TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
“Dünya Azərbaycan-Türkiyə-Gürcüstan birliyinə bir daha şahid oldu” – Cavid Qurbanov
2 Noyabr 2017 15:28
    baş manşet
“Dünya Azərbaycan-Türkiyə-Gürcüstan birliyinə bir daha şahid oldu” – Cavid Qurbanov













“Hələ illər əvvəl Bakı-Tblisi-Qars dəmir yolu layihəsi ilə bağlı təşəbbüslər ortaya çıxanda bəzi ölkələr bunun perspektivinə inanmırdı. Amma Azərbaycan prezidentinin iradəsi nəticəsində bu layihə reallığa çevrildi. Prezidentimizin də dediyi kimi Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir”.

Turkustan.info xəbər verir ki, bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, millət vəkili Caviq Qurbanov söyləyib.

Onun sözlərinə görə,  bu dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur: “Azərbaycan yeni bir tarix yazdı.  Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsində artıq var. Bir sıra ölkələr  tranzit olaraq bu yoldan isritifadə edəcək. Bu həm də iqtisadi bir layihə olmaqla yanaşı, ölkələr arasındakı əməkdaşlığa da yeni tövhə verəcək”.

Cavid Qurbanov onu da əlavə edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyü artıq dünyaya birlik formatını da nümayiş etdirdi: “Bu üç ölkə bir çox regional layihələri illərdir ki, uğurla həyata keçirir. Dünya həm də Azərbaycan-Türkiyə və Gürcüstanın bir-birinə etibarlı tərəfdaş olmasının şahidi oldu”. 

Xatırladaq ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin, Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri də mərasimdə iştirak edib.

Yuxarı Geri Başlağıc