Gün: Noyabr 13, 2017

Rusiya “dünyanın kabusunu” kosmosa göndərir

Yeni peyk Amerika Birləşmiş Ştatlarının orbitdəki Mentor adlı 7 kosmik gəmisinin tam bənzəri formasındadır Rusiyanın 2018-ci ildə orbitə buraxmağa hazırlaşdığı “Repey” kəşfiyyat peyki ilə bağlı maraqlı detal üzə çıxıb. Sputnik Türkiyə xəbər verir ki, sözügedən peyk bir çox funksiyanı bacarıqla yerinə yetirə biləcək. Peyk dünyanın istənilən ordusunun hərəkətlərini, radar sistemlərini, radio ötürücülərini, […]

Maşından dua, seyid şəkli və həmail asanlar – Qoruyur?

Aşqabadın yol polisi avtomobilindən yazı, dua, oyuncaq, həmail, o cümlədən dəvə yunundan hörülmüş «alaca» adlı ənənəvi ip asmış sürücüləri saxlayır və cərimə yazır. Azadlıq Radiosunun türkmən xidməti xəbər verir ki, sürücülərdən bu həmailləri avtomobilin salonundan çıxarmaq və 50 manat (14 dollar) məbləğində cərimə ödəmək tələb edilir. Anonimlik şərti ilə danışan […]

Nazarbayev: “Üçüncü dünya müharibəsi başlayıb”

“Üçüncü dünya müharibəsi artıq başlayıb. Yaxın Şərqdə ard-arda baş verən terror aktları bunu sübut edir”. Turkustan.info xəbər verir ki, bu sözləri Qazaxıstanın prezidenti Nursultan Nazarbayev deyib. N.Nazarbayevin sözlərinə görə, yaxın şərq üçüncü dünya müharibəsinin, soyuq müharibənin ən müxtəlif formaları ilə qarşı-qarşıyadır: “Bu zorakı siyasət elə müharibə deməkdir. Mənim fikrimcə, artıq 3-cü […]

Bakıda narkotik dərmanlar satan aptekin sahibi axtarışa verildi

Bakıda əczaçı həbs edilib. Turkustan.info Yenicag.az-a istinadən Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, paytaxtda fəaliyyət göstərən apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılmasına dair kütləvi informasiya vasitələrində yayılmış məlumatlarla əlaqədar zəruri tədbirlər həyata keçirilməkdədir. Belə ki, “Best Pharma” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, […]

Bakı Atatürk Liseyində Konstitusiya Günü qeyd edilib – Fotolar

Konstitusiya Günü münasibətilə Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib. Turkustan.info xəbər verir ki, 12 noyabr Konstitusiya Günü münasibətilə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı təşkil olunub. Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Respublika Velotrekində keçirilən və maraqlı anlarla yadda qalan yarışda liseyin 5-6 […]

Dizel bahalaşa bilər, Aİ-92 isə…

Azərbaycanda yanacaqdoldurma məntəqələrində artıq bir neçə aydır ki, “Aİ-98 Super” markalı benzinin satışı dayandırılıb. Bu səbəbdən həmin benzindən istifadə edən sürücülər avtomobillərinin mühərriklərinə “Aİ-95 Premium” markalı benzin tökürlər. Bundan əlavə, Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin Tarif Şurası tərəfindən tənzimləndiyi bildirilib. Görəsən, bu proseslərdən sonra benzinin yenidən bahalaşması gündəmə […]

Azərbaycanda 98 markalı benzinin satışı dayandırıldı – SƏBƏB + VİDEO

Yanacaqdoldurma məntəqələrində “Aİ-98” super markalı benzinin satışı dayandırılıb. Turkustan.info-nun Xəzər TV-yə istinadən məlumatına görə, bu markalı benzini ölkəyə gətirən və satan “SOCAR Petrolium” şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirir ki, yanacağın satışının dayandırılmasına səbəb onun alındığı ölkələrdə qiymətlərin bahalaşmasıdır. Şirkətin həmin ölkələrlə qiymət məsələsi ilə bağlı danışıqları uzandığına görə […]

Azərbaycanda yeni qurum yaradılır – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Turkustan.info xəbər verir ki, sənədə əsasən,  “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Agentliyin Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən olunub. Agentliyin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq. Müəyyən edilib ki, […]

Bakı küçələrinə səpələnən xəzinə… “Aya 4000 manat çıxarmaq olur” – FOTO

Bakıda zeytunun yığım mövsümü təzə başlasa da, zeytun bağlarının əksəriyyətində məhsul bitmək üzrədir. Paytaxtda ötən əsrin ortalarından salınan zeytun təsərrüfatlarının bir hissəsi baxımsızlıqdan, qalan hissəsi isə tikinti məqsədilə məhv edildiyindən, indi Bakıda zeytun toplanan çox kiçik bağlar qalıb. Hələ də paytaxtın müxtəlif ərazilərindən gələrək gündəlik dolanışığını zeytun yığıb təhvil verməklə […]

Dil komissiyasının tərkibi təsdiqləndi – Əliyev sədr, xanımı müavin oldu

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info-nun BakuPost.az-a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası aşağıdakı yeni tərkibdə təsdiq edilib: Komissiyanın sədri İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti Komissiya sədrinin müavinləri Mehriban Əliyeva – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Ramiz Mehdiyev – Azərbaycan […]

Putinlə Ərdoğanın görüşü başlayıb

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında kiçik tərkibdə görüş başlayıb. Turkustan.info-nun məlumatına görə, bu görüşdən sonra liderlər geniş tərkibdə görüş keçirəcək, daha sonra mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər. R.T.Ərdoğan V.Putinlə görüşdə qeyd edib ki, Rusiya və Türkiyənin münasibətləri “hər dəqiqə” inkişaf edir.

Ənvər paşanın polkovnik rütbəsi verdiyi Dağlı Musa kim olub? – VİDEO

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) keçirdiyi Vikipediya təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da 1918-ci ildə Bakının erməni–daşnaklarından azad edilməsində göstərdiyi igidliyə görə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən yüzbaşı (leytenant) rütbəsi verilmiş (Dağlı) Musa Ələsgərovun məqaləsi yaradılıb.   https://az.wikipedia.org/wiki/Musa_%C6%8Fl%C9%99sg%C9%99rov Dağlı Musanın ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin)əsir saxlanan […]

İsveçin nümayəndə heyəti Azercell-in nailiyyətlərini yüksək qiymətləndirdi

İsveç Krallığının Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibi cənab Oskar Stenströmun başçılıq etdiyi nümayəndə heyəti 2017-ci il noyabrın 8-də ölkənin aparıcı mobil rabitə təminatçısı Azercell Telekom-a baş çəkdi. Bu səfər İsveçin Azərbaycanda ən böyük investisiyası sayılan Azercell şirkətinin biznes və inkişaf perspektivlərini daha yaxından tanımaq […]

Oftalmoloq Yazgül Abdiyeva: Dünyada 2020-ci ilə qədər korluğun qarşısının 80 faiz alınması uğrunda mühüm addımlar atılır

Xəbər verildiyi kimi, 13 noyabr-Beynəlxalq Gözdən Əlillər Günüdür. Azərbaycanda digər əlillik statusu olanlar kimi, gözdən əlil insanlara da dövlətimizin başçısı tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu təbəqədən olan vətəndaşların etibarlı sosial müdafiəsinin təmini, reabilitasiyaları istiqamətində görülən tədbirlər hər il daha da gücləndirilir. Onların cəmiyyətə inteqrasiya imkanlarının artırılması və ictimai […]

Əflatun Amaşov onlayn mediaya 1 milyon manat ayrılmasını təklif etdi

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycanda xəbər televiziya kanalının yaradılmasını təklif edib. Turkustan.info APA-ya istinadən xəbər verir ki, millət vəkili bildirib ki, Azərbaycan həqiqətlərinin xaricə intensiv çatdırılması üçün xəbər-informasiyaya üstünlük verilən televiziya kanalının fəaliyyətinə ehtiyac var: “Azərbaycanın kifayət qədər güclü ordusu var. Ordunun böyük məbləğdə maliyyələşdirilməsi təqdirəlayiqdir. Unutmaq lazım […]

