Gün: Dekabr 5, 2017

Vəziyyətim pisləşdi, qanaxma baş verdi… – Anar Nağılbaz

Hazırda vəziyyətim nisbətən yaxşıdır. Uzun müddət reanimasiyada qalmalı olsam da, öz xahişimlə palataya köçürülmüşəm. Turkustan.info bildirir ki, bu sözləri Kult.az-a açıqlamasında son günlərdə qalmaqallı videosu ilə gündəmə gələn tanınmış repçi Anar Nağılbaz səhhəti haqda deyib. O, əsəb və stressdən vəziyyətinin pisləşdiyini, mədə xorasında qanaxma baş verdiyini söyləyib. Hazırda Respublika Klinik […]

Türkiyədən sərt açıqlama: ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa….

İbrahim Kalın: Amerikanın bu cür dəhşətli səhvə yol verməyəcəyini ümid edirik  Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın, Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı ilə bağlı iddialara münasibət açıqlayıb.Turkustan.info  Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Kalın bu barədə özünün şəxsi “Twitter” səhifəsində yazıb. “ABŞ hökumətinin, bütün ilahi dinlər üçün müqəddəs şəhər olan […]

“Təhsil naziri məhz o olacaq” – SİYAHI

Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib. Gün ərzində sosial şəbəkələrdə və internet saytlarında yeni təhsil nazirinin kim olacağı ilə bağlı müxtəlif versiyalar səsləndirlib, mülahizələr irəli sürülüb. Turkustan.info təhsil naziri təyin edilməsi ehtimal kimi daha çox […]

Azərbaycanda 660 valideyn məsuliyyətə cəlb edildi – Səbəb…

Son 3 il ərzində Azərbaycanda uşaqlarını bilərəkdən baxımsız qoyduğuna görə 660 valideyn məsuliyyətə cəlb edilib. Turkustan.info bildirir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev Trend-ə bildirib ki, 2016-cı ildə uşaqlarını bilərəkdən baxımsız qoyduğu üçün polis orqanları tərəfindən 240 nəfər, 2015-ci ildə 200 nəfər, 2014-cü ildə […]

Anar Nağılbaz siflisə Praqada yoluxub? – Şok iddia

Repçinin qalmaqallı Praqa həyatı, arvadının xəyanəti, sağlamlığı ilə bağlı şok faktlar…. Tanınmış repçi Anar Nağılbazın adı artıq bir neçə gündür ki, mətbuatda qalmaqallı olaylarda hallanmaqdadır. Əvvəlcə sənətçinin intim videosu yayıldı, keçmiş həyat yoldaşı onun haqqında ağır ittihamlar səsləndirdi, bütün bunların ardınca isə ötən gün repçinin Hepatit C xəstəliyinə tutulduğu məlum […]

“Sən kimsənki mənim maşınımda oturursan” – İçkili sürücü polislə mübahisə etdi – VİDEO

Astarada yol polisinin keçirdiyi reyd zamanı kobud qayda pozuntuları aşkar edilib. Turkustan.info xəbər verir ki, dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, sürücülər yenə də içkili halda sükan arxasına oturub real təhlükə yaradırlar. Sürücü: “İçkili olsam uşağım rolda olar, özüm oturaram da onun yanında”. Sürücü: “Spirtli içki qəbul etməmişəm. Spirt iyi gəlmir”. Reyd […]

Yeni vergilər nazirindən ilk — AÇIQLAMA

“Azərbaycan-Yaponiya əlaqələrində məhsuldarlıq müşahidə edilir. İkitərəfli ticarət dövriyyəsi dinamik şəkildə artır”. Turkustan.info-nun xəbərinə görə, bunu bu gün vergilər naziri vəzifəsinə təyin olunan Mikayıl CabbarovYaponiyanın milli bayramı münasibətilə keçirilən tədbirdə deyib. İmperatorun doğum günü münasibəti ilə Azərbaycan hökuməti adından Yaponiya hökumətini təbrik edən M.Cabbarov deyib ki, Azərbaycan hər sahədə Yaponiya ilə […]

Fazil Məmmədovun son çıxışı: “Əldə olunmuş müsbət nəticələrə baxmayaraq…”

