Gün: Noyabr 8, 2017

Arzuolunmaz tüklərdən azad olunmağın asan yolu

Qadınların problemlərindən biri də, hətta ən başlıcası olan arzuolunmaz tüklərdir. Onlardan qurtulmaq üçün bir çox üsullara əl atırlar: epilyasiya, ülgüc, cımbız, müxtəlif kremlər… Təəssüf ki, nəticə çox vaxt heç də ürəkaçan olmur. Bəs qoz vasitəsi ilə arzuolunmaz tüklərdən qurtulacağınızı bilirdinizmi? Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada tətbiq edilən bu […]

Diqqət edin: Nasazlıqlara görə 50 manat cərimə oluna bilərsiniz

Payız-qış aylarında gün tez batır. Bu səbəbdən də, avtomobil sürücüləri günün qaranlıq hissəsində daha çox maşın idarə etməli olurlar. Avtomobilin gecə saatlarında idarə edilməsi isə işıq cihazlarının işlək vəziyyətdə olmasını tələb edir. Amma bəzi sürücülər iddia edir ki, maşının iki işığından ən azı biri saz vəziyyətdədirsə, avtomobili idarə etmək olar. […]

İslam 1443 yaşa çatdı: yenilənməlidir – Yakış

Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakışın islam dini barədə fikirləri qalmaqala səbəb olub. Axar.az xəbər verir ki, “Hürriyət”ə müsahibə verən Yakış islam dininin müasirləşməli olduğu fikrini müdafiə edib. “Səudiyyə Ərəbistanı elə bir ölkədir ki, fiziki infrastrukturuna ABŞ ancaq gələcək əsrdə çata bilər. Zehni infrastruktur isə 1440 il əvvəldə qalıb. Yalnız […]

Nazir pensiyalarla bağlı yeniliklərə aydınlıq gətirdi – VİDEO

Hökumət 1 milyon 300 min insanın pensiyasına yenidən baxmaq üçün komissiya yaradır. Komissiya 1992-ci ildən öncə stajı olan şəxslərin işlədiyi illəri dəqiqləşdirərək buna görə pensiyaya əlavə vəsait hesablayacaq. Bu sözlərlə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov gələn ildən pensiyalarda artımın yeni sistemlə hesablanacağını da bildirib. 1 […]

Talıb və Damlanın dueti canlı efiri coşdurdu – VİDEO

Xəzər TV-də yayımlanan “5də 5” verlişinin bugünki efiri maraqlı anlarla yadda qalıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, proqramın qonaqları sevilən müğənnilər Damla və Talıb Tale olub. Onların canlı dueti izləyicilər tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Həmin görüntüləri təqdim edirik: https://youtu.be/TDcBCo_Ergw

Qadın Əzrayılın şəklini çəkdiyini iddia edir – FOTO

Böyük Britaniyada 40 yaşlı qadın inandırır ki, o, atasının arxasınca gəlmiş Əzrayılın şəklini çəkməyi bacarıb. Turkustan.info bildirir ki, xəstəxanada atasını yoluxmağa gedən qadın qarğaların müşayiəti ilə gələn əcaib varlığın məhz Ölüm olduğunu deyib. Gördüyü mənzərədən özünü itirməyən qadın bir neçə şəkil qeydə ala bilib. Bu barədə REN TV məlumat yayıb. […]

Rus sülhməramlıları Qarabağa sülh gətirəcək?

Nəzakət Məmmədova: “Sülhməramlı məsələsi sadəcə olaraq Rusiyanın Cənubi Qafqazda öz hərbi iştirakını artırmaq planınının bir hissəsidir” 20 ildən artıqdır ki, davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müxtəlif təşəbbüslər olsa da, konkret addımlar atılmır. Ekspertlər hesab edir ki, Qarabağ probleminin həllində açar rolunu Rusiya oynayır. Rusiya isə  Azərbaycanı özünün yaratdığı […]

5 yaşlı Luizanı öldürən anasına hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevaya hökm oxunub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə G.Saypullayeva 17 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu ilin iyun ayının 14-də Qusar rayonunun Hil kəndində baş verib. […]

Putinin Qarabağda sınaqdan keçirdiyi silahlar

Rusiya ordusunun Baş Qərargah rəisindən etiraflar Rusiya Dağlıq Qarabağda fəal şəkildə öz yeni silahlarını sınaqdan keçirir. İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın populyar analitika portalı “Lragir” məlumat verib. Portalın məlumatına görə, Rusiya qaynar nöqtələrdə öz silahlarını sınaqdan keçirir və bunu Rusiya ordusunun Baş Qərargah rəisi  Valeri Gerasimov Müdafiə Nazirliyində keçirilmiş […]

