Gün: Noyabr 24, 2017

Mərhum jurnalistin xanımı: Sən demə səbəb başqa imiş – VİDEO + FOTO

“Həmin gün mənə qızıl üzük və boyunbağı alıbmış, sürpriz edəcəkdi. Ancaq mənə həyatımın ən dəhşətli sürprizini etdi. O sürprizi həyatım boyu unutmayacağam”. Turkustan.info-nun xəbərinə görə, bu sözləri noyabrın 22-də vəfat edən APA TV-nin jurnalisti Natiq Qədimovun həyat yoldaşı Nurlana Qədimova “Yeni Müsavat”a danışarkən deyib. Həmin gün yeni evli olan cütlüyün […]

Azərbaycanda bu xidmət pullu olacaq – RÜSUMLAR

Azərbaycanda arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunub. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bununla əlaqədar “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təklif olunur. Qanuna təklif olunan 33-3-cü maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərə arxiv arayışları, arxiv […]

“Lider TV”-də müzakirə: Aparıcı bakirə olmamalıdır — VİDEO

“Lider TV”-də efirə gedən “Status” verilişində qalmaqallı fikir səslənib. “Ölkə.Az” xəbər verir ki, Murad Arif verilişdə olan qonaqlara bununla bağlı sual ünvanlayıb. Suala cavab verən prodüser Zaur Kazımov bildirib ki, o, aparıcıları işə qəbul edərkən öncə onun bakirə olub-olmamağını soruşub: “Radioda aparıcı olmaq istəyən namizədlərlə müsahibə edəndə ilk sualım “Bakirəsən, […]

Azərbaycanda bakirəliyə görə hələ çox qızlar öləcək – ARAŞDIRMA

Turkustan.info Publika.az-a istinadən Finlandiyada yaşayan araşdırmaçı Güntay Gəncalpla müsahibəni təqdim edir. – Güntay bəy, yadınızdadırsa, sizdən bir dəfə müsahibə almışdım. Buna görə Firudin Cəlilov əsəbiləşmişdi, demişdi ki, o, kimdir ki? Mən onunla eyni çəkidə alim deyiləm, mən daha böyük aliməm. – Mənim Firudin Cəlilovun şəxsiyyəti ilə bir işim yoxdur. O, kitabını […]

Rəis direktorları topladı: Tapşırıqlarını verdi – FOTO

Rəis direktorları topladı. Turkustan.info xəbər verir ki, bu gün Sumqayıt Regional Mədəniyyət və Turizim İdarəsinin rəisi Mehman Şükürovun Abşeron rayonunda Abşeron və Zəngilan rayonlarından olan mədəniyyət işçiləri ilə görüşü keçirilib. Sonra  görüş tabe müəssisələrin direktorlarının iştirakı ilə geniş müşavrə ilə davam edib. Müşavirədə 2017-ci il ərzində görülən işlər və qarşıda duran […]

Avropa İttifaqından Ermənistana sərt şillə – VİDEO

Avropa İttifaqı Ermənistanı şirkət və fərdi şəxslərin milli vergitutmadan yayınaraq maliyyə fəaliyyəti göstərən ofşor ölkələrin siyahısına daxil edə bilər. Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Avropa İttifaqı bununla bağlı Ermənistana dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, vəziyyət düzəlmir. Beynəlxalq qurumun ayrılan pulların mənimsənilməsi səbəbindən hər il 1 […]

Harvardın psixoloqu tibb dünyasını lərzəyə saldı: Bu xəstəlik əslində yox imiş

Harvardın psixoloqu Cerom Kaqanın rəsmi çıxışı elm dünyasını lərzəyə salıb. O bildirib ki, Diqqət çatışmazlığı və Hiperkativlik Sindromu (DÇHS) deyilən bir xəstəlik yoxdur. Bu framasevtlərin pul tələsidir. Publika.az xəbər verir ki, Kaqan dünyanın ən məşhur psixoloqlarından biridir. Həmkarları onu əsrin ən peşəkar mütəxəssisi adlandırırlar. Odur ki, Kaqanın bu fikrinə gözüqapalı […]