Xəbər verildiyi kimi bu gün prezident İlham Əliyev vergilər naziri Fazil Məmmədovu işdən azad edib. Onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin olunub. F.Məmmədovun işdən azad edilməsinin səbəbləri göstərilmir. O, 17 ildir bu vəzifəni tuturdu. Belə görünür ki, Fazil Məmmədovun vəzifədən azad edilməsi onun özü üçün də gözlənilməz olub. Ölkə.Az […]

Dünyanın gözlədiyi müharibə 3 saat çəkəcək

Məhəmməd Əsədullazadə: “ABŞ bu ölkənin nüvə və bütün hərbi obyektlərini sıradan çıxaracaq silahlara sahibdir” ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələri genişmiqyaslı birgə təlimlərə başlayıb. “Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, bu indiyədək Cənubi Koreya və ABŞ arasında Şimali Koreyaya qarşı müharibə hazırlığı çərçivəsində keçirilmiş ən böyük hərbi təlimdir. Şimali […]

İlham Əliyev Fazil Məmmədovu niyə işdən çıxardı? – ŞOK SƏBƏB

“Vergilər sahəsində ciddi problemlər var. Bu sahədə ciddi islahatlara ehtiyac var” Turkustan.info bildirir ki, bu fikirləri A24.Az-a millət vəkili Vahid Əhmədov prezidentin yeni təyinatını şərh edərkən deyib. Onun sözlərinə görə, prezident sözügedən islahatları həyata keçirmək üçün Mikayıl Cabbarovu vergilər naziri postuna təyin edib. -Fazil Məmmədovun bundan sonrakı aqibəti necə olacaq? […]

SON DƏQİQƏ: İranda güclü zəlzələ

İranda 4,8 bal gücündə zəlzələ olub. Turkustan.info bildirir ki, təkanlar bir neçə dəqiqə əvvəl ölkənin şimalında Gilan vilayətində Ləngərut şəhərində qeydə alınıb. Zəlzələnin dərinliyi 23 km olub. İnsan itkisi və dağıntı barədə hələlik məlumat yoxdur. Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında baş verən 7,2 bal […]

Təhsil naziri bu şəxs təyin edilə bilər – OPERATİV VERSİYA

Azərbaycan prezidentinin sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri təyin edilib Turkustan.info xəbər verir ki, boş qalan təhsil nazirliyinə isə bir neçə şəxsin namizədliyi ilə bağlı fikirlər səsləndirilir. Amma əsas şəxs kimi Mikayıl Cabbarovun müavini Ceyhun Bayramovun adı çəkilir. Ceyhun Bayramov iqtisadiyyat ixtisası ilə yanaşı hüquqşünaslıq peşəsinə də sahibdir. Vergilər nazirliyində […]

Veysəloğlu 14 əməkdaşını belə mükafatlandırdı

Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin son oyunları keçiriləcək. Qitənin ən nüfuzlu klub turnirində C qrupunda mübarizə aparan “Qarabağ” futbol klubu sonuncu görüşündə “Roma” komandası ilə qarşılaşacaq. Bu qarşılaşma Veysəloğlu şirkətinin bəzi əməkdaşları üçün də əlamatdar olacaq. Belə ki, sözü gedən şirkət nə az, nə çox, düz 14 əməkdaşını Şölen, ETİ […]

Prezidentdən daha iki sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ramazan Ağakişiyevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında rabitə və rüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə Ramazan Mahmud oğlu Ağakişiyevə “Əməkdar mühəndis” fəxri adı verilib. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında rabitə və yüksək […]

İntihar edən 12 yaşlı İsmayılın oxuduğu məktəbdən – AÇIQLAMA

Ağdaş sakini 12 yaşlı İsmayıl Adıgözəlovun intiharı ilə bağlı təhsil aldığı Ləki kənd 6 saylı tam orta məktəbin direktor müavini Qumru Abbasova açıqlama verib. Turkustan.info xəbər verir ki, Q. Abbasova İsmayılın nümunəvi şagird olduğunu bildirib: “Nümunəvi, ağıllı, tərbiyəli, mərifətli sağır idi. Hər gün də dərslərdə iştirak edirdi. Sonuncu dəfə 5-ci gün, ayın […]

