Gün: Dekabr 9, 2017

“Qarabağ” tarix yazdı, Aqil Abbas qılınc çıxartdı, “İmarət” mükafatlandırdı – FOTOREPORATAJ

Bu gün “Qarabağ”ın ən sadiq azarkeş qrupu “İmarət”in 2017-ci ilin “Tarixin memarı” adlı yekun tədbiri baş tutub. Yenicag.az xəbər verir ki, tədbirdə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qulrbanov və onun futbolçuları, millət vəkilləri Aqil Abbas, Fazil Mustafa, “Əmrahbank”ın prezidenti Yunis İldırımzadə, Qarabağ müharibəsinin iştirakçısı Elməddin Səfərov, muğam ifaçısı Elnur Zeynalov, azarkeşlər, […]

Əski Türk soylarından biri – KOLANILAR

   Şair-publisist Namiq Hacıheydərli bir müddət əvvəl qələmə aldığı “Əski türk soylarından biri – KOLANILAR” adlı araşdırma yazısını əldə etdiyi yeni faktlarla zənginləşdirib. Araşdırmaçının bildirdiyinə görə, bu əsərini kitab şəkilində nəşr etdirmək fikrindədir. Biz də qələm dostumuza başarılar diləyir və yazını yeni redaktədə Ovqat.com oxucularına təqdim edirik:                                                Giriş […]

Fəhlə uçqunun altında qaldı

Biləsuvar şəhərində istehsalatda bədbəxt hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Turkustan.info “Report”a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü rayon sakini Mirzəyev Asif Vasif oğlu kanalizasiya xətti çəkilişi zamanı torpaq altında qalıb. Yaralı yaxınlıqdakıların köməkliyi ilə qaldığı yerdən çıxarılıb və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib. […]

Bakının ən böyük yolkası harda qurulur? – VİDEO

Dənizkənarı bulvarda Bakının ən böyük yolkası quraşdırılır. Yolkanın hündürlüyü 35 metr olacaq. Bununla yanaşı, bulvar idarəsi tərəfindən ərazidə yeni il yarmarkalarının da təşkil edilməsi nəzərdə tutulub. Paytaxtın ən böyük yeni il yolkası belə quraşdırılır. Böyüklüyünə görə Avropada ikinci yerdə olan Bakı bulvarı yeni ilə hazırlaşır. Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri […]

İraq İŞİD-ə son qoydu – Tarixi zəfər

İraq torpaqları İŞİD terror qruplaşmasından tamamilə azad edilib. Turkustan.info xəbər verir ki, bu sözləri İraqın Baş naziri Heydər Abadi söyləyib. O, artıq ölkənin işğaldan xilas edilmiş bütün ərazilərində İraq bayrağı asdıqlarını söyləyib. Qeyd edək ki, bir müddət əvvəl İraq təhlükəsizlik qüvvələrinin nümayəndələrindən biri dekabrın 9-da İŞİD-ə qarşı qələbə elan edəcəklərini […]

Düzcədə Azərbaycan küçəsi olacaq – FOTO

Millət vəkili Qənirə Paşayevanın Düzcə vilayətində Azərbaycan küçəsi və Qarabağ parkı təklifi dəstəklənib. Turkustan.info xəbər verir ki, konfrans keçirmək üçün Düzcə vilayətinə səfər edən millət vəkili bu bölgənin bələdiyyə başqanı Dursun Ay ilə görüşüb. Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrini qardaş olaraq görmək istədiyini qeyd edən millət vəkili görüşdə Dağlıq […]

Kredit borcu olanlara ŞAD XƏBƏR – VİDEO

Hazırda kredit borcunu qaytara bilməyən xeyli insan var. Bundan çıxış yolu kimi bir sıra təkliflər hazırlanıb. Məsələn, kredit borcunu qaytarmaqda çətinlik çəkənlərə bir sıra vergi güzəştlərinin tətbiq edilməsi təklif olunur. Bundan əlavə, bir neçə banka borcu olanlarla bağlı da bir sıra yeniliklər ola bilər. Sıradakı xəbərimiz məhz bu haqdadır. Turkustan.info […]

Amalımız bir yumruq altında dövlətçiliyimizə xidmət etməkdir!

