirdi

Prezident İlham Əliyev sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb. İstiPress-in məlumatına görə, sərəncamla “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 […]

Vəkildən kişilərə ŞOK ÇAĞIRIŞ: “Cırıq şalvar geyinən qızlara təcavüz edin!”

Misirli vəkilin iştirak etdiyi televiziya proqramında “cırıq şalvar geyinən qızlara təcavüz edin!” deməsi dünyaya səs salıb. Turkustan.info GoldNews.Az-a istinadən xəbər verir ki, Misirdə bir vəkil “cırıq şalvarlar kimi, açıq paltarlar geyinən qızlara təcavüz etmək vətəndaşlıq vəzifə” olduğunu deyib. Bu sözlər başda qadın təşkilatları olmaqla, ictimaiyyətində diqqətini çəkib. Proqramda fahişələr haqqında hazırlanan bir layihə müzakirə edilib. […]

Millət vəkili İspaniya və İtaliya ictimai xadimlərinə Dağlıq Qarabağdan danışıb

Milli Məclis deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vega ilə görüşüb. Turkustan.info-nun məlumatına görə, görüş zamanı Qənirə Paşayeva Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Qarabağ həqiqətləri ilə bağlı, 1 milyon azərbaycanlının, yüz minlərlə […]

Ermənistan dövlət sərhədində təxribat törədib

Noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub. Turkustan.info xəbər verir ki, təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.   /Cebhe.info/

Mədət Quliyevdən gizli tariximizlə bağlı jest – FOTOFAKT

Daha bir fotonun tarixçəsi və ya 3 Müsavatçı qardaşın faciəvi sonluğu… Sərxan Carçı   Gördüyünüz bu fotonu DTX-nın qalaq-qalaq qovluqları arasından (daha dəqiqi 20-30-cu illərdə gizli Müsavatın Qazax rayonunda bir qolu olan “Əzrayıl” firqəsinin cinayət işindən) əldə etmişəm. Fotodakı şəxs isə bir neçə il öncə arxivini əldə etdiyim, Müsavatçı olduğuna […]

Azərbaycanlıları da ağuşuna alan gizlinlərin pərdəarxası

Qızlar cinsi istismara məruz qalır, oğlanlar isə döyüşçüyə çevrilir İradə Cəlil, Sputnik Azərbaycan “Bildiyiniz kimi, “İnsan alverinə qarşı mübarizə haqqında” qanun 2005-ci ildə imzalanıb. Həmin qanunda müasir dövrün gündəmində olan İŞİD problemi yer almayıb. Çünki həmin dövrdə bu problem yox idi”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru […]

Kreml Putinlə Ərdoğanın Qarabağla bağlı görüşünü TƏSDİQLƏDİ

Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğan arasında görüş noyabrda baş tutacaq. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.   “Görüş mümkündür. Hazırlıq işləri görülür”.   Bundan öncə, Ərdoğan Qarabağ problemini müzakirə etmək üçün Putinlə görüş keçirəcəyini bildirmişdi.    

“Barama FinTech Hackathon müsabiqəsinin 3 qalibi

Azercell Telekom və PAŞA Bank-ın dəstəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin və ADA Universitetinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli Barama FinTech Hackathon 2017 Mobile App layihəsi böyük həyəcanla başa çatdı. Xatırladaq ki, artıq ölkəmizdə dördüncü dəfə təşkil olunan Barama FinTech Hackathon 2017Mobile App layihəsi mobil developerlərin […]

Rus polisi Lənkəranskinin iki adamını tutdu – FOTO

Hüseyn və Emin avtoritetin qətlində ittiham edilən “Quli”nin yaxın adamını öldürüblərmiş. Rusiyada tanınmış avtoritetein qətlində şübhəli bilinən azərbaycanlılar tutulub. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, iki azərbaycanlı Tiflisdə biznesmenin qətlində ittiham edilirlər. Məlumata görə, müvəqqəti saxlama  təcridxanasından iki Azərbaycan vətəndaşı – 42- yaşlı Hüseyn İsgəndərov və 38 yaşlı Emin […]

Məhbusların intim həyatı necə təmin edilir? – TƏFƏRRÜAT

Məhbus həyatı yaşayan şəxslərin qohumları ilə görüşü, onların intim həyatı necə tənzimlənir? Son günlər mətbuatda geniş müzakirələrə səbəb olan məhbusların qaçışı bir sıra mövzuları yenidən gündəmə gətirib. Təqsirləndirilən şəxslərdən biri müğənni Fədayə Laçının ilkin ifadəsində məhbuslardan biri olan “Qoca” ləqəbli Etibar Məmmədovla qatarda görüşdüyünü deməsi müəyyən suallar yaradıb. Məsləylə bağlı aparılan araşdırmanı […]

“Dünya Azərbaycan-Türkiyə-Gürcüstan birliyinə bir daha şahid oldu” – Cavid Qurbanov

“Hələ illər əvvəl Bakı-Tblisi-Qars dəmir yolu layihəsi ilə bağlı təşəbbüslər ortaya çıxanda bəzi ölkələr bunun perspektivinə inanmırdı. Amma Azərbaycan prezidentinin iradəsi nəticəsində bu layihə reallığa çevrildi. Prezidentimizin də dediyi kimi Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir”. Turkustan.info xəbər verir ki, bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar […]

Qocanın həbsxanadakı son görüntüləri – VİDEO

Bakı-Astara-Bakı qatarından qaçan kriminal avtoritet “Qoca” ləqəbli Etibar Məmmədovun Kürdəxanı həbsxanasında olarkən çəkilmiş görüntüləri yayılıb. Turkustan.info-nun Unikal.org-a istinadən əldə etdiyi məlumata görə, video-görüntüdə Etibar Məmmədovun yanına gələn şəxslər onun həbsxana həyatı ilə maraqlanır və gələcək günlar üçün planları barədə danışırlar. E.Məmmədovun yanına gələn şəxslərdən biri icbari həbsdə olduğunu deyir. Daha […]

“Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsinə start verilib

Azərbaycan Respublikasının Prezideti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə Pənəliyev Samir Ramiz oğlu tərəfindən  “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsinə start verilib. Turkustan.info-nun məlumatına görə, Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yasamal rayon Gənclər […]

Sədr Fərəc Quliyevi dayandıra bilmədi

Ermənilər tutarlı cavab aldı Kiyevdə keçirilən Avronest Parlament Assambleyasının plenar sessiyasının son iclasında Fərəc Quliyev Kiber hücumlar haqda müzakirələr zamanı ermənilərin böhtanlarına cavab verdi. Çıxışın mətni: “Hörmətli kolleqalar, Siz hamınız postsovet məkanındakı konfiliktlər haqqında məlumatlısınız və detalları bilirsiniz. Bilirsiniz ki, Ermənistan Azərbaycan ərazilərini işğal edibdir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı […]

Kompüterindən çıxan videolar hamını şoka saldı

Əl-Qaidə lideri Usama bin Ladenin kompüterindən çıxan dosyelər hamını təəccübləndirib. CIA terrorçunun kompüterindən çıxan dosyelərin siyahısını yayımlayıb. Siyahıda 10 mindən çox videonun adı qeyd olunub. Bu videolar içində “Tom ve Jerry” ilə yanaşı çoxlu cizgi filmləri də var. Həmçinin, onun oğlu Həmzənin gənclik illərinə aid videosu da diqqəti cəlb edib. […]

Ermənistan Azərbaycanla gizli danışıqlara başlaya bilər – Qarabağ üçün BÖYÜK ŞANS

“Ermənistan Azərbaycanla qeyri-rəsmi danışıqlara başlaya bilər”. Bu barədə gürcü politoloq Soso Sinsadze Ermənistanın “168 jam” qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində iştirak etmək istəyə bilər: “Ermənistanın bu layihədə iştirakı Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ayrıca predmet ola bilər. Siyasətçilər bu haqda düşünməli və Azərbaycana variantlar təklif […]

Türkiyə Qarabağ məsələsini nəzarətə götürür

Ermənilərin qorxulu yuxusu çin çıxır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Qarabağ məsələsini Rusiya prezidenti Vladimir Putinlə müzakirə edəсək. İstiPress-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərindən dönən zaman Türkiyə mətbuatına bildirib. Ərdoğan Bakı səfərindən sonra jurnalistlərlə görüşdə “Türkiyə olarar biz Dağlıq Qarabağ üçün haqlı davada Azərbaycanın […]

Dilqəm və Şahbaz üçün petisiya başladı – Səs verin!

