TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
“Müasir İnkişaf” İctimai Birliyi Şamaxıda tədbir keçirib
14 Noyabr 2017 23:52
    Xəbər xətti
“Müasir İnkişaf” İctimai Birliyi Şamaxıda tədbir keçirib













“Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı törətdikləri soyqırımı faktlarının yerli və beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində ilk tədbirini Bakı Dövlət Universitetinin Tarix fakültəsində keçirib. Növbəti tədbir Şamaxı rayonunda keçirilib.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü təşkilatın gördüyü işlərdən, tədbirlərdən, fəaliyyətlərdən ətraflı bəhs edib. M.Göyüşlü eyni zamanda “Müasir İnkişaf” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımıyla icra etdiyi digər layihələrdən, onların nəticələrindən də söz açıb. Natiq hazırda icra etdikləri layihə və layihə çərçivəsində çap edilən “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı olan soyqırımı” adlı kitab, həmçinin oradakı faktların ictimailəşdirilməsi üçün görüləcək işləri, atacaqları addımları dilə gətirib.

“Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı olan soyqırımı” kitabını müəllifi, araşdırmaçı,“Təhsil problemləri” qəzetinin əməkdaşı Xaqani İsmayıl çıxışında 15 ildən artıq bir müddətdə erməni iddialarına tutarlı cavab ola biləcək istiqamətlər üzərində çalışdığını bildirdi. Kiprdən Orta Asiyaya qədər böyük bir coğrafiyada erməni fəaliyyətlərini tədqiq etdiyini deyən müəllif bildirib ki, XX yüzillikdə ermənilər “Böyük Ermənistan” dövləti qurmaq uğrunda apardıqları terror fəaliyyəti zamanı nəinki türklərə, müsəlmanlara, həm də xristianlara və yəhudilərə qarşı soyqırımı aktları törətmişlər. O, “Erməni məsələsi” və türk-müsəlman soyqırımı”, “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitablarında erməni millətçilərinin Osmanlı imperatorluğu (əsasən Şərqi Anadolu), Qafqaz, İran (əsasən Güney Azərbaycan) və Orta Asiya (əsasən Kokand) bölgələrində türklərə və başqa bölgə xalqlarına qarşı törətdikləri soyqırımların tarixi sənədlərlə ortaya qoyulduğunu nəzərə çatdırdı. X.İsmayıl tarixi araşdırmaları zamanı aşkara çıxardığı yeni sənədlər sırasında aşağıdakıları diqqətə çatdırdı: 31 Mart faciəsi ilə bağlı Antanta (Birləşmiş Qüvvələr) Polis Komissarlığının istintaq sənədləri və Azərbaycan Xalq Cümhuriyyəti ədliyyə və istintaq orqanları ilə yazışmaları; Azərbaycan Xalq Cümhuriyyətinin Avropa İstintaq Komissiyası yaradılması təşəbbüsü ilə bağlı Antanta dövlətləri ilə yazışmaları; Qars vilayətində 1919-1920-ci illərdə İngiltərənin hərbi müdaxiləsi ilə yaradılmış “Qərbi Ermənistan” hökuməti tərəfindən həyata keçirilmiş müsəlmanların, xristianların (rusların və yunanların) soyqırımı haqda arxiv sənədləri, 1918-ci ildə gürcülərin ermənilər tərəfindən soyqırıma məruz qalması ilə bağlı tarixi dəlillər, erməni daşnaklarının Orta Asiyanın bir hissəsinə ərazi iddiaları ilə bağlı çarlıq Rusiyası dönəminə aid arxiv sənədi və s. Xaqani İsmayıl bildirdi ki, ermənilər 1918-ci ildə Qubada olduğu kimi, Güney Azərbaycan (Urmiya, 1918-ci il) və Şərqi Anadoluda (1916-cı il) türklərdən başqa yəhudilərə qarşı da soyqırımı törətmişlər. O, ermənilərin almanlara qarşı siyasi terror aktlarının da kitabda yer aldığını bildirdi. Müəllif aşkar etdiyi (çarlıq Rusiyası arxivində yerləşən)önəmli bir sənədə də toxunaraq əlavə etdi ki, burada erməni daşnaklarının Türküstanın (Orta Asiyanın) cənub-qərb qisminə, İranın şimalına (Xəzər dənizinin cənub sahilləri də daxil olmaqla) və Rusiyanın Şimail Qafqaz  bölgəsinə də torpaq iddialarının olduğu sübut olunur.

Müəllifin əsərindən həmçinin aydın olur ki, XX yüzilliyin başlanğıcında ermənilər indiki İsrail dövlətinin ərazisini də “Böyük Ermənistan” xəritəsinə daxil ediblər. Bütün tarixi dönəmlərdə soyqırımı və işğalları bu və ya başqa böyük dövlətin orduları sırasında yarımüstəqil hərbi birləşmələr şəklində həyata keçirən erməni millətçiliyinin beynəlxalq təhlükə təşkil etdiyini bildirən X.İsmayıl, kitabındakı dəlillərə dayanaraq bildirdi ki, indiki dönəmdə də erməni millətçiləri bir sıra türk xalqlarının ərazilərindən başqa, Rusiyaya və Gürcüstana qarşı ərazi iddialarını gizli, bəzən də aşkar şəkildə davam etdirməkdədirlər.Çıxışının sonunda müəllif bu tarixi gerçəkliklərin öncəliklə avropadilli və rusdilli məkanlarda mümkün qədər tez və səmərəli şəkildə yayılmasının zəruriliyinə toxundu.

Tədbirdə çıxış edən ADPU Şamaxı filialının dosenti, tarix üzrə fəlsəfə doktoru Zərifə Cavadova, Şamaxı rayonu Əngəxaran kənd orta məktəbinin müəllimi Cavid İslamov, Şamaxı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Babaqədir Qədirov, Şamaxı rayonu Məlhəm kənd orta məktəbinin müəllimi Fərəc Ağayev, “Müasir İnkişaf” İctimai Birliyinin üzvü İlyas Seyid mövzuyla bağlı fikirlərini bildirmiş, ermənilərin törətdikləri soyqırımlardan danışmış, cəmiyyəti bu bəlaya qarşı aktiv mübarizəyə səsləmişlər.

Yuxarı Geri Başlağıc