Gün: Noyabr 27, 2017

Qənirə Paşayevanın kitabı Türkiyədə yayıldı

Türkiyənin Elağız vilayətində millət vəkili Qənirə Paşayevanın yeni çapdan çıxan “Turan yolçusu” və “Aşk yolçusu” kitablarının təqdimatı və imzalanma mərasimi keçirilib.   Turkustan.info xəbər verir ki, Elazığ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə bir çox ziyalılar, gənclər və jurnalistlər iştirak ediblər. Tədbirdə iştirak edənlərə və media mənsublarına təşəkkür edən millət vəkili özəlliklə gənclərin […]

Bir ədədi 5 manata satılan yaşıl yumurta faydası nədir?

Dünyada son dövrlər məşhurlaşmağa başlayan yaşıl yumurtaya tələbat çox olduğundan, qiyməti də kifayət qədər yüksəkdir. Medicina.az xəbər verir ki, sözügedən yumurtanın hamilə qadınlar və uşaqlar üçün daha faydalı, vitamin və mineral tərkibi baxımından zəngin olduğu bildirilir. Bu səbəbdən də bəyaz yumurta ilə müqayisədə yaşıl yumurtanın qiyməti xeyli bahadır. Mütəxəssislər isə […]

Ermənilər Bakıda

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası xüsusi məlumat yayıb “Multikulturalizmin Azərbaycan modeli: etnomədəniyyət fərqi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıya milliyətcə  erməni olan iki fəal gəlib. İstiPress-in məlumatına görə, bunlar tarixçi, “Ermənistan-Azərbaycan vətəndaş platforması” İdarə Heyətinin üzvü, etnik erməni Artur Ağacanov və elə həmin təşkilatın İdarə […]

Azay Quliyev Vyanada məruzə ilə çıxış edəcək

Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun dəvətilə 27-29 noyabr 2017-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. Turkustan.info xəbər verir ki, bu haqda Milli Məclisin mətbuat xidməti məlumat yayıb. Səfərin məqsədi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Hofburqda […]

Tanınmış jurnalist: “Cəmiyyəti erkən nikahlara qarşı səfərbər etmək lazımdır” – Tədbir + FOTOLAR

Gənclər təşkilatı Masallıda erkən nikahlarla bağlı maarifləndirmə işi aparıb “İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi “Region gəncləri erkən nikahlara qarşı” adlı layihənin icrasını davam etdirir. Birlikdən Turkustan.info-ya veriən məlumata görə, layihə çərçivəsində növbəti tədbir Masallı şəhərində baş tutub. Tədbirdə rayonda fəaliyyət […]

Vəkil: “Fədayə Laçınla bağlı əhvalatın necə baş verdiyi…” – MÜSAHİBƏ

“O, dəhşətli cinayət törətməyib ki, müğənnini bu qədər linç edirlər” Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçınla bağlı bir neçə xalq artisti ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Qeyd edək ki, F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 […]

“Qarabağ” – “Çelsi” matçının hakimi ilə bağlı qərar AÇIQLANDI

Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçında idarəçiliyə etirazlara səbəb olan Manuel De Sousanın işi UEFA tərəfindən yüksək qiyməyləndirilib. Turkustan.info xəbər verir ki, portuqaliyalı referinin işinə 8,4 bal verilib ki, bu da yüksək göstərici hesab olunur. Qeyd edək ki, Manuel de Sousa Bakı Olimpiya Stadionunda […]

““Qoca” məhkum qatarından qaçmayıb” – Əslində necə olub? – Müəmmalı İDDİA

Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçdığı deyilən və sonra xüsusi əməliyyat zamanı öldürülən “Qoca” ləqəbli Etibar Məmmədov haqda şok xəbər var. Musavat.com yazır ki, “Qoca” və onunla birgə olan Əli Ağami ümumiyyətlə, həmin gün məhbusları Lənkərandan Bakıya gətirən qatarda olmayıblar. İddia olunur ki, “Qoca” Bakıdan […]

Sarkisyan dar ağacına doğru: Putinin hücum planı və İrəvanı MƏHVƏ APARAN SƏBƏBLƏR

Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammitində Ermənistanla Avropa İttifaqı arasında saziş imzalandı. Ermənistan mediası bunu Moskvanın kölgəsində yatan İrəvan üçün ciddi irəliləyiş hesab edir, reallıqda isə bu, birbaşa Sarkisyanın Kremlə baş qaldırmasıdır. Publika.az xəbər verir ki, Ermənistanda Sarkisyana yaxın medianın “böyük qələbə” olaraq təqdim etdiyi bu saziş indiki məqamda heç bir […]

Ukraynadakı Azərbaycan parkında daş abidəyə xaç çəkənlər kimlərdir? – Açıqlama + VİDEO

Ukraynanın Odessa şəhərində yerləşən “Azərbaycan” parkında qoyulmuş daş abidənin üzərinə naməlum şəxslər tərəfindən “kelt xaçı” çəkilib. Ukraynada yaşayan tanınmış diaspor liderimiz, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Azərbaycana qarşı həqarət hesab olunan bu olayla bağlı Moderator.az- a açıqlama verib. Bildirib ki, həmin parkın əsası 2013-cü ildə qoyulub: “Daha doğrusu, […]

Azərbaycanda toy yasa döndü – Üzücü xəbər…

Lənkəran rayonundan Neftçalaya toya gələn şəxs qəfildən ölüb. Hadisə rayonun Aşağı Surra kəndində yerləşən “Kür-Xəzər” şadlıq sarayında qeydə alınıb. Belə ki, Lənkəran rayonunun Mamusta kənd sakini, 1958-ci il təvəllüdlü Arif Vəli oğlu Bəqiyevin toy mərasimində halı pisləşib və o, özündən gedib. Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb. A.Bəqiyev Salyan […]

Aqrar Universitetin tələbələrinə layihələrdə iştirakla bağlı təlim keçirilib

Bu gün ali təhsil müəssisəsində oxuyan tələbələrin elmlə yanaşı müxtəlif layhələrdə iştirakı, ən başlıcası layihə təkliflərinin hazırlanması bacarığına yiyələnməsi də əsas məsələlərdən biridir. Tələbə təhsil aldığı regionun sosial iqtisadi məsələləri üzrə  layihə hazırlamağa daha maraqlı olmalıdır. Layihə hazırlamağa maraq tələbənin potensialını üzə çıxarmaqla yanaşı həm də onların maddi durumlarının yaxşılaşması […]

İntihara sürükləyən qrip dərmanları Azərbaycanda da satılır?

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi qrip əleyhinə olan “Tamiflu” adlı dərmanı qəbul edən xəstələrdə “qəribə davranış”lar müşahidə etdiyindən həmin dərmanın uşaq və yeniyetmələr üçün istifadəsini məqbul saymır. Artıq bir neçə ildir ki, Yaponiyada “Tamiflu” həkimlər tərəfindən uşaqlara yazılmır. Lakin indi Yaponiya nazirliyi belə hesab edir ki, “qəribə davranış”la əlaqədar […]

“Aprel şəhidi”nin xanımı: “Nişan üzüyünü yadigar saxlaya bilmədim” – MÜSAHİBƏ+FOTOLAR

“Bir oğlan uşağını övladlığa götürmüşəm, ona Dilsuzun adını verəcəm” Gizir Dilsuz Qarayev 2016-cı ilin “Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olub. 1990-cı ildə Ağcabədi rayonunun Hindarx kəndind anadan olan Dilsuz Qarayev aprelin 4-ü doğulduğu torpaqda son mənzilə yola salınıb. Kəşfiyyatçı Dilsuz Qarayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidentinin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli […]

Elazığda Qarabağ parkı açılacaq

Qarabağ və Türk dünyası ilə bağlı konfranslar vermək və 24-cü Beynəlxalq Şeir Axşamlarında iştirak etmək üçün Türkiyədə səfərdə olan millət vəkili, siyasi elmlər doktoru  Qənirə Paşayeva  bu ölkənin ən qədim vilayətlərindən biri olan Elazığda bölgə valisi Çetin Oktay Kaldırım,  bələdiyyə başqanı Mücahit Yanılmaz  və millət vəkilləri ilə görüşüb. Görüşlər zamanı […]

