TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Vəziyyətim pisləşdi, qanaxma baş verdi… – Anar Nağılbaz
5 Dekabr 2017 23:37
    Hadisə
Vəziyyətim pisləşdi, qanaxma baş verdi… – Anar Nağılbaz













Hazırda vəziyyətim nisbətən yaxşıdır. Uzun müddət reanimasiyada qalmalı olsam da, öz xahişimlə palataya köçürülmüşəm.

Turkustan.info bildirir ki, bu sözləri Kult.az-a açıqlamasında son günlərdə qalmaqallı videosu ilə gündəmə gələn tanınmış repçi Anar Nağılbaz səhhəti haqda deyib. O, əsəb və stressdən vəziyyətinin pisləşdiyini, mədə xorasında qanaxma baş verdiyini söyləyib.

Hazırda Respublika Klinik Xəstəxanasında müalicəsini davam etdirən repçi yalnız səhhəti haqda danışıb, başqa sualları cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda sənətçinin intim videosu yayılıb. O, bundan sonra mətbuat konfransı təşkil edib və həmin görüntülərin montaj olduğunu söyləyərək ağlayıb. Repçi yayılmış video ilə bağlı məhkəməyə müraciət etdiyini və görüntülərdəki şəxsin özü olmadığına dair sübutları olduğunu deyib. Sözügedən video ilə bağlı keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanı ittiham edib.

Qalmaqallı açıqlamalardan sonra mediada repçinin intihar etməsi və Azərbaycanı tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb.

Ötən gün isə A.Nağılbazın anası Şərqiyyə Cəlilova mətbuata açıqlama verərək, oğlunun səhhətinin pisləşdiyini və ölümcül vəziyyətdə xəstəxanaya aparıldığını deyib.

Yuxarı Geri Başlağıc