Gün: Dekabr 12, 2017

Mədəsindən 52 ədəd prezervativ çıxdı, içərisindən də… – FOTO+VİDEO

Braziliyadan Türkiyəyə gələn qadının mədəsində çox sayda prezervativ içinə doldurulmuş 580 qram kokain tapılıb. Hava limanına gələn bir qadının narkotik maddə daşıdığından şübhələnən polis briqadaları Braziliyalı qadını saxlayıblar. Polis məntəqəsinə keçən qadının üstündə və çemadanında axtarış aparılıb.   Moderator.az türk mediasına istinadən xəbər verir ki, aparılan axtarışda qadının narkotik maddəni kapsul […]

ADPU-nun siması uğurlu islahatlarla yenilənməkdədir…

  Taleh CƏFƏROV,  ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Azərbaycan Dövlət Pedaqoji Universiteti son dövrlər keyfiyyətcə yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. 23 iyun 2016-cı ildə professor Cəfər Cəfərov ADPU-ya rektor təyin ediləndən dərhal sonra universitetin hər bir […]

Deputatlar arasında dava düşdü: Büdcə müzakirələri zamanı – FOTO

Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı qalmaqal yaşanıb. Turkustan.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, müxalif CHP-ni təmsil edən deputatların büdcə ilə bağlı sərt çıxışları hakim AKP təmsilçilərinin etirazına səbəb olub. Deputatların söz savaşı sonda dava ilə nəticələnib. Parlament üzvlərinin müdaxiləsi ilə davanın qarşısı alınıb. İclas təxirə salınıb.

Alimlər Yer kürəsinin səsini dinlədi – “Uğultu”nun SİRRİ AÇILDI

Fransa, Almaniya və Britaniyadan olan bir qrup geofizik Yer kürəsinin səsini dinlədiklərini iddia edirlər. Alimlər yeraltından gələn “uğultunu” aydın şəkildə müşahidə etdiklərini deyiblər. Turkustan.info xəbər verir ki, alimlər 2012-ci ilin sentyabr ayından 2013-cü ilin noyabr ayına qədər Madaqaskardan şərqdə yerləşən Hind okeanının Reyunon adası ətrafında 57 sferik seysmometr aşkarlayıblar. Xüsusi […]

Görüş üçün meydança: nüvə dövlətləri məhz Bakıda bir araya gəlməlidir

Hərbi ekspert hesab edir ki, Şimali Koreya problemini həll etmək üçün bütün nüvə dövlətlərini məhz Bakıda bir araya gətirmək lazımdır Aleksandr Perenciyev, hərbi politoloq, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti KXDR ətrafında baş verənlər bu gün hər kəsin dilindədir. Təəssüf ki, tez-tez “dünya müharibəyə doğru gedir” […]

Qrant müsabiqəsi üzrə keçirilən layihəyə yekun vurulub

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi Gəncə şəhər 41 saylı tam orta məktəbin coğrafiya müəllimi Arzu Kərimovun “İbtidai siniflərdə təhsil alan şagirdlərin valideynləri üçün müasir təhsil sistemi ilə bağlı seminarların təşkili” lahiyəsinə yekun vurulub. Qeyd edək ki, təhsildə inkişaf və […]

Ziddiyyətli maraqlar ortaq məqsəd üçün arxa plana keçirilir

ABŞ-ın Türkiyə və İrana qarşı təzyiq siyasəti Ankaranı Moskva və Tehranla müttəfiqə çevirir Rusiya prezidenti Vladimir Putin Suriyaya və Türkiyəyə rəsmi səfər edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların əsas mövzusu Suriyadakı vəziyyət, Türkiyə ilə Rusiya arasında ticari-iqtisadi münasibətlərinin gələcəyi olub. İki ölkə başçısının görüşü son zamanlar intensivləşib. Rusiya üçün […]

Çay içə-içə siqaret çəkən kişilərə CİDDİ XƏBƏRDARLIQ

Siqaret çəkmək birmənalı olaraq insan sağlamlığı üçün ən zərərli vərdişlərdən biridir. Bunu hər kəs bilir. Amma siqareti çayla birlikdə içmək bu zərəri iki qat artırır. Hətta qida borusu xərçənginə kimi qorxulu xəstəliklə nəticələnə bilər. Bu haqda Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, qastroentroloq Yüksel Gümürdülü xəbərdarlıq edib. Turkustan.info lent.az-a istinadən bununla […]

