TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Ürək insanı
6 Dekabr 2017 14:49
    Mədəniyyət
Ürək insanı













  Cavanşir Qurbanov 70 

Yaxşılıq amalı, təmizlik andı,

Övladlar, nəvələr qolu-qanadı,

Dilində kəlməsi, Azərbaycandı,

Yurda övladsınız, ürək insanı.

 ***

Cavanşir Qurbanov adı gəldikdə insanların üzündə qəribə bir ifadə yaranır. Onun adını eşidər-eşidməz insan məğrur ifadələrlə natiqliyə başlamaq istəyir. Bəli natiqliyə…-hər kəsin ürəyində olan ürək insanı Cavanşir Qurbanov haqqında bu dəfə də söz demək istəyənlər çox oldu. Amma biz onun yaxın dostları olaraq qərara gəldik ki, onu ilk təbrik edənlər ciyər paraları, bal balaları, balaca nəvələri olsun. Cavanşir Qurbanov bildiyiniz kimi Azərbaycan Respublikasının əməkdar bədəntərbiyyəsi və idman xadimidi. Öz sahəsində yetərincə uğurları olan bizim Cavanşir əmi hə də sözə, sənətə bağlı biridi. Əbəs yerə demirlər ki, istedadlı adam hər sahədə istedadlıdı. Bu adam bəzən şeirə mənim ədəbiyyat müəllimlərim kimi, sözə jurnalistika müəllimlərim kimi kadra əsil rejissor kimi qiymət verir. Hər bir hərəkətilə insana bir daha xatırladır ki, yaşın hansı həddində olursan ol zəhmətkeş və qayğıkeş olmalısan.

***

Qəlbimin ən əziz, doğma sirdaşı,

Dağlara bağlıdır, onun yaddaşı,

Məni hesab edir, kiçik qardaşı,

Nə yaxşı varsınız, ürək insanı.

 ***

Dedim, şeir yazım yetmiş yaşında,

Təbriklər deyirəm, mən qarşısında,

Dayanıb müqəddəs, nəslin başında,

Nurlu həyatsınız, ürək insanı.

 ***

Sözündə bütövdür, məqsədi dönməz,

Əqidəsi mərdlik, yada əyilməz,

Eşqi əbədidir, sönməz, tükənməz

Kişi adamsınız, ürək insanı.

***

“Cabir Novruz” Mədəniyyət Fondunu,

Yaratdı, yaşatdı şair oğlunu,

Müşfiq Cabiroğlu söyləyir bunu,

Cavanşir Qurbanov, ürək insanı.

***

Simasında kişilik, sözündə müdrüklük, hərəkətində sevgi olan bu kəs büs bütün bir məndi. Böyüklə böyük kimi uşaqla uşaq kimi danışmağı bacaran insan, biz də bu balaca hədiyyəmizdə şeirlə danışıb sizə ürək sözlərimizi çatdırdıq. İndi isə söz yenə balacalarındı.

Siz təkcə bu nəslin deyil həm də bizim böyüyümüzsən, Cavanşir Qurbanov. Sizin haqqınız da çox söz demək olar. “Cabir Novruz” Mədəniyyət Fondu olaraq faliyyətdə olduğumuz bu müdətdə dilinizdən eşitdiyimiz ən çox “adamın gərək ürəyi olsun” sözləri oldu. Biz də hər bir işə sizin kimi ürəklə çalışdıq. Nəticədə bu gün bir fond olaraq balaca ailəmiz var. Siz həmin ailənin təkcə başında deyilsiz həm də ürəyindəsiz… ürək insanı.

Müşfiq Cabiroğlu

Günay Novuz

AsifVisuals

Yuxarı Geri Başlağıc