Gün: Noyabr 18, 2017

“Qoca”nın toydan görüntüləri yayıldı – Sağlıq deyir, rəqs edir – VİDEO

“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun toyda olarkən çəkilmiş görüntüləri yayılıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, videoda Qocanın toyun səbəbkarlarını təbrik etməsi və rəqs etməsinin görüntüləri əks olunub. Xatırladaq ki, oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçan məhbuslardan biri də E.Məmmədov olub. O, hüquq-mühafizə orqanları əməkdaşlarının […]

Aqrar Universitetin tələbələri Goranboy rayonunun pambıq sahələrində olub

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqranomluq fakültəsinin müəllim və tələbələri Goranboy rayonunun pambıq sahələrində son vegetasiya işləri ilə tanış olub. ADAU-nun mətbuat xidmətinin xəbərində deyilib ki, strateji əhəmiyyət daşıyan pambıqçılıq tədris müəssisəsinin sözügedən fakültəsində elmi cəhətdən araşdırılır, tədris edilir, öyrənilməsi və təcrübəyə tətbiqi üçün ən zəruri və müasir metodlardan istifadə edilir, […]

Hüseyn Əzizoğlunun bu videosu qalmaqala səbəb oldu – VİDEO 18+

Azərbaycanlı videobloger Hüseyn Əzizoğlunun çəkdiyi video növbəti dəfə tənqidə məruz qalıb. Yenicag.az xəbər verir ki, reklam xarakteri daşıyan videoda +18 mətnli sözlərdən istifadə olunub. İzləyicilər videonun şərh bölməsinə öz etirazlarını yazaraq, silməsini tələb edib. Qeyd edək ki, bundan bir müddət öncə də blogerin çəkdiyi video əxlaqsızlığı təbliğ etdiyinə görə, tənqid […]

Millət vəkili Q.Paşayeva Ərəb Liqası rəsmiləri ilə evinə dönə bilməyən köçkünlərdən danışıb

Millət vəkili Q.Paşayeva Ərəb Liqasının Ailə və Qadın məsələri departamentinin rəhbəri İnes Mekkavi ilə görüşdə ona Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib […]

Azərbaycanda polislər qəzaya düşdü – Serjant öldü, baş leytenant yaralandı – FOTOLAR

Sabirabad rayonunda qəza nəticəsində ölən və xəsarət alan şəxslərin polis əməkdaşları olduğu müəyyənləşdirilib.  Turkustan.info APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində ölən sərnişin Sabirabad rayon Polis Şöbəsinin serjantı Cavadov Nicat Əlimirzə oğlu,  xəsarət alan isə sürücü, polis baş leytenantı Sultanov Şəhriyar Əhliyar oğludur. Məlumata görə, qəzaya səbəb havanın qatı dumanlı olması olub.

Şəbnəm Tovuzlu oğlu və həyat yoldaşı ilə birlikdə: “Balam atası ilə tort da kəsdi” – FOTOLAR

Müğənni Şəbnəm Tovuzlu oğlu Əlinin anadan olmasının 8-ci ayını qeyd edib. A24.Az xəbər verir ki, müğənni oğlu və həyat yoldaşı ilə əlamətdar günün şərəfinə tort kəsib. Şəbnəm “İnstagram” səhifəsində paylaşdığı fotolarında “Bu gün balamızın 8 ayı tamam oldu. Balam atası ilə tort da kəsdi. Sənə canımız fəda olsun, Əli! Böyüdükcə üzümüzü […]

ŞOK İDDİA: Dünya sabah dağılacaq

Dünyanın dağılması ilə bağlı növbəti iddia irəli sürülüb. Metbuat.az xəbər verir ki, alimlər dünyanın sabah dağılma ehtimalının olduğunu açıqlayıblar. Belə ki, varlığı sübut olunmayan itən planet “X Niburu”nun 19 noyabrda dünyaya yaxınlaşacağı və özü ilə birlikdə fəlakətlər gətirəcəyi bildirilib. Bu planetin dünyaya yaxınlaşması dağılma prosesinin başlanğıcı olacaq. Bununla da qiyamətin […]