Müasir və dünya siyasətilə maraqlanan hər bir şəxsə aydındır ki, xarici lobbizm ölkələrin iqtisadi və siyasi maraqlarının təmsilçiliyini inkişaf etdirən və tamamilə mədəni əlaqələri özündə birləşdirən bir təbliğat fəaliyyətidir. Bu gün dünyada baş verən bir çox siyasi, iqtisadi, hətta hərbi xarakterli hadisələr hansısa təşkilatların lobbiçilik fəaliyyəti ilə əlaqəlidir. Bəzi insanlar […]

Yaxın Şərqə açılan “CƏHƏNNƏM QAPISI”: Prezident savaş siqnalı verdi

ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı və ölkəsinin İsraildəki səfirliyini bu şəhərə köçürüləcəyini elan etdi. Dünyanı qarışdıran bu qərar İsrail istisna olmaqla, dünyanın bütün dövlətləri tərəfindən birmənalı qarşılanmadı. ABŞ-ın İsrail və Fələstin arasındakı bu münaqişə ilə bağlı 70 illik siyasətinin üzərindən xətt çəkən Donald Tramp bununla bölgədə […]

Bu görüntülər bütün interneti dəhşətə gətirdi… – VİDEO

Fotoqraf Pol Niklenin yaydığı video internet istifadəçilərini dəhşətə gətirib. Turkustan.info xəbər verir ki, fotoqraf “İnstagram” hesabında aclıqdan ölən ağ ayının videosunu yerləşdirib. Niklen yazıb ki, ölməkdə olan ayını çəkən zaman qrupun bütün üzvləri ağlayırmış: “Bu, insanı dəhşətə gətirən səhnədir. Bu səhnə hər yerdə məni izləyir. Amma laqeydlik divarını sınırmaq üçün […]

Şəkidə hərbçilər yol qəzasına düşdü – 3 ölü

Şəki rayonu ərazisində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Turkustan.info xəbər verir ki, hadisə Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonu istiqamətində olan kəsişmə nöqtəsində qeydə alınıb. Qəza zamanı iki “Mercedes” markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir şəhər xəstəxanasında keçinib. […]

İsrail-Fələstin münaqişəsi və biz

ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı açıqlamasından sonra Azərbaycanda həm Trampın qərarı, həm də bu qərara münasibətimizin necə olmalı olduğu müzakirə edilir. Ən qızğın müzakirə onun üstündə gedir ki, biz kimin tərəfini tutmalıyıq: Ərəblərin (Fələstinin) yoxsa İsrailin? Belə görünür ki, Azərbaycandakı tərəflər Trampdan çox bir-birlərini ittiham edirlər. Hadisələrə sadə vətəndaş […]

10 ildir ruhlarla intim əlaqədə olan qadın: Nişanlısı evdə olmadığı gecə… – TÜKÜRPƏDİCİ OLAY – VİDEO

İngilərədə yaşayan Amethyst Realm adlı qadın sevgilisinin evdə olmadığı bir gecə ruhla intim münasibətdə olduğunu və o gündən sonra bir daha kişilərlə cinsi əlaqədə olmadığını deyib. Turkustan.info Haberler-ə istinadən xəbər verir ki, 27 yaşlı Amethyst Realm sevgilisindən ayrılıb ruhlarla intim münasibətdə olmağa başladığını və ruhların onu çox razı saldıqları üçün bir daha kişilərlə görüşməyi planlaşdırmadığını bildirib. […]

Rusiyanın Qarabağ həllini Türkiyəyə tapşırması gözlənilir

Putin və İlham Əliyevin Türkiyə səfərində ciddi irəliləyiş ola bilər Türkiyə gözlənilməzliklərlə doludur və Qarabağ məsələsinin həlli üzrə birtərəfli təşəbbüsü Rusiyadan ala bilər. Turkustan.info-nun məlumatına  görə, məşhur ABŞ politoloqu Pol Qobl bu barədə İərvanda dərc olunan «168 jam» qəzetinə müsahibəsi zamanı bildirib. Qəzetin yazdığına görə, Pol Qobl müsahibəsində vurğulayıb ki, hazırda Rusiyanın […]

Salyanda arvadını və dörd qızını öldürən qatil “ən böyük cəzasını” aldı – FOTO

Salyanda 2014-cü ilin mart ayında həyat yoldaşı Mehparə Əliyevanı və dörd qızını xüsusi amansızlıqla qətlə yetirərək cəsədlərini yataq otağının zirzəmisində gizlətmiş qatil ilk və ən ağır cəzasını alıb. Turkustan.info xəbər verir ki, virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, bu dünyada olduğu kimi, o dünyada da yaş sırası ilə analarının “yanına sığınmış” […]

Ekspert: “Hər yerdə xaos, qarışıqlıq olacaq, radikal qruplar hərəkətə keçəcək”

