ADAU komandası tələbələrin 42-Cİ ACM İCPC proqlaşdırma müsabiqəsində inamla irəliləyir

“Universitet Tələbələrinin 42-ci ACM İCPC Proqramlaşdırma” adlı beynəlxalq müsabiqəsinin növbəti 4/1 final mərhələsində ADAU komandası (Azərbaycan Birinciliyi) iştirak etmək məqsədilə  Bakı Mühəndislik Universitetinə ezam olunub və Tiflisdə ACM ICPC (Beynəlxalq kollegial proqramlaşdırma müsabiqəsi) və Cənubi Qafqazda tələbələr arasında Açıq Çempionatda yarımfinalı keçiblər. Komandanın rəhbəri, İnformasiya texnologiyaları kafedrasının assistenti Yeganə Tağıyeva, informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının 3 kurs tələbəsi. Sahib İbrahimov, eyni ixtisasın eyni kurs tələbələri Rəşad  Kazımov və Tural Məmmədov təmsil olduqları təhsil müəssisəsinin adına uğur gətirəcəklərinə əmindir.

Quraşdırılmış təsvir 1

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə koordinatoru Etibar Seyidzadə   bu il müsabiqədə 17 ali təhsil müəssisəsindən 52 komandanın  iştirak etdiyini deyib. Onu da əlavə edib ki, müsabiqə dünyada iştirakçıların sayına, elmi və texnoloji səviyyəsinə görə ən prestijli mübarizə meydanıdır. Müsabiqə iştirakçıları dünyanın ən nüfuzlu universitetlərinin tələbələridir. Bu müsabiqədə iştirak edən tələbələr məzun olduqdan sonra İnformasiya Texnologiyaları sektorunda dünyanın məşhur və aparıcı şırkətləri tərəfindən (Google, Amazone, IBM, Microsoft, Apple, Yandex, Facebook, Linkedin və s.) iş təklifi alırlar. Müsabiqə həmçinin dünya universitetləri arasında bir yarışdır. Universitetlərin tanınması və təhsil səviyyəsinin (Kompüter elmləri və İT ixtisaları üzrə) göstəricisidir. Həmçinin universitetlər arasında bu sahədə əməkdaşlıq vasitəsidir.

Məlumat üçün deyək ki, ACM ICPC Universitet tələbələrinin Beynəlxalq Proqramlaşdırma müsabiqəsi 1977-ci ildən mütamadi olaraq keçirilməkdədir. Müsabiqənin baş sponsoru IBM şirkətidir. 41-ci ACM ICPC 2016-2017 statistikasına görə ən son müsabiqədə 103 ölkənin 2948 ali təhsil müəssisəsindən 46381 (1549 komanda – hər komandada 3 tələbə) iştirak edib. Bu komandalardan 133-ü final mərhələsinə qədər yüksəlib. Müsabiqə 3 mərhələdə keçirilir. Birinci mərhələ (1/4 mərhələsi) hər ölkə daxilində olur. Müvəffəqiyyət qazanan komandalar yarım final mərhələsinə vəsiqə qazanır. Yarımfinal mərhələsi dünya üzrə paylanmış regionlarda keçirilir və hər regiondan reytinqə görə müəyyən sayda (3-16) komanda final mərhələsinə vəsiqə qazanır. Ümumilikdə final mərhələsində 128-135 komanda (hər universitetdən yalnız bir komanda finala vəsiqə qazana bilir) iştirak edir. Final mərhələsi konkret bir ölkədə keçirilir. Final mərhələsində 12 medal (4 qızıl, 4 gümüş və 4 bürünc) qazanılır.