Gün: Noyabr 15, 2017

Çobandan sonra fəhlədən möhtəşəm ifa – Azərbaycanda – VİDEO

23 yaşlı məcburi köçkün Elməddin Xanəliyev haqqında sujet hazırlanıb. Əslən Kəlbəcərdən olan Xanəliyevin ailəsini saxlamaq üçün fəhləlik etdiyi bildirilib. Azadliq.org-un hazırladığı sujetde qeyd edilir ki, Bakıdakı tikintidə işləyən Elməddinin gözəl səsi var və muğam ifa edə bilir. Anası xəstə olan gənc deyir ki,fəhləliklə günə 10-15 manat qazanır və ümidini itirmir. […]

QHT Şurası 2018-ci il üçün I MÜSABİQƏNİ ELAN ETDİ – Şərtlər

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclasda Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin elan edilməsi ilə bağlı qərar qəbul edilib. Müsabiqənin mövzuları, həmçinin şərt və qaydaları haqqında məlumatlarla Şuranın www.qhtxeber.az, www.e-qht və www.cssn.gov.az saytları vasitəsi ilə tanış ola bilərsiniz. Şura müsabiqədə iştirak etmək üçün […]

Böyük sürgünün 73 ili geridə qaldı

Axısxa türklərinin 14 noyabr 1944-cü ildəki böyük sürgünü ilə əlaqədar Saatlı rayonunun Nəsimikənd kəndində tədbir keçirilib. Tarixi vətənləri olan Gürcüstanın Axısxa vilayətindən sürgün edilmələrinin 73-cü ildönümü ilə əlaqədar olaraq keçirilən tədbir Azərbaycanda yaşayan Axısxa türkləri “Vətən” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirə “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, TRT […]

Kəmaləddin Heydərovla bağlı Sərəncam – Prezident dəyişiklik etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Turkustan.info-nun Mia.az-a istinadən məlumatına görə, dəyişikliyə əsasən sərəncamın 1-ci hissəsində “Natiq Əliyev – […]

Sumqayıtda avtobus atəşə tutulub? – RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq Sumqayıt şəhərində marşrut avtobusunun atəşə tutulması barədə məlumatlara aydınlıq gətirib. Turkustan.info-nun xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. “Belə ki 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, […]

ABŞ-dan xain etiraf: PKK-nı Türkiyədən qoruyacağıq

Rayn Dilon, Türkiyəyə PYD ilə vuruşmaqdansa, bütün gücünü İŞİD-ə sərf etməyi məsləhət görüb İŞİD-ə qarşı beynəlxalq koalisiyanın amerikalı mətbuat katibi Rayn Dilon gözlənilməz etiraf edib. İraqın paytaxtı Bağdadda video konfrans vasitəsilə jurnalistlərin suallarını cavablandıran Dilon, PKK-nın Suriyadakı qolu olan PYD/YPG-ni Türkiyədən qoruyacaqlarını bildirib. Sputnik Azərbaycan bu barədə “Hürriyet”-ə istinadən xəbər verir. Jurnalistlərdən […]

İranda dağıntılar altından körpə çıxarıldı – 3 gün sonra

İranda zəlzələ dağıntıları arasından körpə xilas edilib. Turkustan.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi rəsmisi məlumat verib. Körpə 3 gün dağıntıların altında qalıb. Xatırladaq ki, İran-İraq sərhədində noyabrda 12-də 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələdə ölənlərin sayı 500-ü keçib.

Bundan bütün evlərdə var, amma ÖLÜMCÜL fəsadlarından xəbərsizsiniz! – ARAŞDIRMA

Onkoloji xəstəliklərə yol açan ağır metallar və kanserogenlərin bir mənbəyi də işlənmiş batareyalardır. Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, dermatit, bronxit, civə ilə zəhərlənmə, beyin xəstəlikləri, sinir zədələnmələri, böyrək xəstəlikləri, dəri xəstəlikləri, sümük xəstəlikləri – işlənmiş batareyalarla çirklənmiş ərazilərin insanları bu problemlərdən daha çox əziyyət çəkir. Fikir vermisinizsə, batareyanın korpusunda zibil […]

TƏHLÜKƏ: İŞİD-çilər dünyaya səpələnir

Suriya və İraqdakı missiyalarını başa vuran 5400 İŞİD üzvü ölkələrinə qayıtmağa başlayıb. “Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, 146 ölkəni təmsil edən terrorçular bütün dünya, o cümlədən, Azərbaycan üçün böyük təhlükədir. Qeyd edək ki, ABŞ liderliyindəki koalisiya qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Suriya və İraqda fəaliyyət göstərən İŞİD-in […]

“Qarajda bağladım və gözlədim”: Ata 4 yaşlı oğlunu öldürdü – səbəbi sizi dəhşətə gətirəcək!