İndi söz sizindir, ƏZİZ XANIMLAR…

Uydurmaları kəşf edən təkcə xanımlar deyil. Lazım gələndə kişilər də uydurmağı bacarır. Xüsusilə, xanımlar haqqında. Özü də elə bacarırlar ki, dil-dil ötən xanımlar  belə onların cavabını verməkdə çətinlik çəkirlər. Maraqlıdır ki, kişilərin bu haqda mövzusu nədən ibarət olur?   Bu suala cavab axtarmazdan əvvəl bir məsələni qeyd edək ki, uydurmalardan […]

“Ölməyə Azərbaycanı istərdim” – 80 yaşlı türk qadın

Səksən il öncə başlanan yolun son dayanacağı “Ölməyə Azərbaycanı istərdim”. 80 yaşlı türk qadını belə deyir. Hazırda Qusarın Urvapalasa kəndində oğlu Balabəylə yaşayan Bazarali Məmmədova 80 il bundan əvvəl Gürcüstanın Axalkalaki rayonunda doğulub. 6 yaşı olanda ailəsilə Özbəkistanın Fərqanə vilayətinə sürgün olunub. Düz 47 il Fərqanədə yaşayıb, ailə həyatını burada […]

Ərdoğan NATO-nun üzrxahlığını qəbul etmədi – Elə səhvlər var ki alçaq adamlar edir

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan NATO-nun Norveçdə keçirilən təlimlərində onun Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün fotolarının düşmən hədəfi kimi göstərilməsinə görə Alyans rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bu barədə R.T.Ərdoğan hakim Ədalət və İnişaf Partiyasının toplantısında bildirib.  “Dünən NATO təlimlərində yol verilən hörmətsizliyin […]

Xaçmazda sakinləri narahat edən məqam: 20 MANATLIQ QADINLAR – VİDEO

Xaçmaz şəhərində Çarxı kəndində fəaliyyət göstərən kafelərdən birində baş verənlərin sakinlərdə narahatlıq doğurduğu bildirilir. Bu barədə kənd sakini Rəşid Məmmədli özünün facebook hesabında məlumat paylaşıb. O bidirib ki, kənd ərazisində fəaliyyət göstərən “Dostluq” adlı kafedə insan alverinə şərait yaradılır. Rəşindin sözlərinə görə, kafedə işləyən qadınlar müştərilərdən 20 AZN pul aldıqdan sonra […]

Livandan sonra hədəfdə bu ölkədir – Şərqin yeni “fateh”inin HÜCUM PLANI

Yaxın Şərqi bir-birinə qatan Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Yəmən, Qətər, Fələstin və Livandan sonra İordaniyanın da başına bəla olub. Turkustan.info xəbər verir ki, şahzadə Qətərin blokadaya salınması ilə başlatdığı bölgəni “səhmana salmaq” əməliyyatlarına fələstinliləri də daxil edib. Onun İsrail və ABŞ-la razılaşaraq əldə etdiyi həll yolu planı İordaniyada […]

Prezident Siyavuş Novruzovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. A24.az xəbər verir ki, təltif olunanlar sırasında hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da var. O, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.  (azvision.az)

Prezident İlham Əliyev icra başçısı ilə bağlı sərəncam verdi

Bu gün prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. A24.Az xəbər veri ki, təltif olunanlar arasında Nərimanov rayon İcra Hakimiyyətinin rəhbəri Abdin Fərzəliyev də var. Sərəncama əsasən, Fərzəliyev Abdin Ələsgər oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib – Foto

Noyabrın 17-də “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Bakıda 17 noyabr – Milli Dirçəliş Günü və təşkilatın yaranmasının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Turkustan.info xəbər verir ki, “Böyük tələbə layihəsi”nin 25-ci ildönümünə həsr edilmiş tədbirdə Milli Məclisin deputatları, azərbaycanlı və türkiyəli iş adamları, müxtəlif illərdə Türkiyədə təhsil almış və […]

Sumqayıtda “məhəbbət üçbucağı”: 19 yaşlı gənc, Vüsalə və onun keçmiş əri…

Həyat yoldaşından ayrılan, bir övlad anası olan qadın özündən 10 yaş kiçik oğlana dəfələrlə “səndən başqa həyatımda kimsə yoxdur” deməklə onu inandırıb. 19 yaşlı gənc qadının sözlərinə o qədər də inanmayıb və onun mobil telefonuna danışıqların səsli qeydiyyatını aparan proqram yükləyib. Əsl faciə də bundan sonra baş verib. Qadının keçmiş […]

Dünyanı idarə edən 13 ailə — Ötən əsrin müəmmalı sirri

Ötən əsrdə dünya hakimiyyəti və planetin idarə edilməsi barədə müəyyən iddialar, teoriyalar ortaya atıldı. Bəzi araşdırmaçılara görə dünyanı massonlar, bəzilərinin fikrinə görə isə iluminatilər idarə edir. Bəziləri isə daha da irəliyə gedərək dünyanın yadplanetlilər tərəfindən idarə edildiyini iddia edir. Bu teoriyalardan hansının düzgün olub-olmadığını biz də bilmirik. Sadəcə bu gün […]

“Bəs deyirdilər yağ ucuzlaşır, hanı?”- REPORTAJ

Hökumətin qərarının qüvvəyə minəcəyi günü gözləyir Son zamanların ən çox müzakirə edilən mövzularından biri də kərə yağında gözlənilən ucuzlaşma oldu. Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması ilə bağlı qərar müzakirələrə yol açdı. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan […]

“Ehtiyatlı olun, Azərbaycan ordusu çox güclü zərbə endirəcək…” – Düşmən ölkədə inanılmaz saatlar

“Əgər gələn ay Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşdən konkret irəliləyiş əldə olunmasa Azərbaycan ordusunun təmas xəttində güclü zərbə endirməsi gözlənilir”. Virtualaz.org-un verdiyi xəbərə görə, belə xəbərdarlıqla Fransa Strateji Araşdırmalar Mərkəzinin erməni eksperti Kayts Minasyan “168 jam” qəzetinə müsahibəsində çıxış edib. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin […]

Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar yaxalandı – VİDEO

Türkiyədə fahişəliyə qarşı əməliyyat zamanı azərbaycanlı qadınlar da saxlanıb. Moderator.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Düzcə polis bölməsinin keçirdiyi əməliyyatda qadınları fahişəliyə cəlb edən şəxslər yaxalanıb. Onlar arasında məkan təminatı ilə məşğul olan iki azərbaycanlı qadın da var. 33 və 34 yaşlı adları açıqlanmayan qadınlar dəri xəstəliklərindən müayinə üçün xəstəxanaya […]

Lavrov Bakıya hansı planla gəlir? – DİPLOMATİK MƏNBƏ

Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Bakıya, 21-də isə İrəvana səfər edəcək. Publika.az xəbər verir ki, Lavrovun Bakı və İrəvana yeni planla gələcəyi haqda informasiyalar var. Ərdoğan və Putin noyabrın 13-də Soçidə görüşdü. Noyabrın 14-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bir araya […]

ABŞ azərbaycanlıdan Türkiyəyə qarşı dəyənək hazırlayır

Rza Zərrab davası Türkiyəyə qarşı dəyənək kimi istifadə ediləcək. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bunu “Sözcü” qəzetinə açıqlamasında Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədr müavini Ərdal Aksüngər söyləyib. “Zərrab itməyib. O, sadəcə olaraq, ABŞ hökumətinə etiraf edərək, şahidlərin qorunması proqramı çərçivəsində müdafiə altına alına bilər. Vəkillərinin Zərrab ilə görüşməməsi və harada […]

Separatizmə dəstək verən laçınlı məmur işdən qovuldu?

İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı keçirilən qanunsuz referendumuna açıq dəstək nümayiş etdirən Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin adı İcra Hakimiyyətinin rəsmi saytından çıxarılıb. Axar.az xəbər verir ki, qurumun saytında “Aparatın strukturu” bölməsində icra nümayəndələrinin ad və soyadları, onların icra etdikləri vəzifələr və səlahiyyətləri qeyd olunub. Sözügedən […]

Səudiyyə Ərəbistanından SƏRT ADDIM: səfirini geri çağırdı, Berlinə nota göndərdi

Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini geri çağırıb. Publika.az xəbər verir ki, Riyad hökuməti bu addımı ölkənin xarici siyasətini sərt tənqid edən Almaniya xarici işlər naziri Siqmar Qabrielə cavab olaraq atıb. Riyad hökuməti Siqmar Qabrielin Livanın baş naziri Səad Həririnin istefası başda olmaqla, bir çox hadisəni sərt tənqid etməsini çirkin və haqsız açıqlamalar […]

8 dəfə əməliyyat olunan Ramiz Əzizbəyli: “Üçüncü toyuma hazırlaşıram”

Əslində, onunla çoxdan görüşməliydik. Hər dəfə də təxirə düşən bu görüşdə günahkar mən idim: onu xəstə halda yorğan-döşəkdə görmək istəmirdim. Elə uzaqdan-uzağa maraqlanır, müalicə olunduğunu, hətta bunun üçün tez-tez Türkiyəyə getdiyini də bilirdim. Bu dəfə isə səsi gümrah gəldi: “Ay qardaşqızı, bəs sən bizə nə vaxt gəlirsən?” deyə, soruşanda tərəddüd […]

Yuxudan duran kimi çarpayını yığmaq olmaz: Səbəblər sizi şoka salacaq – VİDEO

Uşaqlıqda bizi tənbeh edirdilər ki, yuxudan duran kimi yerini toplamalısan. Valideynlər bunu övladına onunla izah edir ki, yatağı toplamaq təmizliyin vacib şərtlərindən biridir və hər kəs öz otağının təmizliyinə fikir verməlidir.Publika.az xarici mətbuata istinadən xəbər verir ki, elmi araşdırmalar bu fikri inkar edir. Tədqiqatlar göstərir ki, gigiyenik baxımdan çarpayını səhər […]

Benzinin bahalaşması avtomobil bazarına necə təsir edəcək? – ŞƏRH

Benzinin qiymətinin bahalaşması və gömrük rüsumunun yeni ildən artırılacağı barədə gəzən söz-söhbətlər avtomobil bazarına təsirsiz ötüşməyəcək. İlin sonu yaxınlaşdıqca proqnozlara görə milli valyutamız xarici valyutalara qarşı dəyərini itirəcək. Oxu.Az bütün bu hadisələrin avtomobil bazarına təsiri ilə bağlı ekspert Rəşad Quliyevin şərhini diqqətinizə çatdırır: “İlk növbədə Aİ-95 (Premium) və Aİ-98 (Super) markalı […]

Rəsulzadənin adı yenidən BDU-ya qaytarıla bilər

Bir neçə gün bundan öncə ölkə başçısı Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Qeyd edək ki, gələn il Azərbaycan Cümhuriyyətinin də 100 illik yubileyi qeyd olunacaq. Şanlı dövlətin yadigarı olan Bakı Dövlət Universitetinin də 100 illik yubileyinin keçirilməsi təqdirəlayiq hadisədir. Xatırladaq ki, Azərbaycan Cümhuriyyətinin 1919-cu il […]

