TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Dövlət qulluğuna qəbulda 990 vakansiya
14 Noyabr 2017 12:48
    Gündəm
Dövlət qulluğuna qəbulda 990 vakansiya













Dövlət orqanları tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim olunub.

Turkustan.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, inzibati rəhbər vəzifələr üzrə (A növü) 176, inzibati icraçı vəzifələr üzrə (B növü) 814 vakant vəzifə təqdim olunub. Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (504 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (113 vakant vəzifə) və Statistika Komitəsi (122 vakant vəzifə) tərəfindən təqdim olunub.

Dövlət orqanlarında müsabiqəyə çıxarılması nəzərdə tutulan vakant vəzifələrin siyahılarının dəqiqləşdirilməsi işləri davam etdirilir və müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçərək Sertifikat əldə etmiş şəxslər həmin vəzifələr üzrə müsahibələrdə də iştirak edə biləcəklər.

Ayrı-ayrı dövlət orqanlarında dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyəti araşdırılır, qanunvericiliyin pozulması halları müəyyən edilərək həmin dövlət orqanlarına məktublar göndərilir və bu halların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bu ilin oktyabrın 5-dən başlayaraq dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə keçirilmiş sınaq imtahanlarında 599 nəfər iştirak edib. Eyni zamanda Mərkəz tərəfindən 2017-ci ilin 15, 22, 29 noyabr və 2, 6 və 13 dekabr tarixlərində dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanları keçiriləcək. Dövlət qulluğuna dair qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, artıq dövlət qulluğuna qəbul üçün müraciət edən şəxs Mərkəz tərəfindən ayda bir dəfədən az olmayaraq keçirilən test imtahanlarında iştirak edərək vəzifə altqrupları üzrə imtahandan qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamalı və inzibati vəzifə üzrə sertifikat əldə etməlidir. Sertifikat 5 il müddətinə qüvvədədir və şəxsə Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifələr üzrə, həmin vəzifələrin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən, vəzifə təlimatları ilə müəyyən edilən tələblərə uyğun olaraq keçirilən müsahibələrdə iştirak etmək hüququ verir.

Mərkəz tərəfindən 18 noyabr 2017-ci il tarixində inzibati rəhbər (idarəetmə) vəzifələr olan AA, AB və AC, 17 dekabr 2017-ci il tarixində isə inzibati icraçı vəzifələr olan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçiriləcək. Test imtahanlarına qeydiyyat 7 noyabr 2017-ci il tarixində başlanıb və AA, AB və AC vəzifə qrupları üzrə 17 noyabr 2017-ci il tarixində, BA və BB vəzifə qrupları üzrə isə 6 dekabr 2017-ci il tarixində başa çatacaq.  /Publika.az/

Yuxarı Geri Başlağıc