Dəhşətli cinayəti törətdikdən sonra öz arvadına SMS yazıb: “Sənin canını əzab-əziyyətdən qurtardım”. Rusiyanı şoka salan hadisə Nijni Novqorod şəhərində baş verib. Maksim Qorev 4 yaşlı oğlu Artyomu qəsdən öldürməkdə təqsirli bilinərək həbs edilib. O uşağı karbon qazı ilə boğaraq öldürüb. Sonra ata öz oğlunun cəsədini qarajın arxasında basdırıb. Məhkəmə-tibb ekspertləri […]

Birinci vitse-prezidentin daha bir köməkçisi təyin edildi

Azərbaycanın Birinci vitse-prezidentinin daha bir köməkçisi təyin edilib. Azərbaycan Prezidentinin rəsmi saytında verilən məlumata görə, Gündüz Kərimov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin edilib. Qeyd edək ki, G.Kərimovdan başqa, Anar Ələkbərov, Yusuf Məmmədəliyev və Elçin Əmirbəyov da Birinci vitse-prezidentin köməkçisi vəzifəsində çalışırlar.

Azərbaycanlı qadın oğlunun pulunu oğurlayıb 29 yaşlı sevgilisi ilə qaçdı – VİDEO

Ana oğlunu pulunu oğurlayıb başqa kişi ilə qaçdı. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, “Səni axtarıram” verilişinə Xəyal Səfərov adlı şəxs müraciət edib. O, bildirib ki, anası onu Dağıstana gətirib. Anası Bahar xanım orda alma alveri ilə məşğul olub. Xəyalın sözlərinə görə, anası atasından ayrılıb və Qəribxan adlı kişi ilə yaşamağa […]

“Söyülmək bəzi insanların xoşuna gəlir” – Kamil Zeynallı ilə VİDEOMÜSAHİBƏ

Hər bir sözü, hərəkəti ilə sosial media fenomeninə çevrilən Kamil Zeynallı bu həftə GoldNews.Az-ın qonağı olub. O, sosial mediada haqqında çıxan xəbərlərə aydınlıq gətirib. A24.az idmançının müsahibəsini sizə təqdim edir: – Salam, Kamil bəy! – Salam. – Hamı sizi həm idmançı, həm də sosial media fenomeni kimi tanıyır, yəni sosial şəbəkədə aktiv birisiniz və […]

Emin Ağalarovun çəkildiyi filmin treyleri yayımlandı – VİDEO + FOTO

Rusiyalı prodüser və rejissor Maryus Vaysberqin “Gecə növbəsi” filminin treyleri yayımlanıb. A24.Az xəbər verir ki, ekran işində Vladimir Yaqlıç, Pavel Derevyanko, Kseniya Teplova ilə yanaşı, azərbaycanlı müğənni, bəstəkar, iş adamı Emin Ağalarov da çəkilib. Bu, Ağalarovun tammetrajlı filmdə debütüdür. Filmdə E.Ağalarovun Kseniya Teplova ilə öpüş səhnəsi də yer alıb. Filmin […]

“Bilməzdik ki, 15 il çəkəcək…” – Qələmli döyüşçülər haqda yubiley yazısı

“Zabit kimi orduda xidmət etdiyim dövrlərdə ordu ilə cəmiyyət, mətbuatla ordu arasında problemlər vardı. Mətbuat bəzən orduda olan hadisələr haqda doğru yazmırdı. Bəzən ordudakı zabitlərlə ünsiyyət qurmaq istəyirdilər, alınmırdı. Bu, dünyanın hər yerində belədir. Güc strukturları daim dövlət sirlərini mühafizə edir. Bu səbəbdən də mətbuat, cəmiyyət üçün də maraqlı olur. […]

Cennetde görüşürüz Canım Hocam… 7-ci sınıf öğrencisiden

Bir yıl ha? Tam 1 yıl geçmiş demek acımızın üstünden. Oysa ki, dün gibiydi. Dünki gibi kan verdi yaramız, dünki gibi hep sızladı içimiz, dünki gibi dolup-dolup yaş akıttı gözlerimiz, dünki gibi yandı canımız, kan ağladı yüreğimiz. Nasılda geçti kos koca bir yıl? “Toprağın yüzü soğuk, çabuk unutturuyor” derler. Oysa […]

Usubov xanım polkovniki işdən çıxardı

Daxili işlər naziri, general Ramil Usubov daha bir polkovniki təqaüdə göndərib. Qafqazinfo xəbər verir ki, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Mühasibatlıq Şöbəsinin rəisi, polis polkovniki İlqarə Məhərrəmova vəzifəsindən çıxarılıb. O, xidmətdə olmanın yaş həddi ilə bağlı təqaüdə göndərilib. Hələ ki, yerinə təyinat yoxdur. Qeyd edək ki, həmin […]

İŞİD terrorçuları Rakkadan xüsusi əməliyyatla çıxarıldı – BCC gizli təxliyə planından danışdı – VİDEO

İraq və Suriyada ələ keçirdiyi torpaqların demək olar ki, böyük hissəsini itirən İŞİD terror qruplaşmasının Rakkanı necə tərk etməsi ilə bağlı bəzi məlumatlar ortaya çıxıb. “A24.az” bildirir ki, BBC İŞİD-in Rakkadan təxliyyə edildiyi gizli əməliyyatı “Rakkanın gizli sirləri” başlığı ilə yayımlayıb. Xəbərdə BBC Rakkanın boşaldılması üçün gizli bir anlaşmanın həyata keçirildiyini araşdırmağa […]

Azərbaycanın ən gözəl qızı ən ucqar dağ kəndində müəllimlik edir – FOTOLAR

Gülşən Yolçubəyli gənc müəllimədir. 1993-cü ildə Qəbələdə doğulub. Gəncə Dövlət Universitetinin Dil-Ədəbiyyat fakultəsini bitirib. 2015-ci ildə MİQ imtahanını keçərək, Quba rayonun ucqar dağ kəndi olan Zeyddə dil-ədəbiyyat müəlliməsi kimi fəaliyyətə başlayıb. Zeyd kəndi dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşir. Kəndin ucqarlığı, orada yaşadığı çətinliklər gənc müəlliməni qorxutmayıb. Əksinə işinə vurğunluğundan […]

Rusiya S-400-lərin pulunu əvvəldən istəyir

Rusiya və Türkiyə arasında imzalanan S-400 müdafiə sisteminin alınmasına dair sazişin icrasında problemlər yaranıb. Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Moskva Türkiyə tərəfinin ödəməni tam şəkildə edəcəyi təqdirdə sazişin icraya yönldiləcəyini bildirib. Rusiya Hərbi və Texniki Əməkdaşlıq üzrə Federal Agantliyi belə açıqlama ilə çıxış edib. Müdafiə sisteminin Rusiyadan […]

Pensiyalar necə hesablanacaq? – Nazir detalları açıqladı

“Ümumilikdə Dövlət Sosial Müdafiə Fondunun sosial xərclər istiqamətinə 2,2 mlrd. manat vəsait nəzərdə tutulub. Bu vəsaitin 1,3 milyard manatı Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dövlət büdcəsindən veriləcək vəsait şəklində olacaq. İlk dəfə olaraq burda dövlət büdcəsindən transfert anlayışı yoxdur. Bunun yerinə DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsi öhdəliklərindən bura […]

Pakistan heyətindən Xocalı soyqırımının tanıdılmasında Azərbaycana dəstək

Pakistan heyəti millət vəkili Q.Paşayeva ilə görüşdə Xocalı soyqırımının daha geniş tanıdılması üçün Azərbaycanın yanındayıq deyiblər. Millət vəkili Qənirə Paşayeva Pakistanın ictimai xadimləri, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşdə Ermənistanın vandalizm aktlarından danışıb. Millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva görüş zamanı bildirib ki, Pakistan Azərbaycan üçün dost, […]

Bakıda dəhşətli hadisə: Zorladıqları qadının paltarını geyindirib…

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını zorlayaraq öldürməkdə təqsirləndirilən Dimitriy Razumniy və Samir Zenyukovun məhkəməsi başlayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Dövlət ittihamçısı cinayət işi materialları ilə tanış olmaq üçün vaxt istəyib. Proses noyabrın 22-də davam etdiriləcək. Qeyd edək ki, 2017-ci il aprelin […]

Rafiq Əliyev Zadənin ona bağışladığı mirasın məbləğindən danışdı: “Ölümündən 20 gün qabaq zəng edib dedi ki…”

Turkustan.info Publika.az-a istinadən azərbaycanlı alim Lütfi Zadənin yaxın dostu, elmi irsinin varisi, professor Rafiq Əliyevlə müsahibəni təqdim edir: – Rafiq bəy, Neft və Sənaye Universitetinə daxil olanda mühafizəçi məndən soruşdu ki, hara gedirsiniz? O qədər fikirli idim, dedim ki, Lütfi Zadədən müsahibə almağa… – Bu, mənim üçün çox böyük fəxrdir. – Hiss […]

