Gün: Noyabr 4, 2017

DTX casusu tutdu – “Dövlətə xəyanət”

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarını ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Soltanov Miryusif Mirmahmud oğlu saxlanılıb. Turkustan.info xəbər verir ki, DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib ki, M. Soltanov […]

SON DƏQİQƏ: Səudiyyə Ərəbistanına ballistik raket hücumu – ŞOK

Yəməndən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ballistik raket hücumu həyata keçirilib. Turkustan.info xəbər verir ki, bu barədə Al Ərəbiyyə televiziyası və xəbər saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, atılan ballistik raket Səudiyyə Ərəbistanı raket hücumundan müdafiə sistemləri tərəfindən Ər-Riyad şəhəri yaxınlığında havada təsirsiz hala gətirilib. Raketin vurulması zamanı partlayışın səsi paytaxtda […]

ATU-da IV Beynəlxalq Bakı Tibb Konqresi keçirildi – Fotolar

Ötən gün Azərbaycan Tibb Universitetində (ATU) Tələbələr və Gənc Həkimlərin IV Beynəlxalq Tibb Konqresi öz işinə start verib. İki gün davam edəcək konqresdə dünyanın müxtəlif ölkələrindən – Almaniya, Rusiya, Türkiyə, Özbəkistan və digər ölkələrdən olan tibb mütəxəssisləri, eyni zamanda, ATU-nun professor-müəllim heyəti, tələbələri iştirak edir. Turkustan.info ATU-nun saytına istinadən bildirir ki, […]

Məlahət İbrahimqızı NATO PA-nın seminarına qatılacaq

Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 96-cı Rouz-Rout seminarında iştirak etmək üçün noyabrın 6-da Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər edəcək.   Milli Məclisin Mətbuat xidmətindən Turkustan.info-ya verilən məlumata görə, tədbirdə Qərbi Balkanlarda təhlükəsizliyin təmin olunması, strateji kommunikasiyanın formalaşması, bölgədə hazırki iqtisadi durum, habelə Bosniya və Herseqovinanın inkişaf perspektivləri, Serbiyada iqtisadi […]

Fədayə zindana, “Qoca” məzara – FOTOLAR

Bakıda hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat zamanı əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbiri zamanı zərərsizləşdirilən “Qoca” ləqəbli Etibar Məmmədovun meyiti ailəsinə təhvil verilib. Yenicag.az xəbər verir ki, o, bu gün doğulduğu Hacıqabulda dəfn olunub. Qeyd edək ki, bu il oktyabrın 23-də […]

Qənirə Paşayeva Güney Azərbaycandan olan şair və yazarlarla görüşdü – FOTO

Millət vəkili Q.Paşayeva Cənubi Azərbaycandan (İran) olan şair və yazarlarla görüşdə ədəbi əlaqələrimizi daha da gücləndirməliyik deyib. Millət vəkili Q.Paşayeva AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruzun dəvəti ilə tədbirlərdə iştirak etmək üçün Bakıda səfərdə olan Cənubi Azərbaycandan(İran) olan şair-yazarlarla görüş zamanı bildirib ki, gənclərimizin yazarlarımızı, şairlərimizi daha da yaxından […]

Öldükdən sonra sosial media hesablarınıza nə olacaq?

Hər birinizin Feysbuk, Tvitter, Gmeyl və ya Əpl hesablarınız var. Bəs siz öldükdən sonra bu hesablara nə olacaq? Almaniyada 15 yaşlı qız qatar altında qalaraq vəfat etmişdi. Qızın ailəsi hadisəni aydınlaşdırmaq üçün qızlarının sosial media hesablarını araşdırmağı düşünüb. Lakin ailə istəyinə nail ola bilməyib. Çünki bütün məlumatlar və parollar qıza […]

İstanbul polisi Lənkəranskinin qardaşına sui-qəsd ittihamı verəcək

Öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev indiyə qədər İstanbulda həbs altındadır. Turkustan.info Virtualaz.org-a istinadən bildirir ki, onun azad olunması və tezliklə Azərbaycana deportasiya olunacağı haqda bəzi KİV-lərdə yayılmış informasiyalar öz təsdiqini tapmayıb.   Xatırladaq ki, Namiq Canıyev 2 noyabrda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İstanbulun Bakırköy ərazisinndəki “Ömür” ticarət mərkəzində […]

Rusiyada pornoulduz prezidentliyə namizəd oldu – FOTOLAR

Rus pornoulduz Elena Berkova 2018 Rusiya prezident seçkilәrinә namizәdliyini verdi. A24.az xəbər verir ki, 32 yaşlı aktrisa instagram hesabından bunu bəyan edib. Berkova bildirib ki, əsas hədəfi təcavüzün cəzası kimi edamın bərpa olmasıdır. Xatırladaq ki, daha əvvəl Berkova Soçi bələdiyyə seçkilərinə qatılmış və seçkini uduzmuşdur.