“Aprel şəhidi”nin xanımı: “İsrarla cənazəsinə baxmaq istədim…” – Baş leytenant Elnur İsgəndərovun HƏYAT HEKAYƏTİ

Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur… Turkustan.info saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Bu dəfə Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, şəhid Elnur İsgəndərovun həyat yoldaşı Məlakə İsgəndərova əməkdaşımızla həmsöhbət olub. Qısa arayış:  Elnur İsgəndərov 1989-cu ildə Şəkidə anadan […]

Prezidentdən Cavid Qurbanovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Dövlət Dəmiryoları QSC sədri Cavid Qurbanovla bağlı sərəncam imzalayıb. Turkustan.info AzərTac-a istinadla xəbər verir ki, C.Qurbanov Prezidentin sərəncamı ilə  “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilib. Sərəncama əsasən  Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisində və istismara verilməsində fərqləndiyinə görə Qurbanov Cavid Qəmbər oğluna “Əməkdar mühəndis” fəxri adı verilib. […]

Xırdalanda Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli”, professor Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Turkustan.info-ya verilən məlumata görə, məktəbin […]

MADDİ-MƏDƏNİYYƏT abidələrimizin sirrləri araşdırılır

2017-ci il noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun konfrans zalında “Cabir Novruz” Mədəniyyət Fondunun hazırladığı “Danışan qayalar” filminin təqdimatı olub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə “Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliginə dair təşəbbüslər” adlı layihə çərçivəsində hazırlan-mış filmin layihə […]

Qənirə Paşayeva Beynəlxalq Ticarət Mərkəzinin rəsmiləri ilə Azərbaycanın həyata keçirdiyi böyük layihələrdən danışıb

Millət vəkili Q.Paşayeva Beynəlxalq Ticarət Mərkəzinin İcraçı direktorunun müavini Dorothy N.Tembo və Beynəlxalq Ticarət Mərkəzinin nümayəndəsi Vanessa Erogbagbo ilə görüşdə onlara  Azərbaycan, ölkəmizin həyata keçirdiyi böyük iqtisadi və enerji layihələri, əldə olunan uğurlar, aparılan iqtisadi islahatlar və onların müsbət nəticələri, Azərbaycanın iqtisadi  və turizm potensialı, həyata keçirilən böyük nəqliyyat layihələri və onun […]

“Ana layla”sı ilə dünyanı ağladan, qarmonuyla İrana qarşı savaşan Rəhman Əsədullahi kimdir? – VİDEO/FOTOLAR

Sehrbazın əlləri… Təsadüfən bir mahnı parçası dinləyəsi oldum. Qarmonda  elə bir ifa eşitdim ki, sözün düzü, mənim kimi musiqiyə həssas bir adamı təəccübləndirdi. İfa deyildi, nəsə başqa  bir şey idi. Barmaqlar dillərə toxunduqca, yaylılan musiqi sadəcə könlümü  oxşamadı, qəmgin notlara yüklədi. Kino lenti kimi aldı-apardı, apardı… Elə bil türkün dərdini […]

Qaçqın və məcburi köçkünlərə ŞAD XƏBƏR – 50 faiz artırıldı

Azərbaycan 2018-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial təminatı ilə bağlı xərcləri təqribən 50 faiz artıracaq. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi […]

İran Qarabağı Ermənistanla bölür

Tehranın İrəvanla gizli həyata keçirdiyi layihə. Sosial şəbəkədə Araz üstündə İranla Azərbaycan arasında yerləşən Xudafərin körpüsünün yeni olduğu iddia edilən şəkillər yayılıb. İstiPress-in məlumatına görə, şəkildə Xudafərin ətrafında hansısa tikinti işlərinin getdiyi, əraziyə tikinti materiallarının töküldüyü və işçilərin müvəqqəti qalması üçün dəmir konteyner yerləşdirildiyi aydın görünür. Fotonu gördükdən sonra ağla […]

