TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
MADDİ-MƏDƏNİYYƏT abidələrimizin sirrləri araşdırılır
13 Noyabr 2017 18:05
    Mədəniyyət
MADDİ-MƏDƏNİYYƏT abidələrimizin sirrləri araşdırılır













2017-ci il noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun konfrans zalında “Cabir Novruz” Mədəniyyət Fondunun hazırladığı “Danışan qayalar” filminin təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə “Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliginə dair təşəbbüslər” adlı layihə çərçivəsində hazırlan-mış filmin layihə rəhbəri – “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov, ssenarı müəllifi – Muşfiq Borçalı, rejissoru – Günay Novruz, redaktoru – Müşfiq Cabiroğlu, montaj rejisoru Asif Viziuals, operator Mircavid Yəhyazadə, prodüssor Aydan Ağadır.
Tədbiri giriş sözü ilə AMEA Coğrafiya İnstitutunun direktoru, Coğrafiya Cəmiyyətinin sədri, akademik Ramiz Məmmədov açıb. Sonra filmin ssenarı müəllifi Muşfiq Borçalı film haqqında iştirakçılara qısa məlumat verib və filmi təqdim edib.
Film böyük maraqla qarşılanıb.
Tanınmış tədqiqatçı Şakir Qabıssanlının məruzəsi dinlənildikdən sonra film haqqında geniş müzakirə olub.
Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət xadimi Əbdül Mahmudov, Xalq artisti, professor Zamiq Əliyev, Əmədar mühəndis, professor Fuad Hacızadə, AMEA-nın elmi işçiləri, tarix elmləri doktoru Xeyirbəy Qasımov, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimov, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, Qobustan Milli Tarix-Bədii Qoruğunun şöbə müdiri Namil Məmmədov, Əməkdar jurnalist Tahir Taisoğlu və başqaları çıxış edərək, film ilə bağlı öz fikirlərini bildiriblər, filmin çəklişində böyük zəhmət çəkmiş yaradıcı heyətin əməyini yüksək qiymətləndiriblər.
Tədbirə “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, layihə rəhbəri, professor Cavanşir Qurbanov yekun vurub, filmin yaradıcı heyətinə, institutun rəhbərliyinə və tədbirin iştirakçılara təşəkkür edib və öz minnətdarlığını bildirib.
Təqdimatda alimlərlə yanaşı müxtəlif KİV və ictimayyət nümayəndələri, o cümlədən, Azərbaycan Milli QHT Forumunun nümayəndəsi Gəray Əlibəyov, Cəfər Cabbarlı ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı, jurnalistlər Müşfiq Cabiroğlu, Əsli Mustafayeva, şairlər İlyas Əfəndi, Yunis Qaraxanov və b. iştirak ediblər.
Tədbir AzTv, ARB kanalları və bir sıra Kütləvi İnformasiya Vasitələri tərəfindən işıqlandırılmışdır.

Yuxarı Geri Başlağıc