“Müsəlman ölkələr, xüsusən də enerji ehtiyatları olan ölkələr növbə ilə işğal ediləcəklər”   İsrailin baş naziri Benyamin Netanyahu, ABŞ-dan başqa, bəzi digər ölkələrin də öz səfirliklərini Təl-Əvivdən Qüdsə köçürəcəyini açıqlayıb. O, həmçinin vurğulayıb ki, yaxın günlərdə bir neçə dövlət də Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq. “Səfirliklərin Təl-Əvivdən Qüdsə köçürüləcəyinə gəlincə, […]

Fazil Məmmədovun qızı atası üçün status yazdı: “Kadersiz kaderini asla unutmayan…”

Sabiq vergilər Naziri Fazil Məmmədovun qızı atasının işdən azad olunmasına özünəməxsus reaksiya verib. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, Selcan sosial şəbəkə ünvanında atasının fotolarını paylasıb və  bu şərhi yazıb: “Bu mahnı atam üçündür, adam kimi adam üçündür, dürüstlüyü hər şeydən önəmli bilən üçün, ürəyi böyük insan üçün. 23 il hökümət […]

Qənirə Paşayevanın Düzcə vilayətində Azərbaycan küçəsi və Qarabağ parkı təklifi dəstəkləndi

Düzcə vilayətində konfrans vermək üçün bu bölgəyə səfər edən millət vəkili Q.Paşayeva Düzcə bələdiyyə başqanı Dursun Ay ilə görüşüb. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Düzcənin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçısı ilə […]

Rusiya seçkiyə gedir: Putin qalır

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək. “Cümhuriyət” qəzeti “İtarTASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin özü məlumat verib. “Mən seçicilərin etimadını qazanaraq Rusiya Federasiyasının prezidenti vəzifəsinə seçilməyə çalışacağam”, – deyə Putin vurğulayıb. Qeyd edək ki, V. Putinin səlahiyyət müddəti 2018-ci il mayın 7-də […]

Quranla fala BAXANLAR – “Allah onlara lənət eləsin!”

Bu gün islam dinində olmayan bir şeyi dinə əlavə edənlər çoxdur.  Bəzi baxıcılar, hətta mollalar insanların cahilliyindən yaxud çıxılmaz vəziyyətdə qalmasından çox gözəl istifadə edə bilirlər. Məsələn, onlar Quran kitabı vasitəsilə gələcək üçün müəyyən vədlər verirlər.  Hər halda ətrafınızda  “övladım olmur, qızım ərə getmir,  gedib bir  Quran açdırım” deyənlər az […]

Ermənilər eşşəyi özəlləşdirdilər

Erməni linqvistlər xüsusi bəyanat yayıblar Rus dilinə düz 4 söz erməni dilindən keçib. Bu barədə bu gün erməni dilşünaslar məlumat verib. Onların sözlərinə görə, rus dilində ən qədim söz erməni mənşəlidir. Erməni alimlərinin fikrincə, bu söz «işak», yəni eşşək sözüdür. Linqvistlər dərhal izah ediblər, həm bu söz, həm də ən […]

Mirşahin Ağayev yeni TV açır – İşçi yığımı başlayıb

Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayev yeni telekanal açır. Turkustan.info Qaynarinfo-ya istinadən xəbər verir ki, yeni telekanala artıq işçı yığımına start verilib. Keçmiş ANS əməkdaşlarının bir çoxuna da işləmək təklifi göndərilib. Yeni telekanalın bir müddət internet üzərindən fəaliyyət göstərəcyi, texniki məsələlər həll olunandan sonra isə teleyayıma […]

“Saakaşvilini həbsdə uzun müddət saxlaya bilməyəcəklər” – Ekspert

“Mixail Saakaşvilinin həbsi Ukraynada narazı elektoratın ona rəğbətini daha da artıracaq”. Turkustan.info bildirir ki, bu fikirləri Yenicag.ru-ya açıqlamasında Mixail Saakaşvilinin həbs olunmasını şərh edən gürcüstanlı ekspert Vasili Papava deyib: “Ukrayna hökuməti Saakaşvilini hələ sentyabrda, o, vətəndaşlıqdan çıxarıldıqdan sonra Polşa ilə sərhəddəki “Şeqini” keçid-buraxılış məntəqəsindən ölkəyə daxil olarkən həbs edə bilərdi. Ancaq […]

