DİQQƏT: Bu proqramları telefona yükləyərək istənilən adamı izləyə bilərsiniz – TƏHLÜKƏ – (VİDEO)

Turkustan.info xəbər verir ki, ARB TV-nin “Günə doğru” verilişində mobil telefonların izləmə qurğusuna çevrilməsi məsələsinə toxunulub.
Texnologiya inkişaf edir. Bundan məmnun qalanlar çox olsa da narazılar da az deyil. Texnologiyanın inkişafı nəticəsində, xüsusilə mobil telefonlara yazılan bəzi proqramlar var ki, onların vasitəsilə telefonla danışdığın insanın yerini təyin etmək mümkündür.
Texnoloji yenilik kimi nə qədər yaxşı olsa da, vətəndaşlar bundan məmnun deyil.
Cahid İsmayıloğlu (İT Mütəxəssis): “Həmin əməliyyat sistemlərində olan naviqatorlar naviqator sistemləri ilə birbaşa əlaqəyə keçir, sizin harada olmanızla bağlı məlumatı ikinci, üçüncü şəxslərlə paylaşır”.
Ekspertlər bildirir ki, bunun qarşısını almaq üçün istifadə olunan mobil qurğunun naviqator sistemini söndürmək kifayətdir. Digər bir proqram vasitəsilə isə telefona gələn və kontaktda olmayan nömrənin sahibini təyin etmək olur. Ekspertlər bildirir ki, bu proqramı mobil telefonuna yükləyən şəxslər digər proqram istifadəçilərinin kontaktını bilmiş olur.
Elçin Məmmədov da bu tip proqramların belə rahatlıqla yayılmasının tərəfdarı deyil. O, hesab edir ki, konfedensiallıq qaydalarına mütləq əməl edilməlidir:
“Sizin kontakt listinizdə varsa, həmin o şəxslərdə yoxdursa, serverə “upload” olunduğu zaman həmin şəxslərdə sizin siyahınızdakı adlar göstərir”.
Zəruri bir qeydi nəzərinizə çatdıraq ki, internetə çıxışı olan hər bir qurğunun yaddaşındakı məlumatların yayılmamasına heç bir zəmanət yoxdur. Bəziləri antivirus proqramları ilə bunun qarşısını almağa çalışsa da, bu, mümkün deyil. Çünki antivirus proqramları istifadə edilən qurğunu yalnız viruslardan qoruya bilər.
Ekspertlər çıxış yolu da göstərir. Bu, insanların öz əlindədir. Maksimum dərəcədə diqqətli olmaq lazımdır.
Orxan Əhmədov (İKT mütəxəssis): “Proqram yükləyib quraşdıranda, şərtlər orada qeyd olunur. Yaxşı olar ki, insanlar yükləyən zaman şərtləri oxusunlar. Şəxsi məlumatların kənara axının qarşısını almaq üçün əlindən gələn edilməlidir”.
Texnologiyanın inkişafı yaxşı haldır. Amma çalışaq ki, bu inkişafdan xeyrimizə istifadə edə bilək.    /Metbuat.az/