2017-ci ilin rektoru seçilən İbrahim Cəfərova diplom təqdim edilib

Xəbər verdiyimiz kimi “2017-ci ilin rektoru” sosial tələbə sorğusunun finalçılarının ilin rektoru uğurunda  mübarizə apardığı yarışma başa çatıb. Kənd Təsərrüfatı nazirliyi  Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və  Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bu ad uğurunda apardığı mübarizə ADAU ailəsinin qələbəsi ilə yekunlaşıb. Aqrar təhsil müəssisəsinin rektoru İbrahim  Cəfərov 3-cü dəfə sosial sorğunun qalibi olub.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə İbrahim Cəfəro bu sorğuda  2 dəfə qalib adını qazanıb və 2017-ci ildə də diqqət mərkəzində olub.  Yeni və gənc kadrları universitetə cəlb etməklə ADAU-nun simasını tamamilə dəyişən rektor Cənab Prezident İlham Əliyevin iştirak etdiyi 2-ci tələbə yataqxanasının açılışı ilə də gündəmdə qalıb. Hazırda ən əsas məsələlərdən biri olan tələbə yataqxanası bu universitetdə həllini tapıb. Universitetin şəffaflığı isə hər zaman qorunub. 4 gün davam edən gərgin mübarizədə İbrahim Cəfərov 39% səslə qalib gəlib.
35% səslə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla 2-ci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə 26% səslə 3-cü yeri tutub.

Final səsverməsində səhifənin təxminən 1/3 hissəsi – 60.000 nəfərdən çox istifadəçi iştirak edib. Bu qalibiyyətlə İbrahim Cəfərov 3 dəfə  sorğularda qalib gələn ilk rektordur.

3 dəfə ilin rektoru sosial tələbə sorğusunun qalibi olan İbrahim Cəfərova “2017-ci ilinin ən yaxşı rektoru” diplomunun təqdimat mərasimində bildirilib ki, Qafqazın ən böyük təhsil facebook səhifəsi olan “Azərbaycan Universitetləri” səhifəsi tədris ilinin ən yaxşı rektorunu müəyyən edib. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov sorğunun qalibi olub.

Səhifənin rəhbəri Zöhrab Süleymanov deyib ki, rektor İbrahim Cəfərovun tədris ili ərzində aktivliyi, tələbələr arasındakı nüfuzu, tələbələr üçün əsl nümunəvi şərait yaratması sorğuda əsas rol oynayıb, bu səbdən səs çoxluğu ilə qalib adına layiq görülüb. Z.Süleymanov onu da əlavə edib ki, Aqrar universitet əslində dinamik inkişaf yolundadır. Belə inkişafdan yararlanan tələbə və müəllim kollektivi təbii ki, hər zaman rektorunun yanında olacaq, onu dəstəkləyəcək.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  çıxışında dövətimizin qayğısının artması nəticəsində son illərdə təhsil müəssisəsində maddi-texniki bazanın möhkəmləndirilməsini, təhsilin keyfiyyətinin yüksəldilməsini, tələbələrin və onların valideynlərinin universitetdən məmnunluğunun səviyyəsinin artmasını deyib, nəzərə çatdırıb ki, məhz bunun nəticəsidir istər sosial şəbəkələrdə, istərsə də müvafiq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələrində universitet ilk yerlərə layiq görülür. Ən əsası isə mən hər zaman tələbəmin yanındayam. Bu mükafat isə bizim bir ailə kimi formalaşdığımızın, hədəfə doğri gərgin mübarizəmizin və inamlı addımlarımızın təntənəsidir.