TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
“Kecmişi olmayanin geləcəyi də yoxdur… Gəlin kecmişimizi oyrənək!“
8 Dekabr 2017 00:01
    Mədəniyyət
“Kecmişi olmayanin geləcəyi də yoxdur… Gəlin kecmişimizi oyrənək!“













İnsan canlı təbiətin bir parçası,  tərkib hissəsi olaraq sosial yaradılmışdır. Yəni insan cəmiyyətdə yaşayır və digər fərdlərlə ünsiyyətdə olaraq sosial əlaqələr qurur. Bu əlaqələrin qurulmasında qohumluq kökləri, vahid dil və digər şərtlər başlıca rol oynayır. Həmin şərtlər isə ayrı-ayrı fərdlərin cəmiyyətdə birləşərək qenetik identikliyi, dili, adət-ənənələri və digər xüsusiyyətləri özündə cəmləşdirən millət məfhumunu formalaşdırır. 

Millətin (insanların, etnosun və s.) bir millət kimi formalaşması və dağılmaması üçün mütləq milli məfkurə – sadə dillə desək, milli tarix, mlli yaddaş, milli düşüncə, milli təfəkkür lazımdır. Bunun özünün olması üçün isə millətin öz gerçək tarixinə sahib olması gərəkdir. Əks təqdirdə, milli düşüncənin əksikliyi, digər millətlər üçün donor rolunu oynamağa gətirib çıxaracaq. Digər millətlər öz milli ideologiyalarını müxtəlif adlar altında biz Türklərə təlqin edərək, hər zaman bizi mənəvi dəyərlərimizdən uzaqlaşdırmağa və qoparmağa çalışmışlar. Elə hal hazırda da bu vəziyyətlə üz-üzəyik…..! Müxtəlif təriqətlərə parçalanan Azərbaycan xalqının milli birliyi dini zəmində parçalanaraq əriyir və bu hal bizim milli birliyimizi sarsıdaraq mərkəzdənqaçma qüvvəsini gücləndirir. Bu zəiflikdən istifadə ədən qonşuluğumuzdakı digər millətlər də (ruslar, farslar, haylar) öz milli qenefondunu inkişaf elətdirmək üçün biz Azərbaycanlılırdan daha doğrusu Oğuz Türklərindən istifadə edirlər. Bu millətlərlə ailə quran fərdlərimiz – bizdən getmiş olur beləliklə onların çoxunu itirmiş oluruq. Qarışıq ailələrdən doğulan uşaqlar istənilən halda hegemon ( və hegemon olmayan, başqa ) millətin dilində danışır, doğma ana dilində isə çox nadir hallarda bilirlər. Bir neçə nəsildən sonra isə Moskvada yaşayan aktyor Dmitriy Naqiyev kimi, futbolçu Aleksandr Səmədov kimi və İranda farslarla ailə quran (10) minlərlə soydaşımız kimi öz köklərindən ayrı düşürlər. Demək ki, milli mənafe baxımından biz itiririk, onlar isə qazanır. Bölgədə say üstünlüyü etibarı ilə hamıdan çox olmağımıza baxmayaraq nüfuz sahibi deyilik. Farslar mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı, tariximizi, ruslar isə torpaqlarımızı və qismən tariximizi mənimsəmişlər. Əslində bilmirəm necə yazım ki, uzun alınmasın – çünki uzun yazıları kimsə oxumur… Gerçəklik ondan ibarətdir ki, bu gün rus adlandırdığımız millət elə BİZ TÜRKLƏRDƏN əmələ gəlib. Bir çox mənbələrdə bu millətin tarixi kökləri yanlış olaraq göstərilmişdir-bəzi mənbələr rusları finn-uqor tayfalarına, başqa biriləri slavyan tayfalarına, son zamanlar isə etrusk tayfalarından yarandığını söyləyirlər. Bütün yuxarıda sadalanan mənbələri həvəskar tarixi araşdırmaçı kimi analiz edərək belə nəticəyə gəlmək olar ki, rus adlanan millət əslində mövcud deyil. Bu ad altında yaşayan millət PRAVOSLAV XRISTIANLIĞINI qəbul etmiş yahudilərdir – hansı ki, Xristianlığı qebul etməzdən öncə Turkdilli etrusklar olmuşlar. Səmit dinini qebul edərək assimilyasiya olub, yahudilərlə qaynayib qarishdiqdan sonra muasir rus milləti kimi formalaşmışlar. Rus adinda millət yox xalq vardır. Keçmişlərini qədim etrusk tayfalarına bağlamaqda ruslar təmənnalı məqsəd güdərək Roma imperiyasının tarixinə sahib olmaq eləcədə Şumer-türk mədəniyyətini qəbul edib milliləşdirməkdən ibarət olmuşdur. Amma nədənsə ruslar qədim Roma imperiyasının təməlini qoyan etruskların Türkdilli bir tayfa olduğu barədə öz müasir tarixlərində göstərməyi unutmuşlar. Buna baxmayaraq qədim Roma imperiyası tarixini yazanda söz sahibi olan Roma universitetinin professoru Mario Alinei bu barəda birmənalı olaraq həmən etruskların Kiçik Asiyadan – yəni Qafqazlardan, indiki Azərbaycan və ermənistan ( məncə həm də Troyadan, o zamankı Türkiyə ərazilərindən) çıxdığını yazır. Nəzərə alsaq ki, indiki ermənistan tarixi Azərbaycan torpağıdır o zaman etruskların kimliyi bəlli olur. Qoy bu ad sizi çaşdırmasın – çünki tarixin müxtəlif mərhələlərində biz azərbaycanlılar müxtəlif mənbələrdə müxtəlif adlarla göstərilmişik. Belə ki, midiyalılar, skiflər, mannalılar, albanlar, Oğuz Türkləri, Qafqaz tatarları, Qafqaz Türkləri, həmişərilər, etrusklar, azərbaycanlılıar da və digər adını çəkmədiyim tarixdə dərin iz salmış tayfalar da elə biz Türklərin özü olmuşuq. Lakin, tarix boyu səmitlərin dinlərini qəbul etdiyimizdən öz tariximizə sahib çıxa bilməmişik – oğullarımız, ərənlərimiz isə başqa yad millətlərin əlində alətə çevrilmişlər. Dinlərini qəbul etdikdən sonra həmən din səhiblərinə kölə vəziyyətinə düşmüşlər. Günü bu gün də böyük sərkərdə Səlahəddin Əyyubinin…- Azərbaycan türkü olduğunu sübut edə bimirik. Baxmayaraq ki, bir çox araşdırılmış tarixi mənbələrdə o əsl Türk kimi qeyd olunub. Lakin ona ərəblər, farslar, kürdlər sahib çıxırlar. Belə bir sual meydana çixır – əgər Səlahəddinin adı (ismi) Türk adı olsaydı, dini deyil öz milli mənafeyi uğrunda savaşsaydı digər millətlər onu özününkiləşdirə bilərdilərmi? Elə məhz bunun ağır nəticəsidir ki, bütün tariximizi saxtalaşdırıb özününkiləşdirmişlər və bu proses hal-hazırda da davam etməkdədir. Bunun kimi yüzlərlə tarixi şəxsiyyətlərimizi misal göstərmək mümkündür. Suallar çoxdur mənim əzizlərim…
Bunca imperiyaların təməlini qoyan bizim millət bəs necə oldu ki, bu gün belə dərin uçuruma yuvarlandı? Bu arada nə baş verdi ki? Cavabı çox sadədir – Roma imperiyasının da, qədim Rus dövlətinini də təməlini qoyan türkdilli etrusklar Xristian dinini qəbul etdilər. Nəticədə bu dini bizə təlqin edən səmitlərlə qaynayıb-qarışdılar. Daha sonra cəmiyyətdəki söz üstünlüyünü hakimiyyətə gəlməklə tamamlayan səmitlər biz Türkləri qapı arxasında qoydular. Assimilyasiya olunanları  başqa millətə çevrildilər. Assimilyasiyaya məruz qalmayanları isə əsir-yesir qoyub bu günki acınacaqlı vəziyyətə qədər yuvarlatdılar. İndi əsas suallardan biri də budur ki – səmit xalqlarından bu qədər acımasız zərbələr alan – öldürülən, qan içində boğulan biz Türklərə məgər dərs olmadımı ki, yenidən onların ayrı-ayrı təriqətlərinə üstünlük verib Türkçülüyümüzə zərbə vururuq?  