Azərbaycan kişilərini təhqir edən Pərvinə cavab: “500-1000 manatlıq qadına…”

Aktrisa Pərvin Abıyevanın türkiyəli müğənni Rafet El Romanla bağlı sualı cavablandırarkən azərbaycanlı kişiləri kobud və köhnə fikirli adlandırması birmənalı qarşılanmayıb. Onun bu fikri sosial şəbəkədə birmənalı qarşılanmayıb və aktrisa tənqidlərə tuş gəlib. Tənqidlərə cavab verən Pərvin isə yaxşı elədiyini və bir daha sözünün üstündə durduğunu bildirib. Lakin, Pərvin Abıyevaya həmkarı […]

Türkmənistan prezidenti avtoşluq etdi – VİDEO

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avtomobil idmanı üzrə Milli Mərkəzdə “BMW M3”də “drift” edib. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, müvafiq videonu “Türkmənistan xronikası” nəşri dərc edib. Nəşrin məlumatına əsasən, bundan əvvəl Türkmənistan Daxili İşlər Nazirliyi Mərkəz üçün yeni idman avtomobilləri alıb. Dövlət başçısı avtomobillərin keyfiyyətini yoxlamaq üçün şəxsən sükan arxasına keçib. Qeyd […]

Ərdoğan “topu” Putinə atdı: Qarabağ müzakirəsi

Rusiyanın Soçi şəhərində bu ölkənin, Türkiyə və İran dövlət başçıları arasında keçirilmiş görüşdən əvvəl prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinə dair ilginc fikirlər səsləndirib. Fürsət düşdükcə bu məsələni gündəmə gətirəcəyini deyən Ərdoğan eyni zamanda, problemin həllinin Rusiyadan asılı olduğunu deyərək, münaqişə ətrafında yeni müzakirələrə yol açdı. […]

Azərbaycanlılar Brüsseldə aksiya keçirdi – FOTO

Azərbaycanlılar bu gün Belçika Krallığının paytaxtı Brüsseldə, Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçirib. Turkustan.info bildirir ki, diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən BakuPost.az-a verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi aksiyada 250 nəfərə yaxın şəxs iştirak edib. Aksiyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması ilə […]

Avtomobil arzusunda olanlar üçün son bir ay – “Səadət dövrü” bitir

“Köhnə qiymətlə gömrük olunaraq ölkəyə gətirilən avtomobillər saxlama yerlərinə qoyularaq, yanvar ayının 1-dən sonra yeni qiymətlə satışa çıxarılacaq” Nazirlər Kabinetinin qərarı ilə 2018-ci ilin 1 yanvar tarixindən yeni idxal və ixrac gömrük rüsumları tətbiq olunacaq. Ölkədə olan iqtisadi vəziyyəti nəzərə alaraq təxmin etmək olar ki, gömrük rüsumları artırılacaq.   Təbii […]

Bakı təzyiqləri dəf etdi: Qarabağ savaşı yaxınlaşır – Martirosyan

Bu gün Qarabağ məsələsində gündəmi Rusiya diktə edir. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməni politoloq Ayk Martirosyan söyləyib. “ABŞ administrasiya böyük problemlərlə məşğuldur və onu indiki zamanda Ermənistan maraqlandırmır. Fransa da həmçinin Ermənistanla az maraqlanır. Belə ki, Ermənistan Fransanın müstəmləkəsi olmayıb və hətta Fransanın burada marağı […]

Bakının Brüssel qələbəsi: Avropadan bəyanat

Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib. Axar.az xəbər verir ki, Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal […]

“Qoca”ya görə həbs edilən polkovnikin yerinə TƏYİNAT

Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Konvoy Taboruna yeni rəis təyin edilib. Ucnoqta.az xəbər verir ki, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun əmri ilə Azad Maşanov Penitensiar Xidmətin Konvoy Taborunun komandiri təyin edilib. Azad Maşanov bundan qabaq Penitensiar Xidmətin Alayının Qərargah rəisi olub. Qeyd edək ki, Penitensiar Xidmətin Konvoy Taborunun komandiri ədliyyə polkovnik–leytenantı […]

Azərbaycanda bu işçilər vergidən azad oldu

Vergi Məcəlləsinə yeni dəyişikliklər Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarında çalışan ticarət nümayəndələri və onların aparat işçiləri rəsmi məşğulluqdan olan gəlir vergisindən azad edilir. Turkustan.info-nun məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə əlavələr edilir. Maddənin birinci hissəsində gəlir vergisindən azad edilənlər sırasına “Azərbaycan Respublikasının xarici […]

Mehdi uydurmadır – İlahiyyatçıdan mübahisəli AÇIQLAMA – VİDEO

“Çox maraqlıdır ki, şiələr də, sünnilər də Mehdinin gəlişini gözləyir, amma Qurani Kərimdə bu barədə bircə cümlə də yoxdur”. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, bu fikirləri ilahiyyatçı Elşad Miri “Yaşıl Orta” verilişində qonaq olarkən səsləndirib. İlahiyyatçı Mehdinin adı çəkilən hədislərdən də danışıb: “İlk peyğəmbərin vəfatından sonra yazılan kitab İmam […]

Azərbaycanlı qızlar oğlanı meşəyə aparıb başına oyun açdılar, sonra isə…

Azərbaycanlı qızlar türkiyəli qızlarla əlbir olub Ukraynada Türkiyə vətəndaşını vəhişəcəsinə qətlə yetirib. Turkustan.info baku.ws-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i xəbər yayıb. Qətlə yetirilən Sinan Ünalın anasının sözlərinə görə, oğlu Ukraynaya istirahət etmək üçün gedibmiş. Ana Gülseli Ünal deyib ki, oğlu Talha adlı tələbənin evində qalıb. “Noyabrın 15-dən gecə […]

İŞİD-in köləsinə çevrilmiş Dilbər: “Atam bizi gətirdi… Özü edam olundu”

İŞİD terror qruplaşmasının “paytaxt” elan etdiyi Raqqanın kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri tərəfindən azad edilməsindən sonra qəddar cihadçıların yüzlərlə ailə üzvləri ölkənin şimalındakı Ayn İsa düşərgəsinə sığınıb. Turkustan.info oxu.az-a istinadən xəbər verir ki, mülki kürdlərin nəzarət etdiyi düşərgədə saxlanılanlar arasında azərbaycanlı qadın və uşaqlar da var. Onlardan biri olan Dilbər […]

Bu yerlərdə siqaret çəkmək qadağan olunur – SİYAHI

Azərbaycanda tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərin sırasına daha bir neçə məkan əlavə edilir. APA-nın məlumatına görə, bu, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşunda 1-ci və 10-cu maddələrdə əks olunub. Layihəyə əsasən, qeyd olunan məmulatlarından istifadəyə eyni zamanda xüsusi ayrılmış […]

Tolikə vəzifə verildi – FOTO

Məşhur prodüser Tarix Əliyevə (Tolik) vəzifə verilib. Turkustan.info xəbər verir ki, prodüser bu haqda sosial şəbəkədə məlumat yayıb. “15 illik prodüserlik fəaliyyətimdə heç bir dövlət idarəsində işləməmişəm, yalnız fərdi olaraq çalışmışam. Bu gün iş həyatımda çox ciddi qərar qəbul edildi.  Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının konsertlərinin təşkilatçısı vəzifəsinə təyin edildim. Gəncədə yeni […]

ABŞ-ın “51-ci bölgəsi” görüntüləndi – FOTOLAR

Amerika Birləşmiş Ştatlarının Nevada əyalətində yerləşən gizli sınaq poliqonu Tonopah görüntülənib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ 52-ci bölgəni əsgərlər, elm adamları və mühəndislərin istifadəsinə verir. Kənar şəxslərin bu bölgəyə yaxınlaşması qadağan olunub. “52-ci Bölgə”dən nüvə silahını hədəfə çatdırma sistemlərini və pilotsuz uçan aparatları sınaq etmək üçün istifadə […]

Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!

Az öncə ölkənin lider mobil operatoru Azercell TelekomBakı, Abşeron yarımadası və Gəncədən əlavə,  Bərdə, Şəmkir və Lənkəran şəhərlərində 4G şəbəkəsini istifadəyə verməsini elan etdi.   İndi isə şirkət həmin bölgələrdə yaşayan abunəçilərinə ən sürətli 4G internetdən yararlanmaq üçün kampaniyaya start verir. Kampaniya çərçivəsində abunəçilər 4G xidmətinə qoşulmaqla4G sürətini sınamaq üçün […]

Azərbaycanda xərçənglə xəstələnən uşaqlar artıb – Qorxulu STATİSTİKA

Azərbaycanda uşaqlar arasında xərçəng xəstəliyi artıb. Modern.az rəsmi statistikaya əsasən xəbər verir ki, ötən il 10807 nəfərə bədxassəli şiş diaqnozu qoyulub ki, bunlardan 5235 nəfərini kişilər, 5572 nəfərini qadınlar təşkil edib. İlk dəfə bədxassəli şiş diaqnozu qoyulanlardan 84 nəfəri 13 yaşadək uşaqlar olub. Onlardan da 38 nəfəri oğlan, 46 nəfərini […]

Kənan MM: “Ayə, harya gedersən, ayə?” – VİDEO

Dünən gecədən Vüsal Rzasoy adlı gənc “Müasir Azərbaycan gənci” proqramındakı “Ayə, harya gedersən, ayə?” ifası ilə sosial medianın gündəminə çevrilib. A24.az xəbər verir ki, bu hər kəs özünəməxsus şəkildə qiymətləndirib. Artıq məşhurlar da öz sosial şəbəkə ünvanlarında bu ifaya maraqlı dublyajlar edib. Belə ki,  Kənan MM və Rafinsh adı ilə tanınan məşhur vinerin […]

Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı – Ölən və yaralananlar var

Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib. Turkustan.info xəbər verir ki, “Report”a istinadən məlumatına görə, “Toyota Prado” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzaya düşənlərin Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət […]

Paytaxt sakinlərinin “Qarabağ” – “Çelsi” oyunundakı hakimə – ÜRƏK SÖZLƏRİ – VİDEO

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Noyabrın 22-də Bakıda keçirilən “Qarabağ” – “Çelsi” matçında hakimin verdiyi qərar mübahisəyə səbəb olub. Metbuat.az bildirir ki, oyunun baş hakimi Manuel De Sousa ağdamlıların kapitanı Rəşad Sadıqova qırmızı vərəqə göstərib və portuqaliyalı referi “Qarabağ”ın qapısına penalti təyin edib. Oyun 4:0 “Qarabağ”ın məğlubiyyəti ilə yekunlaşıb. Paytaxt sakinləri oyunun baş hakiminin verdiyi […]

Sarkisyan bu gün Qarabağın Azərbaycanın olduğunu bəyan edəcək – İRƏVAN ŞOKDA

Bu gün Brüsseldə Şərq Tərəfdaşlığı sammiti keçirilir. Publika.az xəbər verir ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Sammit qlobal məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi kontekstində də diqqət çəkir. Artıq dünən sammit çərçivəsində Azərbaycan lideri ilə görüşən NATO baş katibi Yens Stoltenberq Qarabağla bağlı açıqlamalar verdi. Ermənistan prezidenti Serj […]

Küçədə gecələyən Şuşa batalyonunun könüllüsü fəryad edir – VİDEO

Havaların soyuq keçməsi ilə əlaqədar küçələrdə insanların sayı azalanda, yaşayış yeri olmayan kimsəsiz şəxslər daha çox gözə çarpırlar. Axşam saatlarında onların parkların və ya binaların künc-bucaqlarında özlərinə qalmaq üçün yerlər axtardıqlarını müşahidə edirik. Belə şəxslərdən biri də Həsənov Adil Bədəl oğludur. Əməkdaşımız Adil Həsənovu “Azadlıq” metrostansiyasının çıxışındakı parkda, beton səkinin […]

“Qarabağ” “Beşiktaş”la qarşılaşacaq

“Qarabağ” qış fasiləsində “Beşiktaş”la yoxlama oyunu keçirəcək. Sport7.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Məlumatda bildirilir ki, bu barədə “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşlə “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov arasında Bakıda baş tutan görüşdə qərar qəbul edilib. Bildirilir ki, “Qarabağ” rəsmiləri qısa müddətdə İstanbula gedərək “Beşiktaş”ın klub və oyunçu […]

“Eldar Mahmudov onun evinə tapança qoydurub həbs etdirdi” – GENERALDAN MƏHKƏMƏDƏ ŞOK ETİRAF

Prosesdə Elçin Quliyev zərərçəkmişlərin çıxışına münasibət bildirib. O, möhkəm səslə qeyd edib ki, bu işdə heç bir günahı yoxdur: “Mən özümü təqsirkar bilmirəm. Çünki mənim heç bir günahım yoxdur. Cinayət törətməmişəm”. Zərərçəkmiş Mətləb Mustafayevin həbs edilməsinə münasibət bildirən general deyib ki, bunun sifarişini məhz nazir özü edib: “Eldar Mahmudov prokurorluqla […]

Allaha inanmayanlar: Ateist meyllər nə zaman və kimlərdə yaranır?

Dünyanın yaranışından bu günə qədər həyat dualizm üzərində bərqərar olub: isti-soyuq, gecə-gündüz, pis-yaxşı, mənfi-müsbət, xeyir-şər və s. Əgər bu ikilik olmasaydı, insanlıq, ümumiyyətlə canlı varlıq inkişaf etməz, yaşam tərzinin mahiyyəti mənasızlaşardı. Dualizmdə mübarizə var, inkişaf var, rəqabət var, elmi tərəqqi və cahillik var. Yaradan insana seçim azadlığı verdiyi üçün bu […]

Bu gündən süfrələrə böcəkli çörək gəlir – VİDEO

Süfrələrə böcəkli çörək gəlir. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, Finlandiyada qida məhsullarında böcəkdən istifadəyə icazə verən qanunun qəbulundan sonra ilk dəfə olaraq böcəkli çörək süfrələrə gəlib. Bu gündən etibarən ölkənin məşhur qida qrupu oklan “Fazer” böcəkli çörəklərin istehsalına başlayıb. İçində 70-ə qədər böcəyin olduğu çörəklərin satışına artıq qanun da […]

Dünyanı barmağında “oynadan” azərbaycanlı “qanuni oğrular” – SİYAHI

Son günlər ölkə mediasının diqqəti daha çox azərbaycanlı qanuni oğruların həyatına yönəlmişdir.  Turkustan.info A24.az-a istinadən sizə bu günə qədər qanuni oğru adı qazanmış və həyatdan köçmüş bəzi avtoritetlərin fotolarını və haqqında olan məlumatları sizə təqdim edir: Masallı Mamed 1960-cı ildə Masallıda anadan olan “qanuni oğru” ilk dəfə 17 yaşında məhkum […]

Bir gecədə “Ayə, hareyə gedirsən”lə məşhurlaşan gənc danışdı – FOTO

Dünən gecədən Vüsal Rzasoy adlı gənc “Müasir Azərbaycan gənci” proqramındakı “Ayə, harya gedirsən, ayə?” ifası ilə sosial medianın gündəminə çevrilib. Turkustan.info xəbər verir ki, bu ifa efirə getməsə də, səs-sədası geniş olub. Məsələ ilə bağlı mahnının ifaçısı Vüsal Rzasoy publika.az-a danışıb. O, ifasına belə açıqlama gətirib: “Bu mahnının belə ləhcədə səslənməsi […]

Əli Həsənovun “Gelandawagen”lə adam öldürən nəvəsi məhkəməyə QOLU QANDALLI GƏTİRİLDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda “Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Turkustan.info report-a istinadən xəəbər verir ki,  hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən proses hazırda davam edir. N.Allahverdiyev məhkəmə iclası keçirilən zala qolu qandallı gətirilib. Qeyd edək ki, Daxili İşlər Nazirliyi […]

ABŞ-ın planı deşifrə oldu: PKK ilə birlikdə yeni muxtariyyat

Terror təşkilatı İŞİD məğlubiyyətə uğrasa da, ABŞ Suriyanın cənubunda qalacaq və PKK-PYD-dən istifadə edərək mərkəzi hökumətə bağlı olmayan regional muxtariyyat yaradacaq. Cebhe.info xəbər verir ki, ABŞ-ın bu planı barədə iddia “Washington Post” qəzetində yer alıb. İŞİD-in İran və Rusiyanın da dəstəyilə getdikcə məğlubiyyətə uğramasından sonra ABŞ-ın bölgədəki varlığı barədə müzakirələr səngimir. […]

Ermənistan Azərbaycana tələb göndərdi: Siyasi həyasızlığın pik həddi

“Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan İrəvanın Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün əleyhinə olmadığını, ancaq şərtləri olduğunu deyib. Birincisi, Azərbaycan Ermənistanın blokadasına son qoymalıdır. İkincisi, Azərbaycan Ermənistana qarşı düşmən münasibətdən əl çəkməlidir”. A24.Az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq İrəvanın şərtlərinə sərt reaksiya göstərib. “Şərtə bax […]

Gələcək gəlinini görən qadın İNTİHAR ETDİ – ŞOK TƏFƏRRÜAT – VİDEO

Oğlunun evlənmək istədiyi qızın qısa boylu olmasına qəzəblənən ana özünü öldürüb. A24.az  Haberler-ə istinadən xəbər verir ki, hadisə Çinin Henan əyalətində qeydə alınıb. Adının Lin olduğu deyilən 47 yaşlı qadın oğlunun nişanlısının çox qısa boylu olmasına əsəbləşib, özünü çaya ataraq intihar edib. Qadının bu hərəkətini görən əri və oğlu özlərini çaya ataraq qadını xilas etməyə çalışıb. […]

AZTV-nin efirində “Harya gedisən, ayə?” şoku – VİDEO

AZTV-nin efirində yayımlanan Müasir Azərbaycan Gənci (MAG) adlı verilişdə maraqlı anlar yaşanıb. Azxeber.com-un əldə etdiyi görüntülərdə, efirə dəvət edilən gənc müğənninin ifası gözlənilmədən studiyadakıların da gülüşünə səbəb olub. Belə ki, rok musiqi tərzində mahnı ifa edən Vüsal Rzasoy adlı gəncin “ayə harayə gedirsən ayə?” adlı mahnısı geniş müzakirəyə səbəb olub. […]

Tanınmış teleaparıcı Almaniyaya sığındı: “40 illik həyatımı, 22 illik karyeramı sıfırladım!”

Daha çox fəaliyyəti dayandırılan ANS TV-nin aparıcısı kimi Tünzalə Rafiqqızı Azərbaycanı birdəfəlik tərk edib. BakuPost.az xəbər verir ki, jurnalist Almaniyadan siyasi sığınacaq üçün müraciət edib. Bu barədə T. Rafiqqızının özü facebook hesabında yazıb. “Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təzyiqlər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər […]

Azərbaycanda növbəti zəlzələ

Azərbaycanda növbəti dəfə zəlzələ olub. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuPost.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04:02-də Saatlı rayonu ərazisində qeydə alınıb. Zəlzələnin 3,2 maqnituda gücündə olduğu və hiss edilmədiyi bildirilir. Yeraltı təkanlar 58 km dərinlikdə qeydə alınıb.

“Gənc Alimlərin Əsərləri” elmi jurnalının ingilis dilli versiyası çap olundu

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təsis etdikləri “Gənc Alimlərin Əsərləri” elmi jurnalının növbəti ingilis dilli versiyası “Proceedings of Young Scientists” çap olunub. Turkustan.info-nun verdiyi xəbərə görə, 2008-ci ildən çap olunan jurnal gənc alim və tədqiqatçıların elmi əsərlərinin maneəsiz, növbə gözləmədən və geniş […]

BAMF Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sosial roliklər hazırlayıb – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İctimai həyatın aktual sahələrinə dair sosial çarxların hazırlanması”layihəsi çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən 3 sosial rolik hazırlanıb. BAMF-dan verilən məlumata görə, çarxlarda sujet xətləri müxtəlif olsa da, ümumi mövzu eynidir – Dağlıq Qarabağ münaqişəsi. Çarxlarının çəkilişləri zamanı və sonrakı […]