Araz Abdullayev gözəl qolla Kipr klubuna qələbə qazandırdı – VİDEO

Azərbaycan yığmasının futbolçusu Araz Abdullayev Kipr çempionatında çıxış etdiyi “Anortosis” komandasına 91-ci dəqiqədə vurduğu qolla qələbə qazandırıb.

Turkustan.info-nun xəbərinə görə, doğma meydanda “Alki Oroklinis” klubunu qəbul edən Abdullayevin komandası 2:1 hesabı ilə qələbə qazanıb.

Hakimin oyuna əlavə etdiyi dəqiqələrdə Araz Abdullayev cərimə meydançasından kənardan gözəl zərbə ilə fərqlənib.

Hazırda “Anortosis” 15 oyundan sonra 33 xalla turnir cədvəlinə başçılıq edir.