ADAU-da YAP ərazə ilk patriya təşkilatının hesabat iclası olub

Azərbaycan Dövlət  Aqrar Universitetində YAP ərazi ilk partiya təşkilatının hesabat yığıncağı keçirilib.

Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərində deyilib ki, yığıncaqda  YAP ərazi ilk partiya təşkilatının hesabatı dinlənilib, ərazi ilk partiya təşkilatı idarə heyətinin sədri və müavinləri seçilib, və YAP Gəncə şəhər təşkilatının növbəti konfransına nümayəndələrin üzvlüyü müzakirə olunub.
Tədbirdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, YAP Azərbaycanda aparıcı siyasi qüvvəyə malik partiyadır və bunu 25 illik tarixində dəfələrlə təsdiq edib. Rektor onu da əlavə edib ki, bu partiyanın meydana gəlməsində universitet müəllimlərin də unudulmaz zəhməti, rolu olub.

Sonra Ərazi ilk partiya təşkilatının sədri Təvəkkül İslamovun hesabatı dinlənilib və məruzə ətrafında çıxışlar olub. Çıxışlarda bildirilib ki, “Yeni müstəqil Azərbaycan uğrunda” şüarını özünə rəhbər seçən partiya ümummilli lider Heydər Əliyevin siyasi məfkurəsi, əzmi, fədakarlığı ilə dövlətin  aparııcı iqtidar partiyasına çevrilib. Heydər Əliyevin səyi ilə formalaşan və inkişaf edən partiya müxtəlif təbəqələri ətrafında cəmləşdirə bilib.

Hesabat yığncağında Ərazi ilk partiya təşkilatının idarə heyəti və sədr seçilib. Aqrar Universitetin müəllimi Asif Həsənov ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağının qərarı ilə təşkilatın sədri seçilib.

YAP Gəncə şəhər təşkilatının sədri, Millət vəkili Naqif Həmzəyev, Millət vəkili Pərvin Kərimzadə hesabat yığıncağında iştirak və çıxış ediblər