Bakıda direktor müavini olmaq istəyənlər üçün vakansiya mərhələsi başladı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilən müsabiqənin vakansiya mərhələsinə start verilib. İdarədən Modern.az-a verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər […]

Ünvanlı sosial yardım ləğv edilir

“Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb. Bu proqramların icrası məqsədi ilə ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib”. […]

Nalbandyan saatlarla Minks qrupunun həmsədrləri ilə Qarabağı mükarizə etdi

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşü Moskvada üç saatdan çox davam edib. “A24.Az” “Aysor.am” saytına istinadən xəbər verir ki, görüşdə tərəflər xüsusi sülh prosesinin təşviqi ilə bağlı əlverişli şəraitin yaradılması üçün lazımi addımlar barədə fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin Ermənistan […]

Ermənistanda polislə tələbələr toqquşdu: Yaralananlar var

Ermənistan parlamentinin binası önündə tələbələrlə polis arasında toqquşma baş verib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğv olunmasına etiraz ediblər. Tələbələr öncə parlamentin Dəmirçiyan küçəsi istiqamətində girişini bağlayıblar. Baqramyan küçəsi tərəfdən də analoji addım addım atmaq istəyən zaman polis aksiyaya müdaxilə edib. Yerevan polis idarəsinin […]

“Hələ nəvələrinə də “putyovka” istəyirlər” – Deputatdan məmurlara ETİRAZ

“Bəzən deputat yoldaşlarım ildə 4-5 dəfə “putyovka” istəyir. Qanunda var ki, ildə bir dəfə bu hüquqdan istifadə edilə bilər”.   Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bunu Həmkarlar Konfederasiyanın sədri, deputat Səttar Mehbalıyev parlamentdə Əmək və sosial siyasət komitəsinin iclasından deyib.   O qeyd edib ki, ölkədə belə bir problemlər var. […]

Maaşlar qalxacaq – Nazirdən AÇIQLAMA

Milli Məclisin Əmək və sosial siyasət komitəsində Azərbaycanda sosial təminatı, müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın və İşsizlikdən Sığorta fondunun 2018-ci il üzrə büdcələri müzakirə olunur.   Turkustan.info-nun məlumatına görə, iclasda  əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, 2018-ci ildə ölkədə doğulanların sayının 156 min nəfər […]

İsraildə PUA qalmaqalı: Ermənistan yenə Azərbaycanı hədəf göstərdi

İsraildə pilotsuz aparat istehsalçısı olan Aeronautics Defense Systems (ADS)-ə qarşı cinayət işinin açıldığına dair xəbər yayılıb. Cebhe.info xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Mətbuat “The Time of Israel”a istinadən bildirib ki, pilotsuz təyyarələrin sınaqdan keçirildiyi tərəfin adı açıqlanmayacaq. Buna baxmayaraq, erməni tərəf bunun Azərbaycan olduğunu iddia edir. Erməni mətbuatının […]

Neft niyə ucuzlaşır? – İqtisadçıdan rəy

“Gözlənildiyi kimi, neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə edilməyib başlayıb. Brent markalı neftin hər bareli son 2 gün 3 faizə yaxın ucuzlaşaraq 61.3 dollaradək azalıb”.  Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov son günlərin neftin qiyətinin ucuzlaşmasına münasibət bildirərkən deyib. V.Bayramov hesab edir ki, qiymət azalmalarının əsas səbəbi ABŞ-da neft quyularının […]

Mərkəzi Bankdan uçot dərəcəsi qərarı

İllik inflyasiya da açıqlandı. Mərkəzi Bank uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul edib. Bankdan İstiPress-ə verilən məlumata görə, qeyri-neft iqtisadiyyatının artımında pozitiv dinamika müşahidə edilir və bu dinamikanın formalaşmasında makroiqtisadi stabilləşmə xüsusi rol oynayır. […]

Soçi görüşü də bizim üçün nəticəsiz bitdi! – “…Müharibəni başlamalıyıq” – ŞƏRH

Qarabağ Azadlıq Təşkilatın sədri Akif Nağı Ərdoğanın rus həmkarı Putinlə görüşünü dəyərləndirib. “A24.az” bildirir ki, təşkilat sədri bunları deyib: “Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşü də bizim üçün nəticəsiz bitdi. “Bizim” dedikdə, Qarabağı nəzərdə tuturam. Ayrı bir dərdimiz yoxdur. Hörmətli Ərdoğan oradan çıxıb gündəmdə olan tərəfə getdi. Deməli, bizim məsələ gündəmdə […]

