TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
İran parlamentinin deputatı: “Biz Azərbaycanı buraxıb heç yerə köçən deyilik” – VİDEO
7 Noyabr 2017 21:55
    baş manşet
İran parlamentinin deputatı: “Biz Azərbaycanı buraxıb heç yerə köçən deyilik” – VİDEO













Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur İranın 1-ci Telekanalının canlı verilişində çıxış edərək Azərbaycanla bağlı önəmli məsələlərə toxunub.

Turkustan.info xəbər verir ki, azərbaycanlı millət vəkili öz söhbətlərində İranın Urmu gölünü qurutmaqda məqsədyönlü siyasət yeritdiyinə və əhalini ölkənin mərkəzi şəhərlərinə köçürmək istədiyinə ehyam vurub.

“Azərbaycan əhalisinin tələblərinə baxılmalıdır. Onsuz da biz heç yerə gedən deyilik. Biz Azərbaycanı tərk edib İranın mərkəzi şəhərləri və səhralığa köçməyəcəyik. Azərbaycana yan baxanın da gözlərini çıxardarıq, bu yolda canımızı fəda edərik. Biz əlimizlə yeri qazıb çörək qazanırıq. Bunu qədim zamanlardan bəri sübut etmişik. Azərbaycan əhalisi tarix boyu başıuca yaşayıb”- deyə o söhbətinin bir hissəsində bildirib.

N.Qazipur İran dövlətinin Azərbaycana qarşı müxtəlif sahələrdə ayrı-seçkilik siyasət yeritdiyini bu cümlələrlə izah edib: “Mərkəzi Tehranda olan dövlət elə insanlardan ibarətdir ki, onların Azərbaycana heç bir sevgisi yoxdur. Hazırda Qərbi Azərbaycanda zavodların hətta 1 faizi belə  dövlətin deyil. Statistik məlumata görə, bütün İranın 4.1 faiz əhalisi Qərbi Azərbaycanda yaşayır. Lakin ümumi büdcənin 0.007 faizi bu əyalətə çatır. Bu o deməkdir ki, bizim 42 tümən haqqımızdan sadəcə 1 tüməni ödənilir, qalan 41 tümən isə paytaxtda oturanlar tərəfindən mənimsənilir. Məsullar Qərbi Azərbaycanda iqtisadi fəaliyyətə imkan vermir. Dövlət hətta əyalətdə zavod təsis etmək üçün sərmayəsi olan şəxslərə belə lisenziya vermir. Urmu gölü məsələsi ilə bağlı da hər şey aydındır. Bu barədə nazirlər səviyyəsində çox ciddi iclaslar keçirildi. Araz çayından Urmu gölünə su intiqal etməklə bağlı qərar verildi, lakin sonra icra olunmadı. Zərinərud çayının (Cığtay çayı) suyundan Təbrizə bir boru kəməri inşa edildi, sonra ikinci kəməri də tikmək istədilər, lakin icazə vermədik. Dövlət hətta Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Kürdistan əyalətləri arasında belə ayrı-seçkilik edir”- deyə millət vəkili söhbətinin digər hissəsində qeyd edib.

N.Qazipur  həmçinin əlavə edib ki, “ötən illərdə Urmu gölünün qurtarılması uğrunda çalışdığı üçün səlahiyyəti rədd edilərək parlament seçkilərinə namizədliyi qeydə alınmayıb.

 

Yuxarı Geri Başlağıc