Azərbaycan telekanalında HƏYƏCANLI AN: canlı efirdə asıldı – FOTO

Dünən Zaurun aparıcılığını etdiyi “5/5” verilişi həyəcanlı anlara səhnə olub.

Turkustan.info xəbər verir ki, aparıcı canlı yayıma Kamandar adlı pəhləvanı dəvət edib. Onun dırnaqlarındakı qurğu diqqətdən qaçmayıb. Canlı yayımda ilk dəfə olaraq dırnağından asılacağını deyən pəhləvanın sözləri studiyadakı qonaqları qorxudub. Müğənni Gülay sözügedən prosesi izləyə bilməyəcəyini öncədən bildirib.

Zaur Kamandara “Bəlkə təcili yardım çağıraq. Çünki qorxuram ki, dırnaqlarınız yuxarıda qalsın” sözləri ilə müraciət edib.

Kamandar cavabında aparıcıya “Bu ideya mənim öz beynimin məhsuludur. 96 kiloyam. İlk dəfə bunu burada sınayacam” deyib.

Verilişdən həmin həyəcanlı anları təqdim edirik: