Gün: Noyabr 11, 2017

Azərbaycanda bütün qəbirlər eyni formada olacaq – VİDEO

Yaxın günlərdə Azərbaycanda qəbirüstü abidələrin eyni formada olması ilə bağlı qərar və ya qanun qəbul ediləcək. Turkustan.info xəbər verir ki, bunu “Xəzər TV”-yə açıqlamasında Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, artıq bununla bağlı aidiyyəti qurumların rəyi alınaraq qanun layihəsi hazırlanıb. Naxçıvan Muxtar […]

Göyçayda cinlərin olduğu deyilən evə kamera yerləşdirdi – Dəhşətli görüntülər – VİDEO

Azərbaycanda evlərində ruhların dolaşdığını deyən ailədən xəbər var. Xəzər TV-də yayımlanan ” Səni axtraıram” verilişi vasitəsi ilə sözügedən evə kameralar quraşdırılıb. Kameranın səhər saatlarında qeydə aldığı görüntülər isə hər kəsi təəccübləndirib. Belə ki, bədəninə cin girdiyini deyən qadın qəflətən yerə yıxılaraq sürünməyə başlayıb və bu hadisə təqribən iki saat yaxın […]

Sumqayıtda dəhşətli qətl: Qadının başını kəsdilər – TƏFƏRRÜAT

Sumqayıtda 58 yaşlı qadın qətlə yetirilib. Hadisə ötən axşam şəhərin birləşmiş məhəllə ərazisində baş verib. Xeberle.com-un məlumatına görə, mənzilə daxil olan şəxs və ya şəxslər əvvəlcə kəsici-deşici alətlərlə Nuridə Həsənovanın müxtəlif nahiyyələrinə zərbələr vurmaqla ona xüsusi işgəncə veriblər. Daha sonra isə başını kəsiblər. Qadının meyitini həyat yoldaşı aşkar edib. Qətli […]

Putindən sərt açıqlama: “Bu görüşə mane olanlar cəzalandırılacaq” – VİDEO

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla protokolda ayrıca görüşün razılaşdırılmaması ilə bağlı məsələyə aydınlıq gətirib. Turkustan.info xəbər verir ki, Rusiya lideri Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində danışıqların baş tutmamasında günahkar olanların cəzalandırılacağını bildirib. APEC-in sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçirilib. Kremlin mətbuat xidməti toplantı çərçivəsində D.Trampla […]

Türkiyə S-400-ü aldı: Bununla kifayətlənməyəcəyik

Türkiyə Rusiyadan S-400 raket kompleksini almağa nail olub. Axar.az “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Nurəddin Canikli məlumat verib. “O iş bitib. S-400 raket kompleksini artıq Rusiyadan almışıq. Bundan sonra sözügedən raket kompleksi ilə kifayətlənməyəcəyik. Havadan müdafiə sistemlərimizi inkişaf etdirmək yolunda çalışırıq. Bu texnologiyaya yerli imkanlarla […]

Dünyanın xəritəsi yenidən çəkilir: 14 yeni dövlət…

ABŞ-ın nüfuzlu nəşrlərindən “Nyu York Tayms” Yaxın Şərqdə yaranacaq 14 yeni dövlətin xəritəsini yayımlayıb. “Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, “Yaxın Şərqin xəritəsi tədricən yenidən çəkilir” başlıqlı yazıda mövcud 5 dövlətin yerində 14 dövlətin necə yaranacağı təhlil olunub. Məqalədə Yəmən, Suriya, İraq, Səudiyyə Ərəbistanı və Liviya kimi ölkələrin […]

Qazaxda benzin daşıyan maşın yandı

Qazaxda benzin daşıyan “Mersedes” markalı yük maşınında yanğın olub. Report-un məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yanğın maşının təkərində başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və təcili yardım xidməti cəlb olunub. Məlumata görə, yanğının […]

Təyyarə yarı yolda eniş etməyə məcbur oldu – Səbəbi bütün dünyanı güldürdü

…Yox, təyyardə heç bir nasazlıq olmayıb. Hər şey qaydasında olub, uçuş da öz qaydasında davam edirmiş. Amma qəfildən salonda hay-küy düşüb. Ər-arvad arasında başlayan dava az qala trillerə çevrilib. Nəticədə Doha (Qatar) – Bali (İndoneziya) marşrutu üzrə uçan təyyarənin kapitanı Çennai şəhərində məcburi eniş etməyə qərar verib. Davanın səbəbi isə […]

“Əhmədli”də acınacaqlı mənzərə – FOTO

Hər həftənin şənbə-bazar günləri təşkil edilən kənd təsərrüfatı məhsulları yarmarkasından sonra dəhşətli mənzərə yaranır – meyvə-tərəvəz qalıqları, zibil tullantıları küçə boyu səpilir. Oxu.Az-ın yerli KİV-ə istinadən məlumatına görə, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi (“Əhmədli” metrostansiyası, “Bakı” kinoteatrının yanı) meyvə qalıqlarından keçilməz olur. “Küçə boyu səpələnmiş tullantıları toplayıb daşımaq əvəzinə binaların […]

“Anam bunu bilsə, ürəyi dayanar” – Şahbaz Quliyevin bacısı – MÜSAHİBƏ

“O, bir gün qapıdan içəri girəcək, boynumuzdan qucaqlayacaq…” Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyevanın AzVision.az-a müsahibəsini təqdim edirik: – Şahbaz Quliyevdən yeni nə xəbər var?-Qardaşımın səhhətində problemlər vardı. O, bir aya yaxın İrəvanda xəstəxanada müalicə aldı. Ötən ayın 11-də Şahbazı Qarabağdakı həbsxanaya qaytardılar. Şahbaz bizdən heç […]

BAMF Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutunun tərəfdaşı oldu – FOTOLAR

Qarabağın işğal altındakı su mənbələri ilə bağlı məsələ benəlxalq müzakirəyə çıxarılacaq Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və BAMF-ın əməkdaşları BMT Cenevrə ofisinin Sülh Həftəsi çərçivəsində təşkil olunan tədbirlərə qatılıblar. Tədbirlər çərçivəsində Umud Mirzəyev əvvəlcədən planlaşdırıldığı kimi baş ofisi Cenevrədə yerləşən Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutunun (QSTSİ) Baş […]

Gəncədə qatar qadını vurub

Gəncə şəhərində qatar piyadanı vurub. Turkustan.info APA-ya istinadən xəbər verir ki, şəhərin “Poçt qəsəbəsi” adlanan ərazisində qatarın vurduğu qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirib. Hələlik kimliyi məlum olmayan qadının koma vəziyyətində olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Azərbaycanda heyvanlar üçün qəbiristanlıq salınsın – TƏKLİF

Bir çoxumuz  heyvanları insana gərək ola biləcək  əşya və ya əyləncə mənbəyi kimi qəbul edirik. Bu baxımdan əksər hallarda heyvanların təbii ehtiyaclarına, instinklərinə məhəl qoymur, onlara qarşı laqeyd münasibətdə oluruq. Halbuki heyvanların da insanlar kimi, müəyyən hüquqları var.   Hazırda ölkəmizdə heyvanlarla bağlı ciddi problemlər var. Bunlardan biri heyvanlar öldüyü […]

Bu sürücülər bazar ertəsindən cərimə ediləcək — Bir gün vaxt qaldı

Nömrəsində defis olan avtomobilin sürücüsü 50 manat cərimə olunacaq. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə verdiyi bir ay vaxt noyabrın 12-də başa çatır. Söhbət avtomobolin dövlət nömrə nişanında defis işarəsinin olmamasına görə cərimələrin tətbiq edilməsindən gedir. Turkustan.info avtosfer.az-a istinadən xəbər verir ki, noyabrın 13-dən etibarən yol […]

Sirlər dünyasına səyahət – Qənirə Paşayeva ilə addım-addım Misir

“Qənirə Paşayeva ilə addım-addım Misir” I yazı (RUHLARLA SƏYAHƏT və ya Sirlər dünyasında gördüklərim)   Misir! – Bu ölkə, hələ uşaqlıqdan mənim üçün sirli, müəmmalı, rəngli nağıllar diyarı idi. Orta məktəbdə dünya tarixini öyrəndikcə dünyanın ən qədim mərkəzlərindən biri olan Misirə marağım durmadan artırdı. Sonra İslam tarixini, qüdrətli türk imperatorluğu […]

DTX-dan narkotacirlərə qarşı əməliyyat – Qardaşı tərəfindən girov qoyulan qadın azad edildi

Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Babək Rzabala oğlunun öz bacısı Minayə Eyvazovanı İran vətəndaşları olan narkotacirlərdə girov qoyması və külli miqdarda narkotik vasitələri qaçaq yolla Azərbaycana keçirmək üçün qəbul etməsi barədə məlumat daxil olmuşdur. DTX-dan verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda Astara rayonu Şəvqo kəndi istiqamətində qanunsuz […]

Professor Azad Bayramov: Uğur Sədaqətdən və sadiqlikdən yarandı

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi, təbliği məqsədi ilə Bakıda Heydər Əliyev mərkəzində ali təhsil müəssisələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” 4-cü ümumrespublika bilik yarışması keçirilib. Bu yarışmada Azərbaycan Dövlət Aqrar Universitetin tələbələri ikinci yerin sahibi olub. ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib […]

Cinayət Məcəlləsində yeni cəza: Nə cərimə var, nə də həbs

Millət vəkili: “Azadlığın məhdudlaşdırılması cəzası alternativ cəza olaraq təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması cinayətinin sanksiyasına daxil edilir” Təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə 1000 manatdan 3 min manatadək miqdarda cərimə və […]

Rusiyaya xidmət edən hər kəsi güllələcəyik

Rusiya lehinə hərəkət edən vətəndaşları güllələmək lazımdır. Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov söyləyib. “Rusiya Federasiyasının müdafiə qabiliyyətini gücləndirən əməkdaşlığa bir işarə belə varsa, biz həmin şəxsi həbs edib güllələyəcəyik. Başqa variantımız yoxdur. Nə vaxt güllələyəcəyik? Bunu başqa zaman müzakirə edərik. Edam olunmayan […]

YERƏ BÖYÜK TƏHLÜKƏ: Nəzarətsiz kosmik aparat sürətlə yaxınlaşır – Hansı ölkələrə düşə bilər?

Nəzarətsiz qalan kosmik aparat sürətlə Yerə yaxınlaşır. Avropa Kosmik Agentliyi Çinin nəzarəti itirmiş “Tiangong-1” adlı kosmik aparatının hansı nöqtələrə düşə biləcəyini təxmin edib. Siyahıda Türkiyəni də adı çəkilir.  Cebhe.info xəbər verir ki, 2016-cı ildən etibarən nəzarətdən kənarda qalan “Tiangong-1” kosmik aparatının hansı nöqtəyə düşəcəyi təxmin edilir. Avropa Kosmik Agentliyinin (ESA) qənaətinə […]

Yaxşı yaşamaq istəyənlər: Ən çox maaş bu şəhərlərdə verilir – SİYAHI

Almaniyanın  “Deutsche Bank”ı dünyada ümumdünya qiymətlər araşdırması çərçivəsində ən çox çalışanların ən çox pul qazandığı şəhərləri sıralayıb.  Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, siyahıda ən yüksək əməkhaqqı və eyni zamanda ən yüksək yaşayış xərcləri olan şəhərlər yer alıb. Həmin şəhərləri təqdim edirik: 1.Şotlandiya (Edinburq) – orta aylıq əməkhaqqı 2293 dollar […]

Sarayda ŞOK OLAY: 25 yaşlı oğlan 9 yaşlı uşaqla dəfələrlə cinsi əlaqəyə girdi və…

Abşeronda 9 yaşlı oğlan uşağına qarşı seksual xarekterli hərəkətlər törətməkdə və uşaqbazlıqda təqsirləndirilən 1992-ci il təvəllüdlü Seyfəddin Əfəndiyevin cinayət işi üzrə məhkəmə başa çatıb. A24.az xəbər verir ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində baş verib. 25 yaşlı Seyfənddin Əfəndiyev qonşuluqda olan 9 yaşlı Samir Babayevə (ad və soyad şərti verilib – […]

Bu ölülər yenidən diriləcək? – VİDEO

Hal-hazırda dünyada 230 meyitt dondurulmuş halda saxlanılır. Yenicag.az türk mediasına istinadən xəbər verir ki, həmin meyitlər tabut əvəzinə xüsusi ərazilərdə saxlanılır. Həmin insanların bədənindən qan tamamilə çəkilib və -196 dərəcədə dondurulub. Dünyada dondurulmuş ilk insan 73 yaşında ölən amerikalı psixoloq Ceyms Pasvorsdur. O, 1967-ci ildən etibarən dirildilmək üçün qapalı bir […]

Telman İsmayılov barədə həbs qərarı verildi

Moskva məhkəməsi tanınmış iş adamı Telman İsmayılovun həbsi barədə qərar verib. Turkustan.info-nun xəbərinə görə, bu barədə biznesmenin vəkili İnterfaks nəşrinə bildirib. “Çerkizov” bazarının keçmiş sahib iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham olunur. Biznesmen beynəlxalq axtarışa verilib. Onun vəkilinin sözlərinə görə, məhkəmə həbs barədə qərarı oktyabrın […]

Tanınmış araşdırmaçı mükafatlandırıldı

Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası İğdır Azərbaycan Evi tərəfindən bələdiyyə nümayəndəsi, araşdırmaçı-hüquqşunas Fərman Salmanlı “Təşəkkür” diplomu ilə mükafatlandırıb. Türkiyə Azərbaycan Dostluq Dərnəyinin (TAD) İqdır şöbəsinin sədri, pedaqoq, jurnalist, tədqiqatçı–yazıçı Serdar Ünsal bildirib ki, araşdırmaçı-hüquqşunas Fərman Salmanlı Türkiyə-Azərbaycan qardaşlığına verdiyi töhfələr görə “Təşəkürnamə” diplomu ilə təltif edilib. “Onun […]

Qənirə Paşayeva Cənubi Afrika, Kenya, Seneqalın tanınmış təşkilat rəhbərləri ilə Xocalı soyqırımından danışıb

Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Cənubi Afrika, Kenya və Seneqalla əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib. Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva Cənubi Afrika, Kenya,Seneqalın tanınmış təşkilat rəhbərlərinə, QHT sədrlərinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında […]

Eldar Mahmudov təhqir olundu – “Üzbəüz tüpürdük ona” – VİDEO

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov növbəti dəfə dindirilmək üçün çağırıldığı Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsindən çıxanda ləğv edilmiş MTN-dəki qruplaşmanın əməllərindən zərər çəkənlər tərəfindən təhqir olunub. A24.az xəbər verir ki, vaxtilə MTN-in xüsusi təyinatlıları tərəfindən döyülən Elmidar Hüseynov və əri Eldar Mahmudovun xüsusi agenti olan […]

Ermənistan ordusunda daha iki əsgər öldürülüb – Fakt gizlədilir

İşğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun hərbi hissələrində daha iki əsgərin xidmət yoldaşları tərəfindən öldürülməsi faktı gizlədilib. BakuPost.az xəbər verir ki, hərbi qulluqçular Vladimir Melkonyan və Vartan Xaçatryanın valideynlərinə övladlarının düşmən tərəfindən döyüş mövqeyində öldürüldüyü barədə yalan məlumat verilib. Sonradan araşdırma nəticəsində Qaboyan soyadlı şəxs şahid qismində dindirilib və onun […]

Trampın otağına 5 fahişə göndərmək istəyən Ağalarov olub?

ABŞ prezidenti Donald Trampın 2013-cü ildə Emin və Araz Ağalarovla birlikdə “Kainat Gözəli” müsabiqəsi keçirmək üçün Moskvaya səfəri zamanı rusiyalı təşkilatçılardan birinin onun otağına beş fahişə göndərmək təklifi barədə Konqresin Nümayəndələr palatasının kəşfiyyat komitəsində danışılanlar qalmaqal yaradıb. Xatırladaq ki, komitədə keçirilən qapalı dinləmələr zamanı Trampın keçmiş cangüdəni Keyt Şiller Moskvada […]

“Aldığım təqaüd müalicələrə gedir, gündə bir dəfə yemək yeyirəm…” – 3 xəstəlikdən əziyyət çəkən Xalq artisti

Dərmana pul catdıra bilməyən Rasim Balayev: “Allaha yalvarıram ki…” Turkustan.info Xalq artisti, sevilən aktyor Rasim Balayevin Yenicag.az-a müsahibəsini təqdim edir: – Çoxdandır görünmürsünüz, haralardasınız? – Əvvəllər insanlar kasıb yaşayırdı, amma bir-birini görməyə trramvayla gedirdi. İndi hər şey var, evdən bayıra çıxmaq istəmirik. Bu texnika, internet inkişaf etdikcə insanlar zombiləşir, bir-birinə qarşı […]

İsrail haqlı çıxdı: İran baza açır

  İran Suriya ərazisində hərbi baza tikir. Axar.az xəbər verir ki, bu barədə informasiyanı BBC televiziyası Britaniya kəşfiyyatındakı mənbəyə istinadən yayıb. Bazanın Dəməşqin 14 kilometr cənubunda yerləşən ərazidə qurulduğu bildirilir. Ərazinin peykdən çəkilən görüntülərində 20-yə yaxın binanın tikildiyi müşahidə edilib. Binalarla bərabər bu ərazidə nəqliyyat vasitələri üçün xüsusi qarajlar da inşa […]

Türkiyə İrəvan sərhədinə diviziya yeridir, tələb qoyur…

Ötən əsrin 90-cı illərinin ortalarında Qarabağda atəşkəsin əldə edilməsinin ardınca Rusiyanın Ermənistana gizlicə 1 milyard dollarlıq silah-texnika ötürdüyü dövrlərdə baş vermiş hadisə o dövrün siyasi proseslərini izləyənlərin yəqin ki, yaxşı xatirindədir. Virtualaz.org qeyd edir ki, 90-cı illərin ortalarında Türkiyədə Baş nazir Tansu Çillərin dövründə (prezident Süleyman Dəmirəl idi) 3-ci ordu komandanlığı […]

Dünyanın taleyini müəyyən edəcək görüş baş tutmadı: Liderlər bir-birinin ancaq əlini sıxıb

ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşü baş tutmasa da, liderlər br-birinin əlini sıxa bilib. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Vyetnamda keçirilən sammitdə iştirak edən prezidentlər bir-birinin əlini sıxıb. İclas zalına ilk olaraq Vladimir Putin daxil olub. Onu Vyetnam prezidenti Çan Day Kuanq müşayət edib. Daha sonra iclas zalında ABŞ prezidenti […]

Sələmçiliklə məşğul olan qadının əl-ayağını bağlayıb yandırdılar – Gəncədə dəhşətli qətl

Gəncədə sələmçiliklə məşğul olan qadın qətlə yetirilib. Turkustan.info “Kəpəz TV”yə istinadən xəbər verir ki, izi itirmək istəyən cinayətkarlar daha sonra mənzili yandırıblar. Yanğın hadisəsi ötən gecə saat 05 radələrində Gəncənin Üzeyir Hacıbəyov küçəsi, bina 81, ev 36-da baş verib. Yanğından xəbər tutan qonşular Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarına xəbər […]

Gəncədə dəhşətli qəza: Ölüm anı telefonla çəkildi – VİDEO

Noyabrın 2-də Gəncədə baş verən və ölümlə nəticələnən ağır yol qəzasının görüntüləri yayılıb. Turkustan.info-nun Azxeber.com-a istinadən məlumatına görə, qəza nəticəsində sürücü 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğlu və sərnişin – 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlu dünyasını dəyişib. Məlumata görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb. İti vuran […]

Azərbaycanda döymə vurduranların 75 faizi qadındır – İlin qorxulu xəstəliklərə yoluxduran trendi

Əvvəllər döymə əsasən kişilərdə rast gəlinsə də, indi qadınlar arasında da geniş yayılıb. Əsasən gənclərin etdirdiyi tatular arasında müxtəlif heyvan şəkilləri üstünlük təşkil edir. Sevgilisinin adını bədəninə yazdıranların da sayı az deyil. Lakin tatu etdirmək istəyənləri müxtəlif suallar narahat edir: Bəyənməsəm sildirə bilərəmmi? Neçə müddət bədənimdə qalacaq? Ağrılı prosedurdurmu? Tatu […]

Azay Quliyev: “Həmsədr ölkələrdə siyasi iradə və istək olsa, 2018-ci ilin birinci yarısında…”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ABŞ Prezidenti Donald Trampın, Rusiya Prezidenti Vladimir Putinin və Fransa Prezidenti Emmanuel Makronun gündəliyində olmalıdır. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib. A.Quliyev bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı Azərbaycan tərəfi dəfələrlə açıqlama verib və öz […]

Ərdoğanın mühafizəçilərinin silahı: Heç kimdə yoxdur… – FOTOLAR

Dövlət və hökümət xadimləri, Türkiyə Cumhuriyyətinin banisi, ulu öndər Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 79-cı il dönümündə qəbrini ziyarət ediblər.Metbuat.az xəbər verir ki, Anıtqəbirdəki ziyarət yerli vaxtla 08:45-də dövlət xadimlərinin “Aslanlı Yol”da yürüyüşü ilə başlayıb. Məlum olub ki, prezidentin mühafizəçiləri onlar üçün xüsusi olaraq istehsal edilən və dünyada başqa nümunəsi olmayan “kamuflaj”lardan ilk […]