TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Bakı Atatürk Liseyində Konstitusiya Günü qeyd edilib – Fotolar
13 Noyabr 2017 23:09
    Təhsil
Bakı Atatürk Liseyində Konstitusiya Günü qeyd edilib – Fotolar













Konstitusiya Günü münasibətilə Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib.

Turkustan.info xəbər verir ki, 12 noyabr Konstitusiya Günü münasibətilə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı təşkil olunub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Respublika Velotrekində keçirilən və maraqlı anlarla yadda qalan yarışda liseyin 5-6 və 7-8-ci sinif şagirdləri komanda şəklində iştirak ediblər. Əməkdar məşqçi Əbülfəz Məmmədovun baş hakimlik etdiyi yarışda Azərbaycanda istehsal olunan “İSMA” velosipedlərindən istifadə olunub.

Sonda Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və liseyin müdiri Hüseyn Dəmirəl yarışın qaliblərini diplom və medallarla mükafatlandırıb.

Mükafatlandırma mərasimində çıxış edən Hüseyn Dəmirəl yarışın gözəl bir tarixə təsadüf etdiyini deyib:
“Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 22 il ötür. Biz də bu tarixi gün münasibətilə şagirdlərimiz arasında velosiped yarışı keçirtməyə qərar verdik.

Mən bu yarışın keçirilməsində bizə yaradılan gözəl şəraitə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, liseyimizlə Federasiya arasındakı əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək”.

Öz növbəsində Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edən Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev ölkəmizdə idmanın inkişafı üçün atılan addımların öz bəhrəsini verdiyini bildirib:

“Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın bütün növləri kimi, velosiped idmanı da inkişaf dövrünü yaşayır. Biz də dövlət başçısının bu diqqət və qayğısından güc alaraq, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq.

Bu gün maraqlı bir idman yarışının şahidi olduq və inanıram ki, yarışda iştirak edən lisey şagirdləri arasından gələcəyin məhşur idmançıları da yetişəcək. Eyni zamanda Azərbaycan Velosiped İdmanı Federasiyası olaraq, liseylə əməkdaşlığı davam etdirməyə hazırıq”.

Qeyd edək ki, yarışdan sonra lisey rəhbərliyi, valideynlər və şagirdlər Respublika Velotrekində yaradılan Velosiped muzeyində və “İsma bikes” satış və sərgi mərkəzində olublar. Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilati işlər üzrə menecerı Faiq Qurbanov istər muzeydə sərgilənən, istərsə də satış mərkəzində olan velosipedlər haqqında ətraflı məlumat verib.

 

Yuxarı Geri Başlağıc