TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
“Heydər babaya salam”-a nəzirə yazanların simpoziumu keçirilib – Əhərdə – FOTOLAR
3 Dekabr 2017 17:00
    baş manşet
“Heydər babaya salam”-a nəzirə yazanların simpoziumu keçirilib – Əhərdə – FOTOLAR













Güney Azərbaycanın Əhər şəhərində ustad Şəhriyarın “Heydər babaya salam” poemasına Nəzirə yazanların Simpoziumu keçirilib. Simpoziuma 5 Azərbaycan əyalətindən çox sayda şair və nəzirəçi qatılıb.

İkinci ildir keçirilən simpozium cümə axşamı günü Əhərin Mirzə Cəfər Qaracadağlı İctimaiyət Salonunda baş tutub. Simpoziuma Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Qəzvin əyalətlərinin şair və nəzirə yazanlarından 35 əsər göndərilib.

Əhər İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Mehdi Zareinin verdiyi məlumata görə, “Heydər babaya salam” poemasına yazılan nəzirələrdən 9-u münsiflər heyəti tərəfindən üstün əsər kimi seçilib, onların müəlliflərindən təqdir olunub.

Simpoziumda aşıq musiqisi ifa olunduqdan sonra Cəfər Xusuinin “Heydər baba məktəbi” kitabının təqdimatı olub.  248 səhifəlik kitab Əxtər nəşriyyatı tərəfindən 1000 nüsxədə çap olunub.

“Heydər baba məktəbi” kitabı “Heydər babaya salam” poemiyasının məzmunu və ona yazılan nəzirələrdən bəhs edir. Bu əsərdə ustad Şəhriyarın poemasına yazılan 100-dən çox nəzirə təqdim olunub.

Aşağıdakı görüntülər “Təsnim” xəbər agentliyinin saytından götürülüb:

 

 

 

N.S

Yuxarı Geri Başlağıc