Elizabet Vayt Aqrar Universitetin müəllim və tələbələri ilə görüşüb

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt  Azərbaycan Dövlət Aqrar Universitetində ingilis dilində tədris aparan müəllimlər və ingilis dilində təhsil alan tələbələrlə görüşüb. Gorüş yeni istifadəyə verilən tələbə evi kompleksinin akt zalında olub və 100-dən artıq tələbə iştirak edib. “British Council” təşkilatının əsas hədəfi təhsilin beynəlmiləlləşdirilməsi, bu sahədə Birləşmiş […]

Kəşfiyyatçı İrza bəy Hacıbəylinski kim olub? – VİDEO

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçirdiyi “Vikipediya” təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Azərbaycanın hərbi xadimi, polkovnik İrza bəy Hacıbəylinskinin məqaləsi yaradılıb. 4 aprel 1874-cü il tarixində anadan olan İrza bəy Hacıbəylinski Birinci Dünya müharibəsində Vəhşi Diviziya kimi tanınan, Tatar süvari alayının tərkibində daşnaqlara qarşı döyüşüb. Eləcə də general […]

Qənirə Paşayeva Türkiyədə Qarabağdan danışdı

Turkustan.info xəbər verir ki, qardaş Türkiyədə səfərdə olan millət vəkili Q.Paşayeva Samsun valisi Osman Kaymak , Bafra Kaymakamı Ali Fuat Türkel, Türk Egitim-Sen başkanı, tanınmış QHT və KİV rəhbərləri ilə, gənclər və qadın təşkilatları görüşüb və televiziyalara geniş müsahibələr verib, mətbuat nümayəndələrinə Azərbaycanla bağlı geniş müsahibələr verib və sualları cavablandırıb. […]

Mixail Saakaşvili azadlığa buraxıldı – Polis geri çəkildi – Canlı yayım

Kiyevdə Mixail Saakaşvilinin tərəfdarları siyasətçinin hüquq mühafizə orqanları tərəfindən aparıldığı avtomobilini mühasirəyə alaraq onun irəlləməsinə mane olub. Turkustan.info xəbər verir ki, tərəfdarları əvvəlcə avtomobili devirməyə cəhd etsələr də hüquq mühafizə orqanları buna mane olublar. Daha sonra isə onlar avtomobilin qarşısını kəsərək onun irəlləməsinə imkan verməyiblər. Hüquq-mühafizə orqanları etirazçılara mane ola bilmir. […]

Bakıda UÇUZ BAZARLAR açıldı – Ünvanlar

Paytaxt sakinləri 12-13 ünvana üz tuta bilərlər Bakıda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar – Yeni il münasibətilə bayram yarmarkalarına start verilib. Turkustan.info məlumatına görə, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib. Qurum rəsmisi bildirib ki, artıq […]

Məşhur klinikada həkimin komaya saldığı qız öldü – Həkim qaçdı

Bakıda “Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib. Turkustan.info xəbər verir ki, bu barədə Medicina.az-a qızın valideynləri məlumat verib. Bildiriblər ki, uşaq bu dəqiqələrdə keçinib. “Əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynov da qaçıb gizlənib. Tapa bilmirik ki, sözümüzü deyək. Xəstəxanadan heç kim […]

Diaspora rəhbərinin oğlunun intiharında “Mavi balina” izi

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun oğlunun intihar etməsinin təfərrüatları məlum olub. Turkustan.info xəbər verir ki, Ş. Kərimovun ailəsi ehtimal edir ki, oğlanları Aqşin Kərimov bir müddətdir ki, “Mavi balina” adlı məşhur oyunu oynayırmış. Bu məsələ də yaxınlarına onun ölümündən sonra bəlli olub. 9-cu sinifdə təhsil alan A. […]

“Ziya Məmədovla fəxr edirəm, o mənim bibimoğludur” – İşdən çıxarılan icra başçısı

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Qubanın icra başçısı, Ziya Məmmədovun qohumu və kadrı kimi tanınan Yaşar Məmmədovu tutduğu vəzifədən azad edib. Turkustan.info məsələ ilə bağlı Y. Məmmədovun Unikal.org-a verdiyi müsahibəni təqdim edir: – Tutduğunuz vəzifədən azad olundunuz. Bu barədə nə deyə bilərsiniz? – Əvvala qeyd edim ki, mən prezident İlham […]