“Bəzi türk deputatların əleyhimizə səs verməsi bizi incitdi” – Əli Həsənov

“Türkiyəni təmsil edən 4 nəfərin Dağlıq Qarabağa qanunsuz səfəri və bəyanatları bizi nə qədər incitdisə, inanıram ki, sizi də, Türk dünyasının birliyini arzulayanları da o qədər incitdi”. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Çukurova Bələdiyyələr Birliyinin  bələdiyyə rəhbərlərindən […]

Çinin kosmik stansiyası Avropaya düşür – 5 ölkə…

“Tiangong-1” Çin kosmik stansiyasının parçaları Avropaya düşə bilər. Axar.az xəbər verir ki, bu barədə məlumatı Avropa Kosmik Agentliyi yayıb. “Stansiyanın qalıqları Avropaya, təxminən 43 dərəcə şimal uzunluğuna düşə bilər. Bolqarıstan, İtaliya, İspaniya, Yunanıstan və Portuqaliya təhdid altındadır”. Qeyd edək ki, hazırda Çin stansiyası təxminən 300 kilometr yüksəklikdədir. 12 metrlik obyektin Yerə […]

İran Ermənistanda hərbi baza yaradır – İsrail təşvişdə

Ermənistan müdafiə nazirinin Tehran səfərinin gizli təfərrüfatları. İsrail baş naziri Netanyahu Ermənistan xarici işlər naziri Edvard Nalbanyanı öz dəftərxanasında qəbul edərkən İranın regionda, yəni Ermənistanda hərbi mövcudluq cəhdlərindən və bunun səbəb olacağı mənfi nəticələrdən narahatlıq bildirib. İstiPress-in məlumatına görə, bu barədə erməni şərhçi Naira Ayrumyan Ermənistanın populyar analitika saytı“Lragir”də bu gün […]

Abbas Abbasovun məşhur qohumu qətlə yetirildi – Gəncəli “Qoşu” öz restoranında öldürülüb

Noyabr ayının 4-ü, gecə saat 5:00 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib. Öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki “Təhsil” idman kompleksinin keçmiş direktor müavini, sahibkar, “Qoşu” ləqəbli Qoca Tofiq oğlu Quliyevdir. Turkustan.info Gununsesi.info-ya istinadən xəbər verir ki, qətl hadisəsi mərhum Qoca Quliyevin şəxsi obyekti sayılan “Çinar” restoranında baş verib. […]

“Əsgər Ailəsi Cəmiyyəti”nin 25 illiyi qeyd olundu

Noyabrın 7 – də “Əsgər Ailəsi Cəmiyyəti”nin yaradılmasının 25 illiyini qeyd edilib. Olaylar.az bildirir ki,  tədbirdə QHT nümayəndələri, ehtiyyatda olan zabitlər, gazilər və şəhid ailələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Emin Həsənli “Əsgər Ailəsi Cəmiyyəti”nin 25 ildə gördüyü işlərdən, cəmiyyətin  nailiyyətlərindən, bu təşkilatın Respublikada Vətənpərvərliyin yüksək səviyyədə təbliğ […]

İstanbul polisindən Lənkəranskinin qardaşı ilə bağlı daha bir AÇIQLAMA

Noyabrın 2-də Türkiyədə saxlanılan “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin cinayət işi üzrə ibtidai istintaqın müddəti 14 günə qədər uzadıla bilər. Turkustan.info xəbər verir ki, bu barədə unikal.org-un soruğusuna cavab olaraq İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən bildirilib. Vurğulanıb ki, Türkiyə qanunvericiliyinə uyğun olaraq saxlanılan hər hansı bir şəxsin cinayət əməlinin […]

Azərbaycanda 6 növ yeni PUA-nın istehsalına başlanılıb – Foto

“AMEA Yüksək Texnologiyalar Parkında çox qısa müddətdə cavan və təcrübəli komanda toplaşıb. Pilotsuz uçuş aparatlarının istehsalı prosesi sürətlə davam edir və artıq yekunlaşma mərhələsindədir. Sınaqlar müvəffəqiyyətlə həyata keçirilib”. Bu barədə AMEA Yüksək Texnologiyalar Parkının (YTP) direktoru Vüqar Babayev deyib. V. Babayev qeyd edib ki, AMEA Yüksək Texnologiyalar Parkında 6 növ […]

Bayrağımız qürurumuz, konistitusiyamız hüququmuzdur

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat, Aqrobines və idarəetmə fakültələrində “Bayrağımız qürurumuz, Konstitusiyamız hüququmuzdur” adlı tədbir keçirilib. İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları tərəfindən hazırlanan tədbir Dövlət himni ilə başlayıb. ADAU-nun mətbuat xidmətinin xəbərinə görə tədbiri təhsil müəssisəsinin prorektoru Aidə Qasımova açıb və bildirib ki, ölkəmizdə dövlət rəmzlərinə ən yüksək səviyyədə […]

“Əli Mirəliyev media meymunudur…” – VİDEO

Jurnalist canlı efirdə müğənni Əli Mirəliyevi media meymunu adlandırdı.  Turkustan.info xəbər verir ki, Lider TV-də efirə gedən “Status” verilişinin qonağı olan jurnalist Aynur Hacıyeva müğənni Əli Mirəliyevin ünvanına xoşagəlməz ifadə işlədib. Jurnalist deyib ki, müğənni Əli Mirəliyev media meymunudur : “Mənim fikrimcə, Əli Mirəliyev media meymunudur. Bəlkə də, bu, təhqirdir. […]

A24.Az aksiya keçirir – Gürcüstandakı soydaşlarımıza dərslik lazımdır

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərində dərslik çatışmazlığı problemi var. 3 orta məktəbə müxtəlif dərslik vəsaitləri və bədii kitablar lazımdır. A24.Az olaraq, məsələnin həlli ilə bağlı aksiya keçiririk. Belə ki, istifadə etmədiyiniz dərslikləri redaksiyamıza gətirərək bizə bu məsələdə yardımçı ola bilərsiniz. Gətirdiyiniz bütün kitablar sözügedən məktəblərə çatdırılacaq. Bununla da Gürcüstandakı azərbaycanlı şagirdlərin […]

Bu şəxslər pensiya almayacaq – Nazir açıqladı

zərbaycanda yaşa görə müavinət alan şəxslərin sayının artmasının səbəbləri açıqlanıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov […]

Bakıda ərini döyə-döyə öldürən 23 yaşlı qız danışdı

Ötən gecə Bakının Sabunçu rayonunda həyat yoldaşı, 29 yaşlı Nazim Vəliyevi öldürən 23 yaşlı Tünzalə Vəliyeva hadisəni özünü müdafiə edərkən törətdiyini deyib. Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, 1 və 2 yaşlı iki körpə anası olan Tünzalə Vəliyeva ərinin onu demək olar ki, hər gün döydüyünü bildirib. Müxtəlif yerlərdə günəmuzd […]

Əllərin və ayaqların həmişə üşüməsi hansı xəstəliklərin xəbərçisidir?

Soyuq və küləkli havada üşümək adi haldır. Amma temperatur normal olduğu zaman əlləriniz və ayaqlarınız üşüyürsə, bunun səbəbləri üzərində düşünməyə dəyər. Publika.az bu yazıda oxucuları insanların həmişə üşüməsinin səbəbləri ilə tanış edib. İnfeksiya xəstəlikləri Xüsusilə qış aylarında tez-tez üzləşdiyimiz soyuqdəymə, qrip, bronxit və sətəlcəm kimi xəstəliklərin ilk əlamətləri üşümə, titrəmə və […]

Çingiz Qənizadə: “Abutalıbovdan tələb edirəm o müdiri işdən çıxarsın”

Bakı şəhərinin Yasamal rayonunda yerləşən 60 saylı uşaq bağçasında “Kasıblar qrupu”nun yaradılması həm ictimai şəxslər, həm də cəmiyyət tərəfindən şiddətlə qarşılanıb. Turkustan.info xəbər verir ki, Məsələylə bağlı “Qafqazinfo”ya münasibətini bildirən millət vəkili Çingiz Qənizadə də bağçada baş verənlərlə bağlı yazını oxuyub çox hiddətləndiyini bildirib. Deputat belə bir halın baş verdiyi təqdirdə […]

Nazirdən 3 yaşınadək uşağı olan ailələrə ŞAD XƏBƏR

Azərbaycanda uşaq müavinətlərinə yenidən baxılması nəzərdə tutulur. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu barədə məlumat verib. Onun sözlərinə görə, 3 yaşaına qədər uşaqlara görə verilən müavinətlər artırıla bilər. Nazir bildirib ki, hazırda ünvanlı sosial yardım sisteminin yenidən formalaşması istiqamətində iş gedir. Bundan başqa nazir bildiirb ki, gələn ildən pensiyaların […]

Bakıdan Sumqayıta metrobus xətti açılır? – Açıqlama

Bakıda Heydər məscidinin ətrafındakı yol qovşağında, 3-cü mikrorayon dairəsi adlanan ərazidə və Tiflis prospektində nəqliyyatın sıxlığı ilə bağlı hesablamalar aparılır. Report xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, bu yerlərdə yol infrasturkturunun təkmillləşdirilməsi imkanları nəzərdən keçirilir. Bundan başqa, V.Kərimli bildirib ki, gələcəkdə Bakıdan Sumqayıta […]

Həkimlərin maaşları artırıla bilər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tibb işçilərinin maaşlarının, anadangəlmə fiziki qüsurlu şəxslərin müavinətlərin az olduğunu bildirib. […]

Pensiyalarla bağlı təzə xəbər

1992-ci ilə qədər olan stajlar təzədən hesablanacaq. Azərbaycanda 1992-ci ilədək staja görə pensiyaların hesablanması ilə bağlı xüsusi hökumət komissiyası yaradılacaq. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri  Səlim Müslümov məlumat verib. Onun sözlərinə görə, pensiyaların 1992-ci ilə qədər olan stajlar üzrə formalaşan öhdəlikləri, o cümlədən, dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu […]

48 yaşlı yevlaxlı cinsi əlaqə üçün mingəçevirli qızı meşəyə apardı, ağzına ağac yeritdi, sonra… ŞOK OLAY

Tanışını öldürməkdə təqsirli bilinən Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Mayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Mayıl Məmmədov 8 mart 2017-ci il, saat 17.30-da tanışı Gülnar İbrahimova ilə cinsi əlaqədə olmaq məqsədi ilə Mingəçevir şəhərində yerləşən 1 saylı orta məktəbin yaxınlığında görüşüb. […]

Tacirlə İlahə Fəda arasında QALMAQAL: “Arvadımı atıb, Fədayənin dalınca düşməliyəm?”

Fədayə Laçının bacısı İlahə Fədanın müğənni Tacir Şahmalıoğlunun ünvanına səsləndirdiyi fikirlər Taciri özündən çıxarıb. Yenicag.az-a açıqlama verən müğənni bunları deyib: “Eşitdim o qız ağzına gələni danışıb. Ayıb olsun. Məni bütün Azərbaycan tanıyır, sənətimi də hamı dəyərləndirir. Necə yəni, mən müəllim deyiləm?! Necə yəni Fədayə ilə duet oxuyandan sonra tanınmışam?! Boş-boş […]

Baş Prokurorluqdan Eldar Mahmudovla bağlı yeni AÇIQLAMA

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq həm də eks-nazirin köməkçisi olmuş, polkovnik-leytenant Vüqar Mahmudov MTN-nin vəzifəli şəxsləri barəsində açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Noyabrın 4-də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov həmin iş üzrə Baş Prokurorluğun Ağır […]

Vidadi Zeynalovun əmlakına qoyulmuş həbs götürüldü

“Rabitə işi” üzrə qərarda təqsirləndirilən şəxslərin əmlakların üzərində həbs götürülməsi barədə qərar qəbul edilib. Axar.az xəbər verir ki, bu barədə qərar noyabrın 7-də Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qəbul edilib. Qərara görə, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakların üzərindən həbs götürülüb və müsadirə […]

Azərbaycan telekanalında HƏYƏCANLI AN: canlı efirdə asıldı – FOTO

Dünən Zaurun aparıcılığını etdiyi “5/5” verilişi həyəcanlı anlara səhnə olub. Turkustan.info xəbər verir ki, aparıcı canlı yayıma Kamandar adlı pəhləvanı dəvət edib. Onun dırnaqlarındakı qurğu diqqətdən qaçmayıb. Canlı yayımda ilk dəfə olaraq dırnağından asılacağını deyən pəhləvanın sözləri studiyadakı qonaqları qorxudub. Müğənni Gülay sözügedən prosesi izləyə bilməyəcəyini öncədən bildirib. Zaur Kamandara “Bəlkə təcili yardım çağıraq. Çünki qorxuram […]

Bakıda “AA” seriyalı avtomobilin sürücüsü sərxoş halda saxlanıldı – VİDEO

Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşları reyd aparan zaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) avtomobili sərxoş idarə edən əməkdaşı “Saxla” əmrinə tabe olmayıb. Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 10-cu taqımının əməkdaşları hava likmanı yolunda 10-AA-370 […]

Fatma Mehrəliyevanın səfil həyatı yaşayan oğlu: “Utanıram ki, elə atam olub…” – VİDEO

