Gün: Dekabr 11, 2017

Ata xəstə qızını küçəyə atdı – Azərbaycanda tükürpərdici hadisə – VİDEO

Şəkidə ata xəstə qızını küçəyə atıb. Turkustan.info  “Xəzər” TV-yə istinadən xəbər verir ki, 2 yaşlı Yağmur anadangəlmə serebral iflic xəstəsidir. Atası isə onu bu halda qəbul etmək istəmir. Yağmurun anası Nisə Məhərrəmova deyir ki, balaca Yağmurun dünyaya gəlməsi onlar üçün ən böyük sevinc olub. Bir müddət sonra onun serebral iflic […]

Ağır xəsarət alan hərbçi xəstəxanada ÖLDÜ

Şəki rayonunda baş vermiş qəzada ağır xəsarət almış hərbçixəstəxanada dünyasını dəyişib. Turkustan.info report-a istinadən xəbər verir ki, dekabrın 9-da Yevlax-Zaqatala-Gürcustan magistral yolunda, Şəki rayonunun girişində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Qəza zamanı iki “Mercedes” markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha […]

Musa Yaqub: “Heç bir zaman sandıq şeirlərim olmayıb

Bu gün Azərbaycan ədəbiyyatında öz dəst-xəti olan, bədii-fəlsəfi şeirlər müəllifi, hər kəsin tanıdığı və yaradıcılığına sonsuz məhəbbət bəslədiyi şair Musa Yaqubun poeziya dünyası bitib-tükənməz incilərlə zəngindir. Musa Yaqub yaradıcılığının ədəbiyyatımızın zənginləşməsində özünəməxsus töhfələri var. Bədii təfəkkürün inkişafında Musa Yaqubun şeirləri oxucuya bədii-fəlsəfi dünyanın dərkində köməkçi olur. Hər oxucunun ürəyi ilə […]

Rusiya-Türkiyə birliyi çat verəcək? – Putini Ankaraya aparan SƏBƏBLƏR

Rusiya prezidenti Vladimir Putin Ankaradadır. O, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlığın aktual məsələləri, enerji sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə ediləcək. Turkustan.info xəbər verir ki,  Putinin Ankara səfərini şərh edən politoloq Elxan Şahinoğlu bir sıra maraqlı məqamlara toxunub. “Rusiya prezidenti Türkiyəyə Suriyadan getdi. Bu, Ərdoğan üçün sürpriz idi. Putinin […]

Ermənilər Qüdsdən pay istəyir – XƏRİTƏ

İrəvanda İsraillə Ermənistan arasında gizli danışıqlardan bəhs edirlər. İsrailin Qüdsə tam iddiasının kökündə ermənilərlə gizli razılaşma durur. Turkustan.info-nun məlumatına görə, erməni şərhçi Akop Badalyanın Ermənistanın populyar analitika portalı “Lragir”də dərc etdirdiyi məqalədə bu məsələ üstörtülü vurğulanır. Müəllif yazıya giriş şəkli kimi Qüdsün xəritəsini qoyub və orda yəhudi məhəlləsi ilə erməni məhəlləsinin yanaşı […]

Bakıda daşınmaz əmlak bazarında qiymət dəyişdi

2017-ci ilin noyabrında Bakıda daşınmaz əmlak bazarında qiymətlər manat ekvivalentində 0,94 faiz azalıb. Turkustan.info bildirir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, ötən ay torpaq və ikinci mənzil bazarında qiymətlər artıb, ilkin mənzil, kommersiya obyektlərinin satışı və onların […]

İqtisadçı: “Vergi və gömrük birləşdirilir, yeni nazirlik yaradılır…” – Nazir kim olacaq?

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı Qulu İbrahimli (Hesabdaroğlu) “AzPolitika.info”ya müsahibə verib. Turkustan.info həmin müsahibəni təqdim edir: – Dövlət başçısının 05 dekabr 2017-ci il tarixli Sərəncamı ilə vergilər naziri Fazil Məmmədovun vəzifədən azad olunması və onun yerinə Mikayıl Cabbarovun təyin edilməsi ilə bağlı mətbuatda müxtəlif şərhlər verildi. Keçmiş […]

İran yenə silkələndi – 6 bal

Son dəqiqələrdə İranın qərbində güclü zəlzələ baş verib. Turkustan.info məlumatına görə, yeraltı təkanlar 6 bal gücündə qeydə alınıb. İran Seysmoloji İdarəsinin yaydığı xəbərə görə, bu dəfə də İran və İraq sərhədində qeydə alınan zəlzələnin episentri 46 kilometr dərinlikdə olub. Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat yoxdur. Qeyd […]

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad

Azərbaycan Cümhuriyyəti ordusunun Türkiyəyə mühacirət edən zabitləri seriyasından bu dəfəki qəhrəmanımız, 1918 – 1922 – ci illərdə öncə Azərbaycanın, daha sonra isə Türkiyənin istiqlaliyyəti uğrunda savaşaraq, Türkiyənin qurtuluşunda və Türkiyə ordusunun inkişafında böyük xidmətlər göstərmiş bir insan, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Məmməd bəy Ağpoladdır. İstiqlal savaşçısının izi ilə 1920– ci […]

Tarif Şurası dərmanların bahalaşdırılması ilə bağlı xəbərdarlıq etdi

70-dən artıq ölkənin 1000-ə yaxın müəssisəsinin dərmanları dövlət qeydiyyatına alınıb. Son günlər oxucular bəzi apteklərdə dərmanların Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərdən baha satılması halları ilə rastlaşdıqlarını bildirirlər. Eyni zamanda, dərman preparatlarının 2018-ci ilin əvvəlindən bahalaşma ehtimalı əhalini narahat edən məsələlərdəndir. Turkustan.info-nun məlumatına görə, bütün bu suallara cavab almaq üçün “virtualaz.org” saytı […]

“WhatsApp” işlədənlər, DİQQƏT! – Bundan sonra…

“WhatsApp”da yazışarkən “Youtube” videolarını izləyə biləcəksiniz. Turkustan.info xəbər verir ki, əgər əvvəl “WhatsApp”a gələn videolara baxmaq üçün çıxış edib, “Youtube”a daxil olurduqsa, artıq buna ehtiyac qalmayıb. Mobil platformanın İOS cihazlar üçün istifadəyə verdiyi yenilikdən artıq Android istifadəçiləri də yararlana biləcək. Tətbiqdən istifadə etmək üçün video link mobil cihaz üzərindən göndərilməlidir. […]

Qənirə Paşayeva Bağdadda İraq Türkman Cəbhəsini ziyarət edib – FOTOLAR+VİDEO

Beynəlxalq Konfransda iştirak etmək üçün İraqda səfərdə olan millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İraq Türkmən Cəbhəsini ziyarət edib və onun lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərləri ilə görüşüb. Millət vəkili Bağdadda İraq Türkmen Cəbhəsi ofisini ziyarət etməkdən və bu görüşdən […]

Azərbaycana dondurucu hava gəlir? – “8 ölkədə havanı soyudan silahlar var”: Ekoloqdan ilginc İDDİA

Türkiyənin Ərzurum şəhərində havanın temperaturu qəfil aşağı düşərək -25 dərəcə olub. Bu hava şəraiti Türkiyə üçün xarakterik hesab edilmir. Maraqlıdır, temperaturunun qəfil aşağı düşməsinə səbəb nədir? Kəskin dəyişiklik Azərbaycana təsir edə bilərmi? Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin direktoru Telman Zeynalov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. Onun sözlərinə görə, müəyyən silahlardan istifadə […]

Saakaşvilinin tərəfdarları məhkəmə binasına hücum etdilər

Ukrayna paytaxtı Kiyevdə Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları onun barəsində qətimkan tədbirinin seçilməsi üzrə məhkəmə iclasının keçirildiyi Peçersk Rayon Məhkəməsinin binasına girməyə cəhd ediblər. Ukrayna KİV-i xəbər verir ki, hadisə yerində partlayış səsi eşidilib və ətrafı tüstü bürüyüb. Əlavə polis əməkdaşlarının gəlişindən sonra vəziyyət sabitləşib. […]

Bələdiyyə vergilərinin toplanılmasını necə asanlaşdırmaq olar?

Bələdiyyələrin torpaq-əmlak vergilərinin toplanılmasının asanlaşdırılması Bələdiyyə məsələləri üzrə ekspert bələdiyyə vergilərinin toplanması ilə əlaqədar (səmərəli)təkliflə çıxış edib. Turkustan.info bələdiyyə eksperti, Hökməli bələdiyyəsinin sədr müavini Hüquqşunas, Fərman Salmanlının sözügedən məsələ ilə bağlı məqaləsini təqdim edir: Bələdiyyələrin maliyyə vasitələrinin və bələdiyyə büdcəsinin formalaşmasında fiziki şəxslərdən toplanan torpaq və əmlak vergilər, yerli əhəmiyyətli tikinti materialları […]

Qalmaqallı məhkəmə: Edamını gözləyən milyarder və prezidentin azərbaycanlı iş adamı ilə GİZLİ SÖVDƏLƏŞMƏSİ

Amerikada qalmaqallı məhkəmə prosesi ilə yenidən gündəmə gələn azərbaycanlı iş adamı Rza Zərrab İranın diqqətindədir. Turkustan.info Cebhe.info-ya istinadən bildirir ki, İranı maraqlandıran Rza Zərrabın sanksiyalara məhəl qoymaması deyil, onun İranda həbs edilən başqa bir iş adamı Babək Zəncani ilə əlaqəsidir.”Al Monoitor” yazır ki, Rza Zərrabın məhkəmədə verdiyi ifadlərin İranda geniş əks-səda […]

Bakıda oteldə bir gecə keçirmək istəyən ər-arvadın başına gəlməyən qalmadı – VİDEO

Azərbaycanda otellərdəki münasibətlərlə bağlı şikayətlər səngimir. Bu dəfə həyat yoldaşı ilə Bakıya müalicəyə gələn Gəncə sakini 63 yaşlı Faiq adlı şəxsdən nigah şəhadətnaməsi tələb ediblər. Bu, olmadıqda isə bir gecəlik 100 azn istəyiblər. Sözügedən videonu təqdim edirik:

2017-ci ilin rektoru seçilən İbrahim Cəfərova diplom təqdim edilib

Xəbər verdiyimiz kimi “2017-ci ilin rektoru” sosial tələbə sorğusunun finalçılarının ilin rektoru uğurunda  mübarizə apardığı yarışma başa çatıb. Kənd Təsərrüfatı nazirliyi  Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və  Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bu ad uğurunda […]

Turizm şirkətindən QƏRİBƏ ADDIM: 120 nəfəri Həcc ziyarəti adı ilə Rio karnavalına apardı – FOTO

Türkiyədə qəribə hadisə baş verib. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sadi Erkılıç adlı “işbaz” 120 nəfəri Həcc ziyarəti adı ilə Rio karnavalına aparıb. Onun əməlindən atalarını müqəddəs ziayrətə göndərən ailələrdən biri xəbər tutub. Belə ki, onlar ailə başçılarını Rio karnavalında gördükdə dərhal polisə xəbər veriblər. Zərərçəkmiş ailələr adından […]

Fədayə Laçından XƏBƏR VAR

“Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və kriminal aləmin üzvü olan Əli Ağamini konvoyun müşayiəti altından qaçırmağa kömək etməkdə ittiham edilərək həbs edilən müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edilib. Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, F.Laçına güzəşt edilməsi üçün vəkili Türkel Süleymanlı Nəsimi rayon Məhkəməsinə müraciət edib. […]

​Saakaşvili hakim qarşısında: “MƏN HƏRBİ ƏSİRƏM“

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevin Peçerski Rayon Məhkəməsində çıxış edib. Turkustan.info xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb. Saakaşvili çıxışı zamanı özünü hərbi əsir hesab etdiyini bildirib: “Mən özümü saxlanılan şəxs yox, hərbi əsir hesab edirəm”.   /Muxalifət.az/

Yanvardan bu avtomobillər 2 min manat bahalaşacaq

Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ilin yanvarın 1-dən istifadə müddəti bir ilə qədər olan minik avtomobillərinin idxalına tətbiq olunan gömrük rüsumu 75%, istifadə müddəti bir ildən artıq olan avtomobillər üçün 71,4% artırılır. “Gömrük rüsumunun artırılması bazarda avtomobillərin qiymətinin artmasına səbəb olacaq”. Turkustan.info bildirir ki, bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı […]

Ögey qardaşı ilə intim münasibətindən şübhələndi, arvadının başını kəsdi – VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun icraatında olan prosesdə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilən Murad Ələsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib. Turkustan.info xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, bu il mayın 22-də Qubanın Güləzi kəndində Murad Ələsgərov evində həyat yoldaşı […]

Taksilərlə bağlı YENİLİK

Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşıması həyata keçirən avtomobillər yalnız xüsusi müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək. Turkustan.info xəbər verir ki, bununla bağlı “Avtomobil nəqliyyatı haqqında” qanunun 20-ci (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) maddəsinə dəyişiklik edilir. Layihəyə əsasən, taksi minik […]

Bakıda 7 manata satılan mal ətidir yoxsa…? – ARAŞDIRMA

Hazırda paytaxtda 1 kq dana ətinin qiyməti 10-13 manat arasında dəyişir. Lakin şəhərətrafı ərazilərdə fəaliyyət göstərən bəzi qəssabxanalar dana ətini 7 manat satır. Mağazanın ön şüşəsinə yapışdırılan kağızda dana ətinin bir kiloqramının 7 manata olduğu göstərilir. Qiymətinin ucuz olması müştərilərdə ətin keyfiyyəti ilə bağlı suallar formalaşdırır. “Ət Baytarlıq Xidmətinin nəzarətində […]

Rövşən Lənkəranskinin məsciddə çəkilən görüntüsü yayımlanıb – VİDEO

Rövşən (Lənkəranski) Canıyevin məsciddə çəkilən görüntüləri sosial şəbəkələrdə yayımlanıb. Turkustan.info xəbər verir ki, görüntülərdən Rövşən Lənkəranskinin məsciddə keçirilən mərsiyə mərasimində iştirak etdiyi və ağladığı məlum olur. Qeyd edək ki, Rövşən Lənkəranski 18 avqust 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilib.   /interaztv.com/  

Ərdoğanın “Qüdsü geri alacağıq” sözləri hansı reallığı əks etdirir? – ŞƏRH

Qüdsə bağlı açıqlamasında Ərdoğan: “Trampın Qüds qərarı yox hökmündədir. Qüdsü körpə qatillərinin insafına tərk etməyəcəyik” fikrini səsləndirib. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti İsraili işğalçı və terrorist dövlət adlandırıb və Qüdsü onların əllərinə verməyəcəyik deyib. Ərdoğan “Səssiz qalmağımızı, zülmə göz yummağımızı istəyirlər. Türk insanı cəsurdur. Məzlum kim olursa olsun […]

İsraildən Qüds açıqlaması: Zamanı yetişdi…

Avropa Birliyi ölkələrinin bir çoxunun Qüdsü İsrailin paytaxtı olaraq tanımasını gözləyirik. Turkustan.info xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Brüssel səfəri zamanı danışıb. ABŞ Prezidenti Donald Trampın Qüds qərarının mövcud həqiqəti tanımaq olduğu fikrini müdafiə edən Netenyahu Qüdsün İsrailin paytaxtı olaraq tanınmasının tərəfləri sülhə sövq edəcəyini bildirib. […]

“Kim cürət edib Hacının qəbrini ziyarətə gedəcək ki?” – Məmmədovun bacısı

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dəfn edilsə də, ailə üzvləri qəbir yerinin gizlin saxlanılmasına qərar verib. Turkustan.info xəbər verir ki, Modern.az qəbir yerinin hansı səbəbdən […]

Ov tüfəngiylə bacısının ərini və qayınatasını güllələdi

Bakıda ata və oğlunun güllələnməsi ilə nəticələnən hadisənin təfərrüatı məlum olub. Turkustan.info xəbər verir ki, əslən Göyçay rayonundan olan Vüsal Tanrıverdiyevin yeznəsini və onun atasını ailə münaqişəsi zəminində güllələdiyi məlum olub. Bildirilir ki, Vüsalın bacısı bir müddət əvvəl əslən Gədəbəydən olan Anar Rəsulovla ailə həyatı qurub. Zaman keçdikcə ailədə münaqişələr […]

Məhkəmə “Gelandawagen”lə adam öldürən Nail Allahverdiyevlə bağlı QƏRAR VERDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi başlayıb. Turkustan.info modern.az-a istinadən xəbər verir ki, məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır. Məhkəmə prosesində ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edir. Hüquq-mühafizə orqanlarının rəsmi məlumatına görə, […]

Dünya bu uşaqdan danışır

25 silahlı əsgərin tutduğu uşaq. Dünyanın danışdığı uşağın yeri bilindi. Turkustan.info-nun məlumatına görə, 25-ə yaxın israilli əsgərin saxladığı müsəlman yeniyetmə görüntüsü ilə dünyanın gündəmini tuta bilmişdi. ABŞ prezidenti Donald Trampın qərarından sonra Fələstin küçələri etirazçılarla dolub. Bütün dünyanın diqqətinin Qüds, Fələstində olduğu bir zamanda aksiyalarda çəkilən foto damğa vurub.  […]

Varlıların üstünlük verdiyi dünya universitetləri – birmənalı seçimin sirli səbəbləri

Milyarder olmaq istəyənlər niyə bu ali məktəblərdə oxuyurlar? Demək  olar ki, hər gün dünya varlılarının həyatı ilə bağlı bir-birindən fərqli xəbərlər oxuyuruq. Necə yaşayırlar, bu mərtəbəyə necə yüksəliblər, hansı uğurların sahibləridir və s. Və bu məlumatların hər birini oxuyarkən insanın beynində bir neçə sual yaranır: bu qədər varidatın sahibi olmaları […]

Qənirə Paşayeva İraqda 10-dan artıq media qurumlaırna Qarabağ həqiqətlərindən danışıb

İraqda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva İraqın dövlət televiziyasına, El İrakiya, El Reşid, El Hura İrak , Al Mashrik, Al İrakiye, Al Turkmaniye televiziya kanallarına, bir sıra radio kanallarına, qəzet və xəbər agentliklərinə müsahibəsində və Al İraqiye Al Turkmaniye dövlət televiziyasının canlı yayımında Azərbaycan həqiqətləri, xüsusilə […]

Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiası

Böyük məbləğdə vəsaitin gizli şəkildə ofşorlara çıxarılmasında Xaləddin İsgəndərovun da adı hallanır Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılması gündəmin əsas müzakirə mövzusuna çevrilib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin birbaşa iştirakı ilə Mikayıl Cabbarovun Vergilər Nazirliyinin kollektivinə təqdimatı ortada ciddi mətləblərin olmasından xəbər verir. Gələn məlumatlara görə, yaxın zamanlarda iri […]

ŞAD XƏBƏR! Ramil Səfərova yüksək rütbə verildi

Azərbaycanın fəxri Ramil Səfərova Polkovnik – Leytenant rütbəsi verilib. Turkustan.info bildirir ki, bu haqda məlumat “facebook” sosial səhifəsində onu sevənlər paylaşıb. Paylaşılan Ramil Səfərovun şəklinin üzərində isə aşağıdakı sözlər yazılıb: “Yəqin ki, ermənilər daha da yuxusuz qalarlar. Rütbən mübarək olsun, Elin Oğlu! Polkovnik – Leytenant rütbəsi xeyirli olsun! Allah yar və […]

“Arağı acqarına yox, xaşla içmişəm” – Sərxoş sürücü şoka saldı – VİDEO

Azərbaycanda sosial şəbəkədə daha bir video trend olub. Turkustan.info xəbər verir ki, yeni yayılan videoda sərxoş sürücü açıqlamaları ilə gündəmə gəlib. Reyd zamanı saxlanılan sərxoş taksi sürücüsünün “sənədim evdə pianonun üzərində qalıb”, “arağı acqarına yox, xaşla içmişəm” deməsi izləyənlərin gülüşünə səbəb olub. Sözügedən anın videosunu təqdim edirik:

Diqqətli olun! Arıqlama dərmanları xərçəngə, sonsuzluğa səbəb olur

Xarici tibb mütəxəssislərinin arıqlama dərmanları ilə bağlı apardığı araşdırma zamanı maraqlı faktlar üzə çıxıb.   Məlum olub ki, hətta bitki tərkibli arıqlama dərmanları qəbul edən hər 3 nəfərdən birində onkoloji patologiyalar başlayıb. Arıqlama preparatlarını qəbul edən şəxslərdə gen dəyişikliyi 10-12 il sonra başlayır. Çünki həmin maddələrin təsirindən hüceyrə dəyişikliyi gizli […]

Öskürəkdən xilas edən 5 ot növü

Öskürəyi “kəsmək” deyil, onu yumşaldmaq, bəlğəmin çıxmağını asanlaşdırmaq lazımdır.  Soyuq fəsillərdə soyuqdəymə xəstəlikləri artır. Bu xəstəliklərin simptomlarından biri öskürəkdir. Turkustan.info saglamolun.az-a istinadən xəbər verir ki, LOR həkimlərinin belə bir deyimi var: öskürək soyuqdəymə zamanı ən birinci meydana gələn və ən axırıncı gedən simptomdur. Əslində öskürək orqanizmin qoruyucu mexanizmidir. Öskürək orqanizmi ziyanlı […]

Bakı metrosunda gənc özünü qatarın altına atdı

Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında səhər saatlarında qorxunc hadisə qeydə alınıb. Turkustan.info Milli.Az-a istinadla xəbər verir ki, təxminən 23-24 yaşlarında gənc oğlan özünü platformaya daxil olan qatarın altına atıb. Lakin səlahiyyətlilərin ayıq-sayıqlığı faciəvi ölümün qarşısını alıb. Polislər intihara cəhd edən gəncin ifadəsini alırlar.

Krediti olanlara şad xəbər: Bankı məhkəmyə verin, təzminat alın

PALATA BANKLARA XƏBƏRDARLIQ ETMƏLİDİR (kollektorlarla əməkdaşlıq yol verilməzdir!) Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişəm (dərc edirəm). Bu günlərdə Palatanın Hüquqi təminat idarəsinin rəisi bildirmişdi ki, kollektorların fəaliyyəti qanunsuzdur. Çünki onlara borclular haqda məlumatı ötürməklə banklar bank sirrini pozur (http://renkinq.az/site/news?id=305). İndiyədək bunu onunla əsaslandırmağa çalışırdılar ki, guya borclular haqda məlumatı kollektorlara […]

Feysbuk yeni servisi istifadəyə verdi

Feysbuk videolara səs effekti və mahnı əlavə edən “Sound Collection” adlı servisi istifadəyə verib. Turkustan.info Technote-yə istinadən xəbər verir ki, bu servis vasitəsilə istifadəçilər öz videolarına səs effektləri əlavə edə biləcəklər. “Sound Collection” servisinin daxilində minlərlə səs effekti və müxtəlif ifaçıların mahnıları vardır. Burda istifadəçi istədiyi janra uyğun mahnını seçə […]

“Mavi balina” oyunu haqqında dəhşətli faktlar – FOTO

Son günlər mətbuatda “Mavi Balina” oyununun qurbanına çevrilən uşaqlar haqqında xəbərlər yayılıb. Turkustan.info Ölkə.az-ın bu oyun haqqında yazısını təqdim edir. İntiharlara səbəb olan oyunun rəhbərliyi gizli şəkildə göndərilən linklərlə sosial şəbəkələr vasitəsilə uşaqlarla əlaqə yaradır. Ailələr bu məsələdə çox diqqətli olmalıdırlar. Artıq “Mavi Balina” oyunu dünyada 130 intihara səbəb olub. Təəssüf […]

Çinin ən hündür məbədi yandı – VİDEO

Çində dünyanın ən hündür tikililərindən sayılan məbəd yanıb. Turkustan.info xəbər verir ki, hadisə yerindən çəkilən videogörüntü “China Global Television Network” Yutub kanalında yerləşdirilib. Məbədi yanğından xilas etmək mümkün olmayıb. Videodan da göründüyü kimi ağacdan tikilən məbəd tam alışıb yanır. 16 mərtəbəli məbəd Asiyanın ən hündür tikilisi hesab olunur. Yanğının hansı səbəbdən […]

Röya Türkiyədə “Azərbaycanın ən parlaq ulduzu” seçildi – VİDEO

Türkiyədə keçirilən “Altın Kelebek” mükafatlandırma mərasimində müğənni Röya Ayxan “Azərbaycanın ən parlaq ulduzu” seçilib. Turkustan.info xəbər verir ki, bu mükafat uğrunda əməkdar artistilə digər azərbaycanlı müğənnilər Nigar Camal və Miri Yusif yarışıblar. Qeyd edək ki, “Altın kelebek” Türkiyənin “Oskar”ı hesab olunur. /Yenicag.Az/ 

Azərbaycanlı məmur qəzada öldü

Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Turkustan.info xəbər verir, hadisə zamanı “Kia” markalı avtomobilin sürücüsü Elşad Abbasov ölüb. Qeyd edək ki, “Kia” ilə toqquşmuş “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovdur. Hadisə zamanı daha iki […]