Təmas xəttində DÖYÜŞLƏR GEDİR – 4 ölü, 1 yaralı

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. Turkustan.info UNİAN agentliyinə xəbər verir ki, anti-terror əməliyyatları qərargahından verilən məlumata görə, ötən gün ərzində “Rusiyanın hibrid qoşunları” Ukraynanın Silahlı qüvvələrinin mövqelərinə 28 dəfə atəş açıb. Nəticədə, 4 Ukrayna hərbi qulluqçusu həlak olub, biri yaralanıb. Ukrayna ordusu qumbaraatanlar, pulemyotlar və atıcı silahdan rəqibə cavab atəşi […]

İş axtaranların nəzərinə! – Vakansiya var

Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyasında vakant olan orta və böyük rəis heyəti vəzifələrinə müsabiqə elan edir. Turkustan.info məlumatına görə, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir: – Mülki hüquq kafedrasının müəllimi və baş müəllimi (bu vəzifələrə namizəd dövlət ali təhsil müəssisələrinin hüquq təhsili üzrə magistr pilləsini bitirmiş olmalıdır); […]

Uşaqlar bu səbəbdən intihar edir – DİQQƏT!

Səhiyyə Nazirliyi Azərbaycanda baş vermiş uşaq intiharlarının ilkin səbəblərini açıqlayıb. Turkustan.info-nun məlumatına görə, Nazirliyin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov bildirib ki, bütün dünyada uşaq intiharları artıb. F. İsmayılov bildirib ki, Azərbaycanda intihar edən uşaqların sayı elə də yüksək deyil: “Ötən il 18 yaşına qədər olan 16 nəfər intihar edib. Bu […]

Bakıda özünü 10-cu mərtəbədən atan qız barədə yeni xəbər

İntihar edən Əda Zeynalovanın atası yeni rəhmətə gedib. Xəbər verildiyi kimi, dekabrın 8-nə keçən gecə gənc qız özünü Yasamal rayonu ərazisində, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında çoxmərtəbəli binadan ataraq intihar edib. Həmin qızın tələbə olduğu üzə çıxıb. Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, özünü 10-cu mərtəbədən ataraq həyatına son qoyan […]

Ərdoğan İlham Əliyevi Qüdslə bağlı fövqəladə zirvə toplantısına dəvət etdi

Dekabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Turkustan.info bildirir ki, bu barədə Modern.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən məlumat verir. Ərdoğan İlham Əliyevi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib. Prezident İlham Əliyev dəvəti minnətdarlıqla […]

Qarlı, şaxtalı havada körpə uşaqları soyuq su ilə yudular – VİDEO

Sibirdə yayılan bu görüntülər paylaşım rekordu qırmaqdadır. Maraqlısı bundadır ki, qadınlar bunu adi bir hal imiş kimi qarşılayırlar. Eyni cəhdi 3 fərqli qadın azyaşlı uşaqları ilə təkrar edir. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, körpələri ilə birlikdə suyun altına girən qadınlar bunu adi hal kimi təkrarlayıblar.

24 yaşlı gəncin intihar anı – VİDEO 18+

Canına qəsd edən gəncin özünü qatarın altına atdığı anın görüntüləri əldə edilib. Turkustan.info Haberler-ə istinadla xəbər verir ki, hadisə noyabr ayının 23-də İzmirin Menemen mahalındakı İzban stansiyasında baş verib. 24 yaşlı Doğancan Atik adlı şəxs özünü qatarın altına atıb. Turkustan.info Milli.Az-a istinadən görüntüləri təqdim edir:

Prezidentin icra başçılarına verdiyi vaxt bitir: Kimlər vəzifədən gedəcək?

Prezident İlham Əliyevin bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılması ilə bağlı icra başçılarına verdiyi vaxt gələn həftə – dekabrın 15-də bitir. Turkustan.info xəbər verir ki, “Yeni Müsavat”ın bu mövzuda hazırladığı materialda bildirilir ki, nazirlərin, Prezident Administrasiya rəhbərliyinin də iştirak etdiyi müşavirədə  ölkə iqtisadiyyatına özəl […]

İlhamənin oğlunun həbsi ilə bağlı – Rəsmi məlumat

Daxili İşlər Nazirliyi (DİN) mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs edilməsinə münasibət bildirib. Nazirlikdən  verilən məlumata görə, Binəqədi Rayon Polis Şöbəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə başlanmış cinayət işi ilə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində […]

Saakaşvili məhkəməyə çıxarılır – Tarix açıqlandı

Mixail Saakaşvili dekabrın 11-də məhkəməyə çıxarılacaq.  Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Saakaşvilinin vəkili Pavel Boqomazov söyləyib. “İlkin məlumatlara görə, o, istirahət günləri təcridxanada qalacaq. Məncə, onun işinə bazar ertəsi Peçerski məhkəməsində baxılacaq. Bunu mənə müstəntiqlər söyləyiblər. Bazar ertəsi onun həbsinin 72 saatı tamam olacaq. Biz buna görə də tələb […]

Azərbaycana bəd xəbər: Ərdoğan da Qarabağ məsələsini qapatdı, Putinə görə…

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gedir. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan son aylarda Rusiyaya xeyli səfər edib, rusiyalı həmkarıyla gah Moskvada, gah da Soçidə görüşüb. Növbə Putinindir, indi onu Ankarada gözləyirlər. Liderlər həmişəki kimi iki ölkə arasında həyata keçirilən böyük enerji layihələrindən danışacaqlar, Suriyada DAİŞ terroruna son qoyulması da gündəm […]

Bakıda özünü binadan atan qızın görüntüləri… – FOTO

Ötən gün Yasamal rayonunda özünü 10-cu mərtəbədən ataraq intihar edən qızın fotosu yayılıb. Metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü yerə atan 24 yaşlı Əda Zeynalovadır. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sözügedən fotonu […]

Ərdoğan – Putin görüşü: Qarabağ masada olacaqmı?

“Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gedir. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan son aylarda Rusiyaya xeyli səfər edib, rusiyalı həmkarıyla gah Moskvada, gah da Soçidə görüşüb. Növbə Putinindir, indi onu Ankarada gözləyirlər”. Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, liderlər həmişəki kimi iki ölkə arasında […]

Neft sürətlə bahalaşır

Dünya bazarlarında neftin qiyməti sürətlə bahalaşır. Turkustan.info bu barədə hərracların son nəticələrinə istinadən məlumat verir. ICE London qitələrarası birjasında keçirilən hərraclar zamanı Brent markalı neftin 1 barelinin qiyməti 1,20 dollar və ya 1,93% artaraq 63,40 dollara satılıb. WTI neftinin dekabr fyuçerslərinin 1 barelinin qiyməti isə 0,67 dollar və ya 1,18% […]

Qatil atadan “beş nəfəri necə öldürdün?” sualına ŞOK CAVAB

Salyanda həyat yoldaşını və dörd qızını qətlə yetirməkdə təqsirləndirilən Fərhad Əliyev bu dəhşətli cinayəti törətməsinin səbəbini istintaqa açıqlayıb. Turkustan.info xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Salyan rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. Daha əvvəl də xəbər verdiyimiz kimi, dekabrın 6-da Salyanda üç il səkkiz ay əvvəl baş vermiş cinayətin üstü […]

“Buzovnalı baba”, məşhur videonun kadrarxası məqamları və etiraflar… – VİDEO

Bəzən insanın yaşadığı məkan alın yazısına çevrilir. Onun inkişafına, karyerasına mane olur, onu sıxır, buxov rolunu oynayır. Haqqında söhbət açacağımız şəxs də bəlkə Bakı kəndində yaşadığı üçün tanına bilməyib. Heç birimiz məşhur video yayılana qədər onu tanımırdıq. Söhbət bir müddət əvvəl “Youtube”da “Buzovnalı baba” kimi məşhurlaşan Zahid Quliyevdən gedir. O, […]

Putin Türkiyəyə niyə gedir? – Politoloqdan şərh

Xəbər verdiyimiz kimi, 11 dekabrda Rusiya prezidenti Vladimir Putin dövlət başçısı Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək. Turkustan.info xəbər verir ki, politoloq Elxan Şahinoğlu Putinin gözlənilən səfərini  şərh edib. O bildirib ki, liderlər həmişəki kimi iki ölkə arasında həyata keçirilən böyük enerji layihələrindən danışacaqlar. Suriyada İŞİD terroruna son qoyulması […]

Qüds yəhudilərindir, Bakı da İsraili seçməlidir – ŞOK SƏBƏB

Qüds yəhudilər üçün necə önəmlidirsə, Şuşa da bizim üçün elə önəmlidir. Turkustan.info xəbər verir ki, bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev qeyd edib. O bildirib ki, fələstinlilər ermənilərə necə dəstək olursa, biz də yəhudilərə elə dəstək olmalıyıq: “Bunun üçün tutarlı səbəblər də var. Birincisi, Fələstin I Dünya […]