Aqrar Universitetin eksprimental tədris qrupu Goranda pambıq sahələrində olub

ADAU-nun aqronomluq fakültəsinin nəzdində “Gilan Holding”-in dəstəyi ilə yaradılan eksperimental tədris qrupunun üzvləri Goranboy rayonunun Goran qəsəbəsindəki “Gilan Holding” şirkətinə məxsus MKT–nın pambıq sahəsində təcrübədə iştirak ediblər.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə şirkətin kənd təsərrufatı üzrə təlim və inkişaf mərkəzinin nümayəndəsi Teymur Tağıyev və Fəqan Ağayevin iştirakı ilə keçirilən təcrübədə ADAU-nun dosenti Xalıq Xəlilov tələbələrə pambıq haqqında geniş məlumat verib, onun becerilmə texnologiyasından və xarici mühit amillərinin bu bitkiyə təsirindən danışıb,  iştirkaçıların suallarını cavablandırıb.

Qrupun üzvləri pambıqçılıq sistemində tətbiq olunan mütərəqqi texnologiya ilə yaxından taniş olaraq maşınla (John Deere) yığım prossesini müşahidə ediblər. Bunlarla yanaşı qrup üzvləri İnnovasiya mərkəzində olan yeniliklər haqqında məlumatlandırılıblar.

  • Quraşdırılmış təsvir 1