Yeni şəxsiyyət vəsiqəsi təqdim olundu — FOTO

Yeni şəxsiyyət vəsiqələri “Bakutel” sərgisində təqdim olunub. Bu barədə Turkustan.info 1news.az-a istinadən xəbər verir. Qeyd olunur ki, yeni vəsiqələr 2019-cu ildən istifadəyə veriləcək”. Yeni nəsil şəxsiyyət vəsiqlərinin bir çox üstünlükləri olacaq. Belə ki, bu vəsiqəni əldə edən şəxslərin artıq elektron imza sertifikatı almasına ehtiyac qalmayacaq: “Elektron daşıyıcısı (çipi) olan yeni […]

Prezident bu qanunu imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Turkustan.info xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının “Rəşadət” ordeni təsis edilib. Bundan başqa, “Azərbaycan Respublikasının “Rəşadət” ordeninin statutu” təsdiq edilib və “Azərbaycan Respublikasının “Rəşadət” […]

Əli Həsənovun nəvəsi məhkəmədə danışdı: “Mən hadisə yerindən qaçmamışam”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəmə istintaqı keçirilib. Turkustan.info bildirir ki, Modern.az-ın əməkdaşının da izlədiyi məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb. Prosesdə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyə vətəndaşları […]

Bu həkimlərin maaşı 920 manat oldu

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhəri və Yevlax rayonunda icra etdiyi pilot layihənin statistik məlumatlarını açıqlayıb. Turkustan.info bildirir ki, agentlikdən BakuPost.az-a verilən məlumata görə, pilot layihənin icrasına 01 yanvar 2017-ci il tarixindən başlanılmışdır. Layihə müddətində əhalidən sığorta haqqı toplanılmır. Pilot ərazilərdə sığorta olunanların ümumi sayı 256 […]

Mixail Saakaşvili belə həbs edildi – FOTO + VİDEO

Mixail Saakaşvilinin yaşadığı binanın qarşısında onun tərəfdarları ilə polis arasında toqquşma yaşanıb. Turkustan.info-nun məlumatına görə, hüquq-mühafizə orqanları siyasətçinin evində yoxlamalar apardığını təsdiqləyiblər. Yoxlamalarda Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak ediblər. Saakaşvili tərəfdarlarına müraciət edərək, provokasiyaya getməməyə çağırıb və onu Pyotr Poroşenkonun əmri ilə həbs etmək istədiklərini deyib. Mixail Saakaşvilinin “Facebook” səhifəsində onun saxlanılması […]

Son dəqiqə: Saakaşvili həbs edildi – VİDEO

Mixail Saakaşvilinin evinə naməlum şəxslər hücum edib. Turkustan.info xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Baş prokurorunun keçmiş müavini David Sakvarelidze paylaşıb. Onun sözlərinə görə, hazırda bu şəxslər Saakaşvilinin evinin qapısını sındırmağa çalışırlar. Sakvarelidze həmçinin eks-prezidentin tərəfdarlarını Saakaşvilinin evinin qarşısına toplanmağa çağırıb. Ukrayna mətbuatına açıqlamasında isə Sakvarelidze […]

Bundan sonra “Whatsapp” internetsiz olacaq – YENİLİK

Son zamanların ən çox istifadə edilən mesajlaşma xidməti “Whatsapp”dır. Bildiyimiz ki, proqram internet vasitəsilə xidmət göstərir. Turkustan.info xəbər verir ki, son texniki yeniliklərdən sonra artıq “Whatsapp”ı internetsiz istifadə edə biləcəksiniz. Android cihazınızdan “Parametrlər”->“Qoşulma”->“Mobil şəbəkələr” kateqoriyasına girin. Mobil şəbəkə bölümündən “Qoşulma nöqtəsinin adları” xanasına daxil olun. Sözügedən xananın ekranında sağ üst hissədə yer alan […]

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt Aqrar Universitetin rektoru ilə görüşüb

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt  Azərbaycan Dövlət Aqrar Universitetində olub. Elizabet Vayt  təhsil müəssisənin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşüb. Rektor İbrahim Cəfərov qonağa Universitetin yaranma tarixi, inkişaf mərhələləri, mövcud durum, maddi texniki baza, fakültələr, ixtisaslar, yeni yaradılan tədris-təcrübə mərkəzləri, klinikalar, tələbə evi kompleksləri barədə […]

Siz işsizsiniz? – ŞAD XƏBƏR VAR, OXUYUN!

Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə dekabrın 6-da növbəti sınaq imtahanı keçiriləcək. Turkustan.info bildirir ki, mərkəzdən Metbuat.az-a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə keçiriləcək. Namizədlər imtahanı Mərkəzin binasında xüsusi ayrılmış zallarda […]

2018-ci ildə əmək pensiyaları 7 faiz ARTIRILACAQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ay pensiya məbləğlərinin indeksasiya ediləcəyini açıqlayıb. Bütövlükdə, pensiyaların yeni indeksasiya mexanizmi necədir? Gələn ay pensiya məbləği neçə faiz artacaq? Turkustan.info bildirir ki, iqtisadçı Vüqar Bayramov Modern.az-a açıqlamasında bu suallara aydınlıq gətirib. Ekspert bildirib ki, yeni pensiya qanunvericiliyinə görə, indeksasiyada 2 əsas dəyişiklik var: […]

Əxlaqsız videosu yayılan Anar Nağılbazın başqa bir qadınla görüntüləri yayıldı – VİDEO

Reper Anar Nağılbazın videogörüntüləri yenidən gündəmə gəlib. Turkustan.info xəbər verir ki, 1993-cü ildə Filarmoniyanın səhnəsində Anar Nağılbazın canlı ifasını əks etdirən videogörüntü marağa səbəb olub. Belə ki, reper Rasimə adlı xanımla səhnəyə çıxaraq “Kasıbların mahnısı” adlı duet oxuyub. Anar Nağılbazı səhnəyə aparıcı, gözəl parodist,əməkdar artist Həsən Cəbrayılov dəvət edir. Qey […]

Telman İsmayılovun cinayət işi Prokurorluğa göndərildi

Rusiya İstintaq Komitəsi Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılov barəsində açılan cinayət işinin materiallarını Baş Prokurorluğa təqim edib. Turkustan.info TASS-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb. Komitə T.İsmayılovu qiyabi olaraq, qətldə ittiham edib. Qurumdan bildirilib ki, Azərbaycan əsili rusiyalı iş adamı ilə bağlı beynəlxalq axtarış elan […]

İntihar edən 12 yaşlı məktəblinin məktubu hamını şoka saldı – FOTO

Xəbər verdiyimiz kimi, Ağdaşda 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.  12 yaşlı İsmayılın ailəsinə yazdığı məktub dünəndən sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər onun intiharına görə daha çox valideynlərini qınayıb. Həmin məktubu təqdim edirik:  /bakupost.az/

Yuxudan doymamağın səbəbi nədir?

Rəqəmsal medialar getdikcə uşaqların həyatına daha çox sirayət edir.  Qadjetlərin insan yuxusuna təsiri istiqamətində aparılmış tədqiqatların əksəriyyətinin nəticələrinə görə, uşaq və yeniyetmələrin sağlamlığına ən çox zərər verən smartfonlar, noutbuklar və planşetlərdir. Turkustan.info publika.az-a istinadən bildirir ki, məqalə “Pediatrics” jurnalında dərc edilib. “Beynimizin əsas xronometri işıqdır. Axşam saatlarında işığın gözümüzün tor qişasına daxil […]

Şəhid qızını maşınla öldürən yeniyetmənin atası

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dekabrın 5-də dəfn ediləcək. Turkustan.info xəbər verir ki, bu barədə Trend-ə H.Məmmədovun bacısı Arifə Məmmədova məlumat verib. A.Məmmədova bildirib […]

Şəhid qızını maşınla öldürən yeniyetmənin atası

Qədimova: “Deyir ki, mənim oğlum 1 il də yatmayıb çıxacaq” Turkustan.info moderator.az-a istinadən xəbər verir ki, şəhid Elton Əkbərovun qızı 1975-ci il təvəllüdlü Könül Əkbərovanı “JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimli saxlanılıb. 3 uşaq anası olan K.Əkbərovanı noyabrın 8-də, 19:30-da Bayraq […]

“Sülh” üçün rekord qiymət

Tərəflər 6,5 milyon dollara razılaşdı Dünyanın ən böyük almazlarından biri satılıb.    Turkustan.info-nun məlumatına görə,   Afrikada, Sierra Leondan tapılan almazın çəkisi 709 karatdır. Almaz Nyu-Yorkda hərraca çıxarılıb. “Sülh almazı” adlandırılan bu qiymətli daşın yeni sahibi “Graff Diamonds” adlı zərgərlik şirkəti olub. Şirkət sahibi almaz üçün 6,5 milyon dollar pul ödəyib. […]

ABŞ-ın Türkiyə planı: Açıq qarşıdurma ola bilərmi?

Rusiya və Türkiyə arasındakı S-400 anlaşması ətrafında gedən proseslər artıq qalmaqallı bir məsələyə çevrilir. ABŞ Türkiyəyə hava məkanının müdafiəsi üçün S-400-lərin əvəzinə “Patriot” sistemlərini təklif edir. S-400 hava hücumundan müdafiə sistemləri NATO-nun “Patriot” raketləri ilə bir-birinə ziddir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun […]

“Azerbaijan Changing DiabetesTM Awards” mükafatı təqdim olunub

Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkətinin birgə reallaşdırdığı “Azerbaijan Changing DiabetesTM Awards” layihəsi çərçivəsində təsis edilmiş mükafatların qalibləri bəlli olub. Qalibləri qabaqcıl elm adamları və Pasiyent Assosiasiyasının üzvlərindən ibarət Məsləhət Şurası seçib. Mütəxəssislərin bir neçə mərhələdən ibarət dəyərləndirmədən sonra müəyyənləşdirdiyi qaliblər noyabrın 29-da keçirilən mərasimdə mükafatlandırılıb. Beləliklə, layihə çərçivəsində […]

Sultan bəy, Kərbəlayi İsmayıl… Övladın əcdada vəfa borcu

Aqil Camal   Türkiyənin şərq qapısı – İğdır, Qars. Üç il əvvəl səfər etdiyim doğma, tarixi torpaqlara bu dəfəki səfərimizin dəstəkçisi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, təşkilatçısı isə Beynəlxalq Diaspor Mərkəzi idi. Üç günlük səfərdə üç günə sığmayan ağır proqramla hərəkət etdik. İğdırda, Qarsda tarixi yerlərdə, […]

Türkün qızıl kitabı adlanan “Генезис тюрка и тюркского языка (на основе клинописи)” kitabı işıq üzü görüb

ABŞ da yaşayan gökəmli türkçü alimimiz Tariyel Azərtürkün 1300 səhifəlik Türkün qızıl kitabı adlanan “Генезис тюрка и тюркского языка (на основе клинописи)” kitabı axır ki, ərsəyə gəldi və kitab Qırğızıstanda işıq üzü gördü. Tarix öncəki Türkün və onun sonrakı 8 minillik Yazılı Tarixinin bütün dünya üzrə təbliğində və öyrənilməsində bu […]

Musiqinin dili yoxdur deyirlər amma… REAKSİYA

 Sözügedən layihə bu günlərdə 994FM saytı tərəfindən yayımlanmışdır. Qeyd edim ki, sayta daxil olarkən diqqətimi çəkən ilk erməni əsilli şairin qələmə aldığı şeirlərinin dəfələrlə istedadlı gənclərimiz tərəfindən səsləndirilməsi, onlara yazılmış rəylər, bəyəni və paylaşım sayı oldu. Rəylər əsasən rus dilli, azərbaycan əsilli vətəndaşlarımızın mövqeyi idi. Təriflər saya-hesabı gəlmirdi. Təbii ki, […]

İranlı sənətçi AZƏRBAYCAN MUSİQİSİ ilə valeh etdi

Məşhur İranlı sənətçi Parisa Arsalani İstanbulda keçirilən Beynəlxalq Kaman Festivalında Azərbaycan musiqisindən ibarət repertuarı ilə sənətsevərləri valeh etdi. Azərbaycan əsilli, tanınmış İranlı sənətçi Parisa Arsalani, keçən həftə İstanbulda həyata keçən konsertində böyük maraq görən sənətçi, dəqiqələrcə alqışlanaraq səhnəyə davam etdi. Bir çox yerli və xarici məşhur sənətçilərin səhnə aldığı Türkiyənin […]