Gün: Noyabr 17, 2017

“Nə ata nəvazişi gördüm, nə də ana” – Arif Quliyev

Xalq artisti Arif Quliyev uşaqlığını xatırlayıb. Aktyor unuda bilmədiyi günləri Milli.Az oxucuları ilə bölüşüb. “İnsanın həyatında elə dəqiqələr var ki, onları unuda bilmir. Uşaqlığımla bağlı demək olar ki, heç nə yadıma gəlmir. Təkcə o yadıma düşür ki, bir qadın məni gətirib Mərdəkandakı uşaq evinin qabağına qoydu. Ağladığımı görüb məni aldatdı […]

“Facebook”-da yazdığınıza fikir verin, daha silə bilməyəcəksiz

Son qərar yenə də istifaəçilərin rəyləri əsasında veriləcək  “Facebook” sosial şəbəkəsi yenilik edib. Turkustan.info oxu.az istinadla xəbər verir ki, yenilik paylaşımlarla bağlıdır. Belə ki, bundan sonra paylaşdığınız status, video və fotoları silmək mümkün olmayacaq. Amma “redaktə et” funksiyası saxlanılıb. “Sil” funksiyasının əvəzinə daha bir yenilik tətbiq olunub. Bundan sonra paylaşımların tarixini […]

Dünyada ilk dəfə insandan insana baş köçürülüb

Dünyada ilk dəfə insandan insana baş köçürülüb. Turkustan.info APA-ya istinadən xəbər verir ki, meyit üzərində aparılan 18 saatlıq əməliyyat zamanı onurğa, sinirlər və damarları uğurlu şəkildə birləşdirmək mümkün olub. Əməliyyat həkim Jen Syaopinin başçılığı ilə Xarbin Tibb Universitetindən olan komanda tərəfindən həyata keçirilib. Sağ insan üzərində baş köçürülməsi əməliyyatının isə […]

Türk ordusundan NATO-ya sərt reaksiya

Norveçdə yerləşən NATO Mütəffiq Ordularının Hərbi Mərkəzində keçirilən təlimlərin son günündə yaşanan olaylar qəbuledilməzdir. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin bəyanatında deyilib. “Durum dərhal Baş Qərargaha məruzə edildi və yaşanan olayların qəbuledilməz olduğu vurğulandı. Məsələ ilə bağlı NATO-nun hərbi dairələrinə yazılı və şifahi şəkildə etiraz edildi və […]

Daxili orqanları görən “rentgen qız”: Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA

Son günlər “rentgen qız” adı ilə tanınan Natalya Dyomkina hər kəsin heyrətinə səbəb olub. 30 yaşlı Natalya etiraf edir ki, o, insanların daxili orqanlarını aydın görə bilir: “Mənim sanki iki cür görmə qabiliyyətim var. Bir insanın sağlıq durumunu öyrənmək istəyirəmsə, həmin an nəzərimi ona yönləndirəm. Prosesin özü mənim üçün heç […]

Bakıda torpaq sürüşməsi – Dağıntılar altında qalan var

Bakıda torpaq uçqunu baş verib, bir nəfər uçqun altında qalıb. Turkustan.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə […]

Benzinin qiyməti bahalaşdı – RƏSMİ AÇIQLAMA

Respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda “Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir. “Report”a SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir. Qeyd olunur […]

SON DƏQİQƏ: Azərbaycan yenə titrədi – 5 bal…

Azərbaycanda növbəti dəfə zəlzələ olub. Turkustan.info xəbər verir ki, təkanlar Bərdə, Yevlax, Mingəçevir və digər rayonlarda hiss edilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı “Report”a açıqlamasında bildirib ki, Azərbaycandakı zəlzələnin gücü 5 bala yaxın olub: “Zəlzələ Ağdam və Bərdədə qeydə alınıb. […]

Dağıntılar altından ürək ağrıdan mənzərə: Ölən ananın qucağından körpə sağ çıxarıldı – VİDEO

Turkustan.info-nun FaktXeber.com-a istinadən məlumatına görə, İraq-İran sərhəddində meydana gələn və 400 nəfərin ölümü ilə nəticələnən zəlzələdə xilaskarlar ürəkağrıdan mənzərə ilə rastlaşıblar. Belə ki, dağıdığıcı zəlzələdən 3 gün sonra dağıntılar altından özünü uşağı üçün fəda edən ananın qollarından sağ qalan uşağını çıxarıblar. Başqa bir videoda isə dağıntılar altından çıxardılan uşağın ağladığı […]

Gəncədə məktəbli qıza qarşı nalayiq hərəkət – 45 yaşlı kişi avtobusda…

Gəncədə 14 yaşlı məktəbli qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb. Turkustan.info bildirir ki, DİN-dən BakuPost.az-a verilən məlumata görə, noyabrın 16-da səhər saatlarında yeniyetmə bir qız ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq bir kişinin ona qarşı nalayiq hərəkətlər etdiyi barədə məlumat verərək onlardan kömək istəyib. Qaçmağa cəhd edən həmin şəxs polis […]

Sürücülərə şad xəbər: qalmaqallı cərimə ləğv edildi

Azərbaycanda sürücülərin diqqəti yayındıra biləcək söhbətdə iştirak etdiyinə görə cəzalandırılmasını nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılıb. Turkustan.info “Report”a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Belə ki, Məcəllədən 342.1.2 maddəsi çıxarılması təklif olunub. Bu maddəyə əsasən, nəqliyyat vasitəsini […]

Yığıncaqda “Lotu Quli”yə səs veriləcək – Moskvanın yeni “KRAL”I KİM OLACAQ? – FOTOLAR

Aslan Usoyanın (“Ded Xasan”) qətlindən sonra məhz Zaxariya Kalaşov (“Molodoy Şakro”) “oğrular kralı” titulunu aldı. Bu, kriminal dünyanın ən ali tituludur. Lakin cinayətkar qruplaşmanın yaradılmasında ittiham edilən “Şakro” indi həbsxanadadır. Məhkəmə hökmü verilməyib. Amma kriminal dünya artıq quruldayır: “Şakro”nun varisi, “bir nömrəli oğru” kim olacaq? Böyük ehtimalla, Kalaşov ömürlük həbs […]

Ərəb Bakıdan qız aldı, gəlini qızılı “Rolls Royce”la apardı – VİDEO

Azərbaycanlı qız ərəb oğlanla ailə həyatı qurub. Turkustan.info baku.ws-yə istinadən xəbər verir ki, gəlin gətirmə Bakıda 9-cu mikrorayonda baş tutub. Ərəb bəylə gəlinin binadan çıxmasının və gəlin maşınına əyləşməsinin videosunu fotoqraf Orxan Məmmədov sosial şəbəkədə paylaşıb. Qohum-əqrəba bəylə gəlini vağzalı sədaları altında və ərəblərə məxsus xüsusi səslərlə yola salıb. Bəylə […]

Qənirə Paşayeva Milli Qəhrəmanlara büstlərin qoyulması ilə bağlı qanunvericilikdəki boşluqların aradan qaldırlması təklif etdi

Millət vəkili Q.Paşayeva MM-də Milli Qəhrəmanlara büstlərin qoyulması ilə bağlı qanunvericilikdə yaranmış boşluqların qısa zamanda aradan qaldırlması təklifini irəli sürüb. Millət vəkili Q.Paşayeva bu gün MM-in iclasında bir sıra Milli Qəhrəman ailələrin onunla görüş zamanı qaldırdığı məsələni qaldırıb və qısa zamanda bu məsələyə baxılmasına çağırıb : “Prezidentimiz və Ali Baş […]

Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı MÜHÜM QƏRAR

Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri 2019-cu ilin yanvarın 1-dən veriləcək. Turkustan.info modern.az-a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, şəxsiyyət vəsiqələrinin 2018-ci il yanvarın 1-də verilməsi planlaşdırılsa da, texniki problemlərlə […]

Aqrar Universitetdə YAP-ın 25 illiyi keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində təntənli toplantı keçirilib. ADAU-nun mətbuat xidmətinin xəbərində bildirilib ki, əvvəlcə Dövlət himni səsləndirilib. İctimai elmlər və multikultralizm kafedrasının müdiri, professor Azad Bayramov tədbiri giriş sözü ilə açıb, Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, keçdiyi inkişaf yolundan geniş və ətraflı […]

Psixoloqdan zəlzələ xəbərdarlığı: “Ehtiyatlı olun”

“Hər bir təbiət hadisəsi kimi zəlzələ də insanların psixologiyasında iz buraxır. Xüsusilə, KİV-lərdəki informasiya bolluğu, şişirdilmiş xəbərlər bu izləri daha da dərinləşdirir”. Turkustan.info bildirir ki, Cebhe.info-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı belə deyib. Psixoloq qeyd edib ki, arxası kəsilməyən fəlakət xəbərlərinin sürətlə tirajlanması, sosial şəbəkələr və internet saytlarında yayılan və fəlakəti […]

“Dünya biləcək ki, Molla Pənah kimi eşq şairinin yatdığı torpaq indi erməni işğalındadır…” – Ərdoğanın baş müşaviri ilə MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, dünən Nizami Kino Mərkəzində “3-cü Türk filmləri həftəsi”nə start verilib. Tədbirdə Türkiyə Prezidentinin baş müşaviri, keçmiş mədəniyyət və turizm naziri Yalçın Topçu da iştirak edib. Yalçın Topçu A24.az-ın bir neçə sualını cavablandırıb. “Bu xaincə, alçaqca işağala mütləq son veriləcək…” – Yalçın bəy, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya […]

Ramzan Kadırov uşaqlarının görüntülərini paylaşdı: Bəyənmə rekordu qırdı – VİDEO

Ramzan Kadırovun övladlarının görüntüləri yayılıb. A24.Az xəbər verir ki, Çeçenistan Respublikasının dövlət başçısı Ramzan Kadırov “İnstagram” səhifəsində maraqlı video paylaşıb. Dövlət başçısının övladlarınnın səmimi görüntülərinə izləyiciləri tərəfindən müsbət rəylər yazılıb. Maraqlı video sosial şəbəkə izləyiciləri tərəfindən də bəyənilib.

Məlahət İbrahimqızı Avropa Birliyini tənqid etdi

“Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycan qarşı qərəzli hücuma keçiblər. Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunan tədbirdə də bunu qeyd etdi”. Turkustan.info xəbər verir ki, bunu Milli Məclis bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, Avropa Parlamentinin son hesabatında Azərbaycanın […]

Türkiyə əsgərlərini NATO-dan geri çağırdı – Gərginlik

NATO təlimlərində iştirak edən 40 hərbçimizi geri çağırmışıq. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb. “Son olaraq Norveçdə bir hadisə baş verdi. Atatürkün ismi olan düşmən tablosu kimi bir tablo qoyublar, bir tərəfdə də şəxsimin ismi. Bu xəbər gələn zaman Baş Qərargah rəisimiz və Avropa Birliyi […]

Prokurorluq orqanlarına əlavə səlahiyyət verildi

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.   Modern.az-ın məlumatına görə, layihəyə əsasən, Azərbaycanda prokurorluq orqanlarına əlavə səlahiyyət verilir.   Məcəllənin 54-cü (İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti) maddəsinə 538-1.4 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından əsassız imtina […]

Yol polisinə çətin anlar yaşadan Elvin kimdir? – Avtoxuliqanın görüntüsü – VİDEO

Ötən gecə Bakının Nərimanov rayonunda “BMW” markalı avtomobilin sürücüsünün sərxoş halda avtoxuliqanlıq etdiyini xəbər vermişdik. Yeniçağ xəbər verir ki, hadisə Bakı şəhəri ərazisində reyd aparılan zaman qeydə alınıb. Belə ki, Heydər Əliyev prospektində “10-LJ-600” dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Adıgözəlov Elvin Nüsrət oğlu yüksək sürətlə manevr qaydalarını pozduğuna […]

Zeynəb Xanlarova parlamentdə Rasim Balayevdən DANIŞDI: “Onun dərman almağa pulu yoxdur”

“Atalarımızın bir sözü var, desəm öldürərlər, deməsəm ölərəm. Mədəniyyətimizə böyük töhfə verən, filmlərdə qəhrəman rolu yaradan Rasim Balayev haqqında danışmaq istəyirəm”. Turkustan.info-nun xəbərinə görə, bu sözləri deputat, Xalq artisti Zeynəb Xanlarova deyib. Z.Xanlarova bildirib ki, Rasim Balayev haqqında yazılanları hamı oxuyub və söhbətin nədən getdiyini bilir: “Uzun illər filmlərə çəkilən, […]

Əhaliyə XƏBƏRDARLIQ: fənər, dərman və radio cihazları hazırlayın!

ABŞ-ın Alyaska ştatının sakinlərinə Şimali Koreyanın nüvə hücumlarına qarşı xəbərdarlıq edilib. Publika.az xarici mediaya istinadən xəbər verir ki, bölgə əhalisini gözlənilən hücuma qarşı hazırlamaq üçün tədbirlərə başlanılıb. ABŞ-ın Fövqəladə Planlaşdırma Komitəsinin üzvü Ceremi Zidek əhaliyə radiasiyaya qarşı dərman, fənər və radio cihazlarını hazır vəziyyətə gətirməyi tövsiyə edib. Ölkə mediasına açıqlamasında […]

Parlament ödənişli yolların əhatə dairəsini dəqiqləşdirən layihəni qəbul etdi

Milli Məclis “Avtomobil yolları haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.   Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, dəyişiklik ödənişli yolların əhatə dairəsini dəqiqləşdirir.   Layihə ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsini (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallar, ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yolları) dəqiqləşdirmək, habelə ödənişli yolların yaradılması ilə […]

Azay Quliyev: “İnsan orqanlarının alverçiləri Azərbaycana təzyiq etməyə çalışırlar”

“Vaxtilə azərbaycanlı əsirlərin daxili orqanlarının alveri ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana təzyiq göstərməyə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xələl gətirməyə çalışır”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin noyabrın 17-də keçirilən iclasında deputat Azay Quliyev deyib. O bildirib ki, hər dəfə Azərbaycanla Avropa İttifaqı arasında mühüm məsələlər müzakirə olunan zaman bu […]

Baş nazir Nuru paşa ilə bağlı müraciəti cavabsız qoyub – Milli Məclisdə məsələ qaldırıldı

“Bu gün Milli Dirçəliş günüdür. Bu münasibətlə hər bir kəsi təbrik edirəm. Bu il AXC-nin 100 illiyi tamam olur. Ölkə başçısı bununla əlaqədar vaxtında və yerində müvafiq sərəncam verdi. Bununla da cənab prezident AXC-nin 100 illik yubleyinin keçirilməsi ilə bağlı öz həsasslığını göstərdi”.   Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin […]

Deputat parlamentdə soruşdu: “Rəsulzadə və Nuru Paşa ilə bağlı nə etmişik?”

“Bildiyimiz kimi, gələn il Cümhuriyyətin 100 illik yubileyidir. Bununla bağlı tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün dövlət başçısı öz həssas mövqeyini göstərdi”. Turkustan.info xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib. F.Mustafa Cümhuriyyətin yubileyinə lazımi münasibətin olmadığını bildirib: “Ancaq hesab edirəm ki, biz hələ millət olaraq […]

Ərdoğan Putindən bu üç rayonumuzu istədi – Türk diplomat şifrələri açdı

Türkiyə prezidenti Kuveyt səfərində rusiyalı həmkarı ilə görüşündən bəhs edib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunu da müzakirə ediblər. Hətta Ərdoğan qeyd edib ki, Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər: “Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var. “Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Putin […]

Azərbaycanlı tələbə Türkiyədə faciəvi şəkildə öldü

Türkiyədə azərbacanlı tələbə partlayış zamanı ölüb. Bu barədə “Report”a dünyasını dəyişən tələbənin qohumları məlumat verib. Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər. Onların […]

Abutalıbovun səlahiyyətləri niyə “iflic” edilir? – İlin sonuna kimi postu ilə vidalaşa bilər

Son günlər Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) başçısı Hacıbala Abutalıbovun  tezliklə istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yenidən intensivləşib. Gələn ilin yanvarında  icra başçısı təyinatının 18 ili tamam olacaq Abutalıbovun səhhətinin pisləşməsi, iflic olduğu üçün gecə ilə Almaniyaya aparılması haqda xəbərlər də bu baxımdan diqqət çəkir. BakuPost.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, 73 […]

Türkiyə Füzulinin məzarı üzərində türbə tikmək üçün İraqla müqavilə imzaladı – Möhtəşəm addım

Şərq ədəbiyyatının nəhənglərindən olan Azərbaycan şairləri – İmadəddin Nəsimi və Məhəmməd Füzulinin münaqişəli bölgədə yerləşən məzarları hər zaman müzakirə mövzusu olub.   Zaman-zaman həm Füzulinin İraqın Kərbəla, həm də Nəsiminin Suriyanın Hələb şəhərində olan məzarının aqibəti, onların nəşinin vətənə gətirilməsi mövzuları gündəmə gətirilib və tezliklə də unudulub.   AMEA-nın Füzuli […]

Zabil Müqabiloğlunun 40 yaşı…

Bu gün mərhum əməkdaşımız Zabil Müqabiloğlunun doğum günüdür. Onu vaxtsız itirməsəydik, bu gün 40 yaşı tamam olacaqdı Zabilin. Nəyə görəsə “40 yaşı qeyd etməzlər” deyirlər. Amma Zabil 40 yaşını qeyd edəcəkdi. Onun üçün bütün əlamətdar təqvim günləri məclis qurmaq üçün bəhanəydi. Məclis, söhbət, ünsiyyət adamıydı Zabil. Biz onu vaxtsız itirdik. […]

Qənirə Paşayeva Mərakeşin tanınmış təşkilat rəhbərlərinə Xocalı soyqırımından danışdı

Millət vəkili Q.Paşayeva Mərakeşin tanınmış təşkilat rəhbərlərinə Xocalı soyqırımından danışıb. Turkustan.info xəbər verir ki, Milli Məclisin deputatı Q. Paşayeva Mərakeşin tanınmış ictimai xadim qadınları, təşkilat və QHT rəhbərləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə […]

Lənkəranskinin qardaşı barədə məhkəmə qərarı – Həbs edildi

Xəbər verdiyimiz kimi, ötən gün Lotu Quliyə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev də daxil olmaqla 4 azərbaycanlı və “Şirinlər” dəstəsinin 9 üzvü məhkəmə qarşısına çıxarılıb.  “Qafqazinfo” proseslə bağlı maraqlı faktlar əldə edib. Belə ki, məhkəmə prosesi bir neçə saat davam edib. Daha sonra hakimlər […]

Ərdoğandan Qarabağla bağlı bədbin AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya, Küveyt və Qətərə rəsmi səfərlərinin yekunlarını şərh edib.   Turkustan.info APA-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunun da müzakirə edildiyini bildirib. “Cənab Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var.  Yeddi rayondan beşi […]

Tanınmış jurnalist üçün dəstək aksiyası başladıldı

Turkustan.info bildirir ki ,tanınmış jurnalist Ülviyyə Həsənqızının keçirdiyi xəstəliklə əlaqədar jurnalist həmkarları sosial şəbəkələrdə paylaşımlar edərək dəstək aksiyası başlatmışdır.Bizdə təkbaşına xərçənglə mübarizə aparan Ülviyyə xanımı ruhdan düşməməsi üçün dəstəkliyir və bütün oxucularımızı bu aksiyada iştirak etməyə dəvət edirik DİQQƏT!!! PAYLAŞ!!! Tanınmış jurnalist, mədəniyyət sahəsini sevərək işıqlandıran, jurnalistika ilə nəfəs alan […]

Gənc Qaqauz türkü idman federasiyasında departament rəhbəri təyin olunub

Azərbaycan Alpaqut Federasiyasının heyətində yeni təyinatlar olub. İctimai fəal Səidə Ömərovaya Federasiyanın mədəniyyət departamentinin sədri vəzifəsi verilib. Səidə xanımın açıqlamasına görə hal-hazırda Azərbaycan Alpaqut Federasiyası noyabr ayının 25-də Bakı şəhəri Sərhədçi Olimpiya İdman Kompleksində keçiriləcək növbəti beynəlxalq yarışın II Dünya kubokuna hazırlaşır. “Bu yarışda 19 xarici ölkədən rəsmi olaraq alpaqutçuların […]

Yeni test modeli nə vaxt ictimaiyyətə təqdim olunacaq? – VİDEO

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli barədə məlumat verilsə də, detallar hələlik açıqlanmır. Turkustan.info-nun Xəzər Tv-yə istinadən məlumatına görə, mövzu ilə bağlı açıqlama verən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə […]