Gün: Noyabr 29, 2017

Yasda Quran oxunması düzgün deyil, “Yasin”insə ölüyə heç bir xeyri yoxdur – GÜNDƏM YARADACAQ İDDİA

“Qurani Kərim”in heç bir yerində bu kitabın müqəddəs olması barədə ayəyə rast gələ bilməzsiniz”. Bu fikirlərin müəllifi ilahiyyatçı Elşad Miridir. O, bu fikirləri ətrafında müzakirələr səngiməmiş sosial şəbəkədə yeni bir video-müraciət yayıb. E.Miri bu müraciətilə yeni bir müzakirənin əsasını qoyub. Belə ki, ilahiyyatçı islamda sehr, siğə və ölüyə Quran oxunmaması […]

Rusiya telekanalında Sarkisyan haqqında: “Gəzəyən qızdır, əri olsa da, özünə sevgili tapıb..

Rusiyanın NTV telekanalının “Görüş yeri” (“Mesta vstreçi”) proqramında Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb. Turkustan.info xəbər verir ki, proqramda noyabrın 24-də imzalanan bu razılaşma “ümumerməni miqyasında tarixi hadisə” adlandırılıb. Deyilib ki, Ermənistan bununla guya müstəqil olduğunu göstərmək istəyib. Əslində isə Ermənistan Avropa İttifaqı ilə […]

Ermənistan müharibəyə hazırlaşır — EKSPERTLƏRDƏN ŞOK AÇIQLAMALAR

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərində növbəti təlimlər keçir. Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirilən təlimlər saat 11 radələrində başlayıb. Təlimdə ağır artilleriya qurğuları və texnikalardan istifadə olunur. Atəş səsləri cəbhə boyu yaşayış məntəqələrində eşidilir. Ermənilərin bu təlimi regionda vəziyyəti daha da ağırlaşdıra və müharibə ehtimalını birə […]

Prezidentdən manatla alınan kreditlərlə bağlı – FƏRMAN

“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Nizamnaməsi və strukturu təsdiq olunub. Turkustan.info xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 29-da “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi, strukturu, “Sahibkarlar […]

Ermənilərin meşədə qovduğu azərbaycanlı qız görün nə danışır… – VİDEO

Erməni əsirliyindən azad olan uşaqların video görüntüsü yayılıb. Turkustan.info xəbər verir ki, 1992-ci ildə Xocalı şəhərinin ermənilər tərəfindən işğalı nəticəsində əsir düşmüş ailə, əsirlikdən qurutlduqdan sonra başlarına gələn dəhşəti danışıb. A24.az-a istinadən sözügedən görüntüləri təqdim edirik: /sizinyol/

“İslam NATO-su”nun arxasındakı 1 trilyon

Ər-Riyadda rəsmən Səudiyyə Ərəbistanı başda olmaqla hərbi koalisiya elan edilib.“Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, koalisiyaya Pakistanın keçmiş ordu komandanı Rahil Şərif rəhbərlik edəcək.İslam Ölkələrinin Antiterror Koalisiyası (İÖAİK) müdafiə nazirlərinin ilk yığıncağı da baş tutub.Tədbirə Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd ibn Salman başçılıq edib.Əsasən sünnilər olmaqla 41 müsəlman […]

NATO-dan açıqlama: Azərbaycan bizim üçün çox vacibdir

Xəbər verdiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilib. Turkustan.info xəbər verir ki, tədbir ekspert qrupu tərəfindən təşkil olunub. Hərbi Tərəfdaşlıq İdarəsinin qərargah rəisi, polkovnik Aleksander Şvabın (Kanada) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Dəniz Qüvvələri komandanlığını ziyarət edib. Tədbir […]

Azərbaycanda bank rəhbəri tutuldu

Heç bir fəaliyyəti olmayan müəssisələrə verilən milyonlar Hazırda ləğvetmə prosesində olan “Atrabank” ASC-nin sabiq vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmanətlərin Sığortalanması Fondundan daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluqdan verilən məlumata görə, müəyyən edilib ki, bankın İdarə Heyətinin sabiq sədri Nəbiyev Elmixan Nəbi […]

Bu toyuqların 1 ədədi 2500 dollaradır

Dimdiyindən daxili orqanlarına qədər hər yeri qara olan “Ayam Cemani” cinsdən olan toyuqlar böyük maraq görməyə başlayıb. Turkustan.info xəbər verir ki, İndoneziyada olan bu toyuqların qiymətləri də hər keçən gün artmağa davam edir. Tüklərindən tutmuş daxili orqanlarına qədər qapqara rəngdə olan toyuqların təkcə yumurta və qanları normal toyuqlarla eyni rəngdədir. […]

Aqrar Universitetin eksprimental tədris qrupu Goranda pambıq sahələrində olub

ADAU-nun aqronomluq fakültəsinin nəzdində “Gilan Holding”-in dəstəyi ilə yaradılan eksperimental tədris qrupunun üzvləri Goranboy rayonunun Goran qəsəbəsindəki “Gilan Holding” şirkətinə məxsus MKT–nın pambıq sahəsində təcrübədə iştirak ediblər. ADAU-nun mətbuat xidmətinin xəbərinə görə şirkətin kənd təsərrufatı üzrə təlim və inkişaf mərkəzinin nümayəndəsi Teymur Tağıyev və Fəqan Ağayevin iştirakı ilə keçirilən təcrübədə […]

Türkiyəli müğənni aparıcı Zauru canlı yayımda təhqir etdi – VİDEO

Aparıcı Zaur Kamal canlı yayımda türkiyəli müğənni tərəfindən təhqir olunub. Turkustan.info xəbər verir ki, Zaur Kamal “Xəzər TV”-də yayımlanan “5-də 5” verilişinə türkiyəli müğənni Adil Karacanı dəvət edib. Müğənni repertuarından mahnı ifa etdikdən sonra Zaur ona yaxınlaşaraq mahnını yenidən oxumasını istəyib. Yayım zamanı problem yarandığı üçün bunu istədiyini deyib. Müğənni bunun zarafat […]

“Atam əlini saçıma qoyub: “qorxaqlar min kərə, mənim qızım kimi cəsurlar bir kərə öləcək” dedi“ – Nigar Almanqızı

Onun adını hələ orta məktəbdə oxuduğum zamanlardan eşitmişdim. Bir gün də eşitdik ki, səhhəti ilə bağlı problemi var. Dostlarla yığışıb ziyarətinə getdik. Düzü, yazılarından mən onu nənələrimizin sözü olmasın, “nənəm-sənəm” xanımlardan zənn etmişdim.. Qarşımda isə zərif, incə bir xanım görürdüm. Anlaya bilmirdim, o qədər vətən eşqi, mübarizə ruhu və jurnalist […]

Əflatun Amaşovdan jurnalisti hədələyən icra başçısına – CAVAB

Tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl yayımlanan “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub. Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin yaxın ətrafı jurnalistə zəng hədərək onu təhqir edib, hədə qorxu gəlib. Turkustan.info xəbər verir ki, məsələ ilə bağlı Mətbuat Şurasının sədri […]

“Bakı və Ankara təklənir, yalnız bir yolumuz var”

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Samsun şəhərində “Türk dünyası problemlərinin çözümündə aydınların rolu” adlı konfrans keçirib. Turkustan.info xəbər verir ki, deputat konfransda Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti mövzusunda çıxış edib. Qərbin Azərbaycana, Türkiyəyə, türk-müsəlman dünyasına yanaşmasındakı ikili standartlardan danışan millət vəkili bu vəziyyətin getdikcə daha da pisləşdiyini vurğulayıb: “Bu gün BMT […]

Azərbaycanda fahişəliklə məşğul olan kişilərə – AĞIR CƏZA

Tacikistan prokurorları ölkənin fahişəlik əleyhinə qanununa “yüngül əxlaqlı kişilər” termininin əlavə olunmasını istəyirlər. Hazırda qüvvədə olan qanun bu cinayətə görə yalnız qadınları məsul sayır. Lakin yeni qanunvericilik homoseksualların və başqa seksual azlıqların da məsuliyyətə cəlb edilməsinə imkan verəcək. Bu tədbirdə məqsəd cinsi yolla yayılan xəstəliklərin qarşısının alınması, habelə seksual azlıqların özlərinin […]

“Əhəd Abıyev anlamalıdır ki, təhdidləri məni yolumdan döndərə bilməz” – Seymur Verdizadə

Tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl “Qafqazinfo”da yayımlanan “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub.  Məlumat üçün bildirək ki, həmin yazıda yaşlı nəslin gənclərin qarşısında maneə olması, onlara yol açmaması tənqid olunub. Turkustan.info bildirir ki, məsələylə bağlı “Qafqazinfo”ya açıqlama verən S.Verdizadə […]