Turkustan.info bildirir ki, A24.az-ın “Arxa küçə” layihəsində bu dəfə səsi, zənguləsi, “Kəsmə şikəstə”si ilə  qəlblərdə silinməz iz qoymuş Əməkdar artist Fatma Mehrəliyevanın oğlu Qalib Mehrəliyevi tapdıq. Üç oğul, bir qız atası olan Q.Mehrəliyev illərdir səfil həyatı yaşayır. 2005-ci ildən Bakının mərkəzi küçələrinin birində, “Trolleybus parkı” deyilən ərazidə məskunlaşdığı köhnə vaqonda […]

Sizi daim məşğul edən Feysbuk haqqında BİLMƏDİKLƏRİNİZ

Turkustan.info Publika.az-a istinadən əksəriyyət insanın feysbuk proqramı haqqında bilmədiyi xüsusiyyətləri təqdim edir. 1. Üz Tanıma Feysbukda bir dostunuz sizə hər hansı post etiketlədiyi zaman bu bilgi proqramın yaddaşına qeyd edilir. Beləliklə, feysbukun süni intellekti sizin üzünüzü tanıyır. Bu proqramın alqorifmi o qədər güclüdür ki, təxminləri 98% ehtimalla doğru çıxır. Feysbuka yüklənən […]

MSK-ya deputatları cəzalandırmaq hüququ verilir – Yeni qanun layihəsi

Milli Məclisin deputatının etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsi təklif edilir. Turkustan.info-nun xəbərinə görə, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik olunur. Məcəllənin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə edilən dəyişikliklərdə bildirilir: “Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci (Azərbaycan […]

Tükürpədici xəbərdarlıq – Dünya alov topuna dönəcək

Alim dünyanın sonunun vaxtını açıqladı. Bəşəriyyət 2600-cı ilə kimi yox ola bilər. İstiPress-in məlumatına görə, bu barədə xəbərdarlığı məşhur fizik, alim Stefan Havkinq edib. Onun sözlərinə görə, artan əhali və enerji tələbatı planetimizi fəlakətə sürükləyəcək. Dünya alov topuna dönəcək. Çinin paytaxtında keçirilən elmi konfransa  canlı yayımla bağlanan fizik insanlara faciədən qurtulmağın […]

Kişi həyat yoldaşını satıb, valideynlərinə isə deyib ki…

Qızlar daha çox yaxın qohumları tərəfindən insan alveri qurbanına çevrilir.   İnsan alveri qurbanı dedikdə, çox zaman ilk olaraq ağıla cinsi istismara məruz qalan qadınlar gəlir. Əslində isə əməyin istismarı, uşaqların fahişəliyə cəlb edilməsi, orqan transplantasiyası və s. nəzərdə tutulur. Qeyd edək ki, statistikaya görə, bu il insan alveri qurbanlarının sayında […]

Dövlət qulluğu üçün sənədlərin qəbuluna başlanıldı

Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrində işləmək üçün imtahan vermək istəyənlərin sənədlərinin qəbuluna başlayıb.   Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az–a verilən məlumata görə, dekabrın 17-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək. İmtahan kompüter və ya […]

Bakıda qadın həyat yoldaşını balta ilə qətlə yetirdi – FOTO

Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib. Turkustan.info “Report”a istinadla xəbər verir ki, Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində yaşayan 45 yaşlı Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı ilə ailə münaqişəsi zəminində mübahisə edib. Bu zaman qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib. Nəticədə N.Vəliyev ölüb. Hadisəni törədən qadın (ad-soyad açıqlanmır) Sabunçu […]

“Kriminallaşan Azərbaycan mediası” ictimai müzakirədə – APA TV-də – VİDEO

Azərbaycan mediası niyə “kriminallaşır”? Daha doğrusu nəyə görə Azərbaycan oxucusu daha çox kriminal xəbərlərə maraq göstərir. APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında “kriminallaşan” Azərbaycan mətbuatı müzakirə edilib. Turkustan.info xəbər verir ki, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, Mətbuat Şurasının son bir həftə üzrə apardığı […]

Qadınlarla bağlı monitorinqin nəticələri açıqlanıb və mükafatların təqdimatı olub

Ülkər Abdullayeva bildirib ki, layihənin yekunları, monitorinqin nəticələri, tədbirlərdə səslənən fikir və təkliflər KİV-də yayımlanacaq və paket şəklində əlaqədar dövlət qurumlarına göndəriləcək “Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsini həyata keçirib. Bu […]