Whatsapp-dan dörd yenilik daha

Bu yenilkləri ilə Whatsapp istifadəçilərinin işini asanlaşdırmaq istəyir. Turkustan.info xəbər verir ki, ilk yenilik “qara siyahı” ilə əlaqəlidir. Artıq istifadəçilər daha asanlıqla insanları bu siyahıdan çıxara biləcəklər. Belə ki, siyahıdakı şəxslərin adının üstündə əlinizi saxlayaraq “əngəli qaldır” funksiyası ilə qarşılaşacaqsınız. Düyməni aktiv etməklə həmin şəksi “qara siyahı”dan silmiş olacaqsınız. Bir […]

İrəvanda qorxu: “İskəndər”lər öz başımızda partalayacaq

Ermənistan NATO-Rusiya toqquşmasının ortasında qalıb NATO-nun müdafiə kollecinin son məruzələrindən birində Rusiyanın Ermənistanda hərbi qüvvlərini artırması məsələsini gündəmə gətirməsi İərvanda ciddi narahatlıq törədib. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, məruzədə Ermənistanın Gümrü və Erebuni bazalarında Rusiyanın hücum tipli qüvvələrinin yerləşdirilməsindən narahatlıq bildirilib. Məruzəyə görə, bu bazalarda lokal havadan müdafiə sistemləri var ki, […]

Azercell-in dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçirilib

Azercell Telekom MMC-nin dəstəyi və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə ökəmizdə III Uşaq Paralimpiya İdman Oyunları baş tutub.   Dekabrın 11-dəSumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində keçirilən yarışda 8 regiondan 111 sağlamlıq imkanları məhdud uşaqlar 7 idman növündə 19 medal uğrunda mübarizə aparıblar.   Bu dəfə idmançılarımız  […]

Bakıda ağır qəza: jurnalist öldü – FOTO

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Turkustan.info xəbər verir ki, dekabrın 12-nə keçən gecə Bayraq meydanının qarşısında “Daewoo” markalı avtomobil yolu keçməyə çalışan 1950-ci il  təvəllüdlü, Nərimanov rayon sakini Məmmədov Sabit Məmməd oğlunu vurub. Xəstəxanaya yerləşdirilən S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün gündüz saatlarında keçinib.   […]

Space TV-nin efirində erməni mahnısı – VİDEOFAKT – AÇIQLAMA

Dünən Space Tv-nin efirində yayımlanan “Sevimli Mahnı” verilişində musiqiçilər açılış musiqisi kimi erməni mahnısı ifa ediblər. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, Fikrət Əmirov adına çıxarılan lakin erməni bəstəkar Ara Gevorkyanın “Artsax” mahnısı olub. Space Tv-nin belə bir səhvə yol verməsi etirazlara səbəb olub. Aktyor Elnur Kərimov etirazını sosial media vasitəsilə […]

Evə gec gələn bacısını öldürüb: “Oğlumun psixoloji problemləri var”

Bacısını öldürən şəxs hakim qarşısına çıxarılıb. Ata qətl törədən oğlunun psixoloji problemlərinon olduğunu deyir. Turkustan.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Məsimov Anar Akif oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Anar Məsimovun atası […]

“Ana dilimizin sovet dövründə konstitusiyada təsbiti milli müstəqilliyimizə xidmət edirdi” – Vüsal Quliyev

Dekabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev ümummilli lider Heydər Əliyevin anım gününü xalqımızın həyatında kədərli bir gün kimi xarakterizə edib. O, bildirib ki, ulu öndərin müstəqil Azərbaycanın yaranmasında və dövlətçiliyimizin formalaşmasında misilsiz xidmətləri var. Ümummilli […]

Dəhşətli 23 dekabr PROQNOZU: Yad planetdən gələn virus və Yerin məhvi – Alim AÇIQLADI

Dekabr ayında dünyanın sonu xəbərləri yenidən gündəmə gəlib. Bu dəfə “Science” jurnalı Hindistandan olan astronomların fikirlərini əsas tutaraq, dekabrın 23-də yadplanetli virusunun Yer kürəsini məhv edəcəyini yazıb. Virusun yayılma mənbəyi barədə məlumat verilməsə də, hind astronomları bir müddət əvvəl Amerika Milli Kosmik Agentliyinin (NASA) bazasında naməlum kosmik obyektin qeydə alındığını […]

Fazil Məmmədovla bağlı araşdırma başlayıb – İddia

Sabiq nazirin Şəmkirdəki 100 hektar sahəyə malik mülkünün qaranlıq taleyi. Prezident İlham Əliyevin dekabrın 5-də verdiyi sərəncamla vergilər naziri postundan uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında yaranan müzakirələr genişlənməkdə və hər keçən gün yeni hal almaqda davam edir. Turkustan.info-nun məlumatına görə, Modern.az saytı yazır ki, sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən […]

MEK qədim xəritələrin təqdimatını keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) kitabxananın fondlarında mühafizə olunan “Qədim xəritələr kolleksiyasının (elektron)” təqdimatını keçirib. MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova xəritələrin təsnif edildiyi slayd üzərində çıxış edərək kitabxananın elektron bazasına 419 nüsxə xəritə daxil edildiyini, bunlardan 51-nin Azərbaycanla bağlı olduğunu və Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini bildirib. O, […]

Laçınlı köçkün Avropa Məhkməsinə etiraz etdi

“Avropa Məhkəməsinin qərarı absurd qərardır. Hər bir şikayətçiyə 50 min avro ayrılması nəzərdə tutulmuşdu. Məhkəmə isə hər bir şikayətçiyə 5 min avro ayrılmasını nəzərdə tutub. Bu məsələ ilə razılaşmırıq”.   Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Laçın rayonundan olan məcburi köçkün Fəxrəddin Paşayev işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi […]

Pensiyalar nə vaxt veriləcək?

“Pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait hesablara köçürülüb. Bu gün axşam, ya da sabah səhər saatlarında pensiyaçılar təqaüdlərini ala biləcəklər”. Turkustan.info bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev pensiyaların gecikməsi ilə bağlı Oxu.Az-ın sualına cavabında bildirib. Nəzərə çatdıraq ki, uzun müddətdir pensiyaların maliyyələşməsi hər ayın 13-dək Bakı şəhərində, […]

Evə gizli kamera yerləşdirdi və arvadını… – VİDEO

Türkiyədə dəhşətli hadisə yaşanıb. Turkustan.info xəbər verir ki, 2 yaşlı qızının anası tərəfindən döyüldüyünü hiss edən ata evə gizli kamera yerləşdirib. Növbəti gün çəkilən görüntülərə baxan Erdəm Tülübaş dəhşətə gəlib. Belə ki, arvadının öz qızını vəhşicəsinə döyməsi kameraya anbaan düşüb. O, dərhal polisə müraciət edib.     /Metbuat.az/

Xoreoqrafiya Akademiyasında Heydər Əliyev anıldı

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan dili və ədəbiyyat, İctimai fənlər və Sənətşünaslıq kafedralarının birgə təşəbbüsü ilə Heydər Əliyevin anım gününə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin banisidir” mövzusunda elmi konfrans keçirilib. Turkustan.info-ya verilən məlumata görə, konfransı açıq elan edən Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev giriş sözü […]

Xərçəng xəstəliyini 75 qəpiyə yox edə bilərsiniz…

Xərçəng xəstəliyinin su ilə müalicəsi tapılıb. Turkustan.info xəbər verir ki, 95% tibbi araşdırmalara görə, xərçəng xəstəliyi turş mühitdən yaranır. Müəyyən edilib ki, 7,36 pH qələvi mühitdə xərçəng yaşaya bilməz. Beləliklə, xərçəng daha çox turş mühitdə inşkişaf edir. Turş mühit nəinki xərçəngə, həmçinin şəkər, osteoparoz, ürək-damar və xroniki xəstəliklərə də təsir edir. […]

Aprel döyüşlərində iştirak edən daha bir erməni hərbçi etiraz etdi

Erməni hərbi qulluqçusu aprel döyüşlərində 3 ay müddətinə ön xətt mövqelərində olsa da müharibə iştirakçısı hesab edilmir.   Turkustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusundan təxris edilən Razmik Petrosyanın hüquqlarını qoruyan vəkil Aşxen Daşyan, 2017-ci il dekabrın 5-də müdafiə nazirliyinə qarşı məhkəməyə göndərilən iddianın icraata qəbul olunması haqqında bildirişi […]