Ermənistan silahlı qüvvələrinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması ilə bağlı petisiya başlanılıb. Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüsal Hüseynov məlumat yayıb. Onun sözlərinə görə, petisiya Avropa İnsan Hüquqları Məhkəməsinin sədrinə, Fransa Prezidentinə, Fransa Milli Assambleyasının sədrinə və Avropa Şurasının baş katibinə ünvanlanıb: “Petisiyanın tamamlanması […]

Türk ordusuna Hakkaridə hücum – 8 şəhid

Türkiyənin Hakkari vilayətinin Şəmdinli mahalında PKK terrorçuları ilə türk ordusu arasında atışma baş verib. Turkustan.info xəbər verir ki, bu barədə “Hürriyət” informasiya yayıb. Məlumata görə, Türkiyə ərazisinə keçmək istəyən terrorçulardan 4-ü məhv edilib. Türk ordusunun 2 əsgəri və 2 təhlükəsizlik qoruyucusu şəhid olub. Ərazidə helikopterlərin dəstəyi ilə genişmiqyaslı əməliyyata başlanılıb. *** […]

Avtoritet “Qoca”nın Lənkəran həbsxanasından VİDEOSU YAYILDI – VİDEO

Bakı-Astara-Bakı qatarından qaçan kriminal avtoritet Qoca ləqəbli Etibar Məmmədovun Lənkəran həbsxanasında olarkən çəkilmiş görüntüləri yayılıb. Video sosial mediada paylaşılıb. Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara – Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) […]

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız edən direktora cinayət işi açıldı

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində cinayət işi açılıb.   APA-nın məlumatına görə, faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.   Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.   Qeyd edək […]

Baş Prokurorluq “Turan” Agentliyinin cinayət işini ləğv etdi

“Turan” İnformasiya Agentliyi haqda vergidən yayınma ilə bağlı qaldırılan cinayət işi dayandırılıb. Turkustan.info xəbər verir ki, bu barədə agentliyin direktoru Mehman Əliyev bildirib. Onun sözlərinə görə, noyabrın 2-də Baş prokurorun müavini Rüstəm Usubovun qəbulunda olub. Orada R.Usubov “Turan”ın vergidən yayınma ilə bağlı qaldırılan cinayət işinin xətm olunduğu barədə qərar M.Əliyevə təqdim […]

“Qoca” necə zərərsizləşdirildi… – Rəsmi qurumlar gözlənilən məlumatı AÇIQLADILAR

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun zərəsizləşdirilməsi məqsədilə keçirlən əməliyyat barədsə məlumat yayıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumatda deyilir: “2017-ci il oktyabr ayının 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən əvvəllər […]

Şəhid pilotun xanımı: “Kaş ki, övladım olsaydı, Əbubəkrin qoxusunu ondan alardım”

Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur… Turkustan.info saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz Azərbaycan Hərbi Hava Qüvvələrinin  baş leytenantı, “Aprel döyüşləri” zamanı ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin şəhid pilotu Əbubəkr İsmayılovun həyat […]

“Ən xoşbəxt günlərimi onunla xəstaxanada yaşadım” – Fədayə “Qoca” haqda

“Space” telekanalının “Hər gün” verilişi həbs edilən müğənni Fədayə Laçınla bağlı süjet hazırlayıb. Axşam.az xəbər verir ki, sənətçinin 2015-ci ildə qonaq olduğu “Məhəbbət əhvalatları” verilişində sevgisini etiraf etdiyi görüntülər yayımlanıb. Məlum olub ki, Fədayə bu gün öldürülən “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovla uzun illərdir sevgili imiş. F.Laçın sevgilisi haqqında bu […]

19 noyabrda nə baş verəcək? – Dünya bu tarixi gözləyir

21 avqustda Günəş tutulmasının ardınca 20-23 sentyabrda Niburi planetinin dünya ilə toqquşacağı və qiyamət olacağı barədə xəbərlər yayılmışdı. Ancaq gözlənilən baş vermədi və bu dəfə tarix dəyişdi. Turkustan.info xəbər verir ki, NASA Nibiru ilə bağlı iddiaları qətiyyətlə təkzib etsə də, narahatlıqlar səngimir. İngiltərədə nəşr olunan “Daily Mail” qəzetinin yazdığına görə, Nibirunun […]

QHT-lərin islam həmrəyliyi ilə bağlı fəaliyyəti internet televiziyasında işıqlandırılıb – Foto+Video

Oktyabrın 31-də Milli QHT Forumunun Resurs və Təlim Mərkəzində “İslam həmrəyliyinin təbliği ilə bağlı QHT-lərə informasiya dəstəyinin göstərilməsi” layihəsinin yekunları ilə bağlı tədbir keçirilib. Turkustan.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına […]

“Balalamayın” deyən alimdən açıqlama: “Dövlət tələb edəndə doğarsınız!”