Rövşən Lənkəranski və keçmiş baş nazir Surət Hüseynova yaxınlığı ilə tanınan “Bakılı Əhməd” İstanbulda güllələndi

İstanbulda “Bakılı Əhməd” ləqəbi ilə tanınan iş adamı Əhməd (soyadı məlum deyil) evində güllələnib. Avropa.info-nun Türkiyədəki mənbələrdən əldə etdiyi məlumata görə, “Bakılı Əhməd” ləqəbli iş adamı kriminal avtoritet Rövşən Lənkəranski və eyni zamanda keçmiş baş nazir Surət Hüseynovla yaxın olması ilə tanınırmış. “Bakılı Əhməd”in hətta Rövşən Lənkəranskinin cənazəsinin Azərbaycana yola […]

Manata “yaşıl işıq”: Dollar dövrü qapanır?

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. FED uçot dərəcəsini 0,1-1,25 faiz səviyyəsində saxlayıb. Qeyd edək ki, sonuncu dəfə FED iyunun 14-də uçot dərəcəsini 0,75-1 faizdən  1-1,25 faizədək artırıb. Bundan əvvəl FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75 faiz səviyyəsindən 0,75-1 faizədək artırıb. 2016-ci […]

Pensiya yaşı: Müəllimlər “qurtuldu”, sırada kim var?

Əmək Məcəlləsi dəyişdirildi – 65 yaş məhdudiyyəti ali məktəblər üçün ləğv edildi. Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi Milli Məclisin iclasında müzakirəyə çıxarılaraq qəbul edilib. Qanunun 4-cü maddəsinə (Bu Məcəllənin tətbiq edildiyi iş yerləri) maddəsinə təklif olunan dəyişiklikdə göstərilib ki, Azərbaycan qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi […]

Çingiz Abdullayev: “Təhsildə rüşvətxorluq varsa, bu, biabırçılıq deyil, fahişəlikdir” – VİDEO

Xalq yazıçısı Çingiz Abdullayev oxucuları ilə görüşüb. Yazıçı çıxışı zamanı Azərbaycan təhsilində tüğyan edən rüşvətxorluq mövzusuna toxunub. O qeyd edib ki, rüşvət alan müəllim fahişədən daha təhlükəlidir: “Ötən dəfə universitetlərdən birində qonaq idim. Dedim ki, təhsildə rüşvət yolverilməzdir. Hətta təhsildə rüşvətxorluq varsa, bu biabırçılıq deyil, bu fahişəlikdir. Hətta bilirsən ki, […]

Bürcləri 2018-ci ildə nə gözləyir: “Sari it” kimlər üçün düşərli olacaq?

2018 Sarı İti ili üzərində təhvil olacaq. İlin hamisi Oğlaqlara, Əqrəblərə və Dolçalara mərhəmət göstərəcək, halbuki, ilk ayların onlar üçün çətin keçəcəyi proqnoz edilir. 2017-ci ilin sonunda Şirlərə və Əkizlərə hansı istiqamətdə irəliləmək haqqında müəyyən işarələr göndıriləcək. Onlar yeni nailiyyətlər əldə etməyə müvəffəq olacaq. Qoçlar ailə səadətinə qovuşacaq, Qızlar və […]

Qənirə Paşayeva Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbərliyi ilə köçkün qadınlardan danışıb

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidentləri Yasmin Datviç, Amany Asfour və təşkilatın bir sıra dünya bölgələri üzrə rəhbərləri görüşdə onlara Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən […]