Aleksandr Qordon Zirəddin Rzayevi studiyadan qovdu – VİDEO

Azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiyanın “Birinci” kanalında yayımlanan verilişlərdən birinin qonağı olub. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, proqramda yalançı ekstrasenslərin insanları aldatması müzakirə olunub. Lakin çəkiliş zamanı aparıcı Aleksandr Qordon Zirəddin Rzayevi studiyadan qovub. Ekstrasens bu hadisəyə aydınlıq gətirmək üçün “YouTube”da videomüraciət paylaşıb. “Qordon məni studiyadan qovdu. O, bu […]

Yıldız Tilbedən “O Səs Türkiyə”yə İRAD: “Anonim deyil, Azərbaycan mahnısıdır” – VİDEO

“O Səs Türkiyə” mahnı müsabiqəsinin növbəti buraxılışında Azərbaycanın xalq mahnısı yenə də ananonim kimi qeyd edilib. Turkustan.info  xəbər verir ki, yarışmanın dünən efirə gedən buraxılışı bu dəfə də azərbaycanlılar üçün bir çox hadisələrlə yadda qalıb. Belə ki, Oğuzhan Özdemir adlı türkiyəli iştirakçı bağlamada (saz) “Yandırdın qəlbimi aman” adlı Azərbaycan xalq mahnısını […]

”DÜNYAGÖZ” klinikasının mütəxəssisləri ADAU-nun tələbə evində müayinə aparıb

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dünyagöz” Klinikasının həkim briqadası noyabrın 4-dən şəhər sakinləri üçün ilkin göz müayinəsi həyata keçirir. ADAU-nun mətbuat xidmətindən bildirilib ki, klinikanın türk həkimlərindən ibarət heyəti sosial aksiya çərçivəsində təhsil müəssisəsinin müəllim, tələbə və digər işçiləri üçün də ödənişsiz müayinə aparıblar. Müayinəyə gələnlərin hər biri də […]

Bakıdakı restoran və şadlıq evləri insanları zəhərləyir… – EKSPERT

Azərbaycanda spirtli içkilərə tələbat az deyil. Ölkədə həm yerli istehsalı olan, həm də başqa ölkələrdən idxal edilən içkilərdən istifadə olunur. Bununla yanaşı, satışa kifayət qədər saxta spirtli içkilər də yol tapır. Xüsusən də əksər restoran və şadlıq evlərində verilən spirtli içkilərin saxta olması barədə müəyyən fikirlər səsləndirilir. Müşahidələr də göstərir […]

Ərdoğan yenə Moskvaya gedir

Bu onunla Putinlə 8 ayda dördüncü görüşüdür. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Rusiyaya səfər edir. İstiPress-in məlumatına görə, Türkiyə prezidenti bu gün rus həmkarı Vladimirlə Putinlə görüşmək üçün Moskvaya yola düşəcək. Bu, iki liderin son 8 ayda baş tutacaq olan dördüncü görüşüdür. Prezidentlər başda Suriya olmaqla, regional məsələləri, qarşılıqlı əməkdaşlığı […]

Psixi problemli insanların da orduya çağırılmasına qərar verildi

Alkoqolizm və narkotik maddə aludəçiləri də ordu sıralarına qəbul ediləcək  Bundan sonra ABŞ ordusunda psixi problemləri olan insanlar da xidmət edə biləcəklər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu cür insanların orduda xidmət etməsinə rəsmən icazə verilib. Məlumata görə, bundan sonra Amerika ordusu sıralarına, özünə zərər verənlər, bipolyar-affektiv pozuntudan əziyyət çəkənlər, depressiyada […]

Təhsil Nazirliyi tətil günləri ilə bağlı açıqlama verdi

Təhsil Nazirliyi məktəblilərin payız tətili günləri ilə bağlı açıqlama verib. Nazirlikdən özəl olaraq Trend-ə verilən məlumata görə, 2017-2018-ci dərs ilinin ilk tətili – payız tətili 16-20 noyabr tarixlərində olacaq: “Şagirdlər noyabrın 16-da dərsə getməyəcəklər. Həmin gün tətilin ilk günü olacaq. Noyabrın 21-də isə dərs başlayır”. Qeyd edək ki, bu tədris […]

