TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Azərbaycan Alpaqut Federasiyasında yeni təyinatlar – FOTO
14 Noyabr 2017 15:18
    Xəbər xətti
Azərbaycan Alpaqut Federasiyasında yeni təyinatlar – FOTO













Turan əlbəyaxa döyüş sənətini təmsil edən Azərbaycan Alpaqut Federasiyasının (AAF) İdarə Heyətinin rəhbərliyi toplantı çağırıb. Toplantıda Federasiyanın rəhbərliyi, prezidenti və digər səlahiyyətli şəxləri iştirak edib. SİA xəbər verir ki, toplantı zamanı AAF tərəfindən son dövrlərdə görülən işlər, eləcə də ötən müddət ərzində keçirilmiş zona birincilikləri ətrafında fikir mübadilələri aparılıb, yaxın perspektivdə dayanan işlər, reallaşdırılması planlaşdırılan layihələr və digər bir sıra önəmli qərarlar qəbul edilib. AAF rəhbərliyi tərəfindən vurğulanıb ki, Azərbaycan Prezidenti cənab İham Əliyevin idmanın bütün sahələrinə göstərdiyi diqqət və qayğısı digər federasiyalarla yanaşı, Azərbaycan Alpaqut Federasiyasının da inkişafı və tərəqqisinə öz töhfələrini verməkdədir. Keçirilən möhtəşəm turnirlər, yeniyetmə və gənclərin bu əlbəyaxa döyüş sənətinə artan marağı da bu amili kifayət qədər təsdiq edir.

Qeyd edək ki, toplantı zamanı Azərbaycan Alpaqut Federasiyasının heyətində yeni təyinatlar da olub. Yekdilliklə qəbul edilmiş qərarlardan sonra Qüdrət Nuriyev Federasiyanın birinci vitse-prezidenti, Nuranə Şıxəliyeva AAF-nın Təşkilatı və Humanitar məsələlər üzrə vitse-prezidenti, Ruslan Quliyev regionların inkşafı üzrə vitse-prezidenti, Surac Şahsuvarov Nizam-İntizam komitəsinin sədri, Qabil Hüseynov müvəqqəti olaraq Texniki direktor, Səidə Ömərova Mədəniyyət departamentinin sədri, Rövşən Rəsulov isə Mətbuat departamentinin sədri seçiliblər.

Xatırladaq ki, Azərbaycan Alpaqut Federasiyası noyabr ayının 25-də Bakıda növbəti beynəlxalq yarışın keçirilməsinə – 2-ci Dünya Kubokuna hazırlaşır və bu yarışda iştirak etmək üçün dəvətlər göndərilmiş bir çox xarici ölkə alpaqutçularının iştirakı gözlənilir.

Yuxarı Geri Başlağıc