Astarada 7 yaşlı qızın qeyri-adi məharətləri – VİDEO

Astaranın Toradi kəndində yaşayan qeyri-adi bacarığı olan qız hamının diqqətini çəkib.

Turkustan.info xəbər verir ki,  7 yaşlı İranə Qüdrətzadə 3 ildir ki, gimnastika ilə məşğul olur. Atası Roman Şəmsiyev deyir ki, qızı televiziya kanallarında gimnastlara baxmaqla hərəkətləri öyrənib.

Roman Şəmsiyev (atası): “Bu qızla heç bir yerdə məşğul olmamışam. Özü öyrənib. Hərəkətlərin hamısını özü öyrənib, sərbəst edib”.

Valideynləri də bu sahənin müəllimlərindən İranəyə sahib çıxmasını istəyirlər.    /ARB TV/