Gün: Noyabr 3, 2017

Bakı-Tbilisi-Qars qatarında gediş haqqı nə qədər olacaq? – Cavid Qurbanov açıqlayır – VİDEO

Gələn ildən etibarən sərnişinlər Bakıdan Gəncəyə sürət qatarları vasitəsi ilə cəmi 4 saata çata biləcəklər. Bunun üçün hazırda dəmir yolu xətlərinin bərpası, yeni qatarların sifarişi məsələləri həll edilir. Bunu ”Xəzər Xəbər”ə eksklüziv açıqlamasında ”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib. Cavid Qurbanov əlavə edib ki, 2019-cu ildə […]

İran-Türkiyə sərhədində ATIŞMA – ölənlər var

İranın Qərbi Azərbaycan əyalətində terrorçularla atışmada 8 iranlı sərhədçi həlak olub. Bu barədə APA məlumat yayıb. Publika.az bildirir ki, sərhədçilərlə terrorçular arasında atışma İran-Türkiyə sərhədində, Çaldıran bölgəsində baş verib. Rəsmi məlumata görə, atışma zamanı terrorçular ağır itki verib. Hələlik öldürülmüş terrorçuların sayı dəqiq bilinmir. Qeyd edək ki, aprel ayında İran-Pakistan sərhədində […]

Gələn il üçün orta aylıq pensiyanın məbləği açıqlanıb – VİDEO

Növbəti il pensiyaların yenidən artacağı gözlənilir. Turkustan.info bildirir ki, bu dəfə nominal orta aylıq əmək haqqının ötənilki artım tempinə uyğun olaraq indeksləşdirilməsi aparılacaq. Nəticədə pensiyanın bütün məbləği, yəni həm sığorta, həm də baza hissəsi artacaq. Dövlət Sosial Müdafiə Fondunun sosial işlər departamentinin müdir müavini Eyvaz İsmayılovun sözlərinə görə, əgər artım […]

Bu şəxslərin maaşı 500 manat artırıldı

Azərbaycan prezidenti İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Yenicag.az xəbər verir ki, 2017-ci il noyabrın 1-dən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərin aylıq vəzifə maaşlarına 500 manat məbləğində Azərbaycan prezidentinin əlavəsi müəyyən edilib. […]

Eldar Mahmudovun əmisi oğlu həbs edildi

Ləğv edilmiş MTN-in əməkdaşları barəsində başlanmış cinayət işi üzrə aparılan operativ-istintaq tədbirləri nəticəsində MTN-in keçmiş başçısı Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov həbs edilib. Turkustan.info-nun xəbərinə görə, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı etibarlı mənbələrdən məlumat verilib. Vüqar Mahmudova qarşı konkret hansı maddələr üzrə ittiham irəli sürüldüyü barədə daha sonra məlumat […]

Qazaxıstanda Dünya Axısxa Türkləri Birliyinin III qurultayı keçiriləcək

4 Noyabr 2017 tarixində saat 10.00-da Qazaxıstanın Almatı şəhərində “Dünya Axısxa Türkləri Birliyi”nin III qurultayı keçiriləcək. Turkustan.info xəbər verir ki, mərkəzi İstanbulda olan və beynəlxalq fəaliyyət göstərmək üçün qurulan “Dünya Axısxa Türkləri Birliyi”nin Başqanı Ziyaeddin İsmixanoğlu Kassanovdur. DATÜB, 2009-cu ildə fəaliyyətə başlayan və 2010-cu ildə isə Türkiyədə Nazirlər Kabinetinin qərarı […]

Rusiyanın Qarabağa görə Bakıya – Üç sensasion şərti

Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var. Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri […]

Ərdoğanın rekord qıran 15 il öncəki çıxışı – VİDEO

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın 2002-ci ildə İstanbulda etdiyi çıxışın videosu yenidən gündəmə gəlib. Axar.az xəbər verir ki, sözügedən video qısa zamanda sürətlə sosial şəbəkələrdə paylaşılıb. Türk liderin o zamankı qərarlı və özünəinamlı çıxışının görüntülərini təqdim edirik:

Biz sizi gözləyirik, Tahir müəllim! – Qənirə Paşayeva

Qənirə Paşayeva millət vəkili   Bu gün böyük bəstəkarlarımızdan Tahir Əkbəri 1 saylı Klinik Tibbi Mərkəzdə dəyərli sənətçimiz və əziz dost Aybəniz xanımla birlikdə ziyarət etdik. Hər zaman ailənin yanında olan dəyərli Aybəniz xanıma təşəkkür edirəm ki onları heç zaman yalnız buraxmır. Aybəniz xanım və Tahir müəllimin əziz həyat yoldaşının […]

Azərbaycanda ömürlük azadlıqdan məhrum olunanların sayı bilindi

Azərbaycanda ömürlük azadlıqdan məhrum olunanların sayı məlum olub. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, 2016-cı ildə Azərbaycanda 10 nəfər ömürlük azadlıqdan məhrum edilib. 2015-ci ildə bu rəqəm 4, 2014-cü ildə 13, 2013-cü ildə isə 15 nəfər olub. 2016-cı ildə müəyyən müddətə azadlıqdan məhrum olunanların sayı 7908 nəfər olub. 2015-ci ildə […]

Azərbaycanda Seçki Məcəlləsində dəyişiklik: Elektron səsvermə

Azərbaycanda Seçki Məcəlləsinə dəyişiklik baş verib. Turkustan.info-nun Modern.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Seçki Məcəlləsində ciddi dəyişiklik edilir. Bundan sonra Azərbaycanda keçiriləcək seçkilərdə elektron səsvermə tətbiq olunacaq. Bildirilir ki, insanlar seçki məntəqələrinə gəlmədən də elektron qaydada səs verə biləcəklər. Seçki Məcəlləyə dəyişikliklərin Milli Məclisin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir. […]

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar” – PSİXOLOQDAN ÇAĞIRIŞ

Yəqin ki, küçədə, parkda, metro və ya avtobusda uşağının üstünə qışqıran, hətta vuran valideynlərə rast gəlmisiniz. O görüntü heç birimizə xoş təsir bağışlamır. Dərhal da valideyni qınamağa başlayırıq. Fikirləşirik ki, küçədə, camaatın içində belə edirsə, gör, evdə neyniyir?! Bəs görəsən bu cür şiddətə məruz qalan uşaqların psixologiyasında hansı dəyişikliklər olur? […]

Rövşən Lənkəranski klanına daha bir zərbə – “Kor Huseyn” tutuldu

Çeçenistanın paytaxtı Qroznı  şəhərində “Kor Hüseyn” ləqəbli “qanuni oğru” Hüseyn Əhmədov həbs edilib.   Turkustan.info-nun Lent.az-a istinadən məlumatına görə, onun üzərindən xeyli miqdarda narkotik götürülüb. “Kor Hüseyn” mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin ən yaxın adamlarından olub. Hətta Türkiyədə yaşayarkən Rövşənlə birgə qalıb. Rövşənin qətlindən sonra İstanbulu tərk edərək Qroznıya qayıdıb. […]

“Qoca”nın anası Fədayə Laçından danışdı… – FOTOLAR

Bakıda keçirilən xüsusi əməliyyat zamanı ölən Qoca ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yas çadırı qurulub. Teleqraf.com-un Hacıqabula ezam edilən əməkdaşının verdiyi məlumata görə, hələlik Qocanın cənazəsi ailəsinə təhvil verilməyib. Anası bildirib ki, onun dəfn mərasiminə hazırlıq görülür, yas çadırı qurulub və mərhumun yaxınları Etibar Məməmdovun nəşinin təhvil verilməsini gözləyirlər. Qeyd […]