“Metronun üzərindəki ərazi əlimdən alınıb, tikintini biz aparmırıq” – “Şərurlu İsfəndiyar”dan SENSASSİON AÇIQLAMA

“Şərur” MTK-nın sədri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Binəqədi rayonu ərazisində yerləşən metronun “Azadlıq prospekti” stansiyasının ətrafında gedən tikinti işlərində adının hallanması məsələsinə münasibət bildirib. İ.Axundov “Ölkə.Az”-a açıqlamasında deyib ki, sözügedən ərazi ona məxsus deyil: “Həmin parkda tikintini biz aparmırıq. Orada başqa şirkət iş görür. Ərazidə aparılan […]

Eldar Mahmudovun məşhur hakimini kim qoruyur?

NOVRUZ KƏRİMOV MTN-NİN SİFARİŞLƏRİNİ YERİNƏ YETİRSƏ DƏ İŞİNƏ DAVAM EDİR   Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyini (MTN) mütəşəkkil cinayət yuvasına çevirən Eldar Mahmudovun ölkənin digər dövlət qurumlarında da öz bildiyini etməsi heç kəsə sirr deyil. Elə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin MTN-lə birgə cinayət əməllərinin ortaya çıxması buna ən böyük […]

“Azpetrol” benzinin qiymətini qaldıracaq?

“Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədov benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılıb-artırılmaması ilə bağlı məsələyə münasibət bildirib. “APA-Economics”in xəbərinə görə, “Caspian Energy” jurnalına müsahibəsində C. Məmmədov qeyd edib ki, Aİ-92 markalı benzinin və dizel yanacağının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. “Premium” markalı benzinin qiymətinə gəlincə, şirkət rəhbəri qeyd […]

Kəlbəcər Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə konfrans və aksiya – FOTOLAR

11 noyabr 2017-ci il tarixdə Bayraq Gunu ilə əlaqədar Gəncə şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə “Səhiyyənin aktual məsələləri: pediatrik, nevroloji, psixiatrik, cerrahi, anestezioloji aspektləri” movzusunda maarifləndirici elmi-praktiki konfrans keçirilib. Turkustan.info xəbər verir ki, konfransda Səhiyyə Nazirliyinin əməkdaşı, Azərbaycan Tibb Universitetinin xaricdə ixtisaslaşmış mütəxəssisləri, […]

CASCFEN təmsilçiləri Strasburqda – Foto, videolar

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) təmsilçiləri noyabrın 8-10-da Avropa Şurasının təşkil etdiyi növbəti “Demokratiya üçün dünya forumu”nda iştirak edib. Qurumdan verilən xəbərə görə, “Populizm problemdirmi?” adı altında keçirilmiş tədbirə dünyanın hər tərəfindən iki minədək təmsilçi qatılıb. Azərbaycanı CASCFEN sədri Azər Həsrət və Milli.az portalının rəhbəri Elçin […]

İran-İraq sərhədində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 207-yə çatıb

İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb. Turkustan.info xəbər verir ki, təbii fəlakət nəticəsində 1600 nəfərin isə xəsarət aldığı bildirilir. Qeyd edək ki, təbii fəlakət nəticəsində əsas zərbə İranın qərbində yerləşən Kermanşah və İlam əyalətlərinə dəyib.  /A24.Az/

“Atamın kəsib atdığı dırnağı da deyiləm” – Dilqəm Əsgərovun oğlu ilə VİDEO MÜSAHİBƏ

Turkustan.info A24.az-a istinadən 2014-cü ildə yaxın dostları Şahbaz Quliyev və Həsən Həsənovla birlikdə Kəlbəcərdəki qohumlarının məzarını ziyarət etməyə gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla müsahibəni təqdim edir. Xatırladaq ki, Həsən Həsənov ermənilər tərəfindən öldürülüb, Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində isə qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin […]