Gün: Noyabr 16, 2017

BİABIRÇILIQ: Zaur Kamal 7-ci sinif şagirdinə elçi getdi – Qızı vermələri üçün dil tökdü – VİDEO

Zaur Kamal “5də 5” verlişinin “Elçilik” rubrikası üçün rayonların birinə elçiliyə gedib. A24.Az xəbər verir ki, oğlan evi qız evini razı sala bilmədiyi üçün qız qapısına Zauru göndərib. Zaur qızın evinə gəlib və anası ilə həmsöhbət olub. Söhbət zamanı məlum olub ki, Zaurun elçi getdiyi qız 7-ci sinif şagirdidir. Bunu qızın […]

“7 rayonun Azərbaycana qaytarılması artıq mümkün deyil” – Rusiyalı ekspert

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son görüşündən sonra Qarabağ münaqişəsinin həllinə dair yeni ehtimallar yaranıb. Rusiyalı politoloq Qriqori Trofimçuk Yenicag.ru-ya müsahibəsində münaqişənin nizamlanması prosesində yaranmış vəziyyəti dəyərləndirib. – Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti necə qiymətləndirirsiz? Proses nə ilə nəticələnəcək? – Türkiyə Azərbaycanın əsas müttəfiqidir və […]

SON DƏQİQƏ: Azərbaycanda yenə zəlzələ olub

Azərbaycanda maqnitudası 3,5 olan zəlzələ qeydə alınıb. Metbuat.az-ın AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb. Ocağı 24 km dərinlikdə qeydə alınan yeraltı təkanlar episentrdə 3 bala qədər hiss olunub. Yeraltı təkanlar Ağdam rayonunda da hiss olunub.

Rəmiş həyat yoldaşına gül verməkdən imtina etdi: “Kişi öz arvadına gül verməz” – VİDEO

Əməkdar artist, gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) “5də 5” verlişində qonaq olub. A24.Az xəbər verir ki, proqramda Rəmişin həyat yoldaşı Gülü də qonaq qismində iştirak edib. Verlişin aparıcısı Zaur Kamal Gülüyə verməsi üçün Rəmişə gül dəstəsi təqdim edib. Gitara ifaçısı isə gülü götürməkdən imtina edib. O, “Kişi arvadına gül verməz” deyərək  […]

Azərbaycanda 9 ballıq zəlzələ ola bilər – Ekspertdən xəbərdarlıq

Son bir həftə ərzində bölgədə seysmoloji aktivlik müşahidə edilir. Belə ki, noyabr ayının 12-də İran-İraq sərhədində baş verən 7,3 bal gücündəki zəlzələ nəticəsində böyük şəhərlərdəki yaşayış məskənləri yerlə yeksan olub. 530 nəfər həlak olub, 8000-dən çox insan yaralanıb. Zəlzələ İranla Azərbaycan sərhəddində olan Azərbaycan rayonlarında, Naxçıvan Muxtar Respublikasında hiss edilib. […]

Yeni İnternet cərimələri gəlir

İnternet informasiya ehtiyatının və domen sahibinin yayılması qadağan edilən informasiyanı yaymasına, informasiyanın yayılmasının qarşısını almamasına cərimə cəzası tətbiq edilə bilər. Ölkə parlamenti İnzibati Xətalar Məcəlləsinə bununla bağlı əlavələr etməyə hazırlaşır. Həmin əlavələr bu gün, noyabrın 16-sı Milli Məclisin Mədəniyyət komitəsinin iclasında müzakirəyə çıxarılıb. Bu haqda Milli Məclisin mətbuat xidməti xəbər […]

Kremldə görüş: iki kritik məsələ və tam sükut

Ermənistan prezidenti Serj Sərkisyanın  ötən gün Moskvaya səfəri zamanı iki kritik məsələ-Ermənistanla Avropa İttifaqı arasında üstün tərəfdaşlıq sazişinin imzalanması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub. Lakin tərəflərdən heç biri bu məsələlərə dair hər hansı açıqlama vermir. Virtualaz.org xəbər verir ki, Kreml Putinlə Sərkisyanın görüşünün protokol hissəsinə dair qısa məlumat yayıb. […]

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vyana görüşünə razılıq veriblər – BƏYANAT

Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda Vyanada ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində görüşməyə razılıq veriblər. Unikal.org xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir. Bəyanatda deyilir ki, həmsədrlər görüş üçün hərtərəfli siyasi həllə bağlı məsələləri və təmas xəttində gərginliyi azaltmaq üçün xüsusi tədbirləri özündə birləşdirən gündəliyi hazırlayacaqlar: […]

Eldar Mahmudovun evində “gözlənilməz qonaqlar”: Hesab sormaq üçün getdilər – FOTO+VİDEO

İllərdir sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan şikayətçi olan Yasamal rayon sakinləri Sevda Süleymanova və Elmidar İsmayılov bu dəfə də onun Badamdardakı evinə (ünvan redaksiyaya məlumdir-red.) yollanıblar.  Bu barədə cebhe.info-ya şikayətçilərin özləri məlumat verib. Şikayətçilər dediyinə görə, keçmiş nazirin evinə getmələrinə səbəb məsələlərində günahkar bildikləri Eldar Mahmudovla görüşmək və ona […]

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib – FOTOLAR

Zəngilan rayon Tarix Diyarşünaslıq muzeyində “Ölkəmizi tanıyaq” devizi altında tədbir keçirilib. Zəngilan məktəblilərinin iştirak etdiyi tədbirdə Zəngilan rayonunun tarixi, etnoqrafiyası və muzeydə əks olunan eksponatlar haqqında geniş məlumat verilib. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Turkustan.info-ya verilən məlumata görə, Sumqayıt şəhər Corat qəsəbə mədəniyyət evinin kollektivi müharibə veteranları ilə […]

“Lotu Quli”yə qarşı sui-qəsd planı – Həmin anın VİDEOSU

Ötən günlərdə İstanbulun Bahçelievler bölgəsində yerləşən AVM-də cinayətkar dəstəyə qarşı aparılan əməliyyatın daha bir pərdəarxası ortaya çıxıb. Yenicag.az xəbər verir ki,  əməliyyat nəticəsində saxlanılanlar arasında ötən il İstanbulda qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev də olub. Türkiyə mətbuatının yaydığı məlumata görə, Namiq Canıyev “Lotu Quli” ləqəbi ilə tanınan […]

Azay Quliyev: “Azərbaycana qarşı beynəlxalq cinayətlərin bütün formaları törədilib”

Azərbaycana qarşı beynəlxalq cinayətlərin bütün formaları törədilib. Turkustan.info Trend-ə istinadən xəbər verir ki,  bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin təbliği məqsədilə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: […]

Dövlət maşınları ucuz qiymətə SATILIR: “Opel” 1125, “Mitsubishi” 10 min (SİYAHI)

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunur.  Turkustan.info Baku.ws-ə istinadən xəbər verir ki,  1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. 4-cü sətirdə Azərbaycan […]

Hacı Əbdül 77 yaşında ata oldu – Bu uşağa da Əbdül adı qoyuldu

Hazırda “İmam Hüseyn” məscidi təmirdədir. 3 ay olar ki, fəaliyyəti müvəqqəti  olaraq dayandırılıb. Amma insanları həmişə tövbəyə çağırmışam. İstər siyasətçilər, istərsə də müğənnilər istədikləri vaxt tövbə edə bilərlər. Tövbə etmək gec deyil”. Turkustan.info bildirir ki, bu sözləri Modern.az saytına açıqlamasında “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov deyib. Hacı Əbdül tövbə üçün müraciət […]

Azərbycanlı milyarderin yeniyetmə oğlundan gözqamaşdıran paylaşımlar: Sauna, qızlar, milyonluq maşınlar – FOTO

Sankt-Peterburqdakı diaspor lideri, oliqarx Vaqif Məmişovun 17 yaşlı oğlu Rasim Məmişov son paylaşımları ilə medianın gündəminə düşüb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, Rasim Məmişov öz fotolarını və dəbdəbəli həyatını “Instagram” səhifəsində paylaşıb. Lüks həyatını sosial şəbəkələrdə paylaşan R. Məmişov hamının diqqətini çəkib. Həmin paylaşımları təqdim edirik:    

Nazir: Pensiyalar ikiqat artıb

“Azərbaycanda 100 minə yaxın işləyən pensiyaçı var”. APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazirin sözlərinə görə, əmək pensiyaları haqqında qanunvericiliyə edilən dəyişikliyə əsasən həmin şəxslərin pensiyaya çıxdıqdan sonra fərdi hesablarına yığılan pensiya kapitalından 72 aydan sonra yenidən istifadə etmək imkanı var: “Bu […]

“DəmirBank”ın xanım filial müdiri həbs edildi – 3 milyona görə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər – “Dəmir Bank” ASC-nin Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi başlayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Adıçəkilən şəxslərin hər birinin […]

Tiflisdə azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında aksiya keçirdi – “Dilqəm Əsgərova və Şahbaz Quliyevə azadlıq”

Gürcüstanın paytaxtı Tiflisidə Ermənistan səfirliyi qarşısında azərbaycanlı gənclər tərəfindən Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib. İstiPress-in məlumatına görə, aksiya iştirakçıları Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasını, Ermənistandan işğalçılıq siyasətinə son qoymasını, işğal altında olan torpaqlardan geri çəkilməsini tələb ediblər. Aksiya  “Dilqəm Əsgərova və Şahbaz […]

Həbs olunan Fədayə Laçının səhhəti pisləşdi – SON MƏLUMAT

Həbsdə olan müğənni Fədayə Laçının səhhəti pisləşib. Metbuat.az bildirir ki, bu barədə müğənninin vəkili Türkel Süleymanlı bildirib. Onun sözlərinə görə, mediada Fədayə Laçınla bağlı ölüm xəbərlərinin yayılması müğənnini sarsıdıb: “Fədayə xanımın səhhəti nasazdır. Yəni, bu məlum məsələlər onu sarsıdıb. Biz bütün faktları özümüzdə saxlamışıq, müəyyyən bir müddətdən sonra hüquq mühafizə […]

“Elə binalar var ki, bir təpik vursan uçar…” – Qurban Yetirmişli

Axşam saatlarında ölkənin bir neçə rayonunda zəlzələnin hiss olunması və evlərə dəyən ziyanlar insanları narahat edib. Son 10 gün ərzində Azərbaycanda artıq 2 dəfə hiss olunan zəlzələ yaşanıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yaxın günlərdə Azərbaycan ərazisində dağıdıcı zəlzələ olması ehtimalı yoxdur. Q.Yetirmişli […]

İştah diş altında deyilmiş, cibdə imiş: 150 min manata 850 qram göbələk! – FOTO

İtaliyada keçirilmiş Asta Mondiale del Tartufo Bianco d’Alba hərracında 850 qram göbələk 75 min avroya (150 min manat) satılıb. Göbələk “yerdombalanı” (“trufel”) növünə aiddir. Məhsulun alıcısı isə hərraca Honkonqdan qatılmış maliyyəçi Yucin Funq olub. Hərracda bu növ göbələklərdən ibarət 10 lot satışa çıxarılıb. Onların satışından ümumilikdə 370 min avro (740 […]

Prezident Əhliman Əmiraslanovunla bağlı sərəncam imzaladı

Prezident ilham Əliyev Əhliman Əmiraslanovun “Şərəf”ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Tapdıq oğlu Əmiraslanov “Şərəf” ordeni ilə təltif edilsin. Qeyd edək ki, sabah – noyabrın 17-də akademik, Milli Məclisin deputatı Əhliman Əmiraslanovun 70 yaşı tamam […]

Türkiyədə daha bir “FETÖ fırtınası”

məliyyatlar zamanı 108 nəfər keçmiş polis işçisi həbs edilib  Türkiyə təhülkəsizlik qüvvələrinin, ölkənin 30 əyalətində keçirdikləri əməliyyatlar zamanı 108 nəfər keçmiş polis işçisi həbs edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, onların FETÖ ilə əlaqəli olduqları iddia olunur. Polis işçilərinin həbsi üçün Ankara Prokurorluğu order verib. Xatırladaq ki, 2016-cı il […]

“Hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm” – Hacıbala Abutalıbovdan orijinal açıqlama

Ötən gündən etibarən bəzi KİV-lərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun beyin insultu keçirməsi ilə bağlı xəbərlər yayılıb. Unikal.org-un əməkdaşı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla əlaqə saxlayıb. O, barəsində yayılan “informasiyaya” belə münasibət bildirib. “Mən hazırda işimin başındayam. Səhhətim də isə heç bir problem yoxdur. Hazırda müdrüklükdən […]

Azərbaycandakı zəlzələ ilə bağlı yazılan ƏN GÜLMƏLİ STATUSLAR – FOTO

Xəbər verdiyimiz kimi, gecə ölkə ərazisində zəlzələ qeydə alınıb. Publika.az xəbər verir ki, Bərdənin 5.1 bal zəlzələ gücü ilə dünya trendinə düşməsi isə sosial mediada geniş rezonans doğurub. Boş qalmayan sosial şəbəkə istifadəçiləri “mizah” duyğularını işə salaraq, məsələyə zarafatyana da olsa, biganə qalmayıblar. Onların yazdığı ən gülməli statusları təqdim edirik.

“Oğru aləmi”nin əfsanəsi Zerkalo Klara: Atası Atatürk dostu, özü Lotu Bəxtiyarın, Sovetin düşməni idi – ARAŞDIRMA

“…Qayıda bilmədim bu yoldan. Və indi bütün ötənləri dərindən araşdırdıqdan sonra bu nəticəyə gəlmişəm ki, Tanrının hər kəsə bircə dəfə bəxş etdiyi ömür yan keçdi məndən. Hədər, boş yerə xərcləndi. Hər halda bu, mənim qismətim imiş görünür. Qismətdən də qaçmaq mümkünsüz bir işdi…”   Zerkalo Klara adı ilə tanınan əsil […]

APA-nın 13 yaşı tamam olur

“Azəri-Press” Agentliyinin (APA) fəaliyyətə başlamasından 13 il ötür.   Turkustan.info-nun məlumatına görə, “Azəri-Press” Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis, ərəb, fransız və erməni dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi […]

Dünya işığından məhrum olmuş ən savadlı gənclərimiz işsiz qalıb – “Gözümüz olun…”

Moris Meterlinkin “Korlar” pyesini oxuyanda, ağlıma belə gətirməzdim ki, nə vaxtsa reportajlarımın birinin qəhrəmanları da eynən Morisin pyesindəki obrazlara bənzəyəcək. “Korlar”dakı obrazlar kimi mənim qəhrəmanlarım da nə dünyanı görə biləcəklər, nə də bir-birlərini. Reportajımda dünya işığından məhrum olmuş 4 obraz var. Onlar nə ay işığını, nə günəş şüasını, nə də bir-birlərini […]

Yeni Türkiyə Strateji Araşdırma Mərkəzi türkçü alimlərə mükafatlar verdi

Türkiyənin baş kəndi Ankarada davam edən “Türk dilində danışan Ölkələrin Qurultayı”nda  Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin rəhbəri Həsən Celal Güzel Türk dünyasının tanınmış elm adamlarını, türk tarixinə imzalaraını qızıl hərflərlə yazan elm fədailərini, türkoloqları Mərkəzin təsis etdiyi “Türk dünyasına xidmət” mükafatı ilə dəyərləndirib. Mükafata layiq görülən Osman Fikri Sərtkaya, Tuncay […]

Qənirə Paşayeva Pan-Afrika Parlamentinin Birinci prezidenti Gertrude Mongella ilə köçkün qadınlardan danışıb

Millət vəkili Q. Paşayeva Pan-Afrika Parlamentinin Birinci prezidenti Gertrude Mongella ilə köçkün qadınlardan danışıb. Millət vəkili Q.Paşayeva Pekində keçirilmiş 4-cü Ümumdünya Qadın Konfransının baş katibi və Pan-Afrika Parlamentinin Birinci prezidenti Gertrude Mongella və onun rəhbərlik etdiyi heyətlə görüşüb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Afrika ölkələri ilə […]

Zəlzələ təhlükəsi: Bakıda hansı binalar dağıla bilər?

Cahangir Qocayev: “Bina qəzalı vəziyyətdədirsə, onlar sökülməli, insanlar təhlükəli binalardan köçürülməlidir” İranda 7,3 bal gücündə baş verən zəlzələ güclü dağıntılara səbəb. Yeraltı təkanlar ölkə daxilində yaşayış binalarının zəlzələyə davamlı olmadığını göstərdi. Hətta dağılan evlərə və binalara baxış keçirən İran prezidenti Həsən Ruhani də açıqlamasında bunu etiraf edib. O, dağıntıların çox […]

Kriminallaşan gənclik – Avtoritetləri təbliğ edən kitablar qadağan olunmalıdır?

Son günlər Azərbaycan mətbuatının gündəmini zəbt etmiş xəbərlərin böyük bir hissəsi kriminal aləmin nümayəndələri ilə bağlıdır. Bəzən onlar cəmiyyətə qəhrəman kimi təqdim olunur. Bu azmış kimi, hətta “qanuni oğrular” barədə kitablar da yazılaraq satışa çıxarılır. O da bir reallıqdır ki, Azərbaycan gəncliyi arasında özünə kriminal avtoritetləri kumir seçənlər də var. […]

Bibi qardaşı oğlunu bıçaqladı – Tovuzda

Tovuzda bıçaqlanama hadisəsi olub. Turkustan.info-nun “Report”un Qərb bürosuna istinadla məlumatına görə, 1990-cı il təvəllüdlü Sumqayıt sakini Qasımov Cavid Fəzail oğlu Tovuza qonaq gedib və hələ ki, bilinməyən səbəblərdən bibisi tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edən yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Ağdamdakı 6 ballıq zəlzələnin avtoşokları hələ davam edir

“Zəlzələnin proqnozunu əvvəlcədən vermək olmur. Əvvəlcədən bir şey bilinir ki, Azərbaycanın ərazisi seysmik ərazidir və zəlzələ daim ola bilər”. Turkustan.info xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib. O bildirib ki, noyabrın 15-də, saat 23:48-də Ağdam ərazisində qeydə alınan 6 […]

İranda yenidən ardıcıl iki zəlzələ baş verib – Ötən gecə

İranın qərbində 4,0 və 3,8 bal gücündə ardıcıl iki zəlzələ baş verib. Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzinin verdiyi xəbərə görə, ilk zəlzələnin episentri İranın Kermanşah şəhərindən 17 km şimal-qərbdə, ocağı 2 km dərinlikdə yerləşib. İkinci zəlzələnin episentri Sarpol-e-Zahab şəhərindən 32 km şimal şərqdə, ocağı 8 km dərinlikdə yerləşib. Noyabrın 12-də […]

Çildağa gedənlər – Maştağada qorxunu qorxu ilə götürməyin SİRLƏRİ – REPORTAJ

Yəqin ki, çildağ haqqında çox adam eşidib. Çildağ – dağbasma deməkdi. İnsanı diksindirmək üçün bədəninə yanar od-dağ basırlar. Deyilənə görə, insanın müəyyən nöqtələri var ki, həmin nöqtələrə od basanda bədən ayılır. Uzun illərdən bəri insanların qorxularını götürmək, bədnəzəri üzərlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan “çildağ müalicəsi”ndən istifadə edilib. […]

Rusiyanın Qarabağ təklifi: Hansı paket müzakirə edilir?

ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olaraq, Rusiya Qarabağ münasiqişəsinin həllində əsas açar fiqur olmasını bir daha göstərir. Məhz bu səbəbdən bu istiqamətdə müvafiq addımlar atmaq istəyir və bir daha Rusiya bölgədə öz nüfuzunu bərpa etməyə çalışır. Bu sözləri Axar.az-a politoloq Arzu Nağıyev Ərdoğan və Putin arasında keçirilən Soçi görüşündən sonra səfərlərə […]

Zəlzələ Tərtərdə 3 evi uçurtdu

Baş verən zəlzələ nəticəsində Tərtər rayonunda 3 ev uçub. Bu barədə Trend-ə Tərtər rayon icra başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov məlumat verib. Komissiya sədri bildirib ki, rayonun İsmayılbəyli və Evoğlu kəndlərində 3 ev və bir mal tövləsi uçub, 6 evə isə ziyan dəyib: “Hələlik dəqiqləşdirmələr […]

Azərbaycanda zəlzələ nəticəsində yaşayış evləri bu hala düşdü – FOTOLAR

Azərbaycanın bölgələrində baş verən güclü zəlzələ nəticəsində yaşayış evlərinə ziyan dəyib. “Report”un Qarabağ bürosu xəbər verir ki, təqribən 6 maqnitudaya yaxın baş verən yeraltı təkanlar nəticəsində evlərin və hasarların divarlarında çatlar əmələ gəlib, bəzi evlər qəzalı vəziyyətə düşüb. İnsanlar təşviş içində küçələrə çıxıb. Yeraltı təkanların təqribən 30 saniyə davam etdiyi […]

Azərbaycanda baş verən zəlzələ ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı məlumat yayıb. Mərkəzdən bildirilir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:48-də Ağdam ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli […]

SON DƏQİQƏ!! – Azərbaycanda 5,1 gücündə zəlzələ oldu

Mingəçevirdə 5,1 bal gücündə zəlzələ baş verib. Turkustan.info xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətindən məlumat verilib. Zəlzələ ocağı 60 km dərinlikdə yerləşib. Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, yeraltı təkan Bərdə ilə yanaşı Gəncə, Şəmkir və Şamaxıda da hiss edilib.  AZXEBER.COM