Gün: Noyabr 22, 2017

”Qarabağ” yenə də ”Çelsi”yə məğlub oldu

Çempionlar Liqasında “Çelsi”ni qəbul edən “Qarabağ” cavab oyununda da ingilis klubuna məğlub olub Turkustan.info oxu.az-a istinadla xəbər verir ki, matç Qarabağ üçün heç də yaxşı başlamayıb. Belə ki, Portuqaliyadan olan baş hakim Manuel De Sousa matçın 19-cu dəqiqəsində ağdamlıların kapitanı Rəşad Sadıqova haqsız yerə qırmızı vərəqə göstərərək ”Qarabağ”ın qapısına penalti […]

Banklar sizi həbslə hədələyirsə, nə etməli

“Bank iki şəxs arasındakı razılaşmadan xəbərdar olduğu üçün debitor kimi Salehlini deyil, məhz onun tanışını göstərməli idi”  Azərbaycanda kredit borcu olanları qorxu götürüb. Ölkədə belə şəxslərə qarşı banklar tərəfindən iddiaların sayı artır. Hətta bəzi dövlət qulluqçuları bank borcunu ödəyə bilməyənləri qanunvericilikdəki yeniliklərə istinad edərək həbslə hədələyirlər. Sputnik Azərbaycan-ın redaksiyasına bu barədə […]

Rusiyanın Qarabağ siyasəti dəyişir

Kreml “nə şiş yansın, nə kabab” taktikasına keçir Noyabrın 20-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirilib. Jurnalistlər qarşısına çıxan E.Məmmədyarov S.Lavrovla görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edildiyini bildirib: Lavrov isə münaqişənin həlli üçün ortaya qoyulmuş […]

Azərbaycanda nə qədər erməni yaşayır?

“Son 20-25 il ərzində respublikada sosial-iqtisadi dəyişikliklərin baş verməsi demoqrafik proseslərə öz təsirini göstərmiş, təbii artım göstəriciləri aşağı düşmüş, ölüm yüksəlmişdir. Hazırda demorqafik göstəricilərdə sabitləşmə müşahidə edilir.  Demoqrafik göstəricilərin nizamlanması üçün daha fəal demoqrafik siyasətin həyata keçirilməsinə, analara və uşaqlara göstərilən dövlət qayğısının artırılmasına böyük ehtiyac vardır”. Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər […]

DTX -dan antiterror əməliyyatı: 3 terrorçu öldürüldü, bir xüsusi təyinatlı həlak OLDU

Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər saxlanılıb. Turkustan.info-nun APA-ya istinadən məlumatına əsasən, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib. O bildirib ki, əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi isə yaralanıb.

Soçi görüşünün yekunları açıqlandı

Rusiya, İran və Türkiyə İŞİD də daxil olmaqla terrorla mübarizə mövzusunda əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəlib. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin üç ölkə liderləri arasındakı Soçi görüşünün yekunu olaraq bəyan edib. “İŞİD, Cəbhət ən-Nusra və digər ekstremist qruplaşmaları sonuna qədər məhv etməklə bağlı […]

Sarı İt ili ən çox kimləri SEVİNDİRƏCƏK? – İllər üzrə 2018-ci ilin PROQNOZU

Yeni il – yeni imkanlar deməkdir. Bəs qarşıdan gələn Sarı İt ilində digər illər altında dünyaya gələnləri nə gözləyir? Publika.az xarici mətbuata istinadən astroloqların illərə görə hazırladığı proqnozu təqdim edir. Siçan: 1912, 1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008 Bütün işlərdə öz intuisiyanıza güvənin, o sizi bir çox səhvlərdən qoruyacaq. […]

Azərbaycanda rayonlara qar yağdı – FOTO

Daşkəsən və Gədəbəy rayonlarına qar yağıb. “Report” xəbər verir ki, noyabrın 22-də günorta saatlarından yağan yağış daha sonra qara çevrilib. Hazırda Daşkəsən rayonunda qarlı hava şəraiti davam edir və qarın qalınlığı 5 santimetrə yaxındır. Anoloji hava şəraiti Gədəbəy rayonunda da davam edir və orda da qalın qalınlığı 3-4 santimetri keçib. […]

Hərbçiyə etibar edib evinə getdi, təcavüzə məruz qaldı… – SUMQAYITDA – TƏFƏRRÜAT

Sumqayıt şəhərində olan hadisə nəticəsində qız hamilə qalıb, ailəsi ondan imtina edib Sosial şəbəkədə tanış olduğu hərbçi şərti adı A.H (22 yaş) ilə şərti adı O.Ə (31 yaş) Bakı şəhərində görüşüblər. Hərbçi onu yaşadığı Sumqayıt şəhərinə getməyi təklif edib. Bizimyol.info-ya müraciət edən A.H bildirib ki, hadisə də bundan sonra baş […]

“Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin” – Millət vəkili

“Dövlət vətəndaşların kredit borcunun bir hissəsini öz üzərinə götürməlidir.” Yenicag.az xəbər verir ki, bunu büdcə müzakirəsi zamanı Milli Məclisdə çıxış edən deputat Tahir Kərimli deyib. Çıxışı zamanı neftin qiymətindən, problemli kreditlərdən danışan millət vəkili etirazını səsləndirib. Onun sözlərinə görə, bütün beynəlxalq təşkilatlar gələn il üçün neft qiymətlərinin 50 dollardan az […]

Əflatun Amaşovdan saytlarla bağlı təklif – “Vəsait ayrılsın!”

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlametdəki büdcə müzakirələri zamanı elektorn KİV-lərə – aparıcı saytlara da dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib. Turkustan.info xəbər verir ki, Ə.Amaşov deyib ki, büdcə layihəsində bəzi sahələr üzrə xərclər azaldılsa da, bu, media sektoruna şamil olunmasın. O KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu […]

Karrar-Kürdəmir mənzilində 10 km-lik dəmir yolu əsaslı təmir olunur

Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Karrar-Kürdəmir mənzilində 10 km-lik yolun təmirinə start verilib. Turkustan.info “Azərbcyan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, 1 həftə davam edəcək təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən […]

Bakı Atatürk Liseyində TDAV-ın qurucusu Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib

Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) qurucusu, prof.dr Turan Yazqanın vəfatından beş il ötür. Ötən illərdə olduğu kimi, bu dəfə də Turan Yazqanın vəfatının növbəti ildönümü ərəfəsində Türkiyədə və Azərbaycanda müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Bakı Atatürk Liseyində keçirilib. Mərhumun oğlu, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqanın, Makedoniyadakı Beynəlxalq Vizyon […]

“Aprel şəhidi”nin sevdiyi xanım: “Babəkə görə neçə elçiyə “yox” demişdim” – Nakam sevginin DASTANI

Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur… Turkustan.info  saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz Xüsusi Təyinatlı Qüvvələrin giziri, “Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olmuş Babək Abidovun istəklisi olmuş xanımdır. Qısa arayış:  Babək Vəfadar oğlu Abidov  3 […]

Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” – VİDEO

“Dilqəmi Kəlbəcərə biz göndərdik. Dedik ki, gedib kəndimizə, evimizə baş çəksin”. Bunu AzVision.az-a Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun yaxın qohumu Zeynəb Əsgərova deyib. “Mənim 90 yaşım var. Kəlbəcərin Şaplar kəndindənəm. Dilqəm mənim qohumumdur. O, bizə tez-tez gəlirdi. Bir dəfə evdə oturmuşduq. Birdən ermənilər evimizə od yağdırdılar. Ağlaşamağa […]

İşləməyən qaçqınların maaşı ləğv edildi

Qaçqınkom: “Qərarın uzadılması məqsədəuyğun hesab edilməyib” İşləməyən köçkünlərə əməkhaqlarının verilməsi dayandırlıb. İstiPress-in məlumatına görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi büdcə təşkilatlarında çalışmış və özlərindən asılı olmayan səbəblərdən işləyə bilməyən məcburi köçkünlərə verilən dondurulmuş əmək haqqının dayandırılmasına aydınlıq gətirib. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən […]

Əhalinin iki ciddi problemi Milli Məclisin gündəmində

Fuad Muradov: “Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir” Bəzi tələbələr təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Tələbələrdən parlamentin Gənclər və idman komitəsinə daxil olan müraciətlərin əksəriyyəti onların təhsil haqlarını ödəyə bilməməsi ilə əlaqədardır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentdə büdcə müzakirəsi zamanı […]

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”

“İnsan kapitalının inkişafı onun hüquqlarının qorunmasını tələb edir. Bu olacaqsa, hökumət olaraq qarşıya qoyulan məsələlərinin öhdəsindən gələ bildiyimizi deyə bilərik. Azərbaycanda hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var. Bu yaxınlarda qəbul etdiyimiz qanunun özü də bu sahədə ciddi addımların atılmasını tələb edir”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisdə 2018-ci […]

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” – TƏKLİF

Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva çıxış edib. Turkustan.info bildirir ki, deputat gənclərin mənzil problemindən danışıb. “Bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və ipoteka kreditləri, o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı […]

Rusiya tankları Ukrayna sərhədini keçdi – Ukrayna MÜHARİBƏYƏ HAZIRDIR

Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi kabinetinin fövqəladə iclasını keçirib. Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, iclasda fərqləndirici nişanları olmayan silahlılar qrupunun Luqanskın mərkəzini bloklaması müzakirə edilib. Luqanskdakı vəziyyətlə bağlı güc idarələrinin rəhbərlərinin məruzələrini dinləyən dövlət başçısı ATƏT-in sülh missiyasını aktivləşməyə çağırıb. Poroşenko Rusiya tanklarının […]

Görmə qabiliyyətini yaxşılaşdıran TƏBİİ ÜSULLAR

Dünya əhalisinin 65%-də göz xəstəliklərinə rast gəlinir. Risk qrupuna təkcə ahıl yaşında olan pensiyaçılar daxil deyil. Görmə problemləri ilə daha çox gənclər, hətta körpə uşaqlar da üzləşir. Operativ müdaxilə tələb olunursa, təəssüf ki, burada təbii müalicə üsulları və xalq vasitələri faydasızdır. Amma çoxlu metodikalar var ki, vaxtında profilaktikaya başladıqda onlar […]

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı

Milli Məclisdəki büdcə müzakirələri zamanı QHT Şurasının sədri, deputat Azay Quliyev bildirib ki, 2016-cı ildə Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan vəsait təxminən 1,6 milyon manat azaldılmışdı.   “Çox təəssüflər olsun ki, 2018-ci ilin dövlət büdcəsində də heç bir artım nəzərdə tutulmayıb. Əvvəlki 5 milyon manat vəsait qalıb. […]

Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Azərbaycana səfərə gələcək. Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub. Səfər noyabrın 24-dək davam edəcək.

“Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər” – Ərdoğan

Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər, ona görə də Soçidə Vladimir Putinlə bugünkü görüş zamanı bu məsələ yenidən qaldırılacaq. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. O, daha əvvəl də V.Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini deyib: “O mənə deyib ki, Rusiya […]

“Bizdə qiymət qalxdısa, enməsi çətin olur” – Yevda Abramov

“Dövlət büdcəmizə münasibət dəyişməlidir. Söhbət büdcədən yox, ona münasibətdən gedir və mən də büdcəni yox, ona münasibəti tənqid etmişəm”. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, bu sözləri Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Yevda Abramov deyib. O bildirib ki, ötənilki büdcədən sonra builki büdcənin optimist notlar üzərində olacağına çoxunun ümüdi yox […]

Professor Azad Bayramov: ”Tələbə hərtərəfli biliyə malik olmalıdır”

Azad Bayramov Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, fəlsəfə elmləri namizədi, dosent, işlədiyi təhsil müəssisəsinin professorudur. Bakı Dövlət Universitetinin tarix  fakültəsini  fərqlənmə diplomu ilə  bitirib. 1994-ci ildə  “Tələbə gənclərdə yeni təfəkkürün formalaşması problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi adını  alıb.  Azad müəllim, bu gün Azərbaycan […]

Vidadi Zeynalov və Beytulla Hüseynova qaytarılan əmlakların SİYAHISI

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin üzərindən həbs götürülən əmlaklarının siyahısı məlum olub. APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun adına olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində olan mənzil, Vidadi Zeynalovun bacısı Əminə Seyidovaya məxsus Nobel prospektində […]

Tbilisidə atəş səsləri eşidilir: Dərslər təxirə salınıb, xüsusi təyinatlılar əməliyyat keçirir

Tbilisidə bu gün səhər saatlarında atəş səsləri eşidilib. Cebhe.info yerli mətbuata istinadən bildirir ki, paytaxtda terrorçulara qarşı əməliyyat keçirildiyi xəbəri yayılıb. Xüsusi təyinatlılar Qabriel Salos küçəsindəki yaşayış evlərindən birini mühasirəyə alıb. Məlumata görə, terrorçular həmin evdə istehkam qurub. Paytaxtdakı 97 saylı məktəbdə dərslər təxirə salınıb. Məktəb əməliyyat aparılan küçəyə yaxın […]

Aqrar Universitetlə “Yalama Aqropark” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Aqrar Universitetində “Yalama Aqropark” MMC ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. ADAU-nun mətbuat xidmətinin xəbərinə görə memorandumu Azərbaycan Dövlət Aqrar Universietinin rektoru, AMEA-nın müxbir üzvü,  professor İbrahim Cəfərov və “Yalama Aqropark” MMC-nin direktoru Zaur Əliyev imzalayıblar. Anlaşma Memorandumu tərəflər arasında əməkdaşlığın təşviq və inkişaf etdirilməsi, o cümlədən ərzaq məhsullarının […]

Azərbaycanın Türkiyəyə dəstəyi qardaş ölkəyə SƏS SALDI – VİDEO

Dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Porto” klubunu qonaq edən Türkiyənin “Beşiktaş” komandasına Azərbaycanda möhtəşəm jest edilib. Publika.az xəbər verir ki, liqada ilk və yeganə təmsilçimiz olan “Qarabağ”ın rəqiblərini qəbul etdiyi Bakı Olimpiya Stadionunun (BOS) xarici divarlarında “Beşiktaş”ın loqosu, “Come to Beşiktaş” yazıları işıqlandırılıb. Yazılar 18:00-dan 23:00-dək ağ-qara işıqlarla verilib. Bu […]

Könül Xasıyevaya Serdar Ortaçdan DƏSTƏK

Tanınmış türkiyəli ifaçı Serdar Ortaç növbəti dəfə Azərbaycan mahnısına müraciət edəcək. Turkustan.info xəbər verir ki, o, uzun zamandır xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyevanın repertuarından olan muğamlardan birini səsləndirəcək. Sənətçi bununla da Könül Xasıyevaya dəstək olacaq. Bu barədə təşkilatçı Nahid Emiloğlu sosial media hesabında məlumat verib:  “Serdar Ortaçın […]

Fədayə Laçınla bağlı prezidentə müraciət olundu

Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçınla bağlı müraciət olunub. Turkustan.info-nun xəbərinə görə, Fədayə Laçının vəkili Türkel Süleymanlı APA-ya bildirib ki, 9 nəfərin imzaladığı müraciət prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanıb. Müraciəti Alim Qasımov, Aftandil İsrafilov, Rafiq Bayramov, Arif Babayev, Mənsum […]

Manatla bağlı bədbin proqnoz

“Qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir. Bir sıra qərb dövlətləri ilə münasibətləri pisləşən Türkiyədə artıq 1 dollar almaq üçün 4 lirəyə yaxın pul ödəmək lazımdır. Yalnız son 1 ay ərzində lirə dollara nisbətən 8 faizdən çox dəyər itirib. Rusiyada rubl hələlik dollar təzyiqlərinə davam gətirsə də […]

Yəmən qan gölünə çevrildi – 244 ölü, 400 yaralı

Yəməndə noyabr ayının əvvəlindən indiyə qədər husilərlə və keçmiş prezident Əli Abdullah Saleh tərəfdarları ilə hökumət qüvvələri arasında baş verən qarşıdurmalarda 28-i komandir olmaqla 244 nəfər həlak olub, 400 nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Yəmən ordusuna aid “September Net” saytı informasiya yayıb. Baş verən qarşıdurmalar zamanı ümumilikdə […]

Dağlıq Qarabağda mina partladı: 3 erməni əsgəri öldü, 1-i yaralandı

Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan ordusu növbəti itkisini verib. Publika.az news.am saytına istinadən xəbər verir ki, Dağlıq Qarabağda mina partlayışı hadisəsində 3 erməni hərbi qulluqçusu ölüb, biri yaralanıb. Hadisə noyabrın 21-də saat 18:35-də baş verib. Dağlıq Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində baş verən partlayış nəticəsində Geqam Zakaryan (1995-ci […]

Azərbaycanlı məşhur aparıcının evində ruh göründü – VİDEO

Azərbaycanda teleaparıcının evində ruh olduğu görünüb. A24.Az xəbər verir ki, aparıcı Firuzə Cəlilovanın evindən görüntülər yayılıb. Uşaq otağında təhlükəsizlik kamerasına qeyri – adi görüntülər düşüb. Gördüklərinə inana bilməyən aparıcı qorxduğunu gizlətməyib. Həmin görüntüləri təqdim edirik: 

Mətanət Əsədova: “Bu vücuda 40 qəpiklik paltar da geyinsəm, yaraşacaq” – VİDEO

Mətanət Əsədova canlı efirdə bahalı paltarına söz deyənlərin cavabını verib. A24.Az xəbər verir ki, “5/5” verilişinin qonağı müğənni Mətanət Əsədova ötən dəfə 3 min manatlıq libası olduğunu açıqlamışdı. Müğənni bu açıqlamadan sonra onu qınayanlara canlı efirdə cavab verib. O, aparıcıya müraciət edərək ilk öncə “Sənin dilin qurusun. Məni bəlaya saldın” deyib: […]

Ağ Ev Putin-Tramp danışığının mövzularını açıqladı

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin terrorla mübarizə sahəsində əməkdaşlıq, həmçinin Suriya, Ukrayna və KXDR-lə bağlı məsələləri müzakirə edib.   APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir. Məlumata görə, telefon danışığı bir saatdan çox davam edib. “Prezidentlər ABŞ və Rusiyanın noyabrın […]

Rəsulzadənin xanımının məzarı tapıldı – FOTO

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin (Vanda xanım) xanımının məzarını tapıb.  BakuPost.az xəbər verir ki, bu barədə jurnalist öz facebook profilində yazıb. Bildirib ki,  ADR-in banisinin xanımının məzarı “Əsri” qəbiristanlığındadır: “Bir neçə gün əvvəl cümhuriyyət dövrünü araşdıran gənc dostlarımızdan biri Ceyhun Nabi böyük […]

Düyü aldı, plastmas çıxdı – Bakıda şok olay – FOTO

Azərbaycanda istehlakçı mağazadan aldığı yumru düyünün təbii olub-olmadığını yoxlamaq üçün sınaqdan keçirib. Bu barədə Təranə İbrahimova adlı xanım özü Yenicag.az-a məlumat verib. O, aldığı yumru düyünü yandırdıqdan sonra sellofan kimi bir-birinə yapışdığını bildirib: “Düyü alanda ehtiyatlı olun. Uzun düyü kimi yumru düyünün də Çindən gətirildiyini eşitmişdim. Həmin düyülərin də tərkibi sağlamlığa […]