Aqrar Universitetin əməkdaşları akademik Həsən Əliyevin irsini orta məktəb şagirdlərinə öyrədir

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən akademik Həsən Əliyevin yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlərə xeyli əvvəl start verilib və indidə davam edir. Tədbirlər planında həmçinin nəzərdə tutulub ki, yubiley gününədək Azərbaycan təbiət elminin inkişafında müstəsna xiddmətləri olan, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Əliyevin irsi şəhərin orta məktəb şagirlərinə də öyrədilsin.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə ilk belə tədbir 1 və 4 nömrəli məktəblərdə keçirilib, Həsən Əliyevin zəngin elmi irsi barədə şagirdlərə ətraflı məlumatlar verilib. Təhsil müəssisəsini Aqranomluq fakültəsinin Ekologiya mühəndisliyi və meşəçilik kafedrasının müdiri, professor Zakir İbrahimov  Həsən Əliyevin zəngin yaradıcılığı, yazdığı qiymətli əsərlər, apardığı araşdırmalar barədə geniş məruzə edib. Akademiklə bağlı Aqrar Universitetdə və şəhərdə görülən işlərdən danışıb.

Tədbirdə təbiətlə bağlı geniş müzakirələr aparılıb, tələbələri maraqlandıran suallara ətraflı cavab verilib.

  • Quraşdırılmış təsvir 1
  • Quraşdırılmış təsvir 5
  • Quraşdırılmış təsvir 4
  • Quraşdırılmış təsvir 2
  • Quraşdırılmış təsvir 3