Sim kartlar şəxsiyyət vəsiqəsini əvəz edəcək

Rusiyada Dövlət Duması yaz sessiyasında sim kartların pasportların alternativi kimi qəbul olunması barədə qanun layihəsi müzakirə olunacaq. AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, yeni qanun layihəsi vətəndaşların rahatlığını təmin etmək üçün işlənərək hazırlanıb. Belə ki, şəxsiyyəti təsdiq edən sənəd heç də həmişə insanın üzərində olmur. Əgər bir adamın adına iki […]

Rza Zərrab yoxa çıxdı – Vəkilindən açıqlama

Uzun müddətdir ABŞ-da həbs həyatı yaşayan azərbaycanlı milyarder Rza Zərrabdan 5 gündür xəbər yoxdur. Turkustan.info xəbər verir ki, bu barədə milyarderin vəkili açıqlama yayıb. Vəkil Zərrabın azad edilməsi ilə bağlı iddialara da cavab verib: “Azadlığa çıxması haqda yayılan xəbərlər doğru deyil. Mən də 5 gündür onun haqda məlumat ala bilmirəm”. […]

Qorxmaz Əlili yeni musiqi aləti hazırladı – VİDEO

Azərbaycanın tanınmış şoumeni, aktyor, müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlili Anadolu sazı ilə Azərbaycan sazını birləşdirən yeni alət ərsəyə gətirib. Turkustan.info xəbər verir ki, bu barədə “Mədəniyyət” kanalında məlumat verilib. Q.Əlili hazırladığı yeni musiqi alətini “Canqor” adlandırıb. Həmin alət buta formasında hazırlanıb. Alətdə ifa edən aşıq Roman Azaflıdır.  /Oxu.Az/  

Nazirlər niyə mətbuatdan qaçır?

Azərbaycan mediası məmurlarla təmas problemi yaşamaqdadır. İctimai maraq kəsb edən hansısa bir mövzuda nazirləri, komitə, agentlik rəhbərlərini danışdırmaq müşkül bir işə çevrilib. Hansı quruma üz tuturuq, ən yaxşı halda mətbuat xidmətinin rəhbəri sualları yazılı götürəcək, ən tezi 1 həftəyə onları cavablandıracaq. Bir çox qurumların mətbuat katibləri isə heç bunu da […]

Açıq satışda var: ancaq alan 500 manat cərimə olunur

Qanun qadağan etsə də, avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaratsa da, antiradar cihazı açıq satışa çıxarılır. Turkustan.info bildirir ki, qadağan edilmiş bu cihazın həm Əmlak Məsələləri Dövlət Komitəsində hərraca çıxarılması və alış-veriş saytında açıq şəkildə satılması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov axar.az-a açıqlama […]

Müşərrəf Akay Bakıda KQB-ni necə sındırdı – VİDEO

“Bir millət – iki dövlət” ifadəsinə aid məzmunu ilk dəfə sürəkli alqışlar altında yüksək tribunadan car çəkən bilsəniz kim olub? Və bu necə, nə zaman baş verib? Harada? Ötən əsrin 70-ci illərinin ortaları olardı. Türkiyə müğənnisi Müşərrəf Tezcan Akay Bakıda anşlaqla keçən qastrol konsertində idi. İndiki Heydər Əliyev, o zamankı […]

150 AZN-lik cərimə qanunu dəyişdirilə bilər? – VİDEO

Sabah axşamdan etibarən avtomobillərin arxa yan qapı şüşələrinə vurulan jalüz və pərdələrə icazə müddəti başa çatır. BakuPost.az xəbər verır ki, jalüz və pərdələrini yığışdırmayan sürücülər isə 150 AZN cərimələnəcək. Bəs arxa yan qapı şüşələrinə vurulan jalüz və pərdələr nəqliyyatda nə dərəcə təhlükə yaradırlar? Yığışdırması vacibdirmi? Lider TV-nin əməkdaşı bu suallara cavab […]

Çörəyin arasına siçan zəhəri qoyub dilənçi qadına verdi – Elə bir şey baş verdi ki… – Olmuş hadisə – VİDEO

Hadisənin Türkiyədə baş verdiyi qeyd olunur. Hər gün dilənçi qadının qapısını döyməsindən bezən ev sahibi çörəyin arasına zəhər qoyaraq ona verir. Sonda isə gözlənilməz hadisə baş verir. Turkustan.info Metbuat.az-a istinadən yutub sosial şəbəkəsində izlənmə rekordu qıran videonu təqdim edir.