Bu gün sosial media səhifəsində yazdığı fikirlərlə gündəm olan fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadə “A24.az”a danışdı. Yazdığı fikirlərin gündəm olmasına gülməklə reaksiya verən Aydın Əlizadə söhbət zamanı insanların xeyrinə danışdığını qeyd etdi: Turkustan.info “A24.az”-a istinadən Aydın Əlizadə ilə kiçik müsahibəni təqdim edir: “Yazdıqlarımda hər şey aydındır da. Balam, imkanın yoxdur evlənmə. Nə var, […]

Ərdoğan və Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, bu barədə R.T.Ərdoğan türkliyəli jurnalistlərə açıqlamasında bildirib. Prezident qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli üçün Türkiyə ciddi təşəbbüslə çıxış edəcək: “Azərbaycana dəstək olmaq üçün və ermənilərin işğal […]

Qitələrarası körpü Azərbaycan və nəfəsliyi daralan Ermənistan – Elçin Mirzəbəyli yazır

Elçin Mirzəbəyli   Azərbaycan üçün indiki məqamda ən vacib strateji hədəflər, bu zamana qədər olduğu kimi, düzgün siyasət yürütməklə ölkə ərazsindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin işləməsinə əngəl ola biləcək mövcud risklərin önlənməsi, bu layihələrlə bağlı inteqrasiya və əməkdaşlıq trendinin saxlanılması, bütün maraqlı tərəflər üçün fayda verəcək imkanların gündəliyə gətirilməsi və […]

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri ATƏT-in Minsk qrupuna kömək edəcək – FOTOLAR

Bu gün Tiflisdə “Daglıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası” mövzusunda beynəlxalq konfrans keçirilib və bu konfransda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin üzvləri “Ermənistan və Azərbaycan arasında Sülh Platforması“ çərçivəsində gələcək fəaliyyət planları və xüsusən də onun ATƏT-in Minsk qrupununa yardımı haqda müzakirələr aparıldı. Bu […]

Prezident Əliyevdən anlamlı Facebook PAYLAŞIMI – (foto)

Turkustan.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Facebook səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla səmimi ortamda çəkilmiş fotoşəklini paylaşıb. Prezident paylaşımına Azərbaycan və Türkiyə bayraqlarını da əlavə edib. Azərbaycan Prezidentinin bu jestini həm son günlər iki qardaş ölkə və  bölgəmiz üçün əhəmiyyətli olan Bakı-Tblisi-Qars dəmir yolunun açılışına, həmçinin, Azərbaycanla […]

Xaçmazda şagirdini öpdüyü deyilən direktor işini itirdi

62 yaşlı direktor müvəqqəti işdən kənarlaşdırılıb. Məktəbliyə qarşı seksual xarakterli dələduzluqda ittiham edilən Xaçmazın Arzu kənd məktəbinin direktoru 62 yaşlı Gülfəz Alxasov rayon prokurorluğunda dindirilir. Direktor işindən müvəqqəti kənarlaşdırılıb. Bunu Xaçmaz rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova İstiPress-in Şimal bürosuna açıqlamasında deyib. Onun sözlərinə görə, direktorun bu biabırçı hadisəni edib […]

“Qoca”nı evində gizlədən şəxs də öldürüldü

Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub. “Report”un əldə etdiyi məlumata görə, əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib. Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib. “Qoca” ləqəbli avtoritet yük avtomobili […]

“QOCA” ÖLDÜRÜLDÜ – Atışma zamanı

Bakıdakı atışmada yaralanan “Qoca” ləqəbli Etibar Məmmədov ölüb. Turkustan.info xəbər verir ki, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə “Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub. Silahlı şəxslərdən biri bir neçə […]

İki başı olan adam doğuldu

Körpə görənləri qorxuya saldı. Hindistanda anormal doğuş baş tutub. İstiPress-in məlumatına görə, Ambayoqay ştatında hamilə qadının dünyaya gətirdiyi uşaq görənləri qorxudub. Belə ki, qadın iki başlı uşaq dünyaya gətirib. Bir bədəndə iki başı olan uşağın çəkisi 3,7 kq-dır. Bədəndə iki ürək və ciyər olsa da, qalan bütün orqanlar təkdir. Doğuşdan […]