Vüqar Əhmədin “Qaradağlılar” romanı haqda bir neçə söz

Rəşad Turqay Cavadxan Bakı kinoteatrının yaxınlığında yerləşən kitab mağazalarından birində alış-veriş edərkən gözümə bir kitab sataşdı: Vüqar Əhməd – “Qaradağlılar”. Ata nənəm Ağdam rayonunun Qaradağlı kəndindən olduğuna görə kitab mənə olduqca maraqlı gəldi və ciddi əsər olar düşüncəsi ilə kitabı əlimə alıb baxmaq istədim. Yenicə vərəqləməyə başlamışdım ki, bu cümlələri […]

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

Suraxanı rayonu Ə. Məmmədov adına 76 nömrəli orta məktəbdə intihara cəhd hadisəsinin olduğu iddia olunur. Belə ki, məktəbin 6-cı sinfində oxuyan iki qız şagird internet üzərindən “Mavi Balina” oyunu oynayıb. İntihara çağırış oyunu kimi tanınan “Mavi Balina” sonda şagirdlərə damarların kəsilməsi barədə təlimat verib. Təlimata uyan qızlar bilək damarlarını kəsmək […]

Kərbala ziyarətində anti-Azərbaycan təbliğatı – Bu kimə və nə üçün lazımdı?

Məlum olduğu kimi, hər il şiələr Aşura mərasimində İmam Hüseynin (ə) şəhadətinin 40-cı gününü  – “Ərbəin”i xüsusi tədbirlərlə keçirməyə üstünlük verirlər və bu zaman dünya ölkələrindən milyonlarla insan İraqa – Kərbəlanı ziyarətə axışır. Müşahidələr və rəsmi statistika göstərir ki, Kərbəlanı ziyarət edənlərin sayı hər il sürətlə artır və bu artımda […]

Aygün Kazımovanın “Cücələrim” klipindən görüntülər… – VİDEO

Bugünlərdə estetik-plastik əməliyyat keçirən xalq artisti Aygün Kazımovanın musiqisi bəstəkar Qəmbər Hüseynliyə, sözləri Tofiq Mütəllibova aid olan “Cücələrim”i oxuyaraq klip çəkdirməsi haqda xəbər vermişdik. Turkustan.info-nun məlumatına əsasən, yeni klipdən olan “Backstage” sənətçinin “YouTube” kanalında yerləşdirilib. Görüntülərdən məllum olub ki, A.Kazımovanı bu ifanı “Cücələrim” mahnısının yaranmasının 70 illiyinə həsr edib. Həmin […]

Bir manatın üstündə qatil oldu, prokuror 16 il iş istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünü bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən həmkarı Rövşən Hüseynova cəza istənilib. Turkustan.info-nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək R.Hüseynovun 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses dekabrın 1-də davam etdiriləcək. Hadisə “Koroğlu” metrostansiyasının qarşısında […]

Ünvanlı sosial yardım ləğv ediləcək? – Hadı Rəcəbli açıqladı

“Sosial sığorta haqlarının 3 dəfə artacağı gözlənilir”. Turkustan.info bildirir ki, Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı danışarkən deyib. O bildirib ki, bu layihənin hazırlanması insanların ələbaxımlılığının qarşısını alacaq: “İyun 13-də Milli Məclisin növbədənkənar plenar iclası zamanı Azərbaycan […]

Azərbaycan futbolunda kütləvi saxtakarlıq

Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında kütləvi saxtakarlıq halları aşkarlanıb. Turkustan.info xəbər verir ki, bu haqda AFFA İntizam Komitəsinin qərarlarında qeyd olunub. Sadalanan faktlara əsasən, U-17 Liqasının “Kəpəz” – “Mil-Muğan” matçında qonaq komandanın heyətində lisenziyası olmayan futbolçu iştirak edib. Bundan başqa, U-16 qızlar Liqasında UGİM (Naftalan) – “Əhmədli Yunayted”, U-13 […]

Bu vəzifələrə qəbul testdən kənar aparılacaq

Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişikliklər edib. Turkustan.info xəbər verir ki, bu Qayda indiyə qədər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati və yardımçı […]

Kriminal savaş yeni mərhələdə – Lotu Quli Mübariz Mənsimovu necə məhv edir?

Azərbaycan kriminal aləminin son illərdəki faktiki ən nüfuzlu nümayəndəsi sayılan Rövşən Lənkəranskinin sui-qəsdlə öldürülməsindən sonra “oğru dünyası”nda status-kvo tamam dəyişib.   Turkustan.info BakuPost.az-a istinadən xəbər verir ki, artıq bu aləmin yeni və şəksiz lideri var: Lotu Quli – Nadir Səlifov. Lənkəranskinin ölümünə qədər Azərbaycan, hətta Qafqazda bu iki “oğru” arasında […]

Azərbaycan QHT nümayəndələri və jurnalistləri Qarsda… – FOTOLAR

Məlum olduğu kimi Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Türkiyənin İğdır və Qars şəhərlərində Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində layihə həyata keçirilib. Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun və Türkiyədə fəaliyyət göstərən Əsilsiz Erməni İddiaları ilə Mübarizə […]

İntellektual yarışın qalibləri Cocuq Mərcanlı kəndində – FOTOLAR

“İpək Yolu Qloballaşmaya Dəstək” İctimai Birliyi Azərbaycan respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə “Aprel Qəhramanlaının xatirəsinə həsr edilmiş intellektual yarış” adlı layihə başa çatıb. Koordinat.az xəbər verir ki, layihə intellektual yarışlar vasitəsi ilə 2016-cı aprel döyüşləri haqqında həqiqətlərin gənclərə çatdırılması, həmin döyüşlərdə qəhrəmanlıq göstərmiş əsgər və zabitlərimizin […]

Şeyxin son səlahiyyəti də əlindən alınır

Azərbaycan Türkiyə modelinə keçir; dini fəaliyyətlər böyük ölç üdə dövlətin nəzarətində olacaq; QMİ sədri narazıdır… Xəbər verdiyimiz kimi, ötən ay Azərbaycan prezidentinin fərmanı ilə “Mənəvi Dəyərlərin Təbliği Fondu” yaradılıb. Prezident fərmanında qeyd olunur ki, fondun yaradılmasında əsas məqsəd mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunmasını və inkişafını təmin etməkdir. Fond […]

AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri Cocuq Mərcanlıya səfər edib

AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri 25 noyabr 2017-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamdan sonra burada görülmüş tikinti-abadlıq işləri ilə yerində tanış olmaq, yerli əhali ilə görüşmək, kənd […]

Azərbaycanlı qız Trampı heyran qoydu – VİDEO

“Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır” Azərbayacanlı qız ABŞ prezidentinin qızını heyran etdi. Turkustan.info-nun məlumatına görə, prezident Donald Trampın baş müşaviri və Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Azərbaycandan olan 15 yaşlı Reyhan Camalovanın nailiyyətlərini təqdir edib. “Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. […]

Azay Quliyevin başçılıq etdiyi heyət Moskvaya gedir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 noyabr 2017-ci il tarixlərində Rusiya Federasiyasının İctimai Palatasının dəvəti ilə Moskva şəhərində səfərdə olacaq. Turkustan.info xəbər verir ki, səfər çərçivəsində Şura və İctimai Palata arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək birgə […]

Özbəkistanın Azərbaycan Səfirliyindən MEK-ə kitablar hədiyyə edilib

Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi AMEA Mərkəzi Elmi Kitabxanasına Özbəkistanın tarixini, mədəniyyətini, müasir dövlət quruculuğunu əks etdirən kitablar hədiyyə edib. Kitablar MEK-in Akademiklər  zalında yerləşən Diplomatik fondda bu ölkə üçün ayrılmış xüsusi guşədə yerləşdirilib. Kitabları MEK-ə Özbəkistan Səfirliyinin müşaviri Muxammad Botraliyev, səfirliyin digər əməkdaşları Baxodir Musaxocayev və Oybek Akramov təqdim ediblər. […]

Avtoritetlərin qaçışına görə Penitensiar Xidmətdə daha bir dəyişiklik – Polkovnik getdi, mayor gəldi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun komandiri dəyişdirilib. Turkustan.info-nun məlumatına görə, Konvoy taborunun komandiri vəzifəsini müvəqqəti icra edən ədliyyə polkovnik-leytenantı Azad Maşanov vəzifəsindən azad edilib. Onun yerinə isə ədliyyə mayoru Arif Mirzəyev təyin olunub. A.Mirzəyev də Konvoy taborunun komandiri vəzifəsini müvəqqəti icra edəcək. O, daha əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin […]

Ömürlük məhbuslar azadlığa hansı şərtlərlə buraxılacaq?

Azərbaycanda ömürlük məhbusların şərti olaraq azad edilməsi üçün məhkəməyə müraciət qaydası müəyyənləşib. Bununla bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilir. Məcəllənin hazırda qüvvədə olan 513-cü (Cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə) maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad […]

Məmurlara katibə seçimində güzəşt

Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişikliklər edib. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bu qayda indiyə qədər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati və […]

Rza Zərraba qarşı ŞOK İDDİA – Həbsxanada qadın, narkotik, içki ziyafəti

ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilən Azərbaycan əsilli iş adamı Rza Zərraba qarşı yeni iddia qaldırılıb. Turkustan.info xəbər verir ki, onunla işbirliyi içində olduğu iddia edilən Türkiyənin “Xalqbank” bankının keçmiş prezidenti Mehmet Hakan Atillanın vəkili Rza Zərrabın həbsxanada ikən içəri qadın keçirdiyini iddia edib. İddiaya görə, Rza […]

Bakı səhəri bu acı xəbərlə açdı – İki tələbə qız…

Bakının iki ali təhsil müəssisəsində bədbəxt hadisə baş verib. Hadisələrdən biri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU), digəri isə Azərbaycan Dillər Universitetində (ADU) qeydə alınıb. Universitet tələbələri – 1998-ci il təvəllüdlü Sadıqova Nabat Tahir qızı (AMİU) və 1998-ci il təvəllüdlü Bayramova Umxanım Elxan qızı (ADU) ehtiyatsızlıqdan pilləkənlərdən yerə yıxılıblar. Onlardan […]

Quranı yandıranın siçana döndüyünü gördünüzmü?

“Quran müqəddəs deyil” – bu fikirləri Elşad Mirinin verilişdəki çıxışından üç il əqdəm türkiyəli ilahiyyatçı-yazar İhsan Əliaçıqdan oxumuşam. Ötən gün millət vəkili Aqil Abbasın bu barədə yazısını oxudum, yazmağım gəldi. Hörmətli millət vəkili, çörək də, torpaq da, ana da müqəddəs deyil. Hərgah, bu cümlədən sonra qulağımda çoxmərtəbəli söyüşlər cingildədi, amma […]

Putinin AZƏRİLƏRDƏN ibarət gizli ordusu üzə çıxdı – FOTOLAR

Rusiyanın türklərdən ibarət “Turan ordusu” Suriyanın Deyr-Əz-Zövr şəhərində görüntülənib. Turkustan.info-nun məlumatına görə, Rusiya mediasının “gizli” adlandırdığı və barəsində ətraflı məlumat olmayan həmin qüvvələr Qırğız, Özbək, Tacik, Azəri və Türkmənlərdən ibarətdir. Onlar muzdlu hərbçilər kimi dünyanın ən qaynar bölgələrində tapşırıqları yerinə yetirir. Onların İŞİD-ə qarşı ciddi uğurları dünya mediasında geniş müzakirələrə […]

Yenə toy yasa döndü, 57 yaşlı kişi oynadığı anda… – Anbaan VİDEO

Toyda oynayan kişi ürəktutmasından dünyasını dəyişib. Turkustan.info bildirir ki, hadisə Türkiyənin Hatay şəhərində baş verib. 2 uşaq atası olan 57 yaşlı Aydın Günal qohumlarından birinin toyunda oynayan zaman ürəktutmasından dünyasını dəyişib. Hadisə yerinə gələn təcili tibbi yardım işçilərinin səylərinə baxmayaraq, 57 yaşlı kişini həyata qaytarmaq mümkün olmayıb. Toyu yasa çevirən hadisə qonaqlardan […]

Dünyaya səs salan sui-qəsdi görüntüləyən fotoqraf – “Qorxsaydım…”

“”İndi qaçsan, canını qurtarsacaqsan. Amma qaçma. Sən jurnalistsən. Bu sənin məsuliyyətindir. Sakit şəkildə, ümidlə işini gör” dedim öz özümə. Bütün yaxşı jurnalistlər, anam, atam, Mustafa Kamal, müəllimlərim – hamısı o gün mənimlə idi. Mən bunu etməklə pis jurnalistlərə “iş belə görülür” demək istəyirdim. Böyük ehtimalla ağır yaralanardım, ya da ölərdim. […]