Ərdoğan: Görünməmiş bir zərbə endirəcəyik

Hazırda silahlı və silahsız uçan aparatlarımız, F-16-larımız orada əməliyyatları davam etdirir. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Manisa şəhərində çıxışı zamanı danışıb. “Bu gün aldığım xəbərlər bir qədər fərqlidir. 9 şəhid vermişik, ancaq 55 terrorçu zərərsiz hala gətirilib. Bu rəqəm daha da artacaq, çünki “şəhidlərimizin qanı […]

Pensiyalar artıb – Nazirdən açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Məlumat mübadiləsi saatı” keçirilib. Turkustan.info xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Məlumat mübadiləsi saatı”nın növbəti iclası pensiya təminatı və dövlət məşğulluq xidmətləri sahələrində ayrı-ayrı ölkələrlə təcrübə mübadilələrinin aparılması sahəsində görülən işlərə, nazirliyin nümayəndələrinin “Qlobal reallıq şəraitində pensiya təminatı sisteminin […]

Lavrov əmin etdi: “Qarabağla bağlı aktiv işləyirlər”

“ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində aktiv işləyirlər”. Turkustan.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə deyib. Onun sözlərinə görə, münaqişələrin nizamlanmasında birgə işləmək vacibdir: “ATƏT-in Avropa məkanındakı münaqişələrlə bağlı operativ qərarların qəbul olunması, bütün problemlərin həlli üçün ciddi potensialı […]

Aqrar Uuniversitetdə ELMİ SƏRGİ təşkil edilib

Son illər Azərbaycan Dövlət Aqrar Universitetində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də keyfiyyəti artıb və bunun üçün hərtərəfli şərait yaradılıb. Bu baxımdan universitetin elmlər doktoru və professorlarının  əldə etdiyi elmi nailiyyətləri nümayiş etdirilməsinə də ciddi ehtiyac var. Universitetdə yeni yaradılan, lobarotoriyaların, tədris-təcrübə mərkəzlərinin və təcrübə sahələrinin potensial imkanlarından da […]

Tatarıstanın paytaxtı Kazanda parka “Təbriz” adı verildi

Ötən illərdə Təbriz şəhəri ilə qardaşlaşan Tatarıstan paytaxı Kazan şəhərində bir parka Təbriz adı verilib. Turkustan.info xəbər verir ki, bu barədə Təbriz Bələdiyyə İdarəsinin Beynəlxalq və İctimai Əlaqələr Şöbəsinin rəisi Mir Etimad İmadi mətbuata məlumat yayıb. “Təbriz və Kazan arasında imzalanan protokola görə, hər iki şəhərin rəhbərliyi bir münasib parkı […]

Rusiyada sabah çevriliş ediləcəkdi: HƏBSLƏR BAŞLADI

Rusiya xüsusi xidmət orqanları “Hazırlıq” hərəkatının üzvlərini saxlayıb. Onlar 4-5 noyabrda administrasiya binalarına və polisə hücum hazırlamaqda ittiham edilir. Cebhe.info Rusiya mətbuata istinadən bildirir ki, saxlananlar paytaxtda ekstremist aksiyalar planlayıb. Onlardan 15 butulka yandırıcı maddə götürülüb. Hərəkat üzvləri eyni təxribatları Krosnoyarsk, Krosnodar, Kazan, Samara və Saratovda da keçirməyi planlaşdırıb. Onlara qarşı […]

Lənkəranskinin rəis qardaşı azadlığa çıxdı – Nüfuzlu şəxslər işə qarışıb

Dünən İstanbulda keçirilən polis əməliyyatı zamanı saxlanılan Namiq Canıyev azad olunub. Turkustan.info xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb. Saytın yazdığına görə, sərbəst buraxılan Namiq Canıyev tezliklə Azərbaycana qayıdacaq. Onun həbsdən buraxılması üçün nüfuzlu adamların məsələyə müdaxilə etdiyi bildirilir. Qeyd edək ki, o, Dövlət Gömrük Komitəsinin Keşlə bölməsinin rəisi vəzifəsində […]

Bakıda razılaşdırılmamış piket keçirildi – 4 müsavatçı saxlanıldı

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) inzibati binası qarşısında piket keçirib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, razılaşdırılmamış aksiyanın sonunda Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Səxavət Soltanlı, habelə partiyanın daha iki üzvü polis tərəfindən saxlanılıb. Xatırladaq ki, partiyanın piketlə bağlı müraciətinə oktyabrın 30-da Bakı Şəhər İcra Hakimiyyətində baxılıb […]

Bələdiyyə idarəetməsində insan resursları strukturu

Bələdiyyə orqanlarının xidmət səviyyəsinin yüksək olması qurumda çalışanların peşə hazırlıqlarından, bilik və bacarıqlarının səviyyəsindən, insan resurslarının inkişafı və idarə edilməsindən aslıdır. İnsan resursları deyəndə qurum daxilində çalışanlara yönəlmiş fəaliyyət növü başa düşülür. Buraya müvafiq qurumun daxilində, insan resurslarının planlaması, bunun üçün lazımlı iş analizlərinin və öhdəliklərin müəyyənləşdirilməsi, insan resurslarının seçilməsi […]

Lənkəranskinin qardaşı belə həbs olundu – Lotu Quliyə sui-qəsd zamanı – VİDEO

İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Azadlığa çıxdıqdan sonra N.Səlifov İstanbula yollanmışdı. Noyabrın 2-də İstanbulun hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar. Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 13 nəfərdən ibarət killerlərlə […]

“Dedi özün istəmirsənsə, get ananı, bacını gətir” – ŞOK İFADƏ

Tanışını bıçaqlamaqda təqsirləndirilən cinsi azlıq nümayəndəsi 1996-cı il təvəllüdlü Kamran İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Turkustan.info lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, K.İslamov eyni […]

“Səhvən ərimin əkiz qardaşından hamilə qaldım” – Canlı yayımda şok etiraf – VİDEO

Telefonla canlı yayıma qoşulan qadın izləyicinin etirafı hamını heyrətə salıb. Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Nur Viralın aparıcılıq etdiyi “Hayatta her şey var” adlı verilişdə izləyicinin etirafı qalmaqala səbəb olub. Belə ki, qadın canlı yayıma qoşularaq səhvən ərinin əkizindən hamilə qaldığını söyləyib. 3 aylıq hamilə olan qadının etirafına aparıcı […]

“Vəhşi diviziya”: “Alman əsgərlərinə ərə gedin” – Çeçen komandir -VİDEO

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb. Filmdə Çar Rusiyası dönəmində Azərbaycan və Qafqazın müsəlman xalqlarından yaradılmış və diviziyaya daxil olan könüllü süvari alaylarının, həmçinin tatar (azərbaycanlı) alayının Birinci Dünya müharibəsində iştirakından bəhs edilir. Qafqaz Yerli Süvari diviziyasında (“Vəhşi diviziya”) azərbaycanlıların xüsusi yeri olub. Diviziyada […]

Qənirə Paşayeva misirli nazirə Ermənistanın işğalçılığından danışıb

Millət vəkili Q.Paşayeva Misir Milli Qadın Şurası prezidenti, naziri, qadın millət vəkilləri və təşkilat rəhbərləri ilə Ermənistanın işğalçılıq siyasətindən danışıb.   Misir Milli Qadın Şurasının prezidenti, nazir Maya Morsi, Marianne Amir Azer başda olmaqla Misir qadın millət vəkilləri,  Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının Misir üzrə rəhbəri Omnia Fahmy və təşkilatın rəsmiləri ilə görüş […]

“Lənkəranski”nin qardaşının deportasiyası gözlənilir- FOTO

Həbsdən buraxıldıqdan sonra İstanbulda mənzillənən məşhur kriminal avtoritet “Lotu Quli”ni öldürmək üçün gedən killerlər qrupunun bəzi üzvlərinin, o cümlədən “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin Azərbaycana deportasiyası gözlənilir. Turkustan.info xəbər verir ki, bu barədə virtualaz.org-a İstanbuldakı mənbələr bildiriblər. Qeyd edək ki, Namiq Canıyev də daxil olmaqla sui-qəsd planı hazırlayan qrupun üzvləri ötən […]

Restoranlarda qəribə qadağa – Bu mahnıları ya oxutmayın, ya da pul ödəyin – RƏSMİ

Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə müəllif qonorarlarını ödəməkdən yayınmaq mümkün olmayacaq. Müəllif Hüquqları Agentliyindən APA-ya bildirilib ki, qərara əsasən, toy mərasiminin keçirildiyi hər […]

Ölümdən başqa hər dərdin dərmanı

Xərçəngdən belə qoruyur. O xərçənglə mübarizə aparırı, sonsuzluq dərdini aradan qaldırır, bəlğəm təmizləyir, broxları açır. Bir sözlə az qala ölümdən başqa hər şeyin dərmanıdır. Söhbət keçibuynuzundan gedir. Bu bitkinin həm bəkməzindən, həm də özündən istifadə etməklə min bir dərddən xilas ola bilərsiniz. İstiPress keçibuynuzu doşabının faydalarından bəziləri ilə oxucularını tanış edir. Nəfəs […]

III dünya müharibəsi ola bilər – İnsanlar məhv olacaq

Məşhur fizik xəbərdarlıq etdi. Süni intelektin bu səviyyədə inkişafının davam etməsi insanlığı məhv edəcək. İstiPress-in məlumatına görə, bunu dünyanın ən məşhur alimi, fikiz Stiven Hokinq deyib. “Süni intelektin canlı insanları tamamilə əvəz edə biləcəyindən qorxuram. Əgər indi insanlar kompüter virusları hazırlayırlarsa, onda gələcəkdə kimsə süni intelektdə yarada bilər. O isə […]

Azərbaycanda “WhatsApp” çökdü

Bir saatlıq problemdən sonra sistemə giriş mümkündür “WhatsApp”ın işi bərpa edildi. Mesajlaşma xidməti bir saatlıq problemdən sonra yenidən fəaliyyətə başlayıb. Şirkət rəsmiləri problemin nədən qaynaqlandığını açıqlamayıblar. Saat 12:55 Dünyanın ən geniş yayılamış sosial mesajlaşma xidməti olan “WhatsApp”ın işində problem yaranıb. İstiPress-in məlumatına görə, xidmət saat 11 radələrindən çalışmır. İstifadəçilər bir müddətdir ki, […]

Azərbaycanda bu xəstəlik sürətlə artır – SƏBƏBLƏR

Dünyada hər 6 saniyədə bir insan şəkərli diabetin fəsadlarından ölür. Şəkərli diabet-endokrin sisteminin xroniki xəstəliyi olub, qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksəlməsi ilə müşayiət olunur. Xəstəlik orqanizmdə (mədəaltı vəzidə) insulin istehsalının azalması və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığının azalması nəticəsində inkişaf edir. Hazırda planetdə 400-450 milyona yaxın şəkərli diabet […]

Qocanın tutulması ilə bağlı yeni – Təfərrüat

“Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatla bağlı yeni təfərrüat məlum olub. Report-un xəbərinə görə, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları keçirib. Belə ki, Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-də gecə saatlarında İ.Əzimova məxsus avtomobildə Bakı sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə […]

Əli Həsənov: “Görüşlərin müsbət nəticələri yaxın zamanlarda özünü göstərəcək”

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda keçirilmiş üçtərəfli görüşü ilə bağlı Trend agentliyinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. – Azərbaycan, İran və Rusiya prezidentlərinin ötən gün Tehranda keçirilən üçtərəfli görüşünün həm ölkəmiz, həm də region üçün əhəmiyyətini necə qiymətləndirirsiniz? […]

Rövşən Lənkəranskinin İstanbulda həbs edilən qardaşı polkovnik Namiq Canıyev kimdir? + FOTO