İndinin özündə də səmit dinləri faktoru biz Türkləri parçalamaqda və yad millətlərə kölə etməkdə davam edir. Belə ki, istər Azərbaycanda, istərsə də İranda milli məfkurədən məhrum olunan milyonlarla insanımız bu gün fars imperializminə xidmət edən ŞİƏ-liyi özlərinə əsas meyar kimi qəbul etmişlər – digərləri isə ərəblərin təsiri altında sunni və vəhhabiçilik təriqətlərinə xidmət edərək bir dövlət içində yaşamaqlarına baxmayaraq bir-birlərinə qanlı düşmən kəsilmişlər. Hətta erməni olsa və bu təriqəti qəbul etsə dərhal onu din qardaşı sayıb yuxarı başa dəvət edəcəklər. Cünki İslamda millətçilik deyil ümmətçılık anlayışı vardır. Əslində bütün təriqətlər Quranı rəhbər tutsalar da, İslama deyil siyasi maraqlara xidmət edir. Qeyd edim ki, Din mütləq surətdə siyasətdən ayrı tutulmalıdır. Bir zamanlar şah babamız İsmayıl Xətai həmin-ŞİƏ məzhəbini rəhbər tutaraq,  Azərbaycan torpaqlarını birləşdirmək üçün əsas milli ideologiyaya çevirmişdi. Bu gün isə həmin təriqət İranda hakimiyyəti zəbt etmiş farsların hakimiyyətinin möhkəmlənməsinə və fars imperializminini yüksəlməsinə xidmət edir. Məhz buna görədir ki, millətin çətin anlarında hərə bir yana çəkir – biz birləşə bilmirik. Biri deyir – gəlin şiə olun, şah babamız bizə bunu tövsiyyə edib gedib. Digərləri də sünniliyə və yaxud vəhhabiliyə dəvət edir. Halbu ki, islamda tərəqət anlayışı yoxdur və olmayıb. Nədənsə bu din dəllalları deməyi unudurlar ki, şah babamızın vaxtında dövlət dili Azərbaycan Türkcəsi olub. Az öncə yuxarıda qeyd etdiyim kimi, dil faktoru millətin formalaşmasında əsas rol oynayan amillərdən biridir. Bunun üzlərinə vurqu edən zaman sübut olaraq deyirlər ki, İslamda millət yoxdur ümmət var. Dolayısı ilə bu adamlar heç özləri də bilmədən millətdən çıxır, imtina etmiş olurlar – eynilə digər məzhəbdəkilər kimi. Özlərinə sələfi deyən müsəlman Türklər də öz millətini, ata-analarının davamçısı olduqlarını deyil, İslamı təriqətə ayıranların davamçıları olduğundan xəbərsizdirlər. Bir zamanlar SSRİ dövründə bizləri 26 Bakı komissarı bağında pionerə qəbul edərkən 26-lar kimi cəsur, vətənini sevən, kommunizm ideyalarını sadiq olacağımıza and içdirirdilər. İllər lazım oldu ki, bu 26-ların mənim millətimin qanını içən cəllad Şaumyanın başçılığı altında Azərbaycanda dinc əhalinin amansızcasına qırdığı aşkarlana. Unutmayaq ki, düşmən illər keçsə də heç vaxt özünə qatil və cəllad demir-əksinə özünə xilaskar, bütün dünyanı zülmdən qurtaran deyir. Başımızın bəlası da elə bu təriqət və fanatik dərəcədə din amillərdir ki, biz Türkləri çətin anlarda birləşməyə, səfərbər olmağa qoymur – əksinə cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edir. Gəlin odu söndürüb külü ilə oynamayaq xanımlar və cənablar – hardan hara endik.
Yeganə xilas yolumuz milli biriliyimizdə – Türk Birliyindədir. HEÇ OLMASA ƏFQANISTANDAKI TÜRK BOYLARINDAN NÜMUNƏ GÖTÜRÜB, ÖZÜMÜZÜN TÜRK ADLANDIRMAQDAN UTANMAYAQ, TÜRK DİLLƏRİNDƏN YENİ SÖZLƏR GÖTÜRMƏKLƏ VAHİD DİL YARADIB VAHİD ƏLİFBAMIZI QURAQ. Bununla yanaşı, biz öz milli siyasətimizi elə qurmalıyıq ki, ölkəmizdə yaşayan digər etnik kökdən olan həmvətənlərimizin, azsaylı xalqların da mənafeyini nəzərə alınsın. Bu yolda dini birliyimizdən məharətlə istifadə etməliyik, necə ki, bunu farslar bacarır bizə qarşı… Onları özümüzə düşmən etmədən öz birliyimizə nail olmalıyıq. Bu məqaləni yazmaqda məqsədim əsla dini və irqi ayrı seçkilik etmək  deyil. Sırf Türkçülüyümüzün, milli və mənəvi dəyərlərimizi dərindən anlayıb, sahib çıxmağımızdır. Əziz oxucum! Sizlərdən ricam milli ruhumuzu itirməyək, adət ıənənələrimizi, mənəvi dəyərlərimizi oğurlayıb özününküləşdirənlərə cavab olaraq tariximizi daha dərindən öyrənərək birliyimizi təmin edək.
Türkün qurtuluşu yalnız birliyindədir!
Umuxanım Hüseynzadə
Yuxarı Geri Başlağıc