TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Qitələrarası körpü Azərbaycan və nəfəsliyi daralan Ermənistan – Elçin Mirzəbəyli yazır
2 Noyabr 2017 11:32
    baş manşet
Qitələrarası körpü Azərbaycan və nəfəsliyi daralan Ermənistan – Elçin Mirzəbəyli yazır













Elçin Mirzəbəyli

 

Azərbaycan üçün indiki məqamda ən vacib strateji hədəflər, bu zamana qədər olduğu kimi, düzgün siyasət yürütməklə ölkə ərazsindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin işləməsinə əngəl ola biləcək mövcud risklərin önlənməsi, bu layihələrlə bağlı inteqrasiya və əməkdaşlıq trendinin saxlanılması, bütün maraqlı tərəflər üçün fayda verəcək imkanların gündəliyə gətirilməsi və təşviqdir.
Bu baxımdan ölkəmiz üçün “Şimal-Cənub” nəqliyyat dəhlizinin Qərb marşrutunun işləməsi strateji əhəmiyyət kəsb edir.
Bu marşrut Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra isə Astara – Rəşt – Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bütövlükdə Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən meqa layihədir.
Layihə ilə bağlı ilk saziş 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində Rusiya, İran və Hinditstan arasında imzalanıb. Sonradan Azərbaycan, Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Tacikistan, Suriya, Türkiyə və Ukrayna da “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulublar.
Layihə 3 əsas marşrut üzrə – Transxəzər, Şərq və Qərb marşrutu üzrə həyata keçirilir.
Bu dəhlizlə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzil başına çatdırılacaq. Təqribi hesablamalara görə, hər 15 ton yükün daşınmasında 2500 dolardan çox vəsaitin qənaət edilməsi imkanı var. Bir sözlə, Avropa və Hind okeanı hovzəsi arasında tranzit yukdaşımalardan boyuk həcmli dividentlər əldə olunmasına imkan yaradır.


Layihənin Qərb marşrutu, yəni Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara – Rəşt – Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşən xəttin işləməsi strateji əhəmiyyət kəsb edir. Dəhliz vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin daşınmasında dəmir yolunun və avtomobil nəqliyyatının iştirakı nəzərdə tutulur ki, burada əsas amil kimi yüklərin bir nəqliyyat növü ilə böyük həcmdə, tez bir zamanda və uzaq məsafəyə daşınması götürülür. Nəzərə almaq lazımdır ki, iqtisadi səmərəliliyi ilə yanaşı, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi layihədir və Cənub Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir.
Azərbaycan Rusiyanın Cənuba, İranın isə Şimala önünü açmaqla region üçün geosiyasi sabitliyin təmin edilməsi və risklərin önlənməsidə mühüm rola malik olur. “Qitələrarası körpü” statusu Azərbaycanın perspektivi və qlobal müstəvidə mövqeyi baxımdan çox vacibdir. Geosiyasi riskərin getdikcə artdığı və qlobal miqyasda rəqabət və qarşıdurma meyillərinin güclənməsi fonunda Azərbaycanın bu rolu ölkənin sabit məcrada inkişafına yeni təminatlar yarada biləcək potensiala malikdir.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi layihədir və Cənub Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının və bu müstəvidə bəzi dövlətlərin ölkəmizə qarşı manipulyativ davranışlarının üzərindən xətt çəkir. Bu marşrut eyni zamanda Azərbaycan-İran-Rusiya üçtərəfli formatının inkişafı baxımından da önəmlidir və hər 3 ölkənin konkret layihə müstəvisində strateji maraqlarının uzlaşmasına xidmət edir.


Sirr deyil ki, Ermənistan mütəmadi olaraq real perspektivi olmayan layihələri gündəmə gətirməklə Azərbaycan-İran, Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaratmağa cəhd göstərir. Ermənistanın ayrı-ayrı rəsmi səfərlər çərçivəsində ortaya atdığı İran-Ermənistan-Gürcüstan-Rusiya, yaxud İran-Ermənistan-Gürcüstan-Bolqarıstan-Yunanıstan və bu qəbildən olan digər nəqliyyat dəhlizləri təşəbbüsləri əslində Azərbaycanın iştirakçısı olduğu real layihələr ətrafında ziddiyyətlərin yaranmasına xidmət edən təxribat xarakterli mülahizələrdən başqa bir şey deyil.
Ermənistanın təşəbbüsləri ilə bağlı ən maraqlı deyimlərdən biri “Rusiya Dəmir Yolları”nın sabiq prezidenti Vladimir Yakuninə məxsusdur. Vladimir Yakuninin qənaətinə görə, İran-Ermənistan dəmiryolu xətti layihəsi ideyası öz divarından qonşunun divarına doğru dəlik açmaqdan başqa bir şey deyil. Qonşunun divarında dəlik açmaq isə ermənilərin köhnə ənənəsidir.
Əslində ermənilərin qonşunun divarında dəlik açmaqdan uzağa gedə bilməyəcək təşəbbüslərinin fantastik olduğunu da söyləmək olar. Amma təəssüf ki, bəzən bir sıra dövlətlər öz geosiyasi maraqları üçün hətta fantastik mülahizələrdən də istifadə etməyi məqbul sayırlar.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi isə Ermənistanın fantastik təşəbbüsləri ilə yanaşı bu təşəbbüslərdən yararlanmağa çalışan dairələrin iddialarını da sıradan çıxarır və region dövlətlərinin real perspektivlər üzərindən əməkdaşlığına zəmin yaradır, Azərbaycanın geosiyasi qitədən-qitəyə körpü statusunu daha da möhkəmləndirir. Və təbii ki, divardakı bütün dəlikləri qapadır.
Avropa ilə Asiya arasında körpü statusu Azərbaycanın perspektivi və qlobal müstəvidə mövqeyi baxımdan da çox vacibdir. Geosiyasi risklərin getdikcə artdığı, qlobal miqyasda rəqabət və qarşıdurma meyillərinin güclənməsi fonunda Azərbaycanın bu rolu ölkənin sabit məcrada inkişafına yeni təminatlar yarada biləcək potensiala malikdir.
Beynəlxalq nəqliyyat dəhlizləri, xüsusən “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin gerçəkləşməsinin çox mürəkkəb gesosiyasi məkanda yer alan Azərbaycanın dünya güclərinin getdikcə kəskinləşən qlobal rəqabətindən qorunmasına, yaxud bu proseslərin neqativ təsirinin azaldılmasına zəmin yaratdığı da nəzərə alınmalıdır.
Bu baxımdan da, Azərbaycan ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin işə salınmasını strateji hədəflər kimi nəzərdən keçirir və bü müstəvidə öz mühüm rolunun gündəlikdə qalması üçün maksimum səylər göstərir.

 

Yuxarı Geri Başlağıc