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Avropanın şimalıyla cənubu arasında iqlim bənzərsizliyi nə qədərdisə, adamlarının xarakterində fərq də elə o boydadı. Soyuq yerin adamı xaraktercə də soyuqdu. Günü günəş altında keçən cənubluların isə tək qanı qaynamır, deyərsən bəs, gözləri də işıq saçır. Dəfələrlə olub, İsveçdə evlərin açıq aynabəndində, yaxud həyətdə neçə adamı süfrə başında yeyib-içən görmüşəm. […]

Bakı-Sumqayıt qatarlarına əlavə heyət qoşulub

Bakı-Sumqayıt qatarlarına əlavə heyət qoşulub. Bu barədə Turkustan.info-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə dekabr ayının 11-dən 15-dək (15-i daxil olmaqla) Bakıdan saat 18:30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan saat 07:45-də yola düşən 6006 nömrəli Bakı-Sumqayıt-Bakı elektrik […]

Dövlət Komitəsi bahalaşan ərzaq mallarının adlarını açıqladı

2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artıb. Turkustan.info xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb. Cari ilin noyabr […]

İranda daha bir güclü zəlzələ

İranda bu gün yenidən zəlzələ baş verib. Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, zəlzələ 6.1 bal gücündə olub. Amerika Geoloji Araşdırma Mərkəzinin məlumatına görə, zəlzələ Kirman şəhərinə 56 kilometr məsafədə baş verib. Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib. Xatırladaq ki, Kirman şəhərində 1 dekabrda 6 bal gücündə zəlzələ […]

Qənirə Paşayeva İraqın baş naziri Heydər əl-Abadi ilə görüşüb, Qarabağdan, terrorla mübarizədən danışıb

İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi və 30 ölkədən nümayəndələrin qatıldığı Beynəlxalq Jurnalist Simpoziumunda iştirak edən millət vəkili,siyasi elmlər doktoru Q.Paşayeva tədbir çərçivəsində İraqın baş naziri Heydər əl-Abadi ilə görüşüb. Millət vəkilinin Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verməsi, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olması barədə fikirlərinə cavab olaraq İraq baş […]

ABŞ-a nüvə zərbəsi, Kim Çen intihar edir… – Müharibə ssenarisi

Ceyms Martin Silahların Yayılması ilə Mübarizə Mərkəzinin Şərqi Asiya proqramı üzrə direktoru Cefri Levis Koreya yarımadasında mümkün müharibənin ssenarisini yazıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, müəllifin yazısı “Vaşinqton Post”da dərc olunub. “2019-un mart ayında sərhədləri yaxınlığındakı manevrlərdən bezən Şimali Koreya səhvən bombardmançı təyyarə zənn etdiyi ABŞ mülki təyyarəsini vuracaq. Buna […]

Gürcüstanda Qarabağ təxribatını təkrarlamaq istəyən ermənilərə xəbərdarlıq

Baş nazirin səfəri niyə ləğv edildi? Gürcüstanın baş naziri  Giorgi Kvirikaşvilinin İrəvana rəsmi səfərin ləğvi erməni mətbuatının gündəmində qalmağa davam edir. Ermənilər iddia edirlər ki, gürcü münasibətləri gələn ildə daha yaxın olacaq. Amma bu belə deyil. Xatırladaq ki, gürcü nazirin İrəvana rəsmi səfəri dekabrın 1-də baş tutmalaı idi. Ancaq bu ərəfədə gürcü tərəfi səfəri […]

Neft Daşlarında neftçi neftçini öldürüb

Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib. Turkustan.info bildirir ki,  SOCAR-dan APA-ya verilən məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıcaqla xəsarət yetirib. […]

Azərbaycanda ucuzlaşacağı gözlənilən yağ niyə bahalaşdı? – VİDEO+FOTO

Dekabrın 7-də ölkəyə idxal olunan kərə yağının qiymətinin düşəcəyi barədə xəbərdarlıq yayılmışdı. Turkustan.info  “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılmasıdır. Belə ki, indiyə qədər sözügedən rüsumlar bu malların gömrük dəyərinin 15 […]

Bakıda gəlinini qonşu kişi ilə hamamda tutdu – “Sevgilisinə çılpaq fotolar da yollayıb” – ŞOK TƏFFƏRRÜAT

Bakıda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Turkustan.info xəbər verir ki, Maştağa qəsəbəsində oğlunun 24 yaşlı həyat yoldaşı Aygün Mustafayevanı (ad və soyad şərtidir) güllələyərək öldürən 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu polisə təslim olub. İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq […]

İranın Ermənistanla dost münasibəti qan qohumluğundan qaynaqlanır — Millət vəkilindən açıqlama

İranla Ermənistan arasında isti münasibətlər artan xətt üzrə davam edir. İran parlamentinin sədri Əli Laricani Ermənistanı dost ölkə adlandıraraq bildirib ki, rəsmi Tehran həmişə Ermənistanla əməkdaşlıq etməyə hazırdır. Bir müddət əvvəl isə İran xairici işlər naziri Ermənistanı bölgədə sülhün carçısı adlandırmışdı. Turkustan.info bildirir ki, İran-Ermənistan münasibətləri barədə millət vəkili Fazil Mustafa […]

“Tramp Ərdoğanla danışmağa cəsarət etmədi”

“ABŞ-ın müqəddəs Qüds şəhərini İsrailin paytaxtı kimi tanıma qərarı beynəlxalq hüquqa və BMT qətnamələrinə ziddir” Türkiyənin baş naziri Binəli Yıldırım, ABŞ prezidenti Donald Trampı cəsarətsiz adlandırıb. Turkustan.info bildirir ki,  Sputnik Azərbaycan bu barədə TRT-yə istinadən xəbər verir.  “Tramp, Ərdoğanın Qüdslə bağlı fikrini bildiyi üçün, ona zəng vurmağa cəsarət edə bilmədi. ABŞ-ın müqəddəs […]

Putin Əsədi belə “SINDIRDI” – VİDEO

Dünən Suriyaya səfər edən Rusiya Prezidenti Putinin qarşılanma mərasimində də “gözlənilməz” anlar yaşanıb. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd təyyarədən düşən Putini qarşılamaq istəyib. O, rus əsgərləri tərəfindən dayandırılıb. Bir digər təəccüblü adım Putindən gəldi. Putin isə ilk öncə Bəşər Əsədlə deyil, Rus ordusunun Generalı ilə görüşüb. […]

Rusiyada yaşayan azərbaycanlı oliqarx videolardan qazandığı milyonlarla belə kef çəkir – FOTOLAR

Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer Hüseyn Həsənov tez-tez oliqarx həyatı ilə gündəmə gəlir. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, bloqer bir neçə ay əvvəl Rusiya telekanallarının birində yalımlanan verilişdə qonaq olarkən çəkdiyi hər videodan 600-700 min rubl (18 min AZN) qazandığını demişdi. Azərbaycanlı oliqarxın hər videosu 20 milyondan çox izlənir. Hüseyn […]

Avtovağzaldan bölgələrə gediş haqqı qiymətləri – SİYAHI

Bakıdan Azərbaycanın bölgələrinə avtobusla getmək üçün nə qədər gediş haqqı ödəmək lazımdır? Turkustan.info  Bakı Beynəlxalq Avtovağzalı kompleksində şəhərlərarası sərnişin biletlərinin satış qiymətlərini təqdim edir:   /Metbuat.az/  Şəhər / rayon Biletin qiyməti (AZN) Ağcakənd 5.58 Ağcəbədi 4.90 Ağdaş 4.24 Ağstafa 7.07 Ağsu 2.45 Arabaçı 7.73 Astara 5.07 Balakən 7.06 Beyləqan 4.66 Bərdə […]

Bakıda qayınata gəlinini güllələdi

  Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib. Turkustan.info APA-ya istinadən xəbərinə görə, insident Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini öz gəlini (A.M.) ərinə xəyanət etdiyi üçün tüfənglə qətlə yetirib. İlkin məlumata görə, 1993-cü il təvəllüdlü A.M.Xanağa qızı qonşuluqda olan bir oğlanla görüşürmüş. Bundan xəbər tutan qızın qayınatası tüfənglə onun […]

Rusiya qırıcıları Putini belə qorudular – VİDEO

Rusiya prezidenti Vladimir Putinin təyyarəsini Suriya səmasında iki qırıcı qoruyub. Rusiya Hava-Kosmik Qüvvələrinin (HKQ) Su-27 qırıcıları dövlət başçısının Tu-124 təyyarəsini çox yaxından müşayiət ediblər. Turkustan.info “Mir” telekanalına istinadən bildirir ki, qırıcıların uçuşunu V.Putin maraqla izləyib. Xatırladaq ki, Suriyadakı Hmeymim aviabazasına yollanmış V.Putin burada terrorçularla mübarizədə əsas məsələlərin həll olunduğunu və Rusiyanın […]

Dünyanı dəhşətli fəlakət gözləyir? – Minlərlə insan ölə bilər…

Şimali Koreya lideri Kim Çen In bildirib ki, nüvə müharibəsi qaçılmazdır. Nüvə müharibəsi başlayarsa, ABŞ-ın hansı ştatları daha çox zərər görə bilər? Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Natiq Mirinin sözlərinə görə, Şimali Koreya qapalı bir sistem olduğu üçün, oradan verilən informasiyaların nə qədər həqiqət olduğu heç kim tərəfindən […]

Umuxanım Hüseynzadə: “SİZ ZƏİF BƏNDSİNİZ!!!“

İnsan nədir? Kimdir? Necə yarandı? Allahınmı yaradılışıdır, yoxsa ki, təkamül nəticəsindəmi meydana gəldi? Son zamanların əsas mübahisə predmeti də məhz budur ki, materialistlərlə idealistlərin arasında əsas fikir ayrılığına səbəb olur… Amma hər iki versiyanın doğruluğunun qəbul edilməsi heç kəsin ağlına belə gəlmir. Ümumiyyətlə bir çox cavabı qaranlıq qalan sualların cavabı […]

“Hizbullah” İsrailə qarşı mübarizəyə başladı

“Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullah İsrailə müharibə elan edib. Turkustan.info xəbər verir ki, İslam ölkələrinə müraciət edən “Hizbullah” lideri müsəlmanları birləşməyə və Qüds məsələsində Fələstinə dəstək verməyə çağırıb. O bildirib ki, İsrailin Qüdsə göz dikməsi və ABŞ-ı bu məsələdə özünə müttəfiq seçməsi bu ölkənin sonunu gətirəcək. ”Hizbullah” təşkilatı olaraq sona […]

Azərbaycanlı aktrisa: Məni təmin etmək çox çətindir – Video+Foto

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ailə həyatı ilə bağlı jurnalistin sualına “məni təmin etmək çox çətindir. Ona görə də evlənmək barədə düşünmürəm”, deyə cavab verib. Turkustan.info xəbər verir ki, bu ilki Beynəlxalq Antaliya Film Festivalında qeyri-adi geyimilə diqqət çəkən 35 yaşlı aktrisa “Magazin 8 Extra” proqramına açıqlamasında bildirib ki, sənət […]

Yeni nazir bütün əməliyyatları dondurdu – Vergilər Nazirliyində durğunluq

Fazil Məmmədovun vergilər naziri postundan çıxarılmasından bir həftəyə yaxın vaxt keçir. Bu müddətdə nazirlik sistemində kadr baxımından hələ ki hansısa dəyişikliklər qeydə alınmayıb.  Turkustan.info bildirir ki, “Yeni Müsavat”ın bu haqda yaydığı məlumata görə, yeni nazirin kimlərlə işləyəcəyi, kimlərlə yollarını ayıracağı barədə ara-sıra müzakirələr aparılsa da, hələlik ciddi kadr dəyişikliyi həyata […]

SON DƏQİQƏ: Ərdoğan və Putin az əvvəl açıqladı – Qərb ölkələri bu xəbərlə TİTRƏDİ

Gələn həftə Türkiyə və Rusiya s-400 hava hücumundan müdafiə sistemlərinə dair danışıqları yekunlaşdıracaq. Turkustan.info-nun məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ankarada təşkil olunan birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, demək olar ki, tərəflər bütün detalları razılaşdırıb. Kreml rəhbəri də bunu təsdiq edib. Bu məlumat qərb mediasında son […]