Türkiyədə NATO-ya qarşı cinayət işi açıldı

Ankara Cümhuriyyət Prokurorluğu NATO təlimlərində Prezident Rəcəb Tayyib Ərdoğan və ulu öndər Mustafa Kamal Atatürkü hədəf alan olayla bağlı cinayət işi başladıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb: “Norveçdə yerləşən NATO Müttəfiq Hərb Mərkəzində keçirilən təlim zamanı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu […]

“WhatsApp”dan yeni səs funksiyası

“WhatsApp” messencerinin yaradıcıları “push-to-talk” səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə veriblər və həmin vaxtdan funksiyada ciddi dəyişiklik edilməyib. AzNews.az xəbər verir ki, hazırda servis həmin funksiya üzərində işləyir. Məlumata görə, indi səsli mesaj yazmağa başlayan kimi “WhatsApp” mikrofon düyməsinin əvəzinə yeni üzə çıxan interfeys görünəcək. İstifadəçi təxminən yarım saniyə sonra […]

Turan İbrahimov ortaya çıxdı – ATV-ə qayıdır? – FOTO

Çalışdığı telekanaldan qovulan Turan İbrahimovun yeni görüntüləri yayılıb. A24.Az xəbər verir ki, bir müddət öncə ATV-dən qovulan qalmaqallı aparıcı Turan İbrahimovun sosial şəbəkədə yeni fotosu yayılıb. Oğlu Ömər və qardaşı oğlu ilə olan fotosu izləyicilər tərəfindən bəyənilib. Rəylərdə isə izləyicilər aparıcı üçün darıxdıqlarını və onu yenidən efirdə görmək istədiklərini yazıblar. “Oğlum, […]

Yaponlar niyə kütləvi şəkildə ölürlar? – “KİROSİ” DƏHŞƏTİ

Kənardan olduqca xoşbəxt və qayğısız görünən yapon xalqının ən böyük problemi bilirsiniz nədir? Gün ərzində hər beş yapondan biri 12 saatdan çox işləyir. Bu həftədə orta hesabla 60 saat deməkdir. 2013-cü ildə ölkədə aparılan statistikaya görə, gərgin iş şəraiti səbəbindən 133 nəfər dünyasını dəyişib, 306 insan ağır xəstələnib. 2015-ci ildə […]

Qoz qabığı ilə saç boyamaq üsulu

Qoz qabığı ilə saç boyamaq üsulu olduqca qədim bir ənənədir. Publika.az xəbər verir ki, sağlam və heç bir əlavə təsiri olmayan bu üsul ağ tükləri tez bir zamanda rəngləyir. Həmçinin, tərkibindəki vitamin və minerallarla saç köklərini qidalandırır. Qoz qabığı ilə saç boyamaq üçün çatlamış və yetişmiş 3 xörək qaşığı miqdarında […]

Azercell-in 4G xidmətləri yüksək sürətlə bölgələrə yayılır

Artıq Bərdə, Şəmkir və Lənkəranda da varıq Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və  Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell yeni 4G stansiyalarını quraşdırıb. İndi Bakı, Abşeron yarımadası və Gəncə ilə yanaşı Bərdə, Şəmkir və Lənkərandada Azercell abunəçiləri 4G xidmətinin gücündən yararlana bilirlər. […]

MTRŞ-dan Zaurun 15 yaşlı qıza elçi getməsi ilə bağlı – AÇIQLAMA

“Xəzər” TV-də yayımlanan “5-də 5” verilişinin “Elçilik” rubrikasında 15 yaşlı məktəbli qızın nikaha cəlb olunması ilə bağlı kadrlar nümayiş edilib. Turkustan.info-nun məlumatına görə, bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov AzVision.az-a bilidriib ki, hazırda məsələ araşdırılır: “Ümumilikdə bütün televiziya kanallarında yayımlanan verilişlərə nəzarət olunur. Artıq […]