İran-İraq sərhədində növbəti ZƏLZƏLƏ

İran-İraq sərhədində yenidən güclü zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, İranın Sərpol Zəhab şəhərindən 12 kilometr şimal istiqamətində 4,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların dərinliyi 40 km-ə yaxın olub.

Yerli Seysmoloji mərkəzin yaydığı məlumata görə, dağıntı və zərərçəkənlər barədə dəqiq məlumat yoxdur. Yaxınlıqdakı yaşayış məntəqələrindəki insanlar təcili surətdə təxliyə edilib.

Xatırladaq ki, noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ nəticəsində 445 nəfər ölüb, 6 minə yaxın insan xəsarət alıb.