“Uşaq Qaynar Xətti” mobil telefonda

Xidmətin İOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş mobil tətbiqi hazırlanıb. Azercell Telekom MMC-nin dəstəyi, Ümidli Gələcək İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən, uşaqların qayğısına və rifahına yönəlik layihələrindən biri olan “Uşaq Qaynar Xətti” xidmətinin mobil əlavəsi istifadəyə verilib. 24 noyabrda Hyatt Regency otelində baş tutan təqdimat mərasimində Azərbaycan Respublikasının Ailə, […]

Xərçəngin səbəbi açıqlandı

Xəstəliyə yoluxmanın 40 faizi vərdişlərimizdir Əsrin bəlası, hər il yüz minlərlə insanın ölümünə səbəb olan xərçəngin əsas səbəbi ziyanlı vərdişlərdir. 40 faizdən çox halda xəstəlik həyat tərzi ilə bağlı olur ki, bunu da dəyişmək əlimizdədir. İstiPress-in məlumatına görə, Amerika onkoloqlar cəmiyyəti belə düşünür. Onların birgə araşdırmalarında qeyd edilir ki, xərçəngin […]

Putinin adamı salam verən Ərdoğanı çaşdırdı – VİDEO

“Mən səninlə niyə türkcə salamlaşmıram ki?” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün öncə Rusiyaya səfəri zamanı lentə alınana görüntülər marağa səbəb olub. İstiPress-in məlumatına görə, maraqlı və qısa dialoq Ərdoğanla Kremlin mətbuat katibi Dmitri Peskov arasında olub. Görüntüəri səfərdən bir neçə gün sonra Rusiya kanallarından biri yayımlayıb. Noyabrın […]

ANS-in prezidenti danışdı: “İri proyektlər üzərində çalışırıq”

Vahid Mustafayev: “İndiyədək xalqımıza, dövlətimizə necə xidmət etmişiksə, eyni qaydada davam edəcəyik” “Yeni Müsavat” SSRİ-nin ilk müstəqil televiziyası ANS-in 26 illiyi münasibəti ilə məqalə dərc edib. İstiPress məqaləni olduğu kimi təqdim edir: Noyabrın 26-sı fəaliyyəti dayandırılmış ANS kanalının “Xəbərçi” proqramının ilk dəfə efirə çıxdığı gündür. Kanalın keçmiş əməkdaşlarının əksəriyyəti müxtəlif media […]

“Ayə, harya gedersən”ə ən məzəli remikslər – VİDEO

Ulduzu bir gecədə parlayan Vüsal Rzasoy adlı gənc “Ayə, harya gedirsən, ayə?” mahnısı ilə sosial medianın fenomeninə çevrilib. A24.Az xəbər verir ki, vüsal Rzasoyun ifa etdiyi qeyri-adi mahnıya həm adi insanlar, həm də məşhurlar tərəfindən dəfələrlə dublyajlar, vaynlar, remikslər və s. edilib. Qısa vaxt ərzində populyarlaşan bu ifaya olunan parodiyaların sayı […]

“Bu bayraq da bizimdir” – Türkiyə əsgərindən Azərbaycan bayrağına… – ÇOX TƏSİRLİ VİDEO

Türkiyənin sevilərək izlənilən “Savaşçı” serialının 22 bölümü yayımlanıb. Turkustan.info Metbuat.az-a istinadən xəbər verir ki, bu bölümdə də Azərbaycanla bağlı səhnə yer alıb. Türk albayının Azərbyacan bayrağını əsgərlərinin formasına taxdıraraq “Bu bayraq da bizimdir” deməsi isə iki ölkə arasında ayrılmaz bir bağın olduğu bir daha sübut edib. Qeyd edək ki, bölümdə terrorçular Azərbaycanın […]

Bu sahədə işləyənlərin maaşı 200-740 manat artırılacaq

İcbari tibbi sığorta sistemi səhiyyə sisteminin şəffaflaşdırılmasına, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına, tibb işçilərinin əməyinin stimullaşdırılmasına yardım edəcək. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva bu gün “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” layihəsinin açılış mərasimində çıxış edərkən deyib. Layihənin pilot olaraq həyata keçirildiyini xatırladan […]

Bakıda yeni fırıldaqçılıq yayılıb – Diqqətli olun

Bakıda yeni fırıldaqçılar peyda olub. Turkustan.info xəbər verir ki, bu barədə Metbuat.az-a paytaxtda fəaliyyət göstərən geyim mağazalarından birinin sahibi deyib. Adının açıqlanmasını istəməyən mağaza sahibi bildirib ki, müştəri adı ilə mağazaya daxil olan fırıldaqçılar müxtəlif qiymətlərdə olan iki geyimi (Məsələn, 2 şalvar, 2 köynək) seçdikdən sonra geyim otağına daxil olur. […]

Eldar Mahmudovla bağlı sirlər açıqlanacaq – Keçmiş nazirin cinayətini açıqlayan generalın son sözü

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesinin davamı başlayıb. BakuPost.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə general Elçin Quliyevin son sözlə çıxış edəcəyi gözlənilir. Digər təqsirləndirilən polkovnik […]

“4 yadplanetli gəlmişdi, hamısını öldürdük” – EKS-NAZİR DƏHŞƏTLİ SİRRİ AÇDI

“Dünyaya 4 yadplanetli gəlmişdi, hamısını öldürdük”. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kanadanın sabiq müdafiə naziri Paul Hellyer deyib. Onun sözlərinə görə, bunu ört-basdır etmək üçün Kanada trilyonlarla dollar vəsait xərcləyib. 1963-1967-ci illərdə müdafiə naziri olan Hellyer hadisənin 1960-cı ildə baş verdiyini bildirib: “İllər əvvəl Yer planetinə […]

Qənirə Paşayeva Elazığ vilayətində Qarabağ problemlərindən danışdı

Millət vəkili, Siyasi elmlər doktoru Q.Paşayeva Elazığ vilayətində “15 Temmuz və Vatan” adlı konfransda Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, qərbin ikili standartları və birliyin önəmi mövzusunda geniş məruzə ilə çıxış edib. Turkustan.info xəbər verir ki, tanınmış aradırmaçı-yazar İmdat Avşarın moderatorluğu ilə keçən konfransda millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva çıxışına […]

Müəllimlərin maaşı artırıldı

Bakı Dövlət Universiteti növbəti dəfə  əməkdaşlarının maaşını artırıb. A24.az xəbər verir ki, Bakı Dövlət Universiteti rektorluğunun 24 noyabr 2017-ci il tarixli genişləndirilmiş iclasında universitetin bütün əməkdaşlarının əmək haqlarının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, […]

İlahiyyatçı ona söyənlərin cavabını belə verdi! – VİDEO

Ötən həftə APA TV-nin canlı efirində qonaq olan ilahiyyatçı Elşad Miri gündəm yaradan açıqlamaları ilə geniş müzakirə mövzusu oldu. Hər zaman açıqlamaları ilə heç də hər kəs tərəfindən birmənalı qarşlanmayan ilahiyyatçını qəbul etməyənlərlə yanaşı, pis sözlərlə təhqir edənlər də az deyil. Turkustan.info bildirir ki, aparıcı efirin son dəqiqələrində ilahiyyatçıya “veriliş boyu […]

​Azərbaycanda zəlzələ ilə bağlı son vəziyyət – Nə baş verir?

Dünyanın bütün seysmik regionlarında aktivləşmə var”. Turkustan.info bildirir ki, bunu Metbuat.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib. Onun sözlərinə görə, təkanlar təkcə Azərbaycanda deyil, seysmoaktiv zonalarda yerləşən ayrı-ayrı ölkələrdə də davam edir: “Bu, yerin altında gedən təbii proseslərdir və özünü zəlzələlər formasında göstərir. Yeraltı piltələrarası toqquşma zamanı ocaqlar […]

Mərkəzi Elmi Kitabxana öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası(MEK) öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib. Tədbirdə Azərbaycanda təmsil olunan türk ölkələrinin səfirlikləri, türk dünyasının iş qurumları,AMEA institutları, ali məktəblər və media qurumlarının nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK fondlarının türkdilli mənbələrlə zənginləşdirilməsi istiqamətində görülən […]

ADAU-nun rektoru daha bir sorğunun qalibi olub

Azərbaycan Universitetləri facebook səhifəsində 6-cı sorğu da sona çatıb. Son illərdə inkişafı ən yüksək səviyyədə olan 2 universitetin rektoru – ADNSU rektoru Mustafa Babanlı və ADAU rektoru İbrahim Cəfərov bu sorğuda müqayisə edilib.  ADAU rektoru 62%,  ADNSU rektoru isə 38% səs toplayıb. ADAU-nun mətbuat xidmətinin xəbərində deyilib ki, bir həftə […]

Az insanın bildiyi, MÖHTƏŞƏM SAYTLAR – Nəhəng Arxiv

Bu dəfəki məqaləmiz məlumat xarakterlidir. Aşağıda paylaşdığımız saytlara diqqətlə nəzər yetirin. Əminik ki, sizin də işinizə yarayacaq bir çox sayt kəşf edəcəksiniz. Turkustan.info  technote.az-a istinadən bildirir ki, bu məqaləni brauzerinizdə yadda saxlaya və ehtiyac olduğunda qeyd etdiyimiz saytları rahatlıqla tapa bilərsiniz. https://app.prntscr.com/tr/download.html- ekran şəkli (screenshot) çəkmə vasitəsi, linux, mac & windows […]

Azərbaycanda yüksək vəzifəli məmur istefa verdi – FOTO

“Azərpoçt” MMC-nin baş direktoru Ülvi Mansurov öz ərizəsi ilə işdən çıxıb. Məlumata görə, Ü.Mansurov hələ 1 ay öncə işdən çıxması barədə ərizəsini təqdim edib. Qeyd edək ki, bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının İdarə heyəti sədrinin müavini, həmçinin “Texnikabank”ın İdarə heyətinin sədri vəzifələrində çalışmış Ü.Mansurov bu il martın 31-də “Azərpoçt” MMC-nin baş direktoru […]

Azərbaycanın 80 min gənci Amerikada yaşamaq istəyir – Müraciət

Əcnəbilərə ABŞ-da yaşamaq  və işləmək izni verən “Greencard” lotoreyasını almaq istəyənlər arasında son dövrlər Azərbaycan vətəndaşları da artıb. “Greencard”ın qalibi olan şəxs tək və ya ailəsi (həyat yoldaşı və uşaqlar) ilə birgə vətəndaşlığını itirmədən Amerikada daimi yaşamaq, oxumaq və işləmək şansı əldə edir. Bu lotereya ildə yalnız bir dəfə keçirilir […]

Paytaxtda daha bir bomba həyəcanı

Təxliyəyə səbəb biznes mərkəzdə bombanın olması barədə daxil olmuş anonim zəng olub Rusiyanın paytaxtında həyəcanlı anlar yaşanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Moskvada biznes mərkəzində 200 nəfər yaxın insan təxliyə edilib. Məlumata görə, təxliyəyə səbəb biznes mərkəzdə bombanın olması barədə daxil olmuş anonim zəng olub. Hazırda binada kinoloqlar […]

Afrikalı qız “Kainat gözəli” oldu

Cənubi Afrika Respublikasından (CAR) olan model Demi-Li Nel-Piters Las-Veqasda keçirilən “Kainat gözəli-2017” yarışmasının qalibi olub. “Report” xəbər verir ki, Nel-Piters dünyanın ən nüfuzlu gözəllik yarışmasının tacına müxtəlif ölkələri təmsil edən 91 iştirakçı arasında layiq görülüb. İkinci yeri Kolumbiya gözəli Laura Qonzales, üçüncü yeri isə Yamaykaydan olan Davina Bennet tutub. Qeyd […]

Cəbhədən son xəbər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub. Turkustan.info-nun Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Məzəm, Qızılhacılı, Bala Cəfərli kəndlərində və […]

Putin azərbaycanlıların yeni birliyinə razılıq verdi

Rusiya Federasiyasında bu yaxınlarda ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerinə yeni struktur yaradılır. Bu barədə Virtualaz.org-a ÜAK-ın Rusiya paytaxtı üzrə icraçı direktoru, Azərbaycan mədəniyyətinin dirçəlişi və inkişafı fondunun direktoru Şamil Tağıyev məlumat verib. Ş.Tağıyev Rusiyanın regionlarından olan Azərbaycan icmaları rəhbərlərinin Ümumrusiya Azərbaycan Konqresinin prezidenti akademik Fazil Qurbanova məktub ünvanladıqlarını və […]

İlk iş günü qar yağacaq

Noyabrının son bazar ertəsinə olan hava proqnozu Yeni həftənin ilk iş günü ölkə ərazisində tutqun hava gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı […]

Yeni il qabağı bahalaşma – Yumurta 24 qəpik…

Paytaxtdakı market və mağazalarda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərində bahalaşma davam edir.  “Yeni Müsavat”ın yaydığı məlumatda  bildirilir ki, yağın bahalaşması ilə bağlı yaşanan ictimai narazılıqdan sonra qiymət artımları daha səssiz şəkildə həyata keçirilir və demək olar ki, hər gün 1-3 qəpik artım olur. Artıq yağın, digər süd məhsullarının, […]

“Qarabağ”ın azarkeşləri ilə məzələnən “Çelsi” fanatının acı aqibəti – VİDEO

Xəbər verdiyimiz kimi, Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Çelsi” qarşılaşması İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Turkustan.info “oxu.az”a istinadən xəbər verir ki, oyun emosional fanatların maraqlı görüntüləri ilə də yadda qalıb. Belə ki, stadionda matçı izləyən “Çelsi” fanatı “Qarabağ”ın azarkeşləri ilə məzələnməyə başlayıb. Nəticədə isə o, xoşagəlməz vəziyyətlə […]

Bürcünüz haqqında heç kimin bilmədiyi ÇİRKİN HƏQİQƏTLƏR

Bütün bürc həvəskarları adətən deyirlər ki, zodiak işarələrinin xarakteristikası onların şəxsiyyətinin xüsusiyyətləri ilə üst-üstə düşür. Lakin bu, çox vaxt bürclərin müsbət tərəflərindən söhbət gedəndə baş verir. Odur ki, bu dəfə oxucuları bürclərin mənfi xüsusiyyətləri barədə tanış etməyə qərar verdik. Publika.az xarici mətbuata istinadən bürclər haqqında çirkin həqiqətləri təqdim edir. Qoç Siz […]

Kriminalların “sxodka”sına basqın: 60 avtoritet saxlanıldı

Ukrayna polisi 60 kriminal avtoriteti həbs edib. Axar.az xəbər verir ki, Ukrayna Milli Polisi xüsusi təyinatlıların da iştirak etdiyi əməliyyatın adı açıqlanmayan restoranda keçirildiyini bildirib. Operativ məlumata görə, burda avtoritetlər Kiyev və digər regionlardakı kriminal vəziyyəti müzakirə edirmiş. Müzakirədə iştirak edən bütün iştirakçılar polis idarəsinə aparılıb. Saxlanılanların böyük əksəriyyəti əvvəllər […]

Ayaqqabını corabsız geyinən kişilərə XƏBƏRDARLIQ

Son zamanlar kişilər arasında corabsız ayaqqabı geyinmə dəbi yayılıb. Çoxları bunu dəb xatirinə geyinir. Amma mütəxəssislər corabsız ayaqqabı geyinməyin çox ciddi zərərləri olduğuna dair xəbərdarlıq edirlər. Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, dermatoloq Elçin Sadıqov Ailem.az-a bildirib ki, ayaqqabı corabsız geyilən zaman qabar və qızartı ilə başlayan göbələk infeksiyalarının yaranma […]