TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Ana və 4 qızının meyiti basdırıldığı yerdən çıxarıldı – FOTOLAR
7 Dekabr 2017 12:49
    Xəbər xətti
Ana və 4 qızının meyiti basdırıldığı yerdən çıxarıldı – FOTOLAR













Salyan rayonunda bir ailənin 5 üzvünün qətlə yetirilməsi ilə bağlı istintaq prosesi davam etdirilir.
Salyan sakini Mehparə Əliyeva və 4 qızı – İradə, Rəqibə, Sevda və Ümidənin qətlə yetirilməsi ilə bağlı qadının əri Fərhad Əliyev və onun oğlu Fəqan Əliyevə ittiham elan edilib.
Hər iki şübhəli şəxs rayon prokurorluğunda dindirilib və onlar törətdikləri cinayəti etiraf ediblər. Fərhad Əliyev bildirib ki, hadisə baş verən günü sərxoş olublar. Onun sözlərinə görə, arvadını və qızlarını öldürüb.
Şübhəli şəxsin sözlərinə görə, cinayəti törədən zaman sərxoşluğun təsirindən özündə olmayıb: “Özümə gələndə arvadımı və qızları artıq öldürmüşdüm. Onları öldürdüyümə görə peşman olmuşdum. Amma artıq gec idi. Həbs edilməməyim üçün cinayətin izini itirmək lazım idi. Oğlum da mənə köməklik etdi. Oğlumla birlikdə arvadımı və qızlarımı evin zirzəmisində basdırdıq”.
Fərhad Əliyev deyib ki, bir neçə gündən sonra arvadının və qızlarının itkin düşməsi xəbəri rayon ərazisində sürətlə yayılıb: “Özümü şübhəli aparmadım. Sonra arvadım və qızlarımın itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə müraciət etdim. Polisdə onları itkin düşmüş kimi qeydiyyata aldılar və axtarış aparmağa başaldılar”.
Cinayətin açılmasına bu yaxınlarda teleaparıcı Xoşqədəm Hidayətqızının itkin düşən Mehparə Əliyeva və onun qızları ilə bağlı hazırladığı süjeti efirə verməsi səbəb olub. Efirdə Mehparə Əliyevanın qızlarını da götürərək Türkiyəyə getdiyi qeyd olunub.
Həmin süjetin yayılmasından sonra Fərhad Əliyev rayonda qeyrətsiz kimi tanınacağını düşünüb. Bu səbəbdən ata və oğul polis şöbəsinə gələrək cinayəti etiraf ediblər. Onlar Mehparə Əliyeva və 4 qızını harada basdırdıqlarını polisə bildiriblər.   (teleqraf)

***
Salyanda 3 il əvvəl qətlə yetirilən ana və 4 qızının meyiti basdırıldığı yerdən çıxarılıb.
Meyitlər Salyan Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşlarının nəzarəti altında şəhərin Tale Davudzadə küçəsindəki evin zirzəmisindən çıxarılıb.
Meyitlər ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə aparılıb. (report)

Ata və oğul saxlanılıb.

Yuxarı Geri Başlağıc