Xəbər verildiyimiz kimi bir neçə saat öncə İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Xatırladaq ki, Azərbaycanda 20 illik həbs cəzasını çəkmiş N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan sonra N.Səlifov İstanbula yollanmışdı. Azad edildikdən dərhal […]

Dünyanın ən güclü 100 qadını – SİYAHI

Məşhur biznes xəbərləri dərgisi olan “Forbes” dünyanın ən güclü 100 qadını siyahısını tərtib edib. Publika.az xəbər verir ki, siyahıda qadınların yaşı, işlədiyi sektor və yaşadığı ölkə də göstərilib. Siyahıda məşhur amerikalı müğənni Teylor Svift 85-ci yerdə, siyasətçi Hillari Klinton 65-ci yerdə, müğınni Beyons 50-ci yerdə, Myanma lideri Aunq San Suu Kyi […]

SOCAR-ın trestində qazma işləri vaxtı qəza – Yaralananlar var

Bu gün SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı qəza baş verib. SOCAR-ın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev “APA-Economics”ə açılmasında bildirib ki, qəza nəticəsində iki nəfər qazma köməkçisi – Fikrət Gözəlov və Cavad Ədilov xəsarət alıblar. Onun sözlərinə görə, […]

Öpüşdüyü deyilən direktora görə aksiya başladı – FOTOLAR

Direktorun yaxınları və kəndliləri küçəyə çıxdı. 12 yaşlı məktəbli qıza qarşı seksual xarakterli hərəkət etdiyi iddia edilən  deyilən Xaçmazın Arzu kənd məktəbinin 62 yaşlı direktoru Gülfəz Alxasovun kəndliləri bu gün etiraz aksiyası keçirirlər. Aksiya direktorun yaşadığı Suxtəkələ kəndindədir. İstiPress-in Şimal bürosunun məlumatına görə, hazırda təxminən 50-60 nəfər Suxtəkələ kənd sakini, direktorun qohum və ailə […]

Monteneqro oxucuları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin strateji əhəmiyyəti barədə məlumatlandırılıb

Monteneqronun “Volimpodgoricu.me”, “Dijaspora.news” xəbər portallarında Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadənin “Azərbaycanda dünyanın 100 layihəsindən biri hesab edilən “Dəmir İpək Yolu”nun – Bakı-Tbilisi-Qars xəttinin açılışı olub” adlı məqaləsi dərc edilib. Məqalədə Bakı–Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin təntənəli açılış mərasimi barədə məlumat verilir. Bu dəmir yolunun strateji əhəmiyyəti […]

Qurban Qurbanov bu şərtlə milli komandaya gəlməyə RAZILAŞDI – Baş məşqçi təyin olundu

Son zamanlar Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi postuna “Qarabağ”la Çempionlar Liqasında uğurlu nəticələr qazanan Qurban Qurbanovun təyin ediləcəyi ilə bağlı ölkə söz-söhbətlər yayılmışdı. Artıq bu söhbətlər öz təsdiqini tapdı…   Turkustan.info bildirir ki, ”Qarabağ FK”nın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Qurban Qurbanov bir neçə şərtin müqabilində millimizdə işləməyə […]

“Qələbə xəbərinin mətnini də yazmışdım” – Şəmistan Əlizamanlının heç yerdə eşitmədiyiniz etirafları – VİDEO MÜSAHİBƏ

Müstəqil Azərbaycanın ilk hərbi diktorlarından biri, sevilən milli musiqilərin, hərbi marşların ifaçısı,  “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı A24.az-a video müsahibə verib. Müsahibədə Şəmistan bəy hərbi diktorluğa, musiqiyə gəlişindən danışıb. Son illərdəki yaradıcı fəaliyyətindən söhbət açıb. Şəmistan Əlizamanlı ilə müsahibəni təqdim edirik:

Bakı-Tbilisi-Qars dəmiryolu ilə ilk qatar bu gün Qarsa çatdı

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə hərəkət edən ilk yük qatarı bu gün səhər saatlarında Qarsa çatıb. Turkustan.info xəbər verir ki, oktyabrın 24-də Qazaxıstandan çıxan taxılla yüklənmiş qatar 32 konteynerdən ibarətdir. Məlumata görə, həmin qatar Azərbaycandan Qarsa 40 saata çatıb. Həmin qatarın son təyinat məntəqəsi Türkiyənin Mersin şəhəri olacaq. Qeyd edək ki, […]

Lotu Quliyə sui-qəsd: Türkiyədə qanlı gecə – Lənkəranskinin qardaşı saxlanıldı

“Qanuni oğru”nun evinə hücum üçün 11 nəfərlik killer qrupu gəlib. Bir neçə saat öncə İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Xatırladaq ki, Azərbaycanda 20 illik həbs cəzasını çəkmiş N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan […]

Həbsdən qaçan avtoritetin sirr kimi ölümü: Sensasion iddialar

Oktyabrın 23-də Astaradan Bakıya gələn qatardan qaçmış kriminal avtoritet, “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov noyabrın 2-nə keçən gecə xüsusi əməliyyat nəticəsində öldürülüb. Güzdəkdə keçirilən əməliyyatda Qoca ilə bərabər onu Hacıqabulda evindən gizlətmiş İlqar Əzimov da zərərsizləşdirilib. Rəsmi məlumatda onların xəstəxanaya aparılarkən yolda öldükləri bildirilir. Hadisə zamanı daha iki nəfər […]

Haqq üzülmür axı, ay Qulu… Moskvadan təbrik məktubu

Nəsib NƏBİOĞLU Əziz dostum, Qulu Məhərrəmli! Səni doğum günün münasibətilə  səmimi qəlbdən təbrik edirəm! Ürəyində nə arzun varsa, Allah yerinə yetirsin. Hər şey ürəyincə olsun!  Əlbəttə hər şey ürəyincə deyil, bu mümkün olan  iş də deyil. Nizam tərəzisi pozulan dünyada ürəyincə nə ola bilər? İllərdir ki, bir-biri ilə dostluq edirik. […]

“Hakim olsam, Fədayəni azad edərəm” – Cavanşir Quliyev

Bir neçə gündür “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədova həbsdən qaçmasına kömək etmək ittihamı ilə həbs olunan müğənni Fədayə Laçının ətrafındakı müzakirələr səngimək bilmir. Ona qarşı münasibət birmənalı deyil. Ancaq müğənni “canini sevdiyi” və ona kömək etdiyi üçün cəmiyyətin əksər kəsiminin qınaq hədəfidir. Turkustan.info-nun Xeber365.com-a istinadən məlumatına görə, Fədayənin bu […]

Bürclər: 3 Noyabr

Qoç – Hər sözə inanmayın, hər kəsi öz ürəyinizlə ölçməyin. Sizə verilən məlumatları yoxlamaqda tənbəllik etməyin. Bu sizə səhvlərdən qaçmağa kömək edəcək. İşə fikir verməyiniz vacibdir. Bəzi sizi sevməyən insanlar bundan sizə qarşı istifadə edə bilərlər. Evdə ailənizlə probleminiz yarana bilər. Sevdiyiniz şəxslə də həmçinin. Uzunmüddətli planlar qurmayın. Buğa – […]

İş axtaranların nəzərinə – YENİLİK + VİDEO

Müəssisə və təşkilat rəhbərlərinin gənc kadrlara marağını artırmaq üçün layihə işə salınır. Artıq iş yerini itirən şəxslərin də yeni iş tapmaları problem olmayacaq. Turkustan.info-nun Xəzər TV-yə istinadən məlumatına görə, bu, “İşsizlikdən sığorta haqqında qanun”un tətbiqi ilə mümkün olacaq. Hesablamalara əsasən, yeni mexanizm il ərzində Sığorta Fonduna 90 milyona yaxın vəsait […]