Gün: Noyabr 23, 2017

Aqil Abbas “Qarabağ” – “Çelsi” oyunu haqda: «hakimin bacısını…»

Çempionlar Liqasının qrup mərhələsinin V turunda keçirilən “Qarabağ” – “Çelsi” (0:4) matçında baş hakim Manuel De Sousanın verdiyi qərarlar hələ də müzakirə olunur. Portuqaliyalı referinin qərarlarına etiraz edən şəxslərdən biri də millət vəkili Aqil Abbasdır. Yenicag.az saytına danışan Aqil bəy kəskin fikirləri ilə yadda qalıb: “Çelsi”nin o cür penaltiyə ehtiyacı […]

“Quran müqəddəs kitab deyil” – Elşad Miri

“Qurani Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz”. A24.Az xəbər verir ki, bu fikirləri ilahiyyatçı Elşad Miri “Yaşıl Orta” verilişində qonaq olarkən bildirib. Onun sözlərinə görə, Qurana hər kəs toxuna bilməlidir. Toxunanda nə yazıldığını görməli, şahidi olmalı, Quran onun stolüstü kitabına çevrilməlidir. -Bu Quranı […]

Fazil Mustafa: “Buzova görə 100, yeni doğulan körpəyə görə 45 manat ödənilir”

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, layihə barədə deputatlara komitə sədri Ziya Səmədzadə məlumat verib.  Komitə sədri deyib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 173, əmək qabiliyyətli əhali üçün 183, pensiyaçılar üçün 144, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib: “Bu rəqəmlər əvvəlki illə müqayisədə 11 faiz […]

Rusiya XİN-dən Qarabağ AÇIQLAMASI

“Biz çox istəyirik ki, bu problemli məsələ nizamlansın. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Təbii ki, dəfələrlə barəsində danışdığımız əsaslar üzərində olacaq”. AzərTac xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən növbəti brifinqdə Dağlıq Qarabağ münaqişəsinə toxunarkən səsləndirib. O qeyd edib ki, Ermənistan-Azərbaycan, […]

Büdcəni talayan qurumlar: Özəlləşdirməyə çıxarılacaq?

Hələ ötən ildən bəzi paralel dövlət qurumlarının ləğv olunacağı gözlənilirdi.Bir sıra yetkililər qeyri-rəsmi olsa da bunun hökumətin islahat paketinə daxil olduğunu bildirirdilər.Ancaq sonradan hökumətin islahat paketi ləğvi gözlənilən qurumlardan yan keçdi.Yalnız Nəqliyyat Nazirliyinin ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilildi.2018-ci ilin büdcə müzakirələri zamanı bu məsələ Milli Məclisin tribunasından […]

Bakıda yüzminlik maşını cızıq-cızıq edib üstünə zibil atdılar – VİDEO

Zibil qutularının yanında avtomobilini saxlayan “Land Cruiser” markalı avtomobilin sürücüsünün başına iş gəlib. Sürücü avtomobilini etibarlı yerdə saxladığını zənn etsə də, baş verənlər onu şoka salıb. Belə ki, parkinq vəziyyətində olan avtomobili ətrafdakı şəxslərdən biri cızaraq üstünə zibil atıblar. Bu kadrlar isə avtomobilin sahibini hiddətləndirib. O, həmin anları telefonuna çəkərək […]

İngilis azarkeşlər Bakıya gəlmələrinə peşman oldular – VİDEO

İngilis futbol fanatları dünyanın ən çılğın azarkeşləri kimi tanınır. Bu, onların getdikləri yerdən və ölkədən asılı olmayaraq belədir. Üstəlik əgər komandaları qalib gəlibsə, artıq həmin gecə səhərə qədər asayiş keşikçilərinə yatmaq haramdır. Əyləncənin, içkinin dozasını o qədər qaçırırlar ki, rəqib komanda fanatlarına söz atmasalar, dava salmasalar, olmur sanki. Dünənki “Qarabağ” […]

“İlahi, mən necə bir insanın həyat yoldaşı olmuşam….” – “Aprel şəhidi”nin XANIMI

“Uşaqlarımın gözlərini yoldan yığmaq üçün atalarının cənnətdə olduğunu söyləmişəm” Şəhidlər qürur yerimizdir. Onlar vətən, xalq uğrunda əbədiyyətə qovuşurlar. Turkustan.info saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, “Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olmuş Mühüd Orucovun həyat yoldaşı Qumru Orucovadır. Qısa arayış:  Mühüd Orucov 1984-cü ilin […]

İntiqam almaq üçün İstanbula gedən gömrük rəisi və ya Rövşənin qardaşı

Rövşənin qardaşı və dostu olmaq… Məmur işlədiyim vaxt qardaşım bir nəfər naxçıvanlı oğlanın xahişini etmişdi ki, sənədlərini qaydaya salım, Naxçıvana gedə bilsin. Sözsüz ki, qarşılamaq üçün aşağı düşdüm, qəbul otağına apardım, əyləşdik, sənədlərini qaydasına saldıq, çay da təklif etdik, ancaq içmədi, adam o qədər utancaq, abırlı, tərbiyəli idi ki, davranışı […]

Məşhur futbolçular Rəşada verilən qırmızı kartdan danışdılar – VİDEO

“Hakim haqlı olaraq qırmızı kart verdi”. Turkustan.info bildirir ki, bu sözləri məşhur futbolçular Frank Lempard, Stivn Cerard, Rio Ferdinand Çempionlar Liqasında “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçirilmiş qrup mərhələsinin V tur matçını dəyərləndirərkən deyiblər. Onlar hakimin qərarının doğru olduğunu bildiriblər və Rəşad Sadıqovu Vilyamı qəsdən yıxmaqda günahlandırıblar. /Milli.Az/

Əsgərimizin meyiti Ermənistan tərəfdə tapıldı – Hərbi cinayət törədib, qaçıbmış…

Azərbaycanlı hərbçinin meyiti Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında tapılıb. Turkustan.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan […]

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib – FOTOLAR

Turkustan.info-nun verdiyi xəbərə görə, Sumqayıtın Tarixi Muzeyində şəhərin 68-ci ildönümü münasibətilə keçirilən dəyirmi masada Sumqayıt şəhər MKS-nin əməkdaşları iştirak edib. Tədbir iştirakçılarına əvvəlcə Sumqayıt şəhərinin yarandığı gündən keçdiyi şərəfli tarixi özündə əks etdirən daimi sərgi, eyni zamanda, muzeyin 50 illiyinə həsr olunmuş “50 ilin işığında” adlı sərgi təqdim olunub. Tədbiri giriş sözü […]

Bərzanini dəstəkləyən laçınlı məmur işdən qovuldu

Laçın rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib. Modern.az xəbər verir ki, bununla bağlı Laçın RİH-də iclas keçirilib və müvafiq qərar qəbul olunub. Məlumatı Laçın RİH-dən təsdiqləyiblər. Hələlik İcra Hakimiyyətinin Hüquq şöbəsi müdiri vəzifəsinə təyinat yoxdur. Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün Facebook […]

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” – TƏKLİF

Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva çıxış edib. Turkustan.info bildirir ki, deputat gənclərin mənzil problemindən danışıb.   “Bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və ipoteka kreditləri, o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı […]

Prezident NATO baş katibi ilə mətbuat konfransında dünyaya səsləndi

Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir.   Bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahında Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.   Azərbaycan Prezidenti NATO-nun baş katibi Yens Stoltenberqlə regional təhlükəsizlik məsələlərini müzakirə etdiyini vurğulayıb.   İlham Əliyev bildirib ki, regional təhlükəsizliyə ən böyük təhdid […]

“Qarabağ əlillərindən biri Səlim Müslümovun müavini təyin edilsin” – TƏKLİF

Deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı Qarabağ əlilləri üçün nəzərdə tutulan müavinətlərin artırılmasını təklif edib. Modern.az-ın məlumatına görə, deputat “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” layihənin müzakirəsi zamanı deyib ki, I qrup Qarabağ əlili 401 manat, II qrup […]

Rəcəb Tayyib Ərdoğan 65 ildən sonra ilkə imza atacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edəcək. Metbuat.az-ın məlumatına görə, Baş nazirin müavini Hakan Çavuşoğlu bildirib ki, R.T.Ərdoğan 65 ildən sonra Yunanıstana səfər edəcək ilk Türkiyə prezidenti olacaq: “Ya iki ölkə birlikdə iş birliyini təmin edəcəyik, bölgənin güclü iki ölkəsi olacağıq, ya da bu böhran davam edəcək”. Hakan Çavuşoğlu səfərin […]

“Ərim məndən başqa 5 qız qaçırıb” – Bakıdakı 4 uşaq anası – VİDEO

Aygün Əliyevanın (Ad, soyad şərtidir-red) 21 yaşı var. 4 uşaq anası olan gənc xanım 4 aydır həyat yoldaşından ayrılıb. O, boşanandan sonra anasının yanına, Mərdəkandakı evlərinə köçüb.  Ancaq Aygünün burada da bəxti gətirməyib. Həmin evdə anormal hadisələr baş verdiyindən anası ilə birlikdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə sığınıb. Aygünün […]

Əmək pensiyalarının orta aylıq məbləği artacaq

“Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlir və xərcləri 3 mlrd. 578,8 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisindən 178,8 mln. manat və ya 5,3% çoxdur”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zəfinə daxil olan layihələrinin müzakirəsi zamanı əmək və […]

İngilis mediası “Qarabağ”ı lağa qoydu – FOTO

İngilis mediası “Qarabağ” futbol klubunu lağa qoyub. Milli.Az bildirir ki, məşhur ingilis saytı olan “The Sun” “Qarabağ”ın oyun günü planında futbolçuların adlarını tərcümə etməsini gülünc hesab edib. Xəbərin başlığında yazılıb: “”Qarabağ” oyun günü planında “Çelsi”nin futbolçularının adlarını tərcümə etdi və gülməli vəziyyət yarandı”. Xəbəri yazan jurnalist bildirib ki, Qarabağın bu […]

Milli Məclis dekabrın 1-nə qədər hökumətə vaxt verdi

Azərbaycan hökuməti 2018-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı təkliflərə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında cavab verəcək. Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında məlumat verib. “Biz razılaşdıq ki, növbəti iclas dekabrın 1-də keçirilsin”. Maliyyə naziri Samir Şərifov da bildirib […]

“Deputatların ezamiyyət pulu, maaşı artırılsın”

“Ezamiyyə üçün ayrılan pullar Milli Məclisin deputatların müəyyən tədbirlərdə iştirakı üçündür. Amma bu tədbirlərin dəqiq sayını demək mümkün deyil. Plansız o qədər tədbirlər olur ki”. Modern.az-ın məlumatına görə, bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin 2018-ci […]

Milli Məclis üçün 24 milyon manatdan çox pul ayrılacaq

“Milli Məclis və onun aparatının saxlanması ilə bağlı 2018-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb. Xərclər smetası, ştat cədvəlləri, inzibati binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev deyib. O […]

Qriplə bağlı – Rəsmi açıqlama

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 11 faizədək azalıb. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, laborator müayinələr zamanı bu ilki payız-qış mövsümü ərzində Azərbaycanda qripə yoluxma […]

Bakıda antiradar satanlar TUTULDU – FOTOLAR

Respublikanın avtomobil yollarında təhlükəsizliyin daha etibarlı təmin olunması, həmçinin sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan və istifadəsinə qanunla icazə verilməyən antiradarların satışını təşkil edən şəxslərin müəyyən edilərək ifşa olunması məqsədi ilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən unikal.org-a verilən məlumata görə, […]

“İrəli” regional turnirlərə davam edir

“Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual […]

ABŞ ordusu Suriyada PKK/PYD-yə dövlət qurmaq üçün qalacaq – “The Washington Post”

ABŞ İŞİD üzərində qələbədən sonra Suriya ərazisini tərk etmək fikrində deyil. Turkustan.info xəbər verir ki, “The Washington Post” yazır ki, amerikalı hərbçilər Bəşər Əsədin siyasətdə qala bilməməsi üçün Suriya müxalifətinə dəstəyini davam etdirəcək. Vaşinqton Suriyanın şimalında öz qoşunlarını saxlamaqla terror təşkilatı PYD-nin bünövrəsini təşkil etdiyi SDQ-yə rəsmi Dəməşqlə heç bir […]

Azərbaycanda nələr baş verir – Son durum

Ölkə ərazisində yağış, qar yağıb, bəzi yerlərdə leysan olub   Ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək hava şəraiti qeyri-sabit olub, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.   Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb […]

İstanbulu qana boyayan şəxs Tbilisidə öldürüldü

Çatayev dünən günorta saatlarında məhv edilib.  Dünən günorta saatlarında Gürcüstanın paytaxtı Tbilisidə antiterror əməliyyatı keçirilib. Sputnik Azərbaycan “Milliyet”-ə istinadən xəbər verir ki, əməliyyat zamanı öldürülən şəxslər arasında İstanbul Atatürk Beynəlxalq Hava Limanında törədilən terror aktının təşkilatçılarından biri də olub. Həmin şəxs, “Tək qol” ləqəbli terrorçu Əhməd Receboviç Çatayevdir. Məlumata görə, Çatayev 2012-ci […]

Soçidə Türkiyə və İran nümayəndələri arasında İNSİDENT – Prezidentlərin görüşü ləngidi

Rusiyanın Soçi şəhərində Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasındakı görüşə qədər Türkiyə və İran nümayəndə heyətləri arasında insident yaşanıb. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İran nümayəndə heyəti, o cümlədən İran İslam Respublikası Prezidentinin mühafizəsi təyin edilmiş vaxtdan tez gələn Türkiyə nümayəndə heyətini görüşün keçiriləcəyi zaldan çıxartmağa çalışıb. […]

Gələn il manatın məzənnəsi necə olacaq? – RƏSMİ

“Məzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq”. Bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev deyib. Onun sözlərinə görə, məzənnənin əlverişlilik səviyyəsi qurulmalıdır ki, ölkənin […]

“Qarabağ”ın oyunundakı qadın həyəcanı – Pivə, çipsi, selfi… – FOTOLAR

Məlum olduğu kimi, ötən axşam Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” “Qarabağ”ın qonağı olub.  Turkustan.info qafqazinfo-ya istinadən xəbər verir ki, matçda Ağdam təmsilçisinini azarkeşləri möhtəşəm xoreoqrafiya nümayiş etdiriblər. Bakı Olimpiya Stadionunda (BOS) baş tutan, bütün biletlərinin satıldığı oyunda qadın azarkeşlər xüsusi diqqət çəkib. Azarkeş kimi BOS-a Bakıda yaşayan ingilislərdən tutmuş, “Qarabağ” […]

Türkiyəli müəllim Aqrar Universitetdə mühazirələrə, praktik dərslərə başlayıb

Azərbaycan Dövlət Aqrar Universitetində maddi-texniki bazanın müasirləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi artıq beyxəlxalq universitetlərdə də böyük maraq yaradıb. Onlar vaxtaşırı Aqrar Universitetə gəlir, ixtisaslara uyğun mühazirələr söyləyir, təcrübə dərsləri aparırlar. ADAU-nun mətbuat xidməti bildirib ki, noyabrın 22-dən Türkiyə Cümhuriyyətinin Hazine Müşteşarlığı Dış Ekonomik İlişkiler Genel Müdürlüğünün Ziraat Yüksek Mühendisi Dilara Saltık […]

“Qarabağ”ın oyununu məhv edən portuqaliyalı hakimi Bakıda “öldürdülər” – FOTOFAKT

Dünən “Qarabağ”- “Çelsi” oyununu idarə edən portuqaliyalı hakimi “Wikipedia”da öldürüblər.  A24.Az xəbər verir ki, heç bir ciddi qayda pozuntusu olmadığı halda Rəşad Sadıqova qırmızı vərəqə göstərən bununla da komandamızı azlıqda qoyan Manuel de Souzanı ölüm tarixini 22 noyabr, yerini isə Bakı göstəriblər. Qeyd edək ki, Manuel Xorxe Neves Moreyra de Souza “Qarabağ”- “Çelsi” […]

““Qarabağ”a lağ edənlərə sillə kimi cavab” – Türkiyə mətbuatı

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə matçda azarkeşlərin nümayiş etdirdiyi möhtəşəm xoreoqrafiya Türkiyə mətbuatının gündəmini zəbt edib. “Qafqazinfo” xəbər verir ki, nəhəng plakatda “The Glorious” (Şərəf “Qarabağ) və “Far away from home but where you belong” (“Evdən uzaq, amma aid olduğun yer”) sözləri yazılıb və bununla da dünyaya Ağdamın […]

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq

İki gündür 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Turkustan.info-nun məlumatına görə, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları bu gün yekunlaşacaq. Müzakirlər 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri hökumət nümayəndələri ilə birlikdə aparılır. Üç gündür davam edən iclaslarda Milli […]

İlham Əliyev bu gün Brüsselə gedir

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Brüsselə gedəcək. Modern.az saytının NATO-nun mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycanın dövlət başçısı NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək. Görüş, NATO-nun Brüsseldəki mənzil qərargahında baş tutacaq. Prezident İlham Əliyev həmçinin Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.

Putin son 26 ildə Rusiyanın ilk qələbəsini qazandı

Türkiyə, Rusiya, İran arasında üçlü formatda yeni bir əməkdaşlıq sistemi formalaşmaqdadır. Hətta burada bir alyansın elementləri də özünü göstərir. Bu əməkdaşlıq bu gün konkret olaraq Yaxın Şərq regionu ilə bağlı olsa da, gələcəkdə münasibətlərin daha da yaxınlaşmasını müşahidə edəcəyik. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a politoloq Elşad Mirbəşiroğlu regionda Rusiya, Türkiyə, […]

Prezidentin Gəncə səfəri ADAU ailəsinə güclü stimul verib

Həmsöhbətim Qalib Rəhimli haqqında qısa arayış: 1984 cü ildə ADU-nun ( indiki BDU) jurnalistika fakültəsini bitirib. 4 il təyinatla Yardımlı rayon qəzetində işləyib. 1988-ci ildən həyatını Gəncə ilə bağlayıb və indiki Gəncənin səsi qəzetində çalışıb. Sonrakı illər “Space” televiziyasının Gəncə bölgə müxbiri, yerli “Alternativ” televiziyasında xəbərlərin baş redaktoru, son illər isə […]

“NATO-nun S-400 razılaşmasına qarışmağa haqqı yoxdur”

NATO Rusiyadan Türkiyəyə S-400 havadan müdafiə sistemlərinin gətirilməsinə əngəl ola bilməz. Turkustan.info axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sözçüsü Murad Baybatur bildirib. Baybatur NATO-nun sözügedən məsələyə qarışmaq haqqının olmadığını, ittifaqa üzv olan digər ölkələrin də NATO xaricində istehsal olunan sistemlərdən istifadə etdiyini […]