VALİDEYNLƏR TƏŞVİŞDƏ: Məktəblərdə uşaqlara dərman paylanır

Son günlər məktəblilər arasında Albendazol dərmanı paylanılır. Bu dərmanın paylanılması isə bir çox valideynlərin narazılığına səbəb olub. Məsələ sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub. Valideyinlər Facebook sosial şəbəkəsində paylaşdıqları statuslarda bildiriblər ki, bu dərman yeni qanın yaranmasının qarşısını alır. Məktəblilərə paylanılan bu dərmanın qurd xəstəliklərinin müalicəsi üçün müsbət təsirə […]

“”Qoca” mərd, əsl kişi idi” – Elza Fədayənin sevgisinə balet həsr edir

Əməkdar artist Elza Seyidcahan Fədayə Laçınla “Qoca” ləqəbli avtoritet Etibar Məmmədova balet həsr edib. Turkustan.info xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlama verən sənətçi sevginin böyük qüvvə olduğunu bildirib: “Fədayənin həbsə düşməsi xəbəri məni çox sarsıtdı. Sanki onunla bərabər mən də həbsdəyəm. Mən o “Qoca” deyilən avtoritetin videolarını izlədim. Fədayə ona […]

Qurban Qurbanov istefa verdi

Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib. A24.az xəbər verir ki, bu haqda Qol.az saytına açıqlamasında Q.Qurbanov özü bildirib. Qeyd edək ki, dünən Q.Qurbanov milliyə baş məşqçi təyin olunduqdan sonra onun AFFA İcraiyyə Komitəsindəki vəzifəsində qalıb-qalmayacağı maraq doğururdu. Q.Qurbanov bildirib ki, iki işdə […]

SON DƏQİQƏ: Ağdərə istiqamətində partlayış: 12 erməni əsgəri öldü

Agdərə istiqamətindən təcili xəbər. Noyabrın 4-də işğalçı Ermənistan ordusunun Agdərə istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib. İstiPress-in məlumatına görə, partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib. İlkin məlumata əsasən, 12 nəfərin öldüyü və xeyli sayda yaralıların olduğu bildirilir. Hadisə yerinə […]

Azərbaycanda daha bir yüksək vəzifəli məmur saxlanıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərov saxlanılıb. Turkustan.info xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şöbə rəisi barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 340.2-ci (ictimai qaydanın mühafizəsi, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələri […]

“Titanik”-də Rozanın qocalığını oynayan aktrisanı xatırlayırsınızmı? İndi onun gənclik fotolarına baxın! – (5 foto)

“Titanik” bəlkə də bütün dövrlərin ən səs-küylü filmi olub. Biz hamımız qoca Rozanın dilə gətirdiyi xatirələrdən yaranmış bu filmi izləmişik. Rozanın qocalıq obrazını isə bənzərsiz aktrisa Qloriya Styuart yaradıb. Onu populyarlaşdıran filmlər “Görünməz adam” (1933) və “Titanik” (1997) olub. Qoca Roza obrazına görə aktrisa “Qızıl qlobus” və “Oskar” mükafatlarına namizəd […]

Azərbaycanlı İŞİD-çinin videosu yayıldı: “Anama, bacıma səslənirəm…” – VİDEO

İŞİD terror təşkilatının azərbaycanlı terrorçularından birinin videogörüntüsü yayılıb. İraq və ya Suriyada çəkildiyi bilinməyən videoda danışan terrorçu Azərbaycandakı əqidədaşlarına çağırış edərək, “Dövlətinizə gəlin” deyir və onları da İŞİD-ə qoşulmağa səsləyir. Terrorçunun çıxışı zamanı “Orucluq necə keçir?”, sualından aydın olur ki, çəkiliş Ramazan ayına, yəni may-iyun ayları arasındakı müddətə aiddir. Avtomobildə […]

“Hər sevişdiyimizlə dost olmuruq” – 72 yaşlı Amaliya Pənahova

Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahova yaradıcılıq sirlərindən danışıb. Yenicag.az-a açıqlama verən illərin sənətkarı bildirib ki, peşəkar aktrisa tərəf-müqabilləri ilə həyatdakı münasibəti səhnədə hiss etdirməməlidir. Bunu peşəkarlıq kimi dəyərləndirən xalq artisti səhnə fəaliyyətindəki münasibətlərin həyatdakı münasibətlərə dəxli olmadığını deyib:   “Əslində, istənilən həmkarımızla həyatda münasibətləri heç vaxt səhnəyə şamil etməmişik. […]

Kişinin mədəsindən elə bir şey çıxdı ki… VİDEO

Onun mədə-bağırsağı ağzına kimi dolu olub. Kişinin qarnından 639 mıx çıxdı. İstiPress-in məlumatına görə, həkimləri belə şoka salan hadisə Hindistanda baş verib. Kəlküttə tibb kollecinin həkimləri mədədə kəskin ağrılar və ürəkbulanma şikayəti olan kişini dərhal əməliyyat etməyə qərar veriblər. Endoskopiyadan sonra isə gözlərinə inana bilməyiblər. Orqanizmdə yüzlərlə metal əşya – mıx […]

Xəzərdə faciə – Neftçi boğuldu

“28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi dənizə düşüb. SOCAR-dan BakuPost.az-a verilən məlumata görə, noyabrın 4-də səhər saatlarında “28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, […]

Azərbaycanda prezidentliyə namizədlərlə bağlı tələb dəyişdirilir

Azərbaycanda prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi ilə bağlı tələblər dəyişdirilir. Modern.az-ın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 187-ci maddəsinə (Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi) dəyişiklik təklif edilir. Belə ki, prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi bu məcəllənin 73-cü maddəsi ilə deyil, 73.1-ci maddəsi ilə tənzimlənəcək. Hazırki qanunvericiliyə əsasən, prezidentliyə […]

Generalın bacısı oğlu həbs olundu

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinovun bacısı oğlu Cahangir Əliyev məhkəmə qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilib. Turkustan.info xəbər verir ki, bu barədə “AzPolitika”ya Xətai Rayon Məhkəməsindəki mənbələrdən məlumat daxil olub. Cahangir Əliyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYP) Müşayət-Eskort […]

Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğa çağırılıb. Turkustan.info-nun xəbərinə görə, bu barədə virtualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata […]

Xalq artistindən Mehriban Əliyevaya Fədayə Laçınla bağlı müraciət – FOTO

Xalq artisti Brilliant Dadaşova Azərbaycanın I vitse- prezidenti Mehriban Əliyevaya məhbusların qaçmasına kömək etməkdə günahlandırılaraq həbs edilən müğənni Fədayə Laçınla bağlı müraciət edib.  Turkustan.info Missiya.Az-a istinadən xəbər verir ki, Brilliant Dadaşova “İnstaqram” hesabı vaistəsi ilə etdiyi müraciətdə bunları yazıb: “Əzizimiz, sevimli Mehriban xanım. Sizin sonsuz dərəcədə mehriban və qayğıkeş insan olduğunuzu […]

Erməni tarixçidən gözlənilməz etiraf – “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”

“Ermənistan Silahlı Qüvvələri işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir”.  Turkustan.info xəbər verir ki, Moderator.az-ın rus versiyasının  yazdığına görə, bunu “CBC” telekanalına müsahibəsində “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platfroması”nın həmsədri və  İdarə Heyətinin üzvü olan erməni  tarixçi və tədqiqatçısı Artur Ağacanov bildirib. O, hesab edir ki, tərəflər  Dağlıq Qarabağın statusu məsələsini yalnız Azərbaycanın  ərazi […]

Nigar Camaldan Fədayə haqqında-” Mən də sevgim üçün hər şeyi edərdim”

Fədayə Laçının başına gələnlərlə bağlı sənət aləminin tanınmış simaları müxtəlif reaksiyaler verdi. Turkustan.info sizə müğənni Nigar Camalın Publika.az-a verdiyi müsahibəsini təqdim edir: Bugünkü müsahibimiz, o qədər səmimi, sadə və pozitivdir ki, heç deməzsiniz bu xanım “Avroviziya” yarışmasında Azərbaycana birincilik gətirib. Bəli, düz tapdınız! Söhbət, müğənni Nigar Camaldan gedir. İlk olaraq hansı […]

Ərdoğan o, çəkici özü ilə Türkiyəyə apardı – VİDEO

Xəbər verdiyimiz kimi, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Unikal.org xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev və digər ölkələrin hökumət rəhbərləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması mərasimi zamanı çivlərini vurdular və yoldəyişən qurğunu işə […]

Əldə “rumka”, “Qarabağ”ın matçına hazırlaşır – Bu da bizim hakim

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start veriləcək. Yenicag.az xəbər verir ki, turun maraqlı qarşılaşmalarından biri də Gəncədə yerli “Kəpəz”lə “Qarabağ” arasında baş tutacaq. Hər iki klubun baş məşqçisi rəhbəri olduğu komandanı sözügedən matça daha yaxşı hazırlamaqla müsbət nəticə qazanmağı düşünür. Bəs, Nizaminin yurdunda keçiriləcək oyunun hakimləri necə, qarşılaşmaya motivasiya […]

4 məhbus QAÇDI: şəhərin giriş-çıxışları bağlandı – FOTO+VİDEO

Türkiyənin Niğde bölgəsində açıq tipli həbsxanadan 4 məhbus qaçıb. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, həbsxana rəhbərliyi məhkumların qaçdığından dünən axşam keçirilən yoxlamadan sonra xəbər tutub. Hazırda məhkumların tutulması üçün Niğde şəhərinin bütün çıxış vəı girişləri başlanıb. Poliq qrupları xüsusilə həbsxana ətrafında axtarışlar aparır. Hadisə ilə əlaqədar həbsxananın 4 işçisi […]

Lotu Qulinin həyatını qurtaran anonim zəngi kim edib?

Rusiya mətbuatı İstanbulda azərbaycanlı kriminal avtoritet Nadir Səlifova qarşı sui-qəsd cəhdi ilə bağlı yeni detallar açıqlayıb. Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rövşən Lənkəranskinin qardaşı polkovnik Namiq Canıyevin başçılıq etdiyi dəstənin sui-qəsd planını Türkiyə polisinə daxil olan anonim zəng alt-üst edib. Zəng edən naməlum şəxs terror planı hazırlığı ilə bağlı polisi […]

Bakıda 26 yaşlı qız “Facebook”da tanış olduğu oğlan tərəfindən zorlandı

“…Bircə bundan qorxurdum. O da bunu bilirdi. Dəfələrlə demişdim, intihar edəcəm, özümü öldürəcəyəm. Amma yenə əməlindən əl çəkmirdi, gah bıçaqla hədələyir, gah da boğazımdan tutub nəfəsim daralana qədər boğurdu. Bezmişdim, ölmək istəyirdim. Həyətə düşüb sirkəni götürdüm, birnəfəsə içdim. Əvvəlcə boğazımda yanğı hiss etdim, sonra soyuq tər basdı, yavaş-yavaş halsızlaşırdım. Allaha […]

Bakıya qarşı plan: Sərkisyan niyə Moskvaya gedir?

Ermənistan Prezidenti Serj Sərkisyan noyabrın 15-də Rusiyaya səfər edəcək. Doğrudur, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Sərkisyanın Moskvaya erməni mədəniyyət günlərində iştirak etmək üçün gedəcəyini bildirib. Amma maraqlı məqam erməni prezidentin özü ilə bu səfərə Müdafiə naziri Vigen Sərkisyanı da aparmasıdır. Üstəlik, ortada sual yaradan digər məqam isə erməni liderin Rusiyada […]

Dünya növbəti böhrana HAMİLƏDİR…

Siyasi çarxların fırlanması iqtisadi proseslərə də təsir edir, eyni zamanda, iqtisadiyyat da siyasi kursların, hədəflərin, strategiyaların müəyyənləşməsində böyük rol oynayır.   Siyasət və iqtisadiyyat – bu iki anlayış həm nəzəri cəhətdən, həm də praktiki səviyyədə bir-birinə qırılmaz tellərlə bağlıdır. Məhz buna görədir ki, dövlətlərarası siyasi-diplomatik əlaqələrdə iqtisadi maraqların diktəsinin izlərini […]

Cəbhədə gərginlik: Atəşkəs 117 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub. Turkustan.info xəbər verir ki, Ermənistanın Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə […]

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri ilə təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. A24.Az xəbər verir ki, görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas  təhsili müəssisələrinə qəbul […]

El Klassikonun vaxtı açıqlandı

Mövsümün ilk El Klassikosunun vaxtı açıqlanıb. La Liqanın 17-ci turu çərçivəsində keçiriləcək “Real” – “Barselona” görüşü dekabrın 23-də oynanılacaq. “Santyaqo Bernabeu”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək. Qeyd edək ki, 10 turdan sonra “Barselona” 28 xalla çempionatın lideridir. “Real” isə əzəli rəqibindən 8 xal geri